NADANLIQ Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli təsirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür. Cahiliyyət dövründə də (İslam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və nadanlıq nəticəsində baş verirdi. Mətləbin aydınlaşması üçün aşağıdakı ayələrə diqqət yetirin: 1. ”Əraf» surəsinin 138-ci ayəsində oxuyuruq: قالُوا يا مُوسى اِجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ قالَ اِنَّكُمْ قَوْمٌ تَجْهَلُون «Musanın qövmü dedi: Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!» Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz». 2. «Nəml» surəsinin 55-ci ayəsində Lut peyğəmbərin dilindən özünün livatla məşğul olan qövmünə etdiyi xitabını oxuyuruq: اَئِنَّكُمْ لَتَأْتُوا الرِّجالَ شَهْوَةً مِنْ دُونِ النِّساءِ بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ «Qadınları qoyub kişilərlə şəhvətə uğraşırsınız. Siz cahil bir qövmsünüz». 3. «Yusif» surəsinin 89-cu ayəsində oxuyuruq: قالَ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَاَخِيهِ اِذْ اَنْتُمْ جاهِلُونَ «Yusif dedi: Cahil olduğunuz zaman Yusifə və onun qardaşına nə elədiyinizi bilirsinizmi? Bu ayələrin şərhinə diqqətlə yanaşsaq bilərik ki, nadanlıq günahı törədən mühüm səbəblərdəndir. Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək: 1. İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur: لاَ يَجْتَرِىءُ عَلَى اللهِ اِلاّ جاهِلٌ شَقِيٌّ «Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz».(Qisarül-cəməl, 1-ci cild,
127-ci səh.) O Həzrət başqa bir hədisdə buyurur: اَلْجَهْلُ مَعْدِنُ الشَّرِّ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ، اَلْجَهْلُ يُفْسِدُ الْمَعادَ «Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.» Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq: İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur: "Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini». Sonra o həzrət 75 cür pis xüsusiyyəti nadanlığın növləri kimi qeyd etdi. Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur. 4. İmam Əli (ə) buyurur: قَصَّمَ ظَهْرِي رَجُلان: عالِمٌ مُتَهَتِّكٌ وَجاهِلُ مُتَنَسِّكٌ «İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan». Sonra o həzrət buyurdu: «Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir».(Qisarül-cəməl, 1-ci cild,
128-ci səh.) 5. Yenə o həzrət buyurur: اِيّاكُمْ وَالْجُهّالَ مِنَ الْمُسْتَعْبِدينَ وَالْفُجّارَ مِنَ الْعُلَماءِ فَاِنَّهُمْ فِتْنَةٌ كُلِّ مَفْتُون «Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər».(Osmandən sonra müsəlmanların
zalım xəlifələri.) 6. O həzrət başqa bir hədisdə buyurur: لا تَرَى الْجاهِلَ اِلاّ مُفْرِطاً اَوْ مُفِرّطاً «Nadan şəxs ya həddini aşar (ifrata vadar), ya da həddindən az iş görər (təfrit edər) (yəni nadan şəxs normal şəxsiyyətə malik deyildir)». 7. İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur: «Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm». 8. Quranda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur: «Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun təsiri ilə ona elə görünürdü ki, sanki sürünürlər». فَاَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسى «Musa özündə qorxu keçirdi». İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir: لَمْ يُوجِسْ مُوسى عَلَيْهِ السَّلامُ خِيفَةً عَلى نَفْسِهِ بَلْ اَشْفَقَ مِنْ غَلَبَةِ الْجُهّالِ وَدُولِ الضَّلالِ «Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.» İmam Əlinin (ə) bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə (s) açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq. Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur: اِنَّ بَنِي اُمَيَّةَ اَطْلَقُوا لِلنّاسِ تَعْلِيمَ الاِْيمانِ وَلَمْ يُطْلِقُوا تَعْلِيمَ الشِّرْكِ لِكَي اِذا حَمَلُوهُمْ عَلَيْهِ لَمْ يَعْرِفُوهُ «Bəni-Üməyyə xəlifələri(Üsuli-kafi, 2-ci cild,
415-416-cı səh) xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa dəvət etdikdə onlar bunu anlamasınlar(Nəhcül-bəlağə, 5-ci xütbə) və asanlıqla müşrik olsunlar.» Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar. BƏŞƏR QANUNLARI VƏ YANLIŞ ADƏT-ƏNƏNƏLƏR İnsan yalnız kamil qanun və onun düzgün icrası nəticəsində günahdan və pozğunluqdan təmizlənə bilər. Kamil qanun elə bir qanundur ki, insanda olan bütün xüsusiyyətləri nəzərə alıb, onu təkamülə və səadətə çatdırsın. Belə bir qanun ilahi qanundan başqası ola bilməz. Çünki Allah-təala insanın xaliqidir, onun bütün maddi və mənəvi xüsusiyyətlərindən, eləcə də onu səadətə çatdıran bütün qayda və qanunlardan agahdır. Bu səbəbdən bəşər qanunları cəmiyyətdə günaha şərait yaradan amillərdən biridir. Belə qanunların əksəriyyəti naqis olduqları üçün insanları səadətə yox, bədbəxtliyə tərəf sürükləyir. İmam Əli (ə) buyurur: اِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنْ اَهْواءٌ تُتَّبَعُ، وَاَحْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فِيها كِتابُ اللهِ «Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə tabe olmaq, Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir».(Nəhcül-bəlağə, 50-ci xütbə.) Burada bəşər qanunlarından bir neçəsini qısa şəkildə şərh edək: 1. Qadınların hicabının ləğv edilməsi və onlara hədsiz azadlıq vermək. 2. Qisas, hüdud və diyə kimi ilahi qanunların ləğv edilməsi. 3. Kişinin kişi ilə, qadının qadın ilə evlənməsi. 4. Qadına öz ərini boşamaq ixtiyarını vermək. 5. Qızlarla oğlanların bir yerdə təhsil almaları. 6. Evlənmək qanunlarını çətinləşdirmək. 7. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi. 8. Spirtli içkilərin alış-satışına icazə verilməsi. 9. Xüsusiyyətçiliyin ləğvi. 10. Sələm müamiləsinə icazə vermək. 11. «Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək» kimi ilahi qanunları qadağan etmək. 12. Kişi müəllimin qadınlara və qadın müəlliməsinin kişilərə dərs deməsi. 13. Qumarbazlığa icazə vermək. 14. Seks şəkillərinin və kinolarının yayılmasına icazə vermək və s. 15. Abort və uşaq saldırmaq. Bu kimi qanunların cəmiyyətdə olması, cəmiyyəti və insanları əxlaqsızlığa yönəldib onların müxtəlif günahlara düşmələrinə şərait yaradır. TƏHRİF-GÜNAHIN DAHA BİR AMİLİ İlahi qanunları təhrif etmək günaha səbəb olan amillərdən biridir. Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan. Belə halda ilahi və bəşər qanunlarının birləşməsindən ibarət yeni bir qanun yaranacaq. Bu cür qanunu ilahi bir qanun kimi tanıtdırmağa təhrif və ya bidət deyilir. İmam Əli (ə) buyurur: "Əgər batil haqdan tamamilə ayrılsaydı, haqq onu axtaranlara gizli qalmazdı. Və əgər haqq batildən tamamilə saflaşsaydı, daha düşmənlər haqqa qarşı mübarizə apara bilməzdilər.» O Həzrət sözünün davamında buyurur: وَلكِنْ يُؤْخَذُ مِنْ هذا ضِغْثٌ، وَمِنْ هذا ضِغْثٌ، فَيُمْزَجانِ! فَهُنالِكَ يَسْتَوْلِي الشَّيْطانُ عَلى اَوْلِيائِهِ «Lakin (çox təəssüf ki,) haqdan bir hissə və batildən bir hissəni seçib bir-biri ilə qatışdırırlar. Elə bu vaxt şeytan öz dostlarına qələbə çalır».(«Sad» surəsi, ayə 44) QANUNA EHTİRAM VƏ BİDƏTİN GÜNAH OLMASI Müqəddəs islam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ islam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs islam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Quranda və hədislərdə qanuna ehtiram qoymağın əhəmiyyətli olmasına gözəl bir nümunə Əyyub peyğəmbərlə onun həyat yoldaşının həyatıdır. Orada belə oxuyuruq: "Əyyub peyğəmbər (ə) çoxlu müsibətlərə mübtəla oldu. Lakin bunların hamısına qarşı sinə gərib müqavimət göstərdi. Günlərin bir günü (həyat yoldaşının evə gec qayıtdığından) çox narahat oldu və and içdi ki, sağaldıqdan sonra həyat yoldaşını yüz şallaq zərbəsi ilə tənbeh etsin. Amma sağaldıqdan sonra həyat yoldaşının ona göstərdiyi mehribançılıqlara görə onu bağışlamaq istədi. (Lakin o bunu edə bilməzdi) Çünki o, Allaha and içmişdi. Allaha and içdikdən sonra ona əməl etmək isə bir ilahi qanundur. Onu pozmaq olmaz. Bu vaxt ona Allah tərəfindən belə xitab edildi: وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِبْ بِهِ وَلا تَحْنَثْ اِنّا وَجَدْناهُ صابِراً نِعْمَ الْعَبْدُ اِنَّهُ اَوّابٌ "Əyyuba dedik: Əlinə bir dəstə çubuq götür, onunla vur ki, öz andını pozmayasan», həqiqətən biz onun səbrini gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, Allaha üz tutan idi».(Təfsiri-nümunə, 19-cu cild,
299-cu səh.) Əyyub peyğəmbərin həyat yoldaşı çox mehriban və ərinə vəfalı bir qadın idi. Ona görə də onun bu xətasının cəzası yüngül oldu (və o, nazik bir xurma ağacı ilə, yüngül tənbeh olundu). Lakin o biri tərəfdən andı pozmağa və qanunsuzluğa da yol verilə bilməz. Yüngül də olsa, and yerinə yetirilməli idi. Deməli, Əyyub öz həyat yoldaşına Allah tərəfindən azaldılsa da, cəza verdi, həm də andına əməl edib, qanunu pozmadı.(Vəsailüş-şiə, 18-ci cild,
321-ci səh. )
İslam dinində cəza tədbirinin bu formada azaldılması bəzi vaxtlar xəstə cinayətkarlara da şamil edilir. Bəzi rəvayətlərdə belə oxuyuruq: Xəstə bir zinakarı Peyğəmbərin (s) hüzuruna gətirdilər. Bu vaxt o şəxsə yüz şallaq zərbəsi vurulmalı idi, (İslam dininin cəza qanunlarına əsasən). Lakin Peyğəmbər (s) yüz şaxəsi olan bir xurma budağı ilə o xəstəyə bir dəfə vurub, bununla kifayətləndi. Hədislərin birində isə belə oxuyuruq: Qarın və budları xəstə olan bir zinakar kişini xəstə bir qadınla zina etdiyi üçün Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) əmr etdi: فَاَمَرَ رَسُولُ اللهِ يَعَذْق فِيهِ شِمْراخٌ فَضَرَبَ بِهِ الرَّجُلَ ضَرْبَةً، وَضَرَبَتْ بِهِ الْمَرْئَةَ ضَرْبَةً ثُمَّ خُلِيِّا سَبِيلَهُما «Üstündə yüz xurma yarpağı olan bir ağac gətirin. Həzrət onunla bir zərbə kişiyə, bir zərbə də qadına vurub onları azad etdi».(Nəhcül-bəlağə, 164-cü xütbə.) Bir məsələni qeyd etmək lazımdır ki, bu cür güzəştlər istisna halındadır. Başqa vaxtlar isə heç bir güzəşt yoxdur: qanun hökmən icra olunmalıdır. Hətta güzəştə getməyin vacib olduğu məqamlarda belə qanunun icrası tamamilə tərk olunmur. Çünki islam dinində qanunsuzluqlara qarşı ciddi surətdə mübarizə aparılır və əgər qanun icra olunmazsa, bütün cəmiyyət buna öz etirazını bildirəcəkdir. Bidət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) islam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq: 1. İmam Əli (ə) buyurur: وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً «Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir».(Vəsailüş-şiə, 11-ci cild,
511-ci səh.) 2. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur: اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ «Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun». 3. O həzrət başqa bir hədisdə belə buyurur: كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ «(İslam dinində) hər bir bidət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir».(Vəsailüş-şiə, 11-ci cild,
511-ci səh.) 4. İmam Əli (ə) buyurur: مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ «Hər kəs bidətçi bir şəxsin görüşünə getsə və ona hörmət göstərsə İslam dininin məhv olmasına çalışır».(Səfinətül-bihar, 1-ci
cild, 356-cı səh) Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bidətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə dəvət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu edam etmək fərmanını verdi. İmam Həsən Əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu elan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bidətçini qətlə yetirdi.(«Göndərdiyimiz aşkar
dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır
edənləri Allah və bütün lənət edənlər lənətləyir.» («Bəqərə» surəsi, ayə 159) )
CAMAATI DİNDƏN UZAQLAŞDIRAN SÖZLƏR VƏ KİTABLAR İslam fikir azadlığı dinidir. Bu dində bir kəs öz əqidəsini başqasına məcburən qəbul etdirə bilməz. Lakin belə bir sual yarana bilər ki, onda nə üçün bu dinin qayda və qanunlarını rədd edən və islamla mübarizə aparan kitabların oxunması haram və onların satışı qadağandır? Bu sualın qısa cavabı belədir: Bu cür kitabların oxunması islam dinini çox dərindən bilməyən müsəlmanlara haramdır. Çünki onların dünya görüşü və islam dininin kökləri və qanunları haqqındakı fikir səviyyələri aşağı olduğundan belə kitabların oxunması, onların əqidələrinin pozulmasına səbəb ola bilər. Cəmiyyətdə günaha zəmin yaradan səbəblərdən biri də elə bu növ kitabların oxunmasıdır. Sualın izahlı cavabı isə belədir: İnsanların bədən qüvvəsi müxtəlif olduğu kimi, onların fikir səviyyələri də eyni deyil. Məsələn, onlardan bəzisi sadə bir riyaziyyat məsələsini həll etməkdə acizdirlər, amma bəziləri isə kompüter sürəti ilə ən çətin məsələləri belə həll etməyə qadirdirlər. Buna əsasən yüksək düşüncəyə malik olan (və islam dinini dərindən bilən) alimlər üçün belə kitabların oxunması haram deyil. Çünki onlar öz elmi bilikləri ilə düzgün və batil sözləri bir-birindən seçməyə qadirdilər. Lakin savadı az olan və yüksək bilik səviyyəsinə malik olmayan şəxslərə bu cür kitabların oxunması və yaxud belə sözlər haqqında məlumat verilməsi xətərli və zəhərləndiricidir. İslam düşmənləri haqq dinlə mübarizədə bu üsuldan müntəzəm istifadə ediblər və edirlər. Onlar yalan və riya ilə yoğrulmuş fikirlərlə dolu olan belə kitabları yaymaqla müsəlmanları əyri yollara sövq edirlər. Yuxarıda qeyd etdiklərimizin şahidi kimi bu nümunəyə diqqət edək. İslam dini zühur edəndə yəhudi alimləri öz mövqelərini itirəcəklərindən qorxub, Tövratda qeyd olunan və İslam Peyğəmbərinə (s) aid olan əlamətləri dəyişdirdilər. Özlərindən başqa əlamətlər artırdılar ki, guya bu nişanələrə malik şəxs peyğəmbər olacaq! Bu əlamətlər Tövratdakı əlamətlərlə zidd idi. Onların bu işdə məqsədi yəhudi xalqını islam dinindən uzaqlaşdırmaq idi. Əks halda yəhudilər axirəzzəman peyğəmbərə məxsus nişanələri məhz Həzrət Məhəmməddə (səlavatullah) görüb bunu möcüzə kimi qəbul edəcək və İslam dininə daxil olacaqlar. (Çünki o əlamətlər İslam Peyğəmbərində (s) var idi). Bu vaxt «Bəqərə» surəsinin 78-ci ayəsi belə alimlərin haqqında nazil oldu. Allah-təala bu ayədə buyurur: فَوَيْلُ لِلَّذينَ يَكْتُبُونَ الْكِتابِ بَاَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هذا مِنْ عِنْدِ اللهِ لَيَشْتَرُوا بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَهُمْ مِمّا كَتَبَتْ اَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمّا يَكْسِبُونَ «Vay o adamların halına ki, əlləri ilə kitabı yazıb sonra onu dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər. Vay əllərinin yazdıqlarına! Vay qazandıqlarına». Bu ayənin təfsirində oxuyuruq: Bir tacir Fars vilayətinə gəlib Rüstəm və İsfəndiyarın dastanını öyrəndi və Ərəbistana qayıtdı. Qayıtdıqdan sonra o, hər yerdə belə deyirdi: Əgər Məhəmməd Ad və Səmud qövmünün başına gələn faciəni (dindən döndüklərinə görə) deyirsə, mən də Rüstəm və İsfəndiyarın dastanını deyirəm. Bu vaxt «Loğman» surəsinin 6-cı ayəsi bu kişinin məzəmmətində nazil oldu. Təlqin etmək və bir şəxsə kor-koranə tabe olmaq insanların tərbiyəsində rol oynayan ən mühüm məsələlərdən biridir. Bu iki amildən düzgün istifadə olunsa insanın həyatında yaxşı işlərə meyl etməsinə səbəb olacaq, əks halda isə cəmiyyətdə günahın çoxalmasına gətirib çıxaracaq. Bu iki ifadənin hər birinin ayrı-ayrılıqda izahına diqqət yetirək. Quranda bəzi kəlmələr və yaxud ayələr tez-tez təkrar olunmuşdur. Belə təkrarların böyük faydası var. Lakin ən mühüm faydası da odur ki, Quran təlqin məsələsindən istifadə edərək, insanları bu ayələrin və ya kəlmələrin haqqında daha çox fikirləşməyə dəvət edir. Misal olaraq, «Allah» və «İlah» kəlmələri Quranda 2807 dəfə təkrar olubdur. Yaxud (Allah hər şeyə qadirdir.) اِنَّ اللهَ عَلى كُلِّ شَـْيء قَدِير ayəsi və bu məzmunda olan ayələr 45 dəfə gəlmişdir. "Ərrəhman» surəsinin 78 ayəsi var. Bu surədə فِبَاَيِّ آلاء رَبُّكُما تُكَذِّبانِ «Elə isə Rəbbinizin hansı nemətini danırsınız?» ayəsi 31 dəfə təkrar olunmuşdur. «Mürsəlat» surəsində aşağıdakı ayə 10 dəfə təkrar olunmuşdur: وَيْلُ يَوْمَئِذ لِلْمُكَذِّبِينَ «O gün vay halına haqqı danan şəxslərin!» Bu ayə «Tur» surəsinin 11-ci və «Mütəffifin» surəsinin 10-cu ayəsində də gəlmişdir. Nəhayət «Qəmər» surəsində aşağıdakı ayə 4 dəfə təkrar olub: وَلَقَدْ يَسَّرْنا لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِر «Biz Quranı yaddaş üçün asan (sadə) elədik. Kim bu Qurandan istifadə etmək istəyir». Dediyimiz kimi Qurandakı bu təkrarlar təlqin üçündür. Yəni Allah-təala bu mətləbləri çoxlu təkrar edir ki, bizim qəlbimiz və ruhumuzla qaynayıb qarışsın. Təlqinin izahına Peyğəmbərimizin (s) bir hədisi ilə yekun vururuq: O həzrət buyurur: لا تُلَقِّنُوا الْكَذّابَ فَتَكْذِبُوا... «Yalan danışan adamlara yalanın yolunu təlqin etməyin (öyrətməyin). Necə ki, Yəqub peyğəmbər öz oğlanlarına canavarın insanı da yeməsini öyrətməsəydi, onlar bunu bilməzdilər». (Nəticədə qardaşları Yusifi quyuya atdıqdan sonra atalarına yalandan «onu canavar yedi» xəbərini verməzdilər). Günahın yaranmasının mühüm amillərindən biri də başqasına gözü bağlı, kor-koranə tabeçilik edib onun sözünə qulaq asmaqdır. Bir kimsəyə tabe olmağın bir neçə növü var: 1. Alimin alimə tabeçiliyi. 2. Alimin nadan (cahil) şəxsə tabeçiliyi. 3. Nadanın nadana tabeçiliyi. 4. Nadan şəxsin alimə tabeçiliyi. Bunların arasında nadanın alimə tabeçilik etməsi daha düzgündür. Birinci növ tabeçilik isə bəzi vaxtlar düzgün, bəzi hallarda isə səhv nəticələr verir. Lakin cahil və nadan şəxsin başqa bir nadana tabe olması, yəni onun hər əmrinə kor-koranə tabe olması və eləcə də alimin nadana itaət etməsi gözübağlı tabeçilik adlanır. Bu növ tabeçilik bəzi hallarda cəmiyyətdə ən ağır cinayətlərə səbəb olur. Gözübağlı tabeçilik o deməkdir ki, insan həyatda müstəqil olmasın və həmişə başqalarına zillətli bir bağlılıqla yaşasın. Bu isə insanın həyatının puç və mənasız olmasına gətirib çıxaracaq. «İbrahim» surəsinin 10-cu ayəsində oxuyuruq: «Allahın peyğəmbərləri camaatı bütlərə yox, yeganə Allaha pərəstiş etməyə dəvət edirdilər. Bütpərəstlər isə onların cavabında deyirdilər: اِنْ اَنْتُمْ اِلاّ بَشَرٌ مِثْلُنا تُرِيدُونَ اَنْ تَصُدِّونا عَمّا كانَ يَعْبُدُ آبائُنا «Siz də bizim kimi sadəcə bir bəşərsiniz. İstəyirsiniz bizi ata-babalarımızın dinindən döndərəsiniz». Keçmiş ata-babalara gözü bağlı, kor-koranə tabe olmaq və onların yolunu davam etdirmək müşriklərin peyğəmbərlərin qarşısında əsassız məntiqləri və dəlilləri idi. Elə məhz bu cür mənfi fikirlər onlara öz əxlaqsızlıqlarından və əyri yollarından dönüb islam dinini qəbul etməyə icazə vermirdi. «Bəqərə» surəsinin 170-ci ayəsində oxuyuruq: وَاِذا قِيلَ لَهُمْ اِتَّبِعُوا ما اَنْزَلَ اللهُ قالُوا بَلْ نَتَّبِعُ ما اَلْفَيْنا عَلَيْهِ آبائَنا «Onlara Allahın göndərdiyinə tabe olun»-deyiləndə, «xeyr, biz ata-babalarımızın getdiyi yola tabe oluruq»-deyərlər.» |