İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 11 » Günahşünaslıq
    9:07 AM
    Günahşünaslıq
    BEŞİNCİ FƏSİL
    TÖVBƏ VƏ GÜNAHIN NƏTİCƏLƏRİ
    Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.
    Başqa sözlə desək, hər bir əməlin əks-əməli vardır. Misal üçün, futbol topunu yerə vurmaq bir iş və əməl, onun bu təzyiq nəticəsində yerdən qalxmasına isə əks-əməl deyilir. Topun yerdən necə qalxması bizim onu yerə necə vurmağımızdan asılıdır. İnsanın bütün işləri belədir. Amma diqqət olunmalı məsələ odur ki, əməllərin də həm axirət aləmində, həm də bu dünyada nəticəsi vardır. Bu fərqlə ki, dünyada olan nəticələr axirət aləmi ilə müqayisədə çox azdır. Həmçinin insanın gördüyü işlərin nəticəsi müxtəlif növlərdə meydana çıxır. Eləcə də nəzərə almalıyıq ki, bu dünyada insanın başına gələn bəlalardan bir hissəsi onun etdiyi pis işlərin nəticəsidir. Bəzi bəlalar isə müəyyən adamların tərəqqi etməsi və təkamülə yetişməsinə zəmin yaradır. "Bəqərə” surəsinin 155-ci ayəsində oxuyuruq:
    (وَلَنَبْلُوَنَّكُمْ بِشَـْيء مِنَ الْخَوْفِ وَالْجُوعْ...)
    «Sizi mütləq sınağa çəkərik, bir az qorxu, bir az da aclıq ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbirli adamlara müjdə ver»!
    Bu barədə çoxlu hədislər də var. O cümlədən, İmam Sadiq (ə) buyurur:
    اِنَّ اَشَدَّ النّاسِ بَلاءَ الاَْنْبِياءُ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الاَْمْثَلُ فَالاَْمْثَلُ
    "Ən çox bəlaya düçar olanlar (sınağa çəkilənlər) peyğəmbərlər, sonra onların yolunun davamçıları, daha sonra hər dövrdə yaxşı insanlardır».
    GÜNAHIN BU DÜNYADAKI NƏTİCƏLƏRİ HAQQINDA QURAN AYƏLƏRİ
    Quranda günahın nəticələri haqqında onlarla ayə mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:
    1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:
    فَاَنْزَلْنا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزاً مِنَ السَّماءِ بِما كانُوا يَفْسُقُونَ
    «Zalımlara zülm etdikləri üçün göydən əzab nazil etdik».
    2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq:
    يُرِيدُ اللهُ اَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ
    «Allah onları bəzi günahlarına görə cəzalandırmaq istəyir».
    3. "Ənam» surəsinin 6-cı ayəsində oxuyuruq:
    ... فَاَهْلَكْناهُمْ بِذُنُوبِهِمْ
    «Onları etdikləri günaha görə həlak etdim».
    4. "Əraf» surəsinin 96-cı ayəsində oxuyuruq:
    ... فَاَخَذْناهُمْ بِما كانُوا يَكْسِبُونَ
    «Onları əməllərinə görə cəzalandırdıq».
    5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-təala buyurur:
    فَتِلْكَ بُيُوتُهُمْ خاوِيَةً بِما ظَلَمُوا
    «Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».
    6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq:
    مِمّا خَطِيئآتِهِمْ اُغْرِقُوا
    «Onlar günahlarına görə qərq oldular».
    7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq:
    فَدَمْدَمَ عَلَيْهِمَ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوّها
    «Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».
    8. «Rəd» surəsinin 11-ci ayəsində oxuyuruq:
    اِنَّ اللهَ لا يُغَيِّرُ ما بِقَوْم حَتّى يُغَيِّرِوا ما بَاَنْفُسِهِمْ
    «Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»
    9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq:
    كَلاّ بَلْ رانَ عَلى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ
    «Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».
    10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq:
    وَما آصابَكُمْ مِنْ مُصِيبَة فَبِما كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِير
    «Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».
    Maraqlı budur ki, İmam Əli (ə) deyir:
    Peyğəmbər (s) buyururdu ki:
    خَيْرُ آية فِي كِتابِ اللهِ هذِهِ الاْيةُ
    «Quranda ən yaxşı ayə bu ayədir».
    Sonra Peyğəmbər (s) buyurur:
    يا عَلِيُّ! ما مِنْ خَدْشِ عُود وَلا نِكْبَةَ قَدَم اِلاّ بِذَنْب
    «Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».
    GÜNAHIN AXİRƏT ALƏMİNƏ AİD TƏSİRİ HAQQINDA BİR NEÇƏ AYƏ
    ... وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النّارِ هَلْ تُجْزَوْنَ اِلاّ ما كُنْتُمْ تَعْمَلُون
    1. «Pislik edən şəxslər üzü üstə od içinə atılacaqlar. Elə bilirsiniz etdiyiniz işlərin cəzası bundan başqa olacaq?!»(«Nəbə» surəsi.)
    2. «Cinn» surəsinin 23-cü ayəsində oxuyuruq:
    وَمَنْ يَعْصِ اللهَ وَرَسُولَهُ فَاِنَّ لَهُ نارَ جَهَنَّمَ خالِدينَ فِيها اَبَداً
    «Allah və Rəsuluna qarşı çıxan şəxsi Cəhənnəm odu gözləyir. Və o, od içində əbədilik qalar».
    3. «Məaric» surəsinin 11-16-cı ayələrində buyurur:
    يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذاِ يَوْمَئِذ بِبَنِيهِ ـ وَصاحِبَتِهِ وَاَخِيهِ ـ وَفَصِيلَتِهِ الَّتِي تُوْوِيهِ ـ وَمَنْ فِي الاَْرْضِ جَمِيعاً ثُمَّ يُنْجِيهِ ـ كَلاّ اِنَّها لَظى ـ نَزَّاعَةً لِلشَّوى
    « Günahkar şəxs əzabdan qurtarmaq üçün oğul-uşağını, arvadını, qardaşını, onu həmişə himayə edən yaxın qohumlarını, yer üzündə kimi varsa hamısını fəda etmək istər. Onu Cəhənnəm odundan heç nə xilas etməz, dərisini, ətini bişirib qoparar».
    4. «Möminun» surəsinin 104-cü ayəsində oxuyuruq:
    تَلْفَحُ وُجُوهَهُمُ النّارُ وَهُمْ فِيها كالِحُونَ
    «Od üzlərini yalayar və onlar cəhənnəmdə qaş-qabaqlı olarlar».
    YAXŞI İŞLƏRİN MƏHV OLMASI
    Günahın ən pis təsirlərindən biri də budur ki, insanın etdiyi yaxşı işləri də puça çıxardır. Yəni günahdan qabaq edilən yaxşı işlərə savab verilmir. Quranda 16 dəfə yaxşı işlərin puça çıxmasından söz açılmışdır. Bu ayələrə diqqət etdikdən sonra belə nəticə alırıq ki, küfr etmək, müşrik olmaq, ilahi ayələri təkzib etmək, məadı (ölümdən sonrakı həyatı) inkar etmək, mürtəd olmaq, peyğəmbərlərə qarşı əks mövqelərdə dayanmaq kimi günahlar insanın yaxşı işlərini Allah dərgahında puça çıxardar. Məsələn: Bir daşı yolun ortasından götürüb bir kənara atan şəxs sürücülərin rahatlığını təmin etdiyinə görə yaxşı iş görübdür. Lakin bu şəxs bu xeyirxah işi gördükdən sonra yolu qazıb xarab etmişdirsə, bu vaxt onun etdiyi pis iş yaxşı işini də kölgədə qoyub məhv edir. Beləliklə, böyük günahlar insanın xeyirxah işlərini puç edir. İblis Allah qarşısında təkəbbür edib Allahın fərmanından çıxdığına görə altı min illik ibadətini məhv etdi. Deməli, günahkar şəxslər etdikləri yaxşı işlərə güvənə bilməzlər.
    GÜNAHIN MƏNƏVİ TƏSİRLƏRİ
    Günahı təkrar etmək insanın qəlbini qaraldır, onu insani xislətlərdən çıxarıb heyvani xüsusiyyətlərə malik edir və başqa böyük günahlara zəmin yaradır. Misal üçün: birinci dəfə şərab içən şəxs müsəlman olduğu üçün çox çətinlik çəkir. İkinci dəfə isə bu iş onun üçün bir az asanlaşır. Amma bu işi çox təkrar etdikdən sonra şərab içmək onun üçün su içməkdən də asan olur. Deməli, günahı təkrar etmək, hətta böyük günahları da insan üçün asanlaşdırır. «Nəhl» surəsinin 108-ci ayəsində oxuyuruq:
    اُولئِكَ الَّذِينَ طَبَعَ اللهُ عَلى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَاَبْصارِهِمْ وَاُولئِكَ هُمُ الْغافِلُونَ
    «Onlardır (Kafirlərdir) ürəyinə, qulaqlarına, gözlərinə Allahın (qıfıl) vurduğu kəslər. Məhz onlardır qəflətdə olanlar».
    «Səff» surəsinin 5-ci ayəsində oxuyuruq:
    فَلَمّا زاغُوا اَزاغَ اللهُ قُلُوبِهُمْ
    «Onlar haqq yolundan münhərif olan zaman, Allah da onların qəlbini dəyişdirdi».
    «Rum» surəsinin 10-cu ayəsində oxuyuruq:
    ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ اَسائُوا السّوئا اَنْ كَذَّبُوا بِآياتِ اللهِ وَكانُوا بِها يَسْتَهْزِئُونَ
    «Pis işlər görən şəxslərin əməli o yerə çatdı ki, Allahın (göndərdiyi) ayələri təkzib etdilər və onu məsxərəyə qoydular».
    Bəzi zalım şəxslərin çoxlu günah və zülm etmək nəticəsində, haqqı inkar edib kafir olması hallarına tarixdə çox rast gəlinibdir. Bunların hamısı günahın təsiri nəticəsində baş verən hadisələrdir. Əksi isə belədir: yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır. Bu barədə bir neçə hədisə diqqət yetirək:
    İmam Sadiq (ə) buyurur:
    ما مِنْ شَـْيء اَفْسَدَ لِلْقَلْبِ مِنْ خَطِيئة، اِنَّ الْقَلْبَ لَيُواقِعُ الْخَطِيئَةَ فَما تَزالُ بِهِ حَتّى تَغْلِبَ عَلَيْهِ فَيُصَيِّرض اَعْلاهُ اَسْفَلَهُ
    «Günahdan çox insanın qəlbini fasid (xarab) edən bir şey yoxdur. Qəlb günah edir. O günahı təkrar edir. Nəticədə alt-üst olur».
    İmam Kazim (ə) buyurur:
    اِذا اَذْنَبَ الرَّجُلُ خَرَجَ فِي قَلْبِهِ نُكْتَةً سَوْداءُ فَاِنَّ تابَ اِنْمَحَتْ، وَاِنْ زادَ زادَتْ حَتّى تَغْلِبَ عَلى قَلْبِهِ فَلا يُفْلِحُ بَعْدَها اَبَداً
    «İnsan günah edən zaman onun qəlbində qara bir nöqtə yaranır. Bu günaha görə tövbə etməsə və etdiyi günahlarını artırsa, o qara nöqtə də böyüyüb ləkəyə çevrilir. Belə ki, axırda onun bütün qəlbi qaralır. Bundan sonra isə o daha səadətə yetişmir.»
    İmam Əli (ə) buyurur:
    ما جَفَّتِ الدُّمُوعُ اِلاّ لِقَسْوَةِ الْقُلُوبِ، وَما قَسَتِ الْقُلُوبُ اِلاّ لِكَثْرَةِ الذُّنُوبِ
    «Təkcə qəlbin bərkliyi nəticəsində gözlərin yaşı quruyur. Qəlbin bərkliyi isə çoxlu günahların təsiri nəticəsindədir»
    Ümumiyyətlə, insanın başına gələn bütün mənəvi və cismi bəlalar, günahlardan qidalanır.
    İmam Baqir (ə) buyurur:
    وَما مِنْ نِكْبَة تُصِيبُ الْعَبْدَ اِلاّ بِذَنْب
    «Bəndəyə yalnız günahdan ötrü narahatlıq və bəla yetişər».
    GÜNAHIN BAŞQA TƏSİRLƏRİ
    Hədisləri araşdırdıqda günahların daha neçə təsirinə rast gəlirik. Burada onlardan bəzisini nəzərdən keçirək.
    1. Qəlbin bərkliyi.
    2. Allahın verdiyi nemətin alınması.
    Bu barədə olan hədislərə və ayələrə diqqət edək.
    İmam Sadiq (ə) buyurur:
    Atam həmişə buyurardı:
    اِنَّ اللهَ قَضى قَضاءً حَتْمعاً اَلاّ يُنْعِمَ عَلَى الْعَبْدِ بِنِعْمَة فَيَسْلُبَها اِيّاهُ حَتّى يُحْدِثَ الْعَبْدُ ذَنْباً يَسْتَحِقُّ بِذلِكَ النِّقْمَةَ
    Allah-təala qəti hökm edib ki, bəndəsinə verdiyi neməti onun əlindən almasın. Lakin bəndə günah edəndə Allah-təala onun bu günahına görə nemətini ondan alır.»
    3. Kafir olmaq və ilahi ayələri inkar etmək.
    İslam Peyğəmbəri (s) buyurur:
    فَاِنَّ الْمَعاصِيَ تَسْتَوْلِي الضَّلالَ عَلى صاحِبِها حَتّى تُوقِعَهُ رَدّ وِلايَةِ وَصِيِّ رَسُولِ الله(ص) وَدَفْعَ نُبُوَّةِ نَبِيِّ اللهِ، وَلا تَزالُ بِذلِكَ حَتّى تُوقِعَهُ فِي رَدِّ تَوْحِيدِ اللهِ وَالاِْلْحادِ فِي دينِ اللهِ
    «Günahlar azğınlığı günahkar şəxsə müsəllət edir və bununla da onu Peyğəmbərin canişininin vilayətini və imamətini rədd etməyə, Peyğəmbərin nübüvvətini inkar etməyə vadar edir. Axırda onun işi bir həddə çatır ki, Allahın birliyini inkar edib, kafir olur».
    4. Duaların qəbul olunmaması.
    İmam Baqir (ə) buyurur: «Bəndə Allaha dua edərkən duasının tez və yaxud gec qəbul olunmasını istəyir. Amma bu vaxt bəndə bir günah edir. Allah-təala mələklərə əmr edir ki, onun istəyini verməyin. Çünki o Mənim qəzəbimə düçar oldu.»
    5. Ruzinin kəsilməsi. İmam Baqir (ə) buyurur:
    اِنَّ الرَّجُلَ لَيُذْنِبُ الذَّنْبَ فَيُدْرَءُ عَنْهُ الرَّزْقُ
    «Bir şəxs günah edir. Nəticədə ruzisi ondan uzaqlaşır».
    6. Gecə namazından məhrum olmaq. Bu barədə İmam Sadiq (ə) buyurur:
    اِنَّ الرَّجُلَ يُذْنِبْ الذَّنْبَ فَيُحْرَمُ صَلاةَ اللَّيْلِ
    «İnsan etdiyi günahın nəticəsində gecə namazı qılmaqdan məhrum olur».
    7. Gözlənilməz hadisələrdən amanda olmamaq. İmam Əli (ə) buyurur:
    «Günahkar şəxs özünü gözlənilməz hadisələrdən amanda bilməməlidir».
    Bunlardan əlavə yağışın yağmaması, evin viran olması, qiyamət günü yüz il həbsdə qalmaq, Allahın qəzəbinə və lənətinə düçar olmaq, misli görünməyən növbənöv bəlalar, peşimançılıq, rüsvayçılıq, ömrün qısa olması, zəlzələ baş verməsi, cəmiyyətdə fəqirliyin yayılması, qəm-qüssə, xəstəlik, pis adamların əlində zəlil olmaq və s. günah etməyin nəticəsində Allah-təalanın insana qəzəblənərək göndərdiyi bəlalardır. Günahkar üçün axirət cəzası isə daha kəskin və dəhşətli olacaq. Bu barədə hədislər doğrudan da çoxdur. Lakin bunlardan yalnız beşini diqqətinizə çatdırmaqla bu bəhsi tamamlayırıq.
    1. İslam Peyğəmbəri (s) buyurur: «Allah-təala namazı yüngül sayan şəxsi onbeş bəlaya düçar edər.
    1. Ömrünü qısa edər.
    2. Ruzisini azaldar.
    3. Onun üzündən saleh adamlara oxşarlığı çəkər.
    4. Onun yaxşı işlərinə savab verməz.
    5. Saleh adamların onun haqqındakı duaları qəbul olunmaz.
    6. Onun ölümü zəlilcəsinə olar.
    7. Onun ölümü aclıq və susuzluq halında olar.
    8. Ölümündən sonra Allah tərəfindən ona əzab vermək üçün bir mələk təyin olunar.
    9. Allah-təala onun qəbrini darlaşdırar.
    10. Qiyamət günü onun hesab-kitabı çətin olar.
    11. Allahın nəzəri ondan çəkilər.
    12. Çətin əzaba düçar olar.
    13. Onun qəbri zülmət qaranlıq olar.
    14. Allah tərəfindən bir mələk camaatın gözü qabağında onu yerə tərəf çəkər.
    2. Peyğəmbər (s) Əliyə (ə) buyurur: «Zina etməyin altı dənə mənfi təsiri vardır. Onun üçü bu dünyada, üçü isə axirət aləmindədir. Bu dünyadakı təsirləri bunlardır: Rüsvay olmaq, ömrün qısa olması, ruzinin kəsilməsi. Axirət aləmindəki təsirləri isə bunlardır: Qiyamətin günü çətinlik çəkər, Allah qarşısında hesab verər, Allahın qəzəbinə düçar olar, Cəhənnəm atəşində əbədi qalar. Bunlardan əlavə, zina edən şəxsin yaxşı işlərinə savab verilməz. Duası qəbul olunmaz, saleh şəxslərin onun üçün etdikləri dualar da qəbul olunmaz».
    3. Qiyamət günündə on günahkar dəstənin siması.
    Məaz ibn Cəbəl deyir: Əbu Əyyub ənsarinin evində İslam Peyğəmbərinin (s) hüzurunda idik. Mən o Həzrətdən soruşdum: Bu ayədən məqsəd nədir ki, Allah-təala buyurur:
    يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ اَفْواجهاً
    «Sur çalınan gün (Qiyamət günü) camaat dəstə-dəstə gələrlər».(Nur» surəsi, ayə 5.)
    Həzrət buyurdu: Qiyamət günü mənim ümmətimdən günahkar olanlar on dəstədə olacaqlar:
    1. Meymun sifətində.
    2. Donuz sifətində.
    3. Başı yerdə, ayaqları göydə gələn halda.
    4. Kor.
    5. Kar və lal.
    6. Bir dəstə dişlərini çeynəyir və ağızlarından gələn çirk hamını narahat edir.
    7. İylənmiş murdardan da pis iyli dəstə.
    8. Bir dəstə atəşdən və istidən qızarmış mislərdən paltar geyən halda.
    9. Əlləri və ayaqları kəsilmiş halda.
    10. Atəşdən olan darlara asılmış halda.
    Birinci dəstə xəbərçilik edənlər, ikinci dəstə haram yeyənlər, üçüncü dəstə sələm yeyənlər, dördüncü dəstə zalım qazilər, beşinci dəstə lovğa (təkəbbürlü) adamlar, altıncı dəstə elminə əməl etməyən alimlər və qazilər, yeddinci dəstə qonşularını incidənlər, səkkizinci dəstə zalım şəxslərə casusluq edənlər, doqquzuncu dəstə şəhvətpərəstlər və Allahın haqqını malından ayırmayanlar (xums və zəkat verməyənlər), onuncu dəstə isə özünü hamıdan üstün tutan şəxslərdir.»
    4. İslam Peyğəmbəri (s) buyurur:
    مَنْ وَلِيَ عَشَرَةً فَلَمْ يَعْدِلْ فِيهِمْ، جاءَ يَوْمَ الْقِيامَةِ وَيَداهُ وَرِجْلاهُ وَرأسُهُ فِي ثَقْبِ فَأْس
    "Əgər bir şəxs on nəfər adama başçılıq edə, lakin onlarla etdiyi rəftar ədalətli olmaya, o şəxs qiyamət günü məhşərə gələndə ayaqları və əlləri baltanın saplanan yerində olacaq».
    5. İmam Sadiq (ə) buyurur:
    مِنْ سَوَّدَ اِسْمَهُ فِي دِيوانِ وُلْدِ فُلان حَشَرَهُ اللهُ يَوْمَ الْقِيامَةِ خِنْزِيراً
    «Hər kəs adını filankəsin (Abbasi xəlifələrindən birinin və ya hər hansı zülmkar rəhbərin) idarəsində yazdırsa, Allah-təala onu qiyamət günü donuz simasında gətirəcək».
    6. İmam Baqir (ə) buyurur: İslam Peyğəmbərinin (s) kitabında belə oxuduq: Məndən sonra camaat aşkarda zina etsə, qəflətən baş verən ölümlər də çoxalar. Tərəzidə alıcını aldatmaq çoxalanda, Allah-təala qıtlığı bəla kimi camaata göndərər. Camaat mallarının zəkatını verməsələr, torpaq öz bərəkətini itirər. Qohum-əqrəbanın bir-biri ilə gəliş-gedişi kəsilsə, sərvət və var-dövlət pis adamların əlinə düşər. Camaat bir-birini yaxşı işlərə dəvət etməsələr və pis işlərdən çəkindirməsələr, Allah-təala pis adamları camaatın canına salar. Bu vaxt yaxşı adamların duası da qəbul olunmaz.»
    Category: Günahşünaslıq | Views: 833 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024