İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 11 » Günahşünaslıq
    9:09 AM
    Günahşünaslıq
    DÖRDÜNCÜ FƏSİL
    İNSANI GÜNAHDAN SAXLAYAN AMİLLƏR
    Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:
    1. Müxtəlif işlərdə fikirləşmək.
    2. Allaha iman gətirmək və onun hər yerdə nəzarətçi olmağına əqidəli olmaq.
    3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması.
    4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə.
    5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi.
    6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq.
    7. Allahdan həya etmək və günahın təsirindən qorxmaq.
    8. Düzgün ibadət etmək.
    1. MÜXTƏLİF İŞLƏRDƏ FİKİRLƏŞMƏK
    Günahın aqibətini fikirləşən tövbə edər.
    Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz.
    Allahın nemətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər.
    İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar.
    Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar.
    Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar.
    Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz. Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər.
    İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər.
    Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar.
    Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər.
    İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında təzim edər.
    Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər.
    Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər.
    Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.
    Fikirləşmək məcazi məfhum kimi yalnız beyinə aid olduğu üçün riyasız bir ibadətdir (özünü kimsəyə göstərmək meylindən uzaq olduğu üçün).
    Misal üçün namaz qılmaq üçün paltar, möhür və başqa şeylərə ehtiyac var. Amma fikirləşmək üçün heç bir şeyə ehtiyac yoxdur. Bunun dərəcəsi yalnız insanın şəxsi dünya görüşü, əxlaq tərzi və ağılı səviyyəsində olacaq. Ümumiyyətlə düzgün düşüncə insanı günahlardan çəkindirir. Fikir saf güzgü kimi pislikləri və yaxşılıqları əks etdirir.
    İmam Əli (ə) buyurur:
    اَلْفِكْرُ مِرْآةُ صافِيَةٌ
    «Fikir saf güzgüdür».(Nəhcül-bəlağə, Hikmət bölməsi, 456-cı səh.)
    O Həzrət başqa bir hədisdə buyurur:
    ما زَلَّ مَنْ اَحْسَنَ الْفِكْرَ
    «Sağlam düşüncəli şəxsin ayağı büdrəməz».
    2. ALLAHA İMAN GƏTİRMƏK VƏ ONUN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
    İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsinə əqidə bəsləməsidir. Heç bir amil bu amil kimi insanın davranışının nizamlanmasında təsirli deyil. Allaha əqidənin qüdrəti günahların təmizlənməsində bütün qüdrətlərdən üstündür. Polis orqanları onların yaşadığı cəmiyyətdəki nöqsanları düzəldə bilməzlər. Allaha və Onun bütün işlərə agah olduğuna əqidə insanı günahlar qarşısında polad kimi möhkəm edir. Polis orqanları nə qədər güclü olsalar da gizlində edilən günahların qarşısını ala bilməzlər. Halbuki, cəmiyyətdəki cinayətlərin çox hissəsini xəlvətdə edilən cinayətlər təşkil edir. Amma insanlarda daxilən Allaha iman qüvvəsi olsa, onlar həm aşkarda, həm də gizlində günah etməkdən çəkinəcəklər. Buna görə Qurani-kərimdə Allaha imanın insanları günahdan qorumaqdakı mühüm rolu qeyd olunmuşdur. "Ələq» surəsinin 14-cü ayəsində oxuyuruq:
    اَلَمْ يَعْلَمْ بِاَنَّ اللهَ يَرى
    «Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?»
    «Fəcr» surəsinin 14-cü ayəsində oxuyuruq:
    اِنَّ رَبَّكَ لِباالْمِرْصادِ
    «Şübhəsiz, Allah bəndələrin işlərini izləyir.»
    «Mömin» surəsinin 19-cu ayəsində isə belə oxuyuruq:
    يَعْلَمُ خائِنَةُ الاَْعْيُنِ وَما تُخْفِي الصُّدُورُ
    «Allah xəyanət edən gözləri tanıyır. Və sinələrdəki gizlin sirrlərdən agahdır.
    Quranda «Bəsir» (Allah görür) kəlməsi 51 dəfə, «Səmi» (Allah eşidir) kəlməsi isə 49 dəfə gəlmişdir. Bu ayələrdən nəticə alırıq ki, biz böyük Allahın hüzurundayıq. Gizlində və aşkarda hər nə etsək, zehnimizdə hər nə fikirləşsək, Allah onu bilir və ona agahdır.
    Sürücü qırmızı işıq yanarkən dayanır. Görəsən insan nə üçün qarşısında Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır?
    İslam Peyğəmbəri (s) dualarının birində Allaha belə xitab edir:
    اَسْمَعُ السّامِعِينَ اَبْصَرُ النّاظِرينَ
    «İlahi, Sən ən yaxşı eşidən və ən yaxşı görənsən!»
    BU BARƏDƏ OLAN BİR NEÇƏ HƏDİS
    İmam Əli (ə) buyurur:
    اِتَّقُوا مَعاصِيَ اللهِ فِي الْخَلَواتِ، فَاِنَّ الشّاهِدُ هُوَ الْحاكِمُ
    «Gizlində günah etməyin. Çünki Allah-təala şahiddir».
    Yenə o Həzrət buyurur:
    وَلا تَهْتِكُوا اَسْتارَكُمْ عِنْدَ مَنْ يَعْلَمُ اَسْرارَكُمْ
    «Həya pərdənizi, sirlərinizi bilən Allah yanında yırtmayın».
    Bir şəxs İmam Hüseynin (ə) hüzuruna gəlib ərz etdi: Ey Peyğəmbərin (s) övladı, mən günahkar bir şəxsəm. Günahlardan yaxa qurtara bilmirəm. Mənə nəsihət ver!
    İmam ona buyurdu:
    اِفْعَلْ خَمْسَةَ اَشْياء وَاَذْنِبْ ما شِئْت
    «Beş dənə işi gör və günah et!
    1. Allahın ruzisini yemə və günah et.
    2. Allahın hökumətindən kənara get və günah et.
    3. Elə bir yerdə günah et ki, səni Allah görməsin.
    4. Nə qədər istəyirsən günah et. Amma əvəzində Əzrail sənin canını almağa gələndə onu özündən uzaqlaşdır.
    5. Cəhənnəm məmurları səni cəhənnəmə tərəf aparanda getmə və nə qədər istəyirsən günah et.»
    Şübhəsiz, günaha zəmin yaradan amillərdən biri də insanın qafil olmasıdır, həmişə Allahı yada salmaq isə insanı günahdan qoruyan amillərdəndir.
    İmam Baqir (ə) buyurur:
    «Allah-təala üç şeyi bütün insanlara vacib edib:
    1. İnsaflı olmaq.
    2. Mömin qardaşın yolunda fədakarlıq etmək.
    3. Həmişə Allahı yada salmaq.
    Allahı yada salmaq budur ki, insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın».
    İmam sonra bu ayəni oxudu:
    اِنَّ الَّذِينَ اتَّقُوا اِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّيْطانِ تَذَكَّرُوا فَاِذا هُمْ مُبْصِرُون
    «Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». ("Əraf», 201)
    İmam Sadiq (ə) Allahı yada salmağı belə izah edir: «Allahı yada salmağın mənası budur ki, insan bütün işlərlə üzləşəndə əgər Allahın razılığı olsa o işi görür, yox əgər günah iş olsa, onu tərk edir».
    Deməliyik ki, Qurani-kərimdə şeytan, mal-dövlət, övlad, ticarət, dünya malından həddindən artıq ləzzət almaq insanı Allahdan qafil edən amillər kimi qeyd olunmuşdur. Nəticədə təkcə qəflət yaradan pərdələrin olmadığı halda, Allahı yada salmaq mümkündür.
    3. İNSANIN ÖZÜNÜ TANIMASI VƏ ÖZ ŞƏXSİYYƏTİNƏ QARŞI DİQQƏTLİ OLMASI
    İnsanı günahdan uzaqlaşdıran amillərdən biri də onun öz şəxsiyyətini tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olmasıdır. Çünki günahlardan bir qismi insanın öz şəxsiyyətinə qiymət verməməsi nəticəsində baş verir. Misal üçün, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o bu işi üçün tənbeh olunur. Lakin o, qonaq qarşısında belə bir hərəkət etsə tenbeh olunmur. Çünki ata və yaxud ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü bu stəkanı sındırdığına görə uşağı danlamaqla ucuzlandırmaq istəmir. Deməli, insan öz şəxsiyyətinə qiymət verərsə, özünü nəzarətdə saxlaya bilər.
    QURANDA İNSAN ŞƏXSİYYƏTİ HAQQINDAKI AYƏLƏR
    Quran nəzərində insan Allahın yer üzündəki xəlifəsi və mələklərin səcdə etdiyi bir məxluqdur. Allah-təala bütün yaranmışları insandan ötrü xəlq edib və onun ixtiyarına verib. «Casiyə» surəsinin 13-cü ayəsində oxuyuruq:
    وَسَخَّرَ لَكُمْ ما فِي السَّماواتِ وَما فِي الاَْرْضِ جَمِيعاً مِنْهُ
    «Allah göylərdə və yerdə olan hər şeyi sizə tabe eləmişdir».
    «İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:
    وَلَقَدْ كَرَّمْنا بَنِي آدَمَ
    «Biz Adəm övladlarını (insanları) əziz (kəramətli) etmişik.»
    Bu ayənin axırında isə buyurur:
    وَ فَضَّلناهُمْ...
    «Biz insanları üstün tutmuşuq».
    «Tövbə» surəsinin 38-ci ayəsində Allah-təala möminlərə xitab edib buyurur:
    أَرَضِيتُمْ بِالْحَيوةِ الدُّنْيا
    «Dünya həyatınamı razı oldunuz?!»
    Bu ayə onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada hər şeydən çox qiymətli və üstündür. O, özünü (iman və əqidəsini) bu dünyanın həyatına satmamalıdır. Misal üçün, təzə bir maşın alan şəxs onu tozlu və palçıqlı yollarda sürmür. Çünki onun belə bir maşını toz-torpaqlı yolda sürməyə heyfi gəlir. Allah-təala da insanı məxluqların ən yaxşısı və özünün xəlifəsi yaradıb. Heyf deyilmi ki, belə bir dəyərli vücudunu günah bataqlıqlarında məhv etsin.?! Həqiqətən insan öz dəyər və qiymətini düzgün başa düşsə, pis işlərin ardınca getməz. Amma özünü puç və zəlil hesab edən şəxsin hər bir cinayət və pislik etməyi mümkündür. «Zuxruf» surəsinin 54-cü ayəsində oxuyuruq:
    فَاسْتَخَفَّ قَوْمَهُ فَاَطَاعُوهُ
    «Firon öz qövmünün şəxsiyyətini təhqir etdi. Sonra camaat ona itaət etdilər.» Yəni Firon öz hökmləri ilə əvvəlcə camaatı şəxsiyyətsiz etdi. Onlar da özlərini puç və zəlil biləndən sonra Fironun dediklərinə tabe oldular. Amma bu tayfa öz şəxsiyyətlərini itirməsəydi heç vaxt Firon kimi zalım və şəxsiyyətsiz bir padşaha tabe olmazdılar.
    İNSAN ŞƏXSİYYƏTİ HAQQINDA BİR NEÇƏ HƏDİS
    1. İmam Əli (ə) buyurur:
    اِنَّهُ لَيْسَ لاَِنْفُسِكُمْ ثَمَنٌ اِلاّ الْجَنَّةَ فَلا تَبِيعُوها اِلاّ بِها
    «Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın».(Qürərül-hikəm, 4-cü cild, 340-cı səh.)
    2. O Həzrət başqa bir hədisdə buyurur:
    قَبِيحُ بِذِي الْعَقْلِ اَنْ يَكُونَ بَهِيمَةً وَقَدْ اَمْكَنَهُ اَنْ يَكُونَ اِنْساناً
    «Ağıllı bir varlığın insan kimi yaşaması mümkün olduğu halda, onun heyvan kimi yaşaması çox pisdir».
    3. Yenə o Həzrət buyurur:
    ما تَكَبَّرَ اِلاّ وَضِيعٌ
    «Təkcə şəxsiyyətsiz insanlar lovğa olurlar».
    4. İmam Sadiq (ə) buyurur:
    اَلْقَلْبُ حَرَمُ اللهِ فَلا تُسْكِنُوا حَرَمَ اللهِ غَيْرَ اللهِ
    «Qəlb Allahın hərəmidir. Allahın hərəminə qeyri-ilahi şeyləri daxil etməyin».
    Doğrudan da insanın qəlbi Allahın hərəmi olduğu halda nə üçün günah və pisliklərlə özünü həlak etmişdir?
    5. İmam Əli (ə) buyurur:
    عَجِبْتُ لِمَنْ يُنْشِدُ ضالَّتَهُ، وَقَدْ اَضَلَّ نَفْسَهُ فَلا يَطْلُبُها
    «Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır».(Mizanül-hikmət, 8-ci cild, 229-cu səh.)
    6. İmam Əli (ə) başqa bir hədisdə buyurur:
    قُلُوبُ الْعِبادِ الطّاهِرَةُ مَواضِعُ نَظَرِ الله
    «Allah bəndələrinin təmiz qəlbləri Allahın diqqət etdiyi yerdir.»(Qürər)
    7. O Həzrət başqa bir kəlamında buyurur:
    اَلْعارِفُ مَنْ عَرَفَ نَفْسَهُ فَاعْتَقَها وَنَزَّهَها عَنْ كُلِّ ما يُبْعِدُها وَيُوبِقُها
    «Arif o şəxsdir ki, özünü tanıyıb onu müstəqil və azad etsin. Sonra onu bütün həlak edici xislətlərdən təmizləsin».(21.,"Həcc”)
    8. Yenə o Həzrət buyurur:
    وَلَبِئْسَ الْمُتَّجَرُ اَنْ تَرى الدُّنْيا لِنَفْسِكَ ثَمَنَاً
    «İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir!»
    Bu ayə və hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir. Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması, onu günahlardan uzaqlaşdıran bir amil kimi, onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.
    4. AXİRƏTƏ VƏ QİYAMƏT GÜNÜNÜN HESAB-KİTABINA İMAN GƏTİRMƏK
    Quran insanı tərbiyə edən bir kitabdır. Quran tərbiyə ilə əlaqədar məsələlərdən çox hissəsini qiyamət gününə əqidə yolu ilə həll etmək istəyir. Quranda 1400 dəfə məad, yəni axirət aləmi haqqında danışılmışdır. Bu ilahi kitabın altıda bir hissəsi insanları qiyamət gününün hesab-kitabına inanmağa çağıran ayələrdir. Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük təsir bağışlayır. İndi də bu barədə bir neçə ayəyə diqqət yetirək:
    1. «Ali-İmran» surəsinin 30-cu ayəsində oxuyuruq:
    يَوْمَ تَجِدُ كُلُّ نَفْس ما عَمِلَتْ مِنْ خَيْر مُحْضَراً وَما عَمِلَتْ مِنْ سُوء
    «Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər».
    2. «Qəmər» surəsinin 8-ci ayəsində oxuyuruq:
    خُشَّعاً اَبْصارُهُمْ يَخْرُجُونَ مِنَ الاَْجْداثِ كَأَنَّهُمْ جَرادٌ مُنْتَشِرٌ
    «Gözləri yerə baxan halda qəbrlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar».
    3. "Əbəsə» surəsinin 34-37-ci ayələrində oxuyuruq:
    يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنَ اَخِيهِ ـ وَاُمِّهِ وَاَبِيهِ وَصاحِبَتِ وَبَنِيهِ ـ لِكُلِّ امْرِء مِنْهُمْ يَوْمَئِذ شَأْنٌ يُغْنِيهِ
    «O gün hər kəs qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını qoyub qaçar, hamı öz hayına qalar».
    Bunlar Quranda qiyamət günü haqqındakı ayələrdən bir neçəsi idi. Elə bir gün ki, günahkarlar o gündə peşman olacaqlar. Hamı bu dünyada etdikləri işlərin nəticəsini görəcək. Bu barədə olan mühüm vəzifələrdən biri də odur ki, qiyamət günü həmişə bizim yadımızda olsun. Çünki qiyamət gününə tam yəqinliyimiz olsa onu yada salmaq bizim tərbiyəmizin doğru istiqamətə yönəlməsinə güclü təsir edəcəkdir.
    «Mütəffifin» surəsinin 5-7-ci ayələrində oxuyuruq:
    اَلا يَظُنُّ اُولئِكَ اِنَّهُمْ مَبْعُوثُونَ ـ لِيَوْمِ عَظِيم ـ يَوْمَ يَقُومُ النّاسُ لِرَبِّ الْعالَمِينَ
    «(Az satanlar və tərəzidə camaatı aldadanlar) Məgər bilmirlər ki, o böyük gün gələndə diriləcəklər?! O gün insanlar qəbirdən qalxaraq aləmlərin Rəbbinin hüzuruna axışarlar.»
    DİN QABAQCILLARININ AXİRƏT ALƏMİNƏ MÜNASİBƏTLƏRİ
    Peyğəmbərlə (s)r, İmamlar və böyük İlahi şəxsiyyətlər həmişə axirət həyatı haqqında fikirləşir və bir an da bu fikirdən qafil olmurlar. Peyğəmbər (s) və imamlar camaatı Allah yoluna dəvət edərkən Allaha əqidə və axirət aləminə inamlı olmağı iki mühüm məsələ kimi qeyd edirdilər. İlahi şəxsiyyətlər günəş hərarətini görəndə də qiyamət gününü xatırlayırdılar. Bir gün İmam Əlinin (ə) qardaşı Əqil o Həzrətdən müsəlmanların pulundan (beytül-maldan) ona kömək etməsini xahiş etdi. İmam odda qızmış bir dəmiri götürüb qardaşının əlinə tərəf apardı. Əqil qorxub bu işə etiraz edəndə İmam buyurdu: «Sən insan əlində oyuncaq olan bir atəşdən qorxursan, amma qardaşını Allahın qəzəbi ilə şölələnən atəşə tərəf çəkmək istəyirsən».
    İmam Əli (ə) başqa bir söhbətində buyurur:
    وَاتَّقُوا ناراً حَرُّها شَدِيدٌ وَقَعْرُها بَعِيدٌ وَحِلْيَتُها حَديدٌ، وَشَرابُها صَدِيدٌ
    «Qorxun o atəşdən ki, hərarəti və dərinliyi çoxdur. Onun zinəti dəmir zəncir və içkisi qaynar sudur».
    HƏZRƏT SALMANIN DOSTUNUN ƏHVALATI
    Bir gün Salman Kufənin dəmirçi bazarından keçirdi. Gözü nərə çəkib huşsuz halda yerə yıxılan bir cavana sataşdı. Camaat o cavanın ətrafına toplaşdılar. Amma Salmanı orada görəndən sonra ona dedilər: Deyəsən bu cavanın beynində xəstəlik var. Onun qulağına bir dua oxu. Bəlkə sağaldı. Salman dua oxudu və cavan ayağa qalxdı. O, Salmanı görəndə dedi:
    Mən xəstə deyiləm. Lakin dəmirçilərin bazarından keçərkən onların qızmış dəmirləri döymələrini görüb bu ayəni xatırladım:
    وَلَهُمْ مَقامِعُ مِنْ حَدِيد
    «Cəhənnəm məmurlarının şallaqları vardır».(Məcməül-bəyan, bu ayə haqqında.)Allahın əzabının qorxusundan ağlım başımdan çıxdı və yerə yıxıldım.
    Salman onun bu sözlərindən sonra onunla dost oldu. Bu hadisədən bir müddət keçdi. Salman bir neçə gün dostunu görmədi. Bildi ki, xəstədir. Onun evinə getdi. Başı üstünə çatanda onu can verən halda gördü. Bu vaxt Salman Əzrailə xitab edib dedi:
    يا مَلَكَ الْمَوْتِ اِرْفَقْ بِاَخِي
    «Ey ölüm mələyi! Mənim dostumla mehriban ol»
    Həzrət Əzrail dedi:
    اِنّي بِكُلِّ مُؤْمِن رَفِيقٌ
    «Mən bütün möminlərlə mehribanam».
    5. İŞLƏRİN PEYĞƏMBƏR (S) VƏ İMAMLARA TƏQDİM EDİLMƏSİ
    İnsanı günah qarşısında nəzarətdə saxlayan amillərdən biri də bütün işlərin Peyğəmbər və İmamlara təqdim edilməsinə əqidəli olmaqdır. Yəni Allah-təala müəyyən yollarla insanların işlərini İslam Peyğəmbərinə (s) və İmamlara təqdim edir. Bu işlər yaxşı olsa, onlar sevinir; yox əgər günah işlər olsa, onlar narahat olurlar. Biz insanlar belə bir əqidədə olsaq əməllərimizə qarşı daha diqqətli olarıq. Çünki biz öz Peyğəmbərimiz (s) və İmamlarımızın narahatlığını istəmirik. «Tövbə» surəsinin 105-ci ayəsində oxuyuruq:
    وَقُلِ اعْمَلُوا فَسَيَرى اللهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتَرَدَّوْنَ اِلى عالِمِ الْغَيْبِ وَالشَّهادَةِ فَيُنَبِئُّكُمْ بِما كُنْتُمْ تَعْمَلُون
    «De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah, Rəsulu və möminlər (İmamlar) görəcəkdir. Tezliklə aşkarda və gizlində edilən işləri bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək».
    Bu barədə çoxlu hədislər də vardır. «Üsuli-kafi» kitabında bu barədə bir bölmə var ki, altı hədisdən ibarətdir. Bu hədislərin bəzisində oxuyuruq:
    İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin (s) hüzuruna təqdim olunur. Lakin bu hədislərdən bəzisində təqdim olunma vaxtı cümə axşamı kimi qeyd olunmuşdur. Həmçinin, bu hədislərin müəyyən hissəsində əməllərimizin İmamların hüzuruna çatmasını da qeyd edirlər.
    6. ÖLÜMÜ YADA SALMAQ
    Şübhəsiz, insanı günahlardan qoruyan bir amil də həmişə ölümü yada salmaqdır.
    İslam Peyğəmbəri (s) buyurur:
    اَكْثِرُوا ذِكْرَ الْمَوْتِ، فَاِنَّهُ يُمَحِصُّ الذُّنُوبَ
    «Ölümü tez-tez yada salın. Çünki bu iş günahları təmizləyir».
    İmam Əli (ə) buyurur:
    اَلْمَوْتُ اَلْزَمُ لَكُمْ مِنْ ظِلِّكُمْ
    «Ölümlə rabitə sizə kölgənizdən də möhkəmdir». (Yəni ölümlə əlaqəniz sizə kölgənizdən də yaxındır).
    Category: Günahşünaslıq | Views: 972 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024