Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:
7. GÜNAHLARIN TƏSİRİNDƏN QORXMAQ VƏ ALLAHDAN HƏYA ETMƏK
Günahları təmizləyən amillərdən biri də günahların təsir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.»
Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.
Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir. Rağib özünün «Müfrədat» kitabında yazır: «Üzr istəmək üç yerə bölünür:
1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir: «Mən
... Read more »
Tövbə və onun Allah tərəfindən qəbul olunması Allahın böyük nemətlərindəndir. Tövbənin bir çox gözəl nəticələri var. O cümlədən: 1. Xalis tövbə günahkar insanı daxilən elə saflaşdırır ki, elə bil ki, günah etməyib.