40-cı dərs: Zarafatda həddi aşmaq Zarafatda həddi aşmaq bəyənilməyən bir əməldir. Nəticəsi yüngüllük, vüqarın və heybətin azalması, qəlbin ölməsi və axirətdə qəflətdə olmaqdır. Bəzən isə düşmənçilik, möminə əziyyət xəcalətlə nəticələnir. Lakin həddi aşmadan edilən zarafat fəsad əməllərə gətirib çıxarmadığı və nalayiq sözlərin söylənmədiyi təqdirdə bəyənilən əməldir. Rəsulullahdan (ə) nəql edilən rəvayətdə buyurulur: "Bəndə zarafat və yalandan çəkinmədikcə həqiqi imana yetişməz" ("ət-Tərğib" c.3, səh.594) Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur: "Zarafat etdiyi miqdarda insanın ağlı əriyər". "Zarafat edən zarafatla alçalar". "Hər bir şeyin toxumu olduğu kimi düşmənçiliyində toxumu zarafatdır". Ağıllı insan zarafata və boş-boş danışmağa qalib gələr". (Ğurarul-hikəm" səh.222)
|