İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 14 » Günahşünaslıq
    11:40 AM
    Günahşünaslıq
    ÜÇÜNCÜ FƏSİL
    GÜNAHA BƏHANƏ GƏTİRMƏK
    Günaha bəhanə gətirmək günah etməkdən də pisdir. «Qiyamət» surəsinin 14-15-ci ayələrində oxuyuruq:
    بَلِ الاِْنْسانُ عَلى نَفْسِهِ بَصِيرَةٌ ـ وَلَوْ اَلْقى مَعاذِيرَهُ
    «İnsan özünü tanıyır, zahirdə nə qədər bəhanə və üzr gətirsə də faydası yoxdur.» Yəni insan etdiyi cinayət və günahlara nə qədər üzr gətirsə, səbəb göstərməyə çalışsa da onun vicdan məhkəməsi edilən hiylələrə, cinayətlərə görə onu mühakimə edir. Günaha bəhanə gətirmək günahın cəmiyyətdə adiləşməsinə gətirib çıxarır çirkin işləri gözəl təsvir etdirir. Heç bir günah «günaha bəhanə gətirmək» kimi pis deyil. Çünki etdiyi günahı etiraf edən şəxs həmişə tövbə fikrindədir. Günahını üzr və bəhanə ilə ört-basdır edən şəxs isə nəinki tövbə etmək fikrində deyil, əksinə tutduğu yolda gün-gündən möhkəmlənir.
    Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir ki, müxtəlif növlərdə zahir olur. Bu xəstəliyin ən böyük xətəri isə budur ki, günahkarı tövbə edib düz yola qayıtmaqdan çəkindirir. Bəzi vaxtlar isə həqiqətləri onun gözündə batil göstərir. Misal üçün, bir şəxs özündə müəyyən işi görmək üçün qorxu hissi keçirir, lakin bunun adını «ehtiyat» qoyur. Öz zəifliyinin adını «həya» qoyur, yaxud öz tənbəlliyinin səbəbini Allah-təalanın onu bu cür yaratması ilə izah edir. Doğrudan da insan nə üçün bu cür fikirlərlə səadət qapısını öz üzünə bağlamalıdır?
    Günaha üzr gətirən şəxs, etdiyi günahı ört-basdır edir ki, sonralar günah etmək onun üçün rahat və maneəsiz olsun.
    İslam dinində günaha üzr gətirmək, bir növ özünü və müsəlmanları aldatmaq hesab olunur. Zahiri gözəl, batini isə bulaşıqdır. Məsələn, bazarda meyvə satan bir şəxs yaxşı meyvələri üstə, xarablarını isə aşağı yığa. Günaha üzr gətirən şəxs də bu mövqedədir. Aşağıda qeyd edilən hədisdə İmam Baqir (ə) buyurur:
    «Bir gün İslam Peyğəmbəri (s) Mədinə bazarından keçirdi. Ərzaq malları satan bir şəxsi gördü. Peyğəmbər (s) ona buyurdu: Bəh! Bəh! Nə qədər gözəl və təmizdir». Yeyintinin qiymətini soruşdu. Bu vaxt Allah tərəfindən O Həzrətə xəbər gəldi ki, "əlini yeyintinin içinə sal və altına bax». Peyğəmbər (s) bunu etdi. Bu zaman onun altından bir neçə ədəd xarab yeyinti çıxdı. Peyğəmbər (s) o satıcıya buyurdu:
    ما اَراكَ اِلاّ وَقَدْ جَمَعْتَ خِيانَةً وَغِشّاً لِلْمُسْلِمِينَ
    «Sən müsəlmanlara həm xəyanət edirsən, həm də onları aldadırsan».
    BƏHANƏ GƏTİRMƏYİN NÖVLƏRİ
    İnsanların arasında günahlara müxtəlif üzrlər gətirirlər. Misal üçün: İnsanın əqidəsinə aid üzrlər, siyasi üzrlər, ictimai üzrlər, psixoloji üzrlər, mədəni üzrlər, itisadi üzrlər, hərbi üzrlər və başqaları.
    1. ƏQİDƏYƏ AİD OLAN ÜZRLƏR
    İnsanların əqidəsi ilə bağlı olan üzrlərdən biri qəza və qədər məsələsidir. Günahkar şəxsə «nə üçün günah etdin?»-deyəndə, cavabında deyir: «Allahın təqdiri belə imiş, qismətdən qaçmaq olmaz, ata-babalarımız bu yolu getdilər, ona görə biz də onların davamçılarıyıq». Bu kimi üzrlərlə Allahın onların üzərinə qoyduğu vəzifədən boyun qaçırmaq istəyirlər. «Maidə» surəsinin 148-ci ayəsində kafirlərin üzr gətirmələri haqqında belə oxuyuruq:
    لَوْ شاءَ اللهُ ما اَشْرَكْنا وَلا آباؤُنا وَلا حَرَّمَنا مِنْ شَـْيء
    «Bununla da onlar öz günahlarını Allahın boynuna yıxırdılar.»
    «Nəhl» surəsinin 35-ci ayəsində və «Zuxruf» surəsinin 20-ci ayəsində də buna oxşar sözlər gəlmişdir. «Zuxruf» surəsinin 20-ci ayəsində belə oxuyuruq:
    وَقالُوا لَوْ شاءَ الرَّحْمانُ ما عَبَدْناهُمْ
    "Əgər Allah istəsəydi, biz onlara (bütlərə) sitayiş etməzdik».
    Allah-təala isə onların bu bəhanələrini rədd edərək buyurur:
    اِنْ هُمْ اِلاّ يَخْرُصُونَ
    «Onlar yalnız yalan danışırlar».
    YEZİD İBNİ MÜAVİYƏNİN BƏHANƏ GƏTİRMƏSİ
    İmam Hüseyn əleyhissəlamın mübarək başını Şam şəhərində Yezid ibn Müaviyənin yanına gətirdilər. Yezid əvvəlcə bir şer oxudu. Sonra üzünü orada toplaşanlara tutub dedi:
    Bu başın sahibi deyirdi: «Mən rəhbərlik etməyə Yeziddən üstünəm. Deyəsən o, Quranda Allahın göndərdiyi bu ayədən xəbərsiz olub:
    قُلِ اللّهُمَّ مالِكَ الْمُلْكَ تُؤْتِي الْمُلْكَ مَنْ تَشاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشاءُ وَتُعِزُّ مَنْ تَشاءُ وَتُذِلُّ مِنْ تَشاءُ...
    «De ki, İlahi, ey mülklərin sahibi! Sən istədiyin şəxsə hökumət verərsən, istədiyin şəxsdən hökuməti alarsan, istədiyin şəxsi əziz edərsən və istədiyin şəxsi zəlil edərsən».
    Yezid tarixin ən böyük və dəhşətli cinayətlərini etdikdən sonra belə deyir: «Allah-təala bizi hökumətə çatdırdı.» O, bu sözlə özünün dəhşətli cinayətlərini ört-basdır etmək istəyirdi.
    CƏBR MƏSƏLƏSİNƏ BİR BAXIŞ
    Cəbr və ixtiyar bəhsi islam aləmində ən qədim və mübahisəli məsələlərdəndir. Lakin bu barədə bir nöqtəyə diqqət yetirmək lazımdır. O da insanların azad və işlərində ixtiyar sahibi olmağıdır. Biz vicdanımızla dərk edirik ki, əlimizin hərəkəti ürəyimizin döyünməsi ilə fərqlidir. Çünki ürəyimizin döyünməsi öz ixtiyarımızda deyil. Amma əlimizin hərəkəti öz ixtiyarımızdadır. Digər bir misal: şəhərə çəkilmiş su borularını təsəvvür edin. Borular əvvəlcə su mənbəyindən şəhərə, sonra küçələrə, daha sonra isə evlərə çəkilir. Borularla axan suyun əvvəlcə şəhərə gəlib, sonra evlərə axması bizim əlimizdə deyil. Amma suyu açıb işlətmək və ya bağlamaq bizim ixtiyarımızdadır. Bizim həyatdakı işlərimiz də belədir. Onların bir miqdarı Allahın ixtiyarında, bir miqdarı isə öz əlimizdədir. Deməli, gördüyümüz işləri tam Allahın boynuna yıxmaq düz deyil. Eləcə də bütün hadisələri insanların iradəsinə bağlı etmək də düzgün deyil.
    İNSANIN İXTİYARLI MƏXLUQ OLMASINA AİD DƏLİLLƏR
    1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. Yəni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir.
    2. Peşman olmaq: Gördüyümüz bəzi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik.
    3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir.
    4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məsuliyyətindən boyun qaçırmaq olmaz.
    2. SİYASİ ÜZRLƏR
    Siyasi məsələlərlə bağlı üzrlər də çoxdur. Onlardan biri budur ki, ruhani və din xadimi siyasətbazlıq kimi işlərə qarışmamalıdır. Çünki bu onun cəmiyyətdə tutduğu mövqeyə xələl gətirər. Lakin islam düşmənləri bəzən buna nail olaraq, bəzi savadlı, amma gözü ac ruhaniləri öz çirkin məqsədlərinə vasitə edə bilirlər. Və yaxud şahın məmurları camaata nə qədər zülm etsələr də özlərini günahkar bilmirlər. Çünki şah tərəfindən onlara əmr olunub. Başqa bir misal: Böyük şəxsiyyətlərdən birini qətlə yetirən şəxsə «Nə üçün bu işi gördün?»-deyəndə, cavabında dedi: «Mənə bu cür əmr olunmuşdu». Bu üzrlərdən kafirlər də gətirəcəklər.
    "Əhzab» surəsinin 67-ci ayəsində oxuyuruq:
    وَقالُوا رَبَّنا اِنّا اَطَعْنا سادَتَنا وَكُبَرائَنا فَاَضَلُّونا السَّبِيلا
    "Kafirlər deyərlər: Ey Rəbbimiz! Ağalarımıza, böyüklərimizə itaət eləmişdik. Onlar bizi yolumuzdan azdırmışdılar deyərlər.”
    Bu cür üzrlər Allah dərgahında qəbul olunmur.
    ZİRAR MƏSCİDİNİN BANİLƏRİNİN ÜZRLƏRİ
    Zirar məscidinin macərası «İslam Peyğəmbərinin (s) zamanında baş verən məşhur hadisələrdəndir. Belə ki, Mədinə şəhərində yaşayan münafiqlərdən (İslam dinini zahirdə qəbul edənlərdən) bir dəstəsi «Qüba» məscidinin yaxınlığında bir məscid tikdilər. Onlar özlərini İslam dininin tərəfdarları kimi qələmə verirdilər. Lakin onların bu məscidi tikməkdə məqsədləri müsəlmanlar arasında ixtilaf yaratmaq və dinə qarşı mübarizə aparmaq idi. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib öz məqsədlərini bu cür izah etdilər: Bəni-salim qəbiləsinin yaşadığı yerlə «Məscidül-həram» arasında fasilə çoxdur. Biz qocalar və xəstələr üçün məscid tikmək istəyirik ki, orada namaz qılsınlar. Həm də yağışlı günlərdə orada dini mərasimlərini təşkil etsinlər. Hətta onlar and içdilər ki, İslam dininə xidmət etməkdən başqa ayrı məqsədləri yoxdur.
    Peyğəmbər (s) onlara məscid tikməyə icazə verdi. Bu zaman Təbuk müharibəsi meydana çıxdı. Peyğəmbər (s) müharibəyə yola düşdü. Müharibədən qayıdan zaman hələ Mədinə şəhərinin darvazasına çatmamışdı ki, münafiqlər özlərini Peyğəmbərə (s) çatdırıb o Həzrətdən məscidin açılışında iştirak etməsini və orada namaz qılmasını xahiş etdilər. Bu vaxt Cəbrəil «Tövbə» surəsinin 107-110-cu ayələrini Peyğəmbərə (s) nazil etdi:
    وَالَّذِينَ اتَّخَذُوا مَسْجِداً ضِراراً وَكُفْراً وَتَفْرِيقاً بَيْنَ الْمُؤْمِنينَ وَاِرْصاداً لِمَنْ حارَبَ اللهَ وَرَسُولُهُ مِنْ قَبْلُ وَلَيَحْلِفُنَّ اِنْ اَرَدْنا اِلاّ الْحُسْنى وَاللهُ يَشْهَدُ اِنَّهُمْ لَكاذِبُونَ
    «O şəxslər ki, zərər vermək, küfr eləmək, möminlərin arasına təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna qarşı müharibə edənlərə gizlənmək yeri düzəldirlər, bizim "yaxşılıqdan savayı başqa niyyətimiz yoxdur»- deyə and- aman edəcəklər. (Lakin) Allah onların yalan dediyinə şahiddir». Bununla da o məscidə «Zirar» (zərər vermək) məscidi adı verildi. Peyğəmbər (s) bu ayə nazil olduqdan sonra, zahirdə məscid adlanan o yeri yandırmaq və ərazisini Mədinənin zibilxanası etmək əmrini verdi. Beləliklə, düşmənlərin bu hiyləsinin də qarşısı alındı. Bəli, onlar xəstə və zəif adamlara məscid tikmək bəhanəsi ilə ən böyük cinayətə əl atıb müsəlmanlar arasında təfriqə salmaq və islam hökumətini yıxmaq istəyirdilər. Lakin İslam Peyğəmbərinin (s) o yeri yandırmaq əmri buna mane oldu.
    GÜNAHLARA BƏHANƏ GƏTİRMƏK FİTNƏKARLARIN ƏLAMƏTİDİR
    İslam Peyğəmbəri (s) İmam Əli (ə) ilə etdiyi söhbətlərinin birində buyurur: «Fitnəkar şəxslərin bir əlaməti də budur ki, Allahın haram etdiyi işləri puç və yalançı bəhanələrlə halal edirlər. Onlar şərabı kişmiş suyu, rüşvəti hədiyyə və sələm almağı ticarət adı ilə halal etməyə çalışarlar. Yəni onlar bu cür bəhanələrlə ən böyük günahları ört-basdır edirlər».
    İmam Əli (ə) və böyük bir hiyləgər haqqında hədisə diqqət edək.
    Əşəs ibn Qeys hiyləgər münafiqlərin başçılarından biri idi. O, İmam Əlinin (ə) hökumətinə nüfuz etmək niyyəti ilə gecə yarısı çox ləzzətli halva ilə dolu bir qabı götürüb İmam Əlinin (ə) evinə getdi və onu hədiyyə adı ilə O Həzrətə təqdim etmək istədi. (Halbuki, bu rüşvət idi və onu hədiyyə adı ilə vermək istəyirdi.) İmam Əli (ə) bu hadisəni belə bəyan edir: O, (Əşəs) mənə o halvanı verəndə məndə o qədər nifrət hissi oyandı ki, elə bil o halva ilanın ağzının suyuna bulaşmışdı. Ona dedim:
    اَصِلَةٌ اَمْ زَكاةٌ اَمْ صَدَقَةٌ...
    «Gətirdiyin halva hədiyyədir, zəkatdır, yoxsa sədəqədir? Zəkat və sədəqə bizə (Yəni Əhli-beytə) haramdır».
    Əşəs dedi:
    لاذا وَلاذاكَ وَلكِنَّها هَدِيَّةٌ
    Nə zəkatdır, nə də sədəqə; sizə bir hədiyyədir. Ona dedim: Sən məni hədiyyə ilə aldatmaq istəyirsən, yoxsa ağlını itirib dəli olmusan?
    وَاللهِ لَوْ اُعْطِيتُ الاَْقالِيمَ السَّبْعَةَ بِما تَحْتَ اَفْلاكِها عَلى اَنْ اَعْصِيَ اللهَ فِي نَمْلَة اَسْلُبُها جُلْبَ شَعِيرَة ما فَعَلْتُهُ...
    «And olsun Allaha, qarışqanın ağzından bir buğda qabığını almaq qədər Allaha günah eləmərəm, əvəzində mənə yeddi iqlimi və bütün yerin altında olan sərvətləri versələr, yenə mən bu işi (qarışqadan buğda qabığını almağı) eləmərəm. Sizin vurğun olduğunuz bu dünya sərvətləri mənim gözümdə çəyirtkənin ağzında olan çeynənmiş yarpaqdan da qiymətsizdir». Budur, İmam Əlinin (ə) ona hədiyyə adı ilə rüşvət vermək istəyən münafiqin qarşısında olan mövqeyi!
    HİYLƏGƏRƏ MÖHKƏM CAVAB
    İmam Əliylə (ə) Müaviyə arasında baş verən «Siffeyn» müharibəsi 18 ay çəkdi. Bu müharibədə Peyğəmbərin (s) ən böyük səhabələrindən olan Əmmar Yasir İmam Əlinin qoşununda idi. Müsəlmanlar Peyğəmbərin (s) Əmmara xitab edib buyurduğu:
    تَقْتُلُكَ الْفِئَةُ الْباغِيَةُ
    «Səni zülmkar bir dəstə qətlə yetirəcək» kəlamını bilirdilər. Əmmar bu müharibədə şəhid oldu. Onun şəhid olmasından sonra Müaviyə və onun qoşununun zülümkar olması hamıya məlum oldu. Çünki Əmmarı onlar qətlə yetirmişdilər. Bu vaxt Müaviyə hiyləyə əl ataraq elan etdi ki, Əmmarı Əli öldürüb. Çünki onun bu müharibəyə gəlib qətlə yetirilməsinə səbəb Əlidir. Müaviyə bu hiylə ilə bir dəstəni aldatdı. Bu xəbər İmam Əliyə (ə) çatdı. İmam buyurdu: Müaviyənin dediyi söz düz olsa, onda Həmzəni (Peyğəmbərin (s) Bədr müharibəsində şəhid olan əmisi) Peyğəmbər (s) öldürüb. Çünki onun müharibəyə gəlməsinə səbəb Peyğəmbər idi. Əmr Asın oğlu Əbdullah İmamın bu cavabını Müaviyəyə çatdırdı. Müaviyə bu cavabı eşidəndə elə qəzəbləndi ki, Əmr Asa dedi: Axmaq oğlunu məsciddən çıxart!
    Əmmarın şəhid olması Müaviyənin qoşununun ruhiyyəsini zəiflətmişdi. Çünki onlar Peyğəmbərin (s) Əmmar haqqında buyurduğu hədisi bilirdilər. Lakin bununla belə, Müaviyənin işlətdiyi hiylə onları elə aldatdı ki, öz xeymələrindən çıxıb qışqırırdılar: "Əmmarı müharibəyə gətirən şəxs qətlə yetirdi».
    TARİXDƏ DAHA BİR HADİSƏ
    Qədim zamanlarda (Adəm peyğəmbərin dövranı kimi) qurban kəsənlər öz qurbanlıqlarını dağın başına qoyurdular. Bu vaxt bir atəş gəlib o qurbanlığı yandırsaydı, deməli qurbanlıq qəbuldur. Yox, heç bir atəş gəlib onu yandırmasaydı deməli, qurbanlıq qəbul olunmayıb.
    Həccac ibn Yusif Səqəfi xəlifə tərəfindən İraqın hakimi idi. O tarixin ən böyük cinayətkarlarından hesab olunur. Həccac öz müxalifləri ilə müharibə edərkən onların Kəbə evinə pənah aparmalarını gördü. Lakin o Kəbənin hörmətini sındırıb onu darmadağın etdi. Kəbənin yandırılmasından narahat olan, qorxuya düşən dəstə üzvlərini sakitləşdirmək məqsədi ilə onlara dedi: Bu atəş sizin nahaq olmağınızın əlaməti deyil, qurbanlığı yandırıb onun qəbul olunmasını bildirən atəşdir. Deməli, sizin də bu işiniz Allah dərgahında qəbuldur. Bununla da o, özünün və dəstəsinin etdiyi ən böyük cinayətə bəhanə gətirdi.
    HARUN ƏR-RƏŞİDİN XAİNCƏSİNƏ BƏHANƏSİ
    Tarix boyu quldurların və cinayətkarların işlətdiyi şüarlardan biri də «təhlükəsizliyi qorumaq lazımdır» şüarıdır. Harun (beşinci Abbasi xəlifəsi) Bağdaddan Məkkəyə, oradan da Mədinə şəhərinə getdi. Mədinə şəhərində olarakən İmam Musa ibn Cəfəri (şiələrin yeddinci imamı) zindana salmaq qərarına gəldi. Odur ki, Peyğəmbərin (s) qəbrinin yanına gəlib bu böyük günaha bu cür bəhanə gətirdi:
    يا رَسُولَ اللهِ، اِنّي اَعْتَذِرُ اِلَيْكَ مِنْ شَـْيء اُرِيدُ اَنْ اَفْعَلُهُ، اُرِيدُ اَنْ اَحْبس موسى بن جَعْفر فَاِنَّهُ يُرِيد التّشتّت بَيْنَ اُمّتِكَ وَسَفْكَ دِمائِها
    «Ey Allahın Rəsulu! Mən səndən edəcəyim işə görə üzr istəyirəm. Musa ibn Cəfəri zindana salmaq istəyirəm. Çünki o, sənin ümmətinin arasında təfriqə yaradıb onların qanını tökmək istəyir».
    Sonra o Həzrətin qollarını zəncirlə bağlatdırıb əvvəlcə Bağdada, sonra isə Bəsrə şəhərinə göndərdi.
    Beləliklə, cinayətkar Harun «təhlükəsizliyi qorumaq lazımdır» bəhanəsi ilə ən böyük tarixi bir cinayətə əl atdı.
    İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN QATİLLƏRİNİN BƏHANƏSİ
    İmam Hüseynin (ə) qətlə yetirilməsi ilə əlaqədar düşmənlərin gətirdiyi bəhanələrdən biri də bu idi: «O, dinindən çıxıb, ixtilaf yaratmaq istəyir». Düşmən ordusunun sərkərdəsi Ömər Səd, İmamla müharibəyə gedəndə deyirdi: «Sülh yaratmaq məqsədi ilə gedirəm. Müharibə qurtardıqdan sonra onun döyüşçülərindən biri İmam Hüseyn əleyhissəlamın ordusunun əmlakını qarət edərkən ağlayırdı. Bu zaman İmam Hüseynin (ə) övladlarından biri onun ağlamasının səbəbini soruşduqda, belə cavab verdi:
    «Törətdiyim cinayətlərə görə ağlayıram».
    Uşaq dedi: «Belədirsə, öz cinayətindən əl götür!» (Qarət etmə). O isə cavabında dedi:
    اَخافُ اَنْ يَأْخُذَهُ غَيْرِي
    «Qorxuram bu qiymətli əşyaları başqası götürə».
    Bəli, Ömər Sədin ordusu öz cinayətlərini etiraf etmələrinə baxmayaraq, öz çirkin əməllərindən əl götürməyib, tutduqları günah yollarını davam etdirirdilər.
    3. İCTİMAİ BƏHANƏLƏR
    Günahkarların öz günahları üçün gətirdiyi bəhanələrdən biri də ictimai üzrdür. Belə ki, hər hansı günahkar şəxsə «nə üçün günah edirsən?»- sualını verdikdə, belə cavab verir: «Camaatın çoxu bu işlərlə məşğuldur, mən də onlardan biri».
    İndiki zamanda bu cür yersiz bəhanələrlə özlərinə haqq qazandırmaq istəyən şəxslər çox olduğu kimi, keçmiş zamanlarda da az deyildi. Belə ki, Şüeyb peyğəmbərin zamanında camaat bütpərəstlik, xurafat, (alış-satışda başqalarını aldadıb) az satmaq, sələm yemək və bu kimi günah işlərlə məşğul idilər. Şüeyb peyğəmbər onları Allah yoluna dəvət edib, günahlardan çəkinməyə çağırdıqda, onlar bu çağrışa etina etməyib deyirdilər: Ayənin tərcüməsi: Onlar dedilər: Ey Şüeyb! Qıldığın namaz sənə əmr edirmi ki, ata-babalarımızın pərəstiş etdiklərini tərk edək?
    قالُوا يا شُعَيْبُ اَصَلوتُكَ تَأْمُرُكَ اَنْ نَتْرُكَ ما بَعْبُدُ آباؤُنا
    Firon Misirdə çox qüdrətli padşah idi. Onun hökmranlıq etdiyi bu ölkənin camaatı qorxu içində yaşayırdı. Xalqın çox hissəsi camaatla birgə olanlar və onlardan ayrılmasınlar deyə, Firona itaət edirdilər. Lakin camaatda yaranmış bu yanlış fikir Fironun həyat yoldaşı Asiyanı öz təsiri altına ala bilmədi. O, özünün polad iradəsi ilə Allaha bəslədiyi əqidə və imanı qoruyub saxladı. Amma Nuh peyğəmbərin həyat yoldaşı və oğlunun hərəkətinə, həmçinin Lut peyğəmbərin həyat yoldaşının tutduğu yola diqqət edək. Onlar Nuh və Lut peyğəmbəri xalqı Allah yoluna dəvət etdikləri üçün istehza edir, peyğəmbərlərə müxalif çıxırdılar.
    İslam Peyğəmbəri (s) və İmamlar (ə) həyatda çoxlu düşmənlərlə mübarizə apardılar. Onlar heç vaxt yaşadıqları cəmiyyətdə pozğunluğu, hərc-mərcliyi qəbul etməyir və ən çətin vəziyyətdə belə pozğun cəmiyyətlə mübarizə aparırdılar. Deməli, nəticə alırıq ki, yaşadığımız cəmiyyətin təsiri nəticəsində günah edib, haqq yolundan çıxmaq əqlən qəbul deyil.
    4. PSİXOLOJİ BƏHANƏLƏR
    Günah edənlərin gətirdiyi üzrlərdən biri də psixoloji üzrlərdir. Bu üzrlər müxtəlifdirlər.
    1. Naümid olmaq. Günahkara «nə üçün bu işlərdən əl çəkmirsən? deyəndə, cavabında deyir: «Biz daha bu bataqlıqda batmışıq». Başqa bəhanələr gətirənlər də olur. Və yaxud qocalmış bir şəxsə «nə üçün namaz qılmırsan?» deyəndə, cavabında deyir: «Məndən daha keçib, mənim yaddaşım zəifləyib, namazı öyrənə bilmərəm» və bu kimi üzrlər.
    2. Adət etmək. Günah bir işə adət etmiş şəxsə deyirlər: «Nə üçün bu işi tərk etmirsən?» O deyir: «Mən adət etdiyim bu işi nə cür tərk edim?!» Lakin həmin şəxsə hər bir miqdar pul versən və adət etdiyi işi tərk etməsini istəsən, o adətindən asanlıqla əl çəkəcək. Deməli, məlum olur ki, o şəxsin adət etdiyi işi tərk etməyə iradəsi çatır. Amma o «bu işə adət etmişəm» bəhanəsini daha rahat deyə bilir və yolundan dönmür.
    3. Bir şəxsə deyirsən: «Başqalarını pis işlərdən çəkindirmək vacibdir. Nə üçün filankəsi pis yoldan çəkindirmirsən?!» Cavabında deyir: «Qorxuram, mənim bu sözüm onun qəlbinə dəysin»
    4. Başqalarını istehza edən bir şəxsə deyirsən: «Nə üçün istehza edirsən?»
    O isə deyir: «Mən zarafat edirəm» və bu sözlə öz günahını yumaq istəyir.
    5. Bir şəxsə deyirsən: «Sənin atan və yaxud qardaşın kafirlərin yolunu gedir. Nə üçün onlarla oturub-durursan?» Cavabında deyir: «Onlarla nə cür əlaqəni kəsim?»
    Quranda bu kimi üzr və bəhanələrin hamısına cavab olaraq belə oxuyuruq:
    قُلْ اِنْ كانَ آبائُكُمْ وَاَبْنائُكُمْ وَاِخْوانُكُمْ وَاَزْواجُكُمْ وَعَشِيرَتُكُمْ وَاَمْوالٌ اقْتَرَفْتُمُوها وَتِجارَةٌ تَخْشَوْنَ كَسادَها وَمَساكِنُ تَرْضَوْنَها اَحَبَّ اِلَيْكُمْ مِنَ اللهِ وَرَسُولِهِ وَجِهاد فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتّى يَأْتِي اللهُ بِاَمْرِهِ واللهُ لا يَهْدِي الْقَوْمَ الْفاسِقِينَ
    «De ki, əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, həyat yoldaşlarınızı, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa düşəcəyindən qorxduğunuz bazarınızı Allahdan, Rəsulundan və Onun yolunda cihad eləməkdən daha çox sevirsinizsə, onda Allahın (əzab) əmrini gözləyin. Allah günahkarları doğru yola yönəltməz».
    Bu ayədən məqsəd odur ki, bütün varlığımız Allahın əmrinə qurban olmalıdır. Və bu yolda hər cür bəhanə gətirmək qadağandır.
    Bəhanələrin bir qismi də ondan ibarətdir ki, bəzi günahkarlar əvvəlcə etdiyi haram işə halal donu geyindirər və sonra o işi görərlər. Misal üçün: Bir şəxsin qeybətini etmək istəyəndə əvvəlcə «qeybət olmasın» və yaxud «Allah qeybətə yazmasın» ifadəsini işlədib sonra qeybət etməyə başlayırlar. Keçmiş alimlərdən biri mərhum Ayətullahül-üzma Seyyid Məhəmməd Höccət belə deyirmiş: «Mənim qeybətimi edənlərin hamısını bağışlayıram. Lakin mənim ardımca danışan bəzi tələbələrdən keçmirəm. Çünki onlar əvvəlcə qeybət etməyi halal edir, sonra qeybət edirlər».
    Günahkar şəxsin belə bəhanələr gətirməsinə səbəb isə odur ki, o günah etmək üçün qarşısında heç bir maneə görmək istəmir. Öz vicdanını bu cür bəhanələrlə müvəqqəti də olsa rahat və asudə etmək istəyir: ölümdən sonrakı həyata və qiyamət gününün hesab-kitabına əqidə bəsləmək və inanmaq insanı günahlardan çəkindirən bir amildir. Amma insan sərbəst günah etmək üçün ölümdən sonrakı həyatı və hesab-kitabı, yəni axirəti inkar edir. «Qiyamət» surəsinin 5-6-cı ayələrində oxuyuruq:
    بَلْ يُرِيدُ الاِْنْسانُ لِيَفْجُرَ اَمامَهُ ـ يَسْئَلُ اَيّانَ يَوْمُ الْقِيامَةِ
    «Ancaq insan qiyaməti danmaq istər, soruşar: «Axı qiyamət günü nə vaxt gələcək?»
    Category: Günahşünaslıq | Views: 752 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024