İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 30 » İlahi nəsihətlər
    10:39 AM
    İlahi nəsihətlər
    Yeddinci məclis
    Bəndəliyin və tövhid etiqadının rəftarda təzahürü
    "Mənə pərəstiş et, başqasını mənə şərik qoşma və razılığımı qazanmaq qərarına gəl. Mən həmin uca mərtəbəli ağayam ki, səni ram torpaq, qarışıq gildən götürülmüş həqir sudan olan nütfədən çıxardım. Ondan sonra sən insan oldun və mən o nütfədən bir canlı mövcud yaratdım. Uca və mübarəkdir mənim zatım. Mənim yaratdığımda nöqsan yoxdur və mən misilsizəm. Mən ölməz və daimi, yenilməzəm.”
    Tövhid və pərəstişə dəvət peyğəmbərlərin ilkin çağırışıdır
    Tövhidə və pərəstişə dəvət, Allahın misilsiz zatına şərik qoşmamaq bütün ilahi peyğəmbərlərin ilkin çağırışı olmuşdur. Quranda oxuyuruq: "Hər vaxt hər ümmət arasında bir peyğəmbər seçdik. Allaha pərəstiş edin, tağutdan (uydurma məbudlardan) uzaq olun.” ("Nəhl”, 36)
    Allah-taala öz məhbubu ilə xəlvəti söhbətdə tövhidi yada salmaqla onu özünə pərəstişə, şərik qoşmamağa, razılığını əldə etməyə çağırır. Həzrət Musaya bir nemət olaraq buyurur ki, səni dəyərsiz nütfə və torpaqdan yaratdım, mənim tədbir və tərbiyəmlə inkişaf etdin və hazırkı mərtəbəyə çatdın. Uyğun dəvətə oxşar çağırışı həzrət Musanın peyğəmbərliyinin başlanğıcında müşahidə etmək olar.
    Həzrət Musa həyatını təhlükədə gördüyü vaxt Misirdən qaçıb Mədyən şəhərinə üz tutdu. Orada bir ağac altında istirahət etdiyi vaxt quyu başına yığışıb su çəkmək istəyən adamlar gördü. İki qız kənarda dayanıb kişilərin quyudan uzaqlaşacağını gözləyirdi. Həzrət Musa onlara dedi: "Nə üçün burada dayanmısınız?” Dedilər: "Atamız qoca və xəstədir, buraya su üçün gəlmişik. Gözləyirik ki, kişilər uzaqlaşsın, quyudan su götürək.” Həzrət Musa onların qabını alıb su ilə doldurdu, qoyunlarına su verdi. Sonra geri qayıdıb ağacın altında oturdu və dedi: "Pərvərdigara, mən sənin göndərdiyin xeyirə möhtacam.” Rəvayətdə nəql olunur ki, həzrət Musa həmin dua üçün əl açdığı vaxt yarı xurmaya ehtiyaclı idi.
    Qızlar ataları Şüeybin yanına qayıtdılar. Şüeyb soruşdu: "Nə tez qayıtdınız?” Qızlar dedilər: "Saleh və mehriban bir şəxs bizim üçün quyudan su çəkdi.” Şüeyb qızlarından birinə dedi: "Get onu yanıma gətir.” Qız həzrət Musanın yanına gəlib həya ilə dedi: "Atam sizi mükafatlandırmaq üçün yanına çağırır.” Musa ona dedi: "Yolu mənə göstər və arxamca gəl. Biz Yaqub övladları arxadan qadınlara baxmırıq.”
    Həzrət Musa Şüeybin yanına gəlib öz əhvalatını ona nəql etdi. Şüeyb dedi: "Qorxma, sitəmkarların əlindən qurtulmusan.” Qızlardan biri dedi: "O güclü və düz adamdır. Onu işə götür.” Şüeyb həzrət Musaya dedi: "Səkkiz il muzdla mənə işləməyini istəyirəm. Əvəzində qızlarımdan birini sənə ərə verərəm.” Həzrət Musa razılaşıb səkkiz il Şüeybin yanında qaldı və onun qızı ilə evləndi. Sonra qərara gəldi ki, Misirə getsin. Mədyəndən Misirə qayıdan vaxt Tuba vadisində, Sina səhrasında qaranlıq və soyuq gecədə yolu itirdi. Qəfildən uzaqdan od göründü. Musa zövcəsinə dedi: "Burada məni gözlə, od olan yerə gedim. Yolu tanıyıb bir qədər od gətirim.” Musa oda çatdığı vaxt yaşıl və xürrəm bir ağac gördü. Ağac başdan ayağa od tutmuşdu. Musa ağaca yaxınlaşmaq istədikdə ağac uzaqlaşdı. Həzrət Musa qorxub geri döndü. Amma od ona yaxınlaşırdı. İlk ilahi vəhy məqamı çatmışdı. Od arasında Musanın qulağına belə bir səda gəldi: "Həqiqətən mənəm bir olan Allah. Məndən savayı məbud yoxdur. Mənə pərəstiş et, məni yada salmaq üçün namaz qıl.” (Taha”, 14; "Həyatul-qulub)
    İnsanın ən mühüm vəzifəsi ibadət və pərəstişdir. Allaha pərəstiş bəndə ilə Allahın ən ali rabitəsini göstərir. Pərəstiş vasitəsi ilə səadət qapıları insanın üzünə açılır. Quranın ondan çox ayəsində peyğəmbərlər öz risalətinə ibadətə çağırışla başlayır. Allah-taala həzrət Nuh haqqında buyurur: "Həqiqətən Nuhu qövmünə doğru göndərdik. O dedi: "Ey qövm! Allaha pərəstiş edin, sizin üçün Ondan savayı məbud yoxdur...” (Ə’raf”, 59)
    Qurani-kərimdə həzrət İsa haqqında buyurulur ki, o Allaha bəndəlik və pərəstişi yeganə düzgün və xoşbəxtlik yolu sayaraq qövmünə belə müraciət etmişdir: "Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Ona pərəstiş edin, doğru yol budur.” ("Ali-İmran”, 51)
    Digər bir ayədə Allah-taala bəndələrin Allahla əhd-peymanından danışır. Şeytanın bəndəlikdən boyun qaçırması yada salınır, itaətsizlik göstərənlər şeytanın ardıcılları kimi tanıtdırlır: "Ey Adəm övladarı! Məgər sizinlə əhd-peyman bağlamamışdımmı ki, şeytana pərəstiş etməyin, o sizin aşkar düşməninizdir və mənə pərəstiş etməyiniz doğru yoldur?!” (Yasin”, 61)
    Allah-taala bəndəlik və pərəstişi təkcə insanların yox, həm də cinlərin vəzifəsi sayır. Bu iki varlığın yaranışında məqsəd onların Allaha ibadət etməsi olmuşdur: "Biz cinləri və insanları yalnız ibadət üçün yaratdıq.”(Zariyat”, 56)
    Allahın xüsusi rəhmətindən faydalanmaq üçün pərəstiş lazımdır
    Qeyd etdiyimiz, eləcə də son ayə dini kitablarda və moizə məclislərində yetərincə araşdırılsa da, çoxları onların dərinliyinə varmır. Düşünmüşükmü ki, yaranışdan bu günədək bütün cinlərin və yer üzündəki milyardlarla insanın yaranış məqsədi nə üçün Allaha pərəstiş və bəndəlikdir? Allah bizim ibadətimizə ehtiyaclıdırmı? Nə üçün yalnız Ona pərəstiş etməyimizi istəyir? Əgər Allaha pərəstiş etməsək nə olar?
    Bu sualları cavablandırmaq üçün qeyd etməliyik ki, mərhəmət Allah-taalanın rəhmaniyyət və feyz sifətlərinin tələbidir. Bütün yaranmışlar, o cümlədən insan ilahi mərhəmət cilvəsidir. Bütün nemətlər və ətalar bu mərhəmətdən qaynaqlanır. Hər nə varsa Allahın feyz və rəhmətinin təzahürüdür. Amma bəzi mərhəmət cilvələri şəraitdən, tutumdan və istedaddan asılıdır. Uyğun mərhəmətlərə çatmaq üçün insan hazırlığa malik olmalıdır. Əgər insan hansısa ilahi rəhmətdən məhrum qalmışsa, bunun səbəbkarı onun öz əməl və rəftarlarıdır. Allah kimsəyə nəyisə əsirgəmir. Məhrum qalan insan sadəcə uyğun nemətlərdən bəhrələnmək üçün tutum və istedada malik deyil. İbadət və pərəstiş, bu işlərin müqabilində nəzərdə tutulmuş məqamlar Allahın ən üstün rəhmət cilvələrindəndir. Əgər Allah ibadət və pərəstişi heyvanlar üçün vəzifə saymamışsa, səbəb budur ki, yalnız insanlarda və cinlərdə Allaha bəndəlik yolunu getmək istedadı var.
    Allahın xüsusi rəhmətinə çatmaq üçün insanla Allah arasında rabitəyə, bəndəlik və ibadətə ehtiyac var. İnsan öz ibadət və bəndəliyi ilə varlıq aləminin təkvini (fitri, təbii) bəndəlik qanununa əməl etmiş olur. Bu qanuna əməl edən insanda sonsuz mərhəmət əldə etmək istedadı yaranır. Sonsuz axirət aləmində bu ətalar gerçəkləşir. Əksinə, fitri bəndəlik şərtlərinə əməl etməyən və pərəstişdən boyun qaçıran insan əbədi əzaba düçar olur. Allah ağadır, biz isə onun bəndəsi. Bizə seçim imkanı verilib. Allah insanı ibadət və pərəstiş vasitəsi ilə bəndəlik şərtlərini yerinə yetirmək üçün yaradıb. Bu yolla özümüzdə sonsuz mərhəmətdən bəhrələnmə qabiliyyəti yaratmalıyıq. Aydın olur ki, nə üçün peyğəmbərlər öz dəvətlərinə bəndəliyə çağırışla başlamışlar. Bəli, Allaha pərəstiş yaranış məqsədidir. İbadət və bəndəlik Allaha yaxınlaşmaq üçün aydın və düzgün yoldur.
    Bəndəlik məqamına etiqadın insanın rəftarlarında təzahürü
    Allaha bəndəlikdən xeyli danışılsa da, məclislərdə Allahın rübubiyyəti ilə bağlı ayə və rəvayətlər zikr edilsə də, Allahın rübubiyyətinə və insanın bəndəlik məqamına inanmayanlar çoxdur. Onlar nə üçün yarandıqları, hansı məqsədlə yaşadıqları və hansı məsuliyyət daşıdıqları barədə düşünmürlər. Onlar eynən başqa canlılar kimi yalnız qarınlarını doyurmağa və rahatlığa çalışırlar. Belələri öz ehtiyaclarını təmin etmək üçün halal-haram bilmir, istənilən bir yolla var-dövlət əldə etməyə çalışırlar.
    Allah-taala insanlara bəndəlik məqamını anlatmaq, hər nəyin Allah mülkü olduğunu onların nəzərinə çatdırmaq üçün həzrət Musaya buyurur: "Mən həmin uca mərtəbəli ağayam ki, səni ram (olmuş) torpaq qarışıq gildən götürülmüş həqir sudan olan nütfədən çıxardım.” İnsanın nəzərinə çatdırılır ki, o artıq gözəlliklərə, meyllərə və istedadlara malik bir varlıqdır. Nə varsa Allahdandır və insan Allahın mülküdür. Bəli, heç nəyi olmayan insan öz malikinə, xaliqinə, Rəbbinə ibadət və bəndəlik etməlidir!
    Bəndəlik məqamına inam və bu məqamın dərki insanın həyatında böyük dəyişikliklər yaradır. Belə olduqda insan öz işlərini Allaha tapşırır, bütün işləri ibadət və bəndəlik məqsədi ilə yerinə yetirir. Onun yemək yeməkdə məqsədi ibadət üçün enerji əldə etmək olur. O ilahi vəzifələrini daha yaxşı icra etmək üçün istirahət edir, hətta ibadət zəmini hazırlamaq üçün işləyib pul qazanır. Onun ailə-övladın ehtiyaclarını ödəməyə səy göstərməsi də ibadət məqsədlidir. Allah da belə bir insanın bütün işlərini ibadət ünvanında qəbul edir. Bu işlərin əvəzində insana layiqincə mükafat verilir. Allahın rəsulu (s) buyurur: "İbadət on qisimdir və onun doqquz qismi halal ruzi qazanmaqdır.”(Biharul-ənvar”, c. 103, bab 1, s. 18, h. 81)
    Allahın razılığı, ilahi təklif olaraq görülən işlər ilahi təklif dairəsinə daxildir. Allahın göstərişi əsasında ailə-övladın ehtiyaclarını təmin etmək üçün göstərilən səylər də ibadətdir. İlahi təklif olaraq yerinə yetirilən izdivac da ibadət sayılır. Cihad üçün cəbhəyə gedən, təhsil alan, hətta xörək yeyən insanın məqsədi Allaha yaxınlaşmaqdırsa, bütün bu işlər ibadət sayılır. Amma nəfs istəkləri əsasında görülən işlər şeytana bəndəlikdir və bu işlərin sonu cəhənnəmdir.
    İxlas və ilahi niyyət ibadəti möhkəmləndirir
    Bəziləri zahirdə ibadət edib din libasında dindən dəm vursalar da, Allaha yaxınlaşmaq məqsədində olmadıqlarından şeytana bəndə sayılırlar. Onların əksər işləri nüfuz və məqam əldə etmək üçündür. Buna görə də bütün işlərdə, o cümlədən ibadətlərdə məqsədimizə diqqətli olmalıyıq. Görəsən atdığımız addım Allaha xatirdir, yoxsa nəfs istəyindən qaynaqlanır? Görəsən bizi addım atmağa vadar edən başqalarına xoş görünmək istəyi deyil?
    Biz ömrümüzün hər anında, atdığımız hər addımda imtahana çəkilirik. Şeytan daim bizi aldatmaq barədə düşünür. Onun məqsədi xoş niyyətlərimizi puça çıxarmaqdır. Onun məqsədi budur ki, insan zahirdə ibadət edib xalqa xidmət göstərsə də, Amerika və digər Allah düşmənləri ilə mübarizəyə qalxsa da, məqsədi qeyri-ilahi olsun. İnsanlar əməllərin zahirini görür, batinindən xəbərsiz qalır. Amma nəhayət bir gün bütün iç məqsədlər açıqlanır. Amma Allahın övliyaları bu dünyada da insanların iç məqsədlərindən xəbər tutur.
    İlkin İslam dövründəki savaşlardan birində Peyğəmbərin (s) yaxınlarından olan bir gənc meydana daxil oldu. O misilsiz bir şücaətlə vuruşdu və sonda öldürüldü. Bu gəncin qəhramanlığı ətrafdakıları heyran qoymuşdu. Onlar həmin gəncin behiştdəki uca məqamından dəm vurduqları vaxt Peyğəmbər (s) buyurdu: "Onun behiştdən bir payı yoxdur.” Səhabələr təəccüblənib deyilənlərin səbəbini soruşdular. Peyğəmbər (s) buyurdu: "Biz Mədinədən savaş meydanına yola düşərkən həmin gənc bizə qoşulmayıb Mədinədə qaldı. Sonradan Mədinə qadınları onu şəhərdə görüb dedilər: "Gənclərimiz cəbhəyə getdilər, bu gənc isə şəhərdə gəzir. Qadınların sözü gəncin şəxsiyyətinə toxundu və o cəbhəyə getmək qərarına gəldi. Həmin gənc xalq onu tərif etsin deyə, düşmənlə savaşa qatıldı və öldürüldü. Şöhrət üçün savaşdığından onun cəbhədə iştirakı Allah hüzurunda dəyərli deyil.”
    Bəndəlik, Allaha etiqad və imam Rahilin müvəffəqiyyət səbəbi
    Qeyd olunduğu kimi, ibadət təkcə namaz və orucdan ibarət deyil. Allahın razılığı üçün görülən bütün işlər ibadətdir. İnsan Allaha yaxınlıq məqsədi ilə kiçik bir addım atırsa, Allah həmin səmimi əməli ibadət sayır. Allah bəndələri arasında elələri var ki, ömrünün hər anını Allaha həsr edir. O bütün işləri görərkən Allahın razılığı sorağında olur. Bütün ömrünü ilahi vəzifəsinin icrasına, dinin dirçəlişinə sərf etmiş imam Rahil də bu qəbildəndir. İmam bütün ömrünü din yolunda sərf edib çətinlikləri arxada qoydu. O Allaha təvəkkül edərək xalqın himayəsi ilə dünya zalımlarını məğlub etdi, ilahi və İslami inqilab qalib gəldi.
    İmamın məsuliyyəti, möhkəm imanı, sabitqədəmliyi, düşmən qarşısında şücaəti ilə tanış olmaq üçün onun keçdiyi inqilab yolunu öyrənmək lazımdır. Zalım Pəhləvi rejimi dünya zorlularına arxalanıb bütün imkanlardan faydalanaraq ölkədə qorxu-hürkü yaratdığı bir vaxt az adam bu rejimə qarşı çıxmağa cəsarət edirdi. Həmin böhranlı vəziyyətdə Qum ruhanilərindən biri boş əllə bu rejimlə mübarizəyə qalxdı. Şəmsi 1342-ci ildə, öz alovlu çıxışında həmin şəxs fəryad çəkdi ki, İslam təhlükədədir və şahın dinsiz hökuməti məhv edilməlidir. Həmin vaxt Qum alimlərindən bəziləri imama etinasızlıqla yanaşır və bildirirdilər ki, təpədən dırnağadək silahlanmış rejimlə savaşa qalxmaq yumruqla tankın savaşıdır. Onlar imamdan hansı büdcə ilə silah əldə edəcəyini, dünya imperializminə arxalanan bir rejimi necə yıxacağını soruşurdular. Həmin vaxt imam buyurdu: "Mən məsuliyyət hiss edirəm və Allahın öhdəmdə qoyduğu vəzifəni yerinə yetirmək üçün bu rejimlə mübarizəyə qalxıram. Bütün çətinlikləri və təhlükələri qəbul edirəm.” İmam üçün ən mühümü öz ilahi vəzifəsinə əməl etmək idi. Bəli, həmin vaxt azğınlıq və pozğunluq bütün məmləkəti hədələyirdi. Mövcud imkansızlıq və pəhləvi rejiminin gücü imamın iradəsini sarsıda bilmədi. O Allahın sonsuz qüdrətinə arxalanaraq ayağa qalxdı. İmam Allahın bir vədinə əmin idi: "Bir çox kiçik dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəldi. Allah səbirlilərlədir.”(Bəqərə”, 249)
    Çox keçmədi ki, gənc tələbələr və dünyaya bağlı olmayan cavanlar imamın ətrafında toplandılar. Amma bir çox yaşlı insanlar nəinki imama qoşulmurdular, hətta onu Amerika və Amerikanın muzduru olan bir rejimə qarşı qalxdığı üçün məzəmmət edirdilər. İmam əmin idi ki, qələbə təkcə pul və imkandan asılı deyil. O həqiqi qələbəni səbirdə, təqvada və Allahın sonsuz qüdrətinə güvənməkdə görürdü. Qurani-kərimdə buyurulur: "Əgər səbirli olub təqva yolunu seçsəniz, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz, Allah gördüyünüz bütün işlərdən xəbərdardır.” (Ali-İmran”, 120)
    Nəhayət imamın xalisanə təlaşları və yaxınların səyləri ilə proqnozların əksinə olaraq on beş il sonra Allahın vədi gerçəkləşdi. Böyük İslam inqilabı qalib gəldi və dünya bu işə heyran qaldı. İnqilabdan neçə on il ötəndən sonra onun əzəməti daha da artmışdır, bu inqilab dünyada özünə daha artıq dost qazanmışdır. Dünyanın azadlıqsevər məzlum millətləri bu inqilaba dərin bir sevgi bəsləməkdədir. İmam Rahilin imanı, allahpərəstliyi və ixlası azadlıqsevər insanların qəlbində elə bir eşq alovu şölələndirmişdir ki, o dünyasını dəyişdikdən neçə illər sonra da ziyarətçilər uzun yollar adlayıb Behişti-Zəhraya, azadlıq carçısının ziyarətinə üz tuturlar.
    Bəli, xalqın, xüsusi ilə gənclərin qəlbini imama heyran qoyan, insanları candan keçib onun göstərişlərini yerinə yetirməyə sövq edən, möminləri bütün varlıqları ilə inqilabın keşiyində saxlayan böyük rəhbərin iman və ixlası idi. Çünki imam hansısa firqə mənafeləri və ya nəfs istəklərinə görə qiyam etməmişdi. Onun bütün fəaliyyətləri dinin dirçəlişinə, xalqa xidmətə yönəlmişdi. Xalq onu himayə edib kömək göstərir, hətta imamın müqəddəs amalları yolunda canlarından keçirdilər. Amma unutmamalıyıq ki, yalnız partiya mənafeləri üçün çalışmayan insanlar bu günədək inqilab yolunda möhkəm dayanmışlar. Onların imanına, Allahla əhdlərinə heç bir xələl gəlməmişdir. Amma ixlası olmayanlar, Allahın razılığı üçün addım atmayanlar yarı yolda şeytan vəsvəsələrinə düçar olmuş qeyri-ilahi niyyətlər səbəbindən bu böyük imtahandan uğurla çıxa bilməmişlər. Ömrünü mübarizə və inqilab yolunda keçirmiş bəzi fərdlər qoca yaşlarında kənara çəkilmiş, ya da inqilabın böyük amallarına müxalif mövqe tutmuşlar. Hətta neçə illər cəbhədə Allah düşmənləri ilə vuruşub əlil olmuş bəziləri dünyapərəstliyə düçar olub inqilabdan üz çevirmişlər. Diqqətli olmalı və bilməliyik ki, ilahi sınaq meydanındayıq. Əgər bu vaxtadək həmin imtahanda müvəffəq olmuşuqsa, yolun davamına diqqət göstərməliyik. Görəsən qarşıdakı yolda Allahın razılığını soraqlayırıq, yoxsa dünyəvi mənafelər izləyirik? Görəsən İslamın dirçəlişi məqsədində olanlara səs veririk, yoxsa dinimizi başqalarının dünyasına satırıq? Unutmamalıyıq ki, hər birimiz Allaha bəndəlik üçün xəlq olunmuşuq. Bu səbəbdən də daim Allahın razılığını nəzərdə tutub bu razılığı soraqlayanları himayə etməliyik. Dini dəyərlər uğrunda vuruşanları boşlayıb, dünyəvi mənafelər uğrunda təlaş göstərənləri dəstəkləməməliyik. Belələri müvəffəq olarsa, öz dünyəvi mənafeləri təmin edilər və bizə qalan cəhənnəm, dünya və axirət zərəri olar.

    Category: İlahi nəsihətlər | Views: 876 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024