29-cu dərs: Yaxşılığa dəvət və pisliklərdən çəkindirmək Ey əziz qardaş, insanları yaxşılıqlara dəvət etməyə və pislikdən çəkindirməyə çalış! Buna əhəmiyyət verməmək böyük bir fəlakətə gətirib çlıxarmaqla yanaşı, zərəri ümumi, fəsadı isə tam olur. İmam Baqir (ə) buyurub: "Allah Şüeybə (ə.s) vəhy nazil edərək buyurur: Mən sənin qövmünün yüz nəfərinə əzab verəcəyəm. Onlardan 40 mini pislər və 60 mini isə yaxşılardır. Şüeyb (ə) buyurdu: Ey Rəbbim, pisləri anladım, bəs yaxşılara nə üçün əzab verəcəksən? Allah-Təala buyurur: Çünki yaxşılar pisləri pis əməllərdən çəkindirmirlər" ("Usulul-Kafi" c.5, səh.56)
|