30-cu dərs: Ülfət Ey əziz qardaş, ülfət ən gözəl sifətlərdən biridir. Bəyənilən əxlaqi dəyərlərdəndir. Bunun üçün də möminlərin ziyarəti, onlara salam vermək, ("Əlamud-din" Deyləmi, səh.444) əlini sıxmaq, ("Mişkətul-ənvar" səh.202), xəstələrə baş çəkmək, dəfnlərində iştirak etmək, müsibətli anlarında başsağlığı vermək və bu kimi yaxşı əməllərin fəziləri barədə çoxlu hədslər nəql edilmişdir. ("Səvabul-əmal" Şüyx Səduq, sə.344) Bu mövzuda nəql edilən hədislərə nəzər yetirdikdə, Allahın bəndələri arasında ülfət və mehribanlıq yaranmasına necə önəm verdiyinin və bu sifətin kamil İslam şəraitində qeyd edildiyinin şahidi olarıq. Lakin, təəssüf ki, indiki zəmanədə belə məsələlərə səhlənkar yanaşılmış, insanlar arasında isə şəraitin yalnız adı və şəkli qalmışdır. Şeutanın xidmətçiləri bu fani dünyada öz hədəflərinə yetişmək üçün bəndələr arasında nifaq və düşmənçilik toxumu səpir, onları Allahın əmrindən uzaqlaşdırır. Bəzən isə insanlar fasiq bir məqsədin həyata keçirilməsi üçün bunlara əməl edilir. Həmçinin, onlar salam verməyi və əl sıxıb görüşməyi mənasız hesab edir və bunlara biganə yanaşırlar. Allah-Təala Qurani-Kərimdə buyurur:
فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا
"(Allah) Aranızda ülfət yaratdı və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. " ("Ali-İmran" surəsi, ayə 103) Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurur: "Sizlərdən mənə ən yaxını gözəl əxlaq sahibləriniz və insanlara daim yaxın olanınızdır" ("Biharul-Ənvar" c.77, səh.150) Əmirəl-möminin (ə) buyurub: "Xoş o kəsin halına ki, insanlara ülfətlə yanaşar və insanlar da ona Allaha itaətdə ülfət göstərərlər" ("Mişkatul-ənvar" Təbərsi, səh.181, "Biharul-Ənvar" c.78, səh.56) İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurur: "Allahın seçilmiş bəndələri bir-birindən uzaq olsalar belə qəlbləri bir-birinə yaxın olar, lakin Allahın xoşlamadığı bəndələr bir-birinə yaxın olsalar da, qəlbləri bir-birindən uzaq olar". ("Biharul-Ənvar" c.74, səh.281)
|