28-ci dərs: Möminin qəlbinə sevinc bəxş etmək Ey əziz qardaş, bacardıqca möminlərin qəlbinə sevinc bəxş etməyə çalış! Bunun savabının həddi hüdudu yoxdur. Möminin qəlbinə sevinc bəxş etmək sanki bir şəhər inşa etmək kimidir. Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Allah dərgahında ən sevimli əməllərdən biri möminin qəlbinə sevinc bəxş etməkdir" ("Usulul-kafi" c.2, səh.151, hədis: 2) Həmçinin, Rəsulullah 9s) buyurub: "Kim mömini sevindirərsə məni sevindirər, kim məni sevindirərsə Allahı sevindirər" ("Usulul-Kafi" c.2, səh.150, "Biharul-Ənvar" c.74, səh.287) İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur: "And olsun Allaha ki, Rəsulullah (s) bir möminin ehtiyacı olduğunu eşitdikdə onun hacətini yerinə yetirməyə çalışırdı" ("Biharul-Ənvar" c.74, səh.328)
|