27-ci dərs: Möminin ehtiyacını ödəmək Ey əziz qardaş, müsəlmanların müşkillərini həll etməyə çalış! Onlara bu işdə yardımçı ol! Bil ki, Allah dərgahında ən fəzilətli əməl ehtiyacı olanın ehtiyacını ödəməkdir. Rəsulullah (s) buyurur: "Kim mömin bir bəndənin ehtiyacını ödəyərsə dünya durduqca ibadət etmiş olar" ("Biharul-Ənvar" c.74, səh.302, "Camius-səadət" c.2, səh.230) Əmirəl-möminin (ə) Kumeyl ibn Ziyada vəsiyyətində buyurub: ;EY Kumeyl, yaxınlarına de ki, yaxşılıq etməyə çalışsınlar. Yatan insanın belə ondan xəbərsiz ehtiyacını ödəsinlər. And olsun Allaha ki, kim bir insanın qəlbinə sevinc bəxş edərsə, Allah ona bu sevincdən lütf yaradar. Bir insan acı günlər yaşadıqca, üzü aşağı iti axan su kimi tez bir zamanda onun kədərini aradan aparmaq və ona sevinc bəxş etmək sanki ərəbin itmiş dəvəsini geri qaytarmasına (həmin anda keçirdiyi xoş bəxtçiliyə) bənzər" ("Nəhcul-Bəlağa" səh.705, 257-ci xütbə) İmam Sadiq (ə) nəql edilən rəvayətdə buyurub: " Kim mömin qardaşının bir ehtiyacını ödəyərsə, Allah-Təala Qiyamət günü onun yüz min ehtiyacını ödəyər. Bunlardan birincisi Cənnətdir" ("Biharul-Ənvar" 74-cü cild, səh.322, "Camius-səadət" c.2, səh.230)
|