Bəşəriyyətin ən ali məqsədi Allah-taalaya yaxın məqama çatmaqdır. Məbudla minacat ləzzətinin dadılması, insanın öz Rəbbinin pıçıltısını dinləməsi bu yaxınlaşmanın təsirlərindəndir. Bu mərhələ insan kamilliyinin son mərtəbəsidir. İnsan yalnız özünü tərbiyələndirmək, nəfslə cihad aparmaq, məbud yolunda addım atıb onun razılığını qazanmaqla bu mərtəbəyə çata bilər. Əlbəttə ki, insan hər nəyi Allahın diqqət və tövfiqi sayəsində əldə edir.
Əhli-beyt (ə) vasitəsi ilə bizə çatdırılmış rəvayətlərin bir hissəsini qüdsi hədislər təşkil edir. Bu hədisləri Allah-taala bəzi peyğəmbərlərin qəlbinə nazil etmişdir. (Peyğəmbərlər qüdsi hədisləri öz sözləri ilə nəql etmişlər. Bu səbəbdən də qüdsi hədislərdə Quranda olan cazibə yoxdur. Quranla qüdsi hədislər arasında yeddi fərq qeyd olunur: Quran
... Read more »
"Bir növ mənim sevincim ol” buyuruğunda nəzərdə tutulur ki, daim Allahı razı salacaq şəkildə rəftar olunsun. Musanın nəzərinə çatdırılır ki, onun yaxşı rəftarı Allahı o qədər razı salır ki, Musa özü bir növ Allahın sevincinə çevrilir. Buyurulur: "Ey Musa! ... Həqiqətən, mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”
İlahi şəriətlərdə bəyan olunmuş və peyğəmbərlər tərəfindən insanlara çatdırılan bütün göstərişlərdə Allaha b
... Read more »
İlahi buyuruqlarda qəlbin həyatı və Allah dostlarının səciyyələri haqqında
"(Azğın) qəlbini Allah qorxusu (xəşyət-zərər yox, kiçiklik qorxusu) ilə öldür. Libasların köhnə, qəlbin təzə və təravətli olsun. Yer əhlinə tanınma, mələklər və göy əhlinə tanın. Evin döşənəcəyi ol (şöhrətdə
... Read more »
"Ey Musa! Mən Allaham və bəndələrdən üstünəm. Bəndələr məndən aşağıdır və hər biri qarşımda zəlildir. Nəfsini daim ittiham et (heç vaxt ona arxayın olma; qorx ki, səni aldadıb xoşbəxtliyini əlindən ala). Dininə münasibətdə övladına (d
... Read more »
Şəfaət ilahi mərhəmət cilvələrindən biridir. Allah bəndələrini bağışlamaq istədiyindən Öz peyğəmbərləri və xüsusi övliyaları üçün şəfaət haqqı nəzərdə tutmuşdur. Onlar Allahın izni ilə insanlar üçün bağışlanma diləyir, şəfaətçi kimi çıxış edirlər. Beləcə, insanlar şəfaət yolu ilə Allahın mərhəmət nemətini dadırlar. Allah-taala öz peyğəmbərinə icazə vermişdir ki, ondan günahkarlar üçün bağışlanma diləsin: "Biz elə bir peyğəmbər göndərmədik ki, ona Allahın izni ilə itaət olunmasın. Onlar özlərinə sitəm qıldıqda sənin yanına gələr və Allahdan bağışlanma dil
... Read more »
Ey Musa! Özünü pakla qüsl et, sonra mənim saleh bəndələrimə yaxınlaş. Ey Musa! Namazlarında onlara imam, ixtilaflarında hakim ol. Aralarında sənə nazil etdiyim kitab əsasında mühakimə apar. Həqiqətən, mən o kitabı (Tövratı) aşkar hökm,
... Read more »
Tarixi məlumatlara, eləcə də ayə və rəvayətlərə əsasən həzrət İsanın səhabələri və yaxınları rahiblik yolunu tutmuşdular. Onlar guşənişinliyi bir dəyər sayır və imkan həddində cəmiyyətdən uzaqlaşmağa çalışırdılar. Səhabələr şəhərdən uzaqlaşıb biyabanlarda, mağaralarda ibadətə məşğul olurdular. Qurani-kərimdə məsihilərin rahibliyə meyli haqqında buyurulur: "Özbaşına seçdikləri tərkidünyalıq yolunu onlar üçün biz müəyyənləşdirməmişdik. Bunu Allah rizasına etsələr də, layiqincə gözləmədilər.”("Hədid”, 27)
... Read more »
Aydın oldu ki, tənhalıq və guşənişinlik İslam baxımından məqbul deyil. Allah orta bir yol təqdim edir. Bu yolu seçən insan ilk addımda salehlərlə ünsiyyətə qatılır və ən zəruri hallarda saleh olmayan insanlarla ünsiyyət saxlayır. İkinci zümrə ilə rabitədə məqsəd onların hidayətidir. Təbii ki, saleh insanlarla rabitə qurmaq qərarına gəlmiş insan ilk növbədə onları tanıya bilməlidir. İkinci addımda salehl
... Read more »
İlahi buyuruqda Allahla rabitə, dünya istəyi və bəndələrə nəvaziş mövzusu
Ey Musa! Sən mənim bəndəmsən, mən də sənin məbudunam. Həqir, yoxsul, adamı alçaq sayma. Dünya malının azlığına görə varlıya həsəd aparma. Məni yada salanda təvazökar ol. Bəla və müsibətə düçar olanda rəhmətimə görə ümidvar ol, müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər.”
Allah-taalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: "De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.” (Nisa”, 77)
Bu qüdsi hədisin araşdırdığımız bəzi bəndlərində həzrət Musaya xitabən Allaha diqqət və Allah zikrini, bu işdə xüzu və xüşunu gözləməyin zəruriliyi bildirilir. Digər bir bənddə zikr zamanı Allaha etimad zəruri sayılır. Bildirilir ki, zikr zamanı Allaha etimad göstərmək lazımdır:
"Mənə pərəstiş et, başqasını mənə şərik qoşma və razılığımı qazanmaq qərarına gəl. Mən həmin uca mərtəbəli ağayam ki, səni ram torpaq, qarışıq gildən götürülmüş həqir sudan olan nütfədən çıxardım. Ondan sonra sən insan oldun və mən o nütfədən bir canlı mövcud yaratdım. Uca və mübarəkdir mənim zatım. Mənim yaratdığımda nöqsan yoxdur və mən misil
... Read more »
"Ya Musa! Məni xof, qorxu, vahimə ilə çağır. Hüzurumda üzünü torpağa qoy, ən şərəfli vücudunla səcdə qıl. Mənimlə qorxmuş qəlblə minacat et. Bütün ömrünü Tövratla diri saxla. Mənim yaxşılıqlarımı və mədh olmuş sifətlərimi cahillərə öyrət, nemətlərimi onlara xatırlat. Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağır
... Read more »