İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 30 » İlahi nəsihətlər
    10:46 AM
    İlahi nəsihətlər
    İlahi göstərişlərə itaətin hikməti
    "Bir növ mənim sevincim ol” buyuruğunda nəzərdə tutulur ki, daim Allahı razı salacaq şəkildə rəftar olunsun. Musanın nəzərinə çatdırılır ki, onun yaxşı rəftarı Allahı o qədər razı salır ki, Musa özü bir növ Allahın sevincinə çevrilir. Buyurulur: "Ey Musa! ... Həqiqətən, mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”
    İlahi şəriətlərdə bəyan olunmuş və peyğəmbərlər tərəfindən insanlara çatdırılan bütün göstərişlərdə Allaha bəndəlik və günahdan çəkinmək haqqında danışılır. Allah-taala buyurur: "Bir vaxt İbrahim qövmünə dedi: "Bir Allaha pərəstiş edin, Ondan qorxun. Əgər bilsəniz, bu sizin üçün daha yaxşıdır.”("Ənkəbut”, 16) Başqa bir ayədə oxuyuruq: "Allahdan qorxun və mənə itaət edin.”("Şuəra”, 126)
    Düşünməyə dəyər ki, nə üçün Allah-taala bəndələrini özünə itaətə və günahdan çəkinməyə çağırır? Bir bu qədər əmr və qadağanın hikməti nədir? Nə üçün Allah göstərişlərinə itaət onu razı salır, Ona qarşı günah Onu qəzəbləndirir? Bu nöqtələri anlamaq üçün Allah və onun sifətlərini tanımağa ehtiyac duyulur. Yalnız uyğun tanışlıqdan sonra insan öz yaranış məqsədi və dinin göndərilmə illətini anlayır. Yuxarıdakı suala qısa şəkildə belə cavab vermək olar ki, Allahın əmr və qadağaları insana təkamül yolunu göstərir. İnsan Allahın vacib əmrlərinə əməl etmək və qadağalarından çəkinməklə ilahiləşir. Əmr və qadağalar yalnız insanın özünə faydalıdır. Allah bütün bunlardan ehtiyacsızdır və bizim rəftarlarımızın ona heç bir təsiri yoxdur. Allah öz sonsuz rəhmət və feyzi ilə təkamül yolu üçün yetərli şərait yaratmışdır. İnsanın daxilində də Allah tərəfindən verilmiş təkamül istedadı vardır. Hətta azğın insan tüğyan bayrağı qaldıranda Allah onun üçün tövbə yolunu bağlamır. Bəli, insanın ilahi mərhəmətdən daha çox faydalanması və əzabdan qurtuluşu üçün zəmin yaradılmışdır. Məsələn, peyğəmbərlər üz tutduqları qövmdən ümidlərini üzüb Allahdan əzab istədikdə, Allah bu əzabı təxirə salaraq tövbə üçün fürsət vermişdir.
    Həzrət Nuhun əzab istəyinə Allahın cavabı
    İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Nuh 300 il qövmünü Allaha doğru dəvət edib, yalnız inadkarlıqla rastlaşdıqdan sonra bu insanları lənətləmək qərarına gəldi. Mələklər həzrət Nuhdan bu işdən çəkinməsini istədilər. Bu istəkdən sonra Nuh öz qövmünə 300 il möhlət verdi. Amma onlar tövbə və mütilik yolunu tutmadılar. Nuhun ömründən 600 il ötsə də, yenə qövmü ona iman gətirmədi. Həzrət Nuh ikinci dəfə bəla istəmək qərarına gəldi. Növbəti dəfə mələklər Nuhun görüşünə gəlib, onu bu fikrindən daşındırdılar. Həzrət Nuh yenidən qövmünə 300 il möhlət verdi. Beləcə, peyğəmbərin ömründən 900 il ötdü, amma iman gətirənlər çox az oldu. Nuh yenidən qövmünü lənətləmək qərarına gəldi. Bu dəfə Allah-taaladan ayə nazil oldu: "Nuha vəhy oldu ki, əvvəlkilərdən savayı kimsə iman gətirməyəcək. Bunun üçün də onların əməllərinə görə qəmlənmə.”("Hud”, 36) Bunun ardınca həzrət Nuh öz qövmünə nifrin oxudu: "Pərvərdigara! Bu kafirlərdən birini də yer üzündə saxlama. Əgər saxlasan onlar Sənin bəndələrini azdırar, yalnız günahkar və kafir doğub-törədərlər.”("Nuh”, 27)
    Bəli, həzrət Nuh öz qövmünə nifrin etdi. Allah əmr etdi ki, Nuh bir xurma ağacı əksin. Xurma əkən Nuhun yanından ötənlər 900 yaşında bu işlə məşğul olduğuna görə onu məsxərəyə qoyurdular. Ağacın əlli yaşı tamam olanda Allah əmr etdi ki, Nuh o ağacı kəssin. Bunun ardınca Allahın əzabı nazil oldu.(Əli ibn İbrahim Qummi, "Təfsirul-Qummi”)
    Allah öz bəndələrini sonsuz məhəbbətlə sevir. Bunu dərk etmək Bizim üçün çətindir. İnsanlar arasında ən ali məhəbbət ananın övlada məhəbbətidir. Amma ananın qəlbində qərar verilmiş məhəbbət ilahi məhəbbət okeanının hətta bir damlası deyil. Allah həmin sonsuz məhəbbət əsasında bəndələrinin səadətə, Allaha yaxın məqama çatmasını istəyir. Bu məqsədlə vəzifələr müəyyənləşdirilmişdir. Bəzi işlər əmr olunmuş, bəzi işlərə qadağa qoyulmuşdur. İnsan bu göstərişlərə əməl etməklə Allahın razılığını qazanır, xoşbəxtliyə çatır. Allah hətta günaha batan insana tövbə və günahlarını yumaq üçün möhlət verir.
    Allahın razılığı və qəzəbi
    Qeyd etdik ki, Allah-taala buyurur: "Mənim razılığım mənə itaətdə və günahdan çəkinməyinizdədir.” Şadlıq da qəzəb kimi hadisələrə insanın daxili reaksiyasıdır. Məsələn, insan öz istəyinə çatdıqda sevinir, biri ona müxalif olduqda qəzəblənir. Belə bir sual yaranır ki, Allah-taala dini mənbələrdə nə üçün şadlıq və qəzəb sifətləri ilə vəsf olunur?
    Cavab budur ki, Allah haqqında danışarkən uyğun təbirlərin işlədilməsində məqsəd mövzuları bizim qavrayacağımız şəkildə açıqlamaq istəyidir. Çünki insan düşüncəsi ilahi sifətləri birbaşa dərk etməkdə çox acizdir. İnsana aid olan sifətlərin Allaha aid edilməsi yalnız izahat məqsədi daşıyır və "istiarə” adlanır. Əgər insanın sifəti ilə Allahın sifətində zərrəcə oxşarlıq olursa, Allah haqqında danışarkən də uyğun sifətlərdən istifadə olunur. Əslində insanın sifətləri üçün məhdudiyyət olduğu halda, ilahi sifətlər üçün heç bir məhdudiyyət yoxdur. İlahi sifətlər dəyişməz və zavala uğramazdır. Şadlıq deyilən hal Allahda yaranmır. Qəzəb sifəti də belədir. Allahın razılıq və qəzəbi həmişəlikdir. Allahın razılığına səbəb olan işlər onu şad edir, onun razılığına zidd olan işlər qəzəbinə səbəb olur. Allahın qəzəbi də daimidir. Nümunə göstərək: imam Həsən (ə) "Ərəfə” duasında ilahi sifətlərin zati olması ilə bağlı deyir: "Pərvərdigara! Sənin razılığın nöqsan və eybdən pakdır. Necə olur ki, mənim tərəfimdən əskiklik ona yol tapır?”
    Əslində ilahi zat eynən kamal olduğundan hər bir mövcudun kamilliyi ilahi zata münasibdir və Allahın razılığından qaynaqlanır. İlahi kamalın ziddi olan və Allahın qəzəbi ilə dəyişən hər bir şey insanın süqut səbəbidir.


    Category: İlahi nəsihətlər | Views: 1204 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024