35-ci dərs: Sirr saxlamaq Ey əziz qardaş, əgər sirr saxlamaq istəyirsənsə, o zaman heç kəsin onu bilməsinə şərait yaratma! Hətta sənə ixlaslı dostun olsa belə! çünli onun da sənin kimi dostları vardır. Bəzi alimlər deyir: Sirr iki şeydən - dodaqdan və ya iki nəfər arasından kənara çıxarsa, yayılar. Əmirəl-möminin (ə) buyurur: "Sirr əsirindir, ifşa etsən əsri olacaqsan" ("Ğurarul-Hikəm" səh.320, 7416-cı hədis) "Bir sirri saxlayanlar artarsa, ifşa edənlərdə artar" ("Ğurarul-Hikəm" səh.320, 7418-cı hədis) "Dostuna yaxşılıq etməyə çalış, lakin tam arxayın olma" ("Ğurarul-Hikəm" səh.320, 7419-cu hədis) İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurur: "Sirr sənin qanındır və yalnız sənin vücudunda axır" ("Usulul-Kafi" c.2, səh.175, "Biharul-Ənvar" c.75, səh.71)
|