İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:56 AM
    Rəbbin dərgahında
    BİRİNCİ HİSSƏ
    DUA BARƏSİNDƏ SÖHBƏTLƏR
    "De ki, əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir qədir-qiymət qoymaz.” ("Furqan” surəsi, ayə 77.)
    İnsanın Allah ilə ən sadə və ən təbii əlaqəsi Onu zikr etməsidir. Bunun nəticəsində insanın qəlbi ixtiyari olaraq Allahı xatırlayır, ruhu təsirlənir. Arabir bu xatırlamanın təsiri dildə də özünü göstərir.
    Dua möminin silahı, Allaha yaxınlaşma vasitəsi, ibadətin mahiyyəti, haqqı xatırlama və aləmlərin Rəbbi ilə söhbətdir; dua dost evinə getmək bəhanəsi, ehtiyacsız və tək məbudla raz-niyazdır; dua can üçün həyat, ruhun şadlıq mayası və ilahi bəxşişlərin açarıdır; dua haqq rəhmətində qərq olma və ilahi bərəkətlərin nazil olma səbəbidir.
    Dua İslamda daha çox diqqət yetirilən məsələlərdən biridir.
    Bu mövzuya İslamda çox təkid olunmuşdur. Ona görə də duanın həqiqətinin aşkarlanması lazımdır.
    Dua ilə bağlı bir çox məsələlər araşdırılır. O cümlədən: Duanın həqiqəti nədir?
    Dua qəbul üçün müstəqil bir səbəbdir, yoxsa qəbul vasitələrinin, təbii və adi səbəblərin kənarında əlavə vasitədir? Əgər dua müstəqil bir səbəbdirsə, Allahın təkvini (təbiət) sünnələrində, qanunlarında istisna yaratmırmı? Məgər dua insanların süstlük və tənbəlliyinə səbəb olmurmu? Duanın təsirləri nədir və hansı dərəcədədir? Duanın faydası nədir? Dua tərbiyəvi cəhətdən insan həyatında nə kimi rol oynayır? Məgər bəzilərinin dediyi kimi, duanın təsiri yalnız onun məzmunudur; yəni dua təlqini təsirə malikdir və buna görə də şəxsin istəyə doğru hərəkətinə səbəb olur? Yoxsa onun başqa təsirləri də var? Nə üçün Allah Quranda bəndələrinin dualarını qəbul edəcəyini vəd etdiyi halda bizim dualarımız çox az qəbul olunur? Məgər duanın şərtləri və qaydaları var? Əgər varsa, dua və onun qəbul olma şərtləri nədir? Quranın yasaq etdiyi "duaya təkəbbür” nə deməkdir?
    Sadaladıqlarımız və digər mövzuları bu hissədə araşdıracağıq.
    DUANIN HƏQİQƏTİ NƏDİR?
    Dünya həyatı elədir ki, istər-istəməz insanın diqqətini maddi işlərə cəlb edir. Lakin həqiqət budur ki, insan Allaha yaxınlaşmaq üçün yaradılmışdır. O, həyatın bütün yönümlərindən bu məqsədə çatmaq üçün istifadə etməlidir. Bu məqsədə çatmaq üçün ən yaxşı yollardan biri hər gün ömrün bəzi anlarında diqqəti xaliscəsinə ilahi dərgaha yönəltməyə sərf etməkdir. İlahi dərgaha olan bu diqqət daha çox namazda əks olunur. Namazda qunut və digər hallarda dualar oxunur. Rəvayətlərdə namazdan əvvəl və namazdan sonra üçün dualar nəql olunmuşdur. Lakin namazın özünü də bir növ dua hesab etmək olar. "Səlat” (namaz) sözünün lüğət mənası "dua”dır.
    Duanın həqiqəti həzrət Məbudun dərgahına nəzər salmaqdan ibarətdir. Dua möminlər üçün bir növ ruhi və mənəvi meracdır. Dua yalnız bir sıra sözləri ifadə etmək və bəzi xüsusi qaydalara riayət etmək deyil. Duanın ruhu və həqiqəti insanın qəlbən aləmlərin yaradanına diqqət yetirməsidir. Bu diqqətin gücü insanın Allaha məhəbbət və mərifətinin dərəcəsindən asılıdır. Buna görə də duadan əvvəl və dua zamanı Allahın sifətlərinə nəzər salmaq lazımdır.
    Dua həqiqətdə ibadətdən savay bir şey deyil. Hətta bu ibadət Allaha diqqət baxımından bir çox ibadətlərdən üstün tutulmuşdur. Peyğəmbərdən nəql olunmuş bir rəvayətdə deyilir: "Dua bütün ibadətlərin məğzi kimidir”. (Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar” 93-cü cild, 14-cü bab, səh.300, rəvayət 37.)
    Qurani-Kərimdə də Allah "duaya təkəbbürlə yanaşma” məsələsini qeyd edərkən buyurur: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar tezliklə, zəlil olaraq cəhənnəmə girəcəklər”.("Mu`min” surəsi, ayə 60.)
    Bu ayədə, Allah "yəstəkbirunə ən duai” buyurmamış, "dua” yerinə ibadət təbirini işlədərək rəsmi olaraq duanı ibadət ünvanında tanıtdırıb onu bəndəlik üçün lazım olan şərtlərdən saymışdır. Çünki yalvarışı tərk etmiş şəxs üçün gəlmiş cəhənnəm odu əzabı duanı tərk edən şəxsin cəzasına yox, daha çox ibadəti tərk etmiş şəxsin cəzasına uyğundur...(Əllamə Təbatəbai, "Təfsirul-Mizan” 2-ci cild, səh.33.)
    Mümkündür ki, zehnimizdə belə bir sual yaransın: İnsanın Allahdan bir şey istəməsi onun üçün ibadət ola bilərmi? Bu sualı cavablandırmaq üçün ibadətin həqiqəti açıqlanmalıdır.
    İbadətin həqiqəti budur ki, insan özünü Allahın bəndəsi və Onun hökmü altında bilsin, özünə heç bir hakimiyyət aid etməsin və Allah qarşısında özünü müstəqil iradə sahibi saymasın. Əksinə, özünü və öz varlığını Allaha məxsus hesab etsin. İnsan tamamilə Onun iradəsinə təslim olmalı, Allah qarşısında öz bəndəliyini etiraf etməli və azad şəkildə öz təkvini bəndəliyini göstərməlidir. Başqa sözlə, Allah qarşısında göstərməlidir ki, "Sən mənim Allahımsan, mən isə Sənin bəndənəm; Sən əzizsən, mən isə zəliləm; Sən hakimsən, mən isə Sənin mülkünəm; Sən Rəbsən mən isə tərbiyə alanam.”(Həzrət Əlinin (ə) münacatlarından bir hissə. "Biharul-ənvar” 95-ci cild, səh.391, rəvayət 31.)Namazın həqiqəti də elə bu mətləbi bildirməkdir: "İlahi, mən bəndəyəm, bəndəlik mənim şənimdədir və Sən mənim malikimsən!”
    İbadət əslində yuxarıda sadalanan mətləbləri göstərməkdir. İstər qəlbdə olsun, istər dil ilə göstərilsin, istərsə də əzalarla! Rüku və səcdələr də bu növ qəlb halının göstəricisi olduğu üçün ibadət hesab olunur: Allahın sonsuz əzəməti müqabilində zəlillik nümunəsi! Dil zikri də bu həqiqəti bəyan edir.
    Bütün ibadətlərin əsası və ruhu qəlbin diqqətidir. Hərəkətlər və dil zikri isə bu həqiqətin göstəricisidir. Dua Allahın malikiyyətinə, Rəbliyinə, izzətinə və qüdrətinə əməli etiqaddır.
    Əllərini ilahi dərgaha açıb, qarşısında boyun əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan və öz duası ilə hacətlərini istəyən şəxs İlahi əzəmət qarşısında bütün zəlillik və zəifliyini əməli olaraq göstərmişdir. Özünü fəqir, zəif, zəlil və biçarə, Allahı isə varlı, qüvvətli, əziz və qadir bilmişdir. O bu haləti ilə sadalanan həqiqətləri bəyan etmişdir.
    Dua zahirən maddi və mənəvi ehtiyacların təmin olunması istəyi olsa belə, əslində bəndəliyin, insanın acizlik və fəqirliyinin etirafıdır. Adətən, dua sözlərlə ifadə olunur. Amma əsas bu sözlər yox, onların arxasında duran gizli mənadır. Elə də deyil ki, bu sözlərin deyilişi dünyanın hadisələrində təsir etsin və kim bu sözləri tələffüz etsə təsirli olsun.
    Başqa sözlə dua qəlbə aid bir işdir və dil yalnız ürəkdə olanı göstərir. Beləliklə, dua insanın qəlbindən gəlməlidir. Qəlb diqqəti olmadan, dil ilə sözlərin tələffüzü dua hesab olunmur. Buna görə də dua ciddi qəlb istəyi ilə müşayiət olunmalıdır.
    Deyilənlərdən məlum oldu ki, dua həqiqətdə ibadətdən savay bir şey deyil. Bəlkə də, peyğəmbərdən nəql olunan bir hədisə əsasən, dua bütün ibadətlərin məğzidir. Dua Allahın mütləq hakimiyyəti qarşısında bəndəliyi göstərməkdir.
    DUANIN MÜSTƏQİL TƏSİRİ
    Dua müstəqil şəkildə qəbul səbəbi ola bilərmi? Heç bir adi səbəbsiz, sırf duanın təsiri nəticəsində hansısa bir hadisə baş verə bilərmi? Bu mövzu etiqadi və fəlsəfi məsələlərə aiddir. Burada isə bu məsələyə yalnız qısaca işarə olunur.
    Quran bu suala müsbət cavab verir. Quranda zahiri vasitələrdən istifadə etməməklə duanın hansısa bir işin səbəbi olmasını göstərən nümunələr verilmişdir. O cümlədən, həzrət Zəkəriyyanın duası səbəb oldu ki, Allah qoca vaxtında ona övlad (Yəhya (ə)) əta etdi. Heç bir adi vasitə olmadan, yalnız duanın təsiri nəticəsində baş vermiş işlər haqda başqa nümunələr də tapmaq olar. Beləliklə, bu məsələ Quran baxımından inkar olunmamışdır.
    Məgər bu məsələ ilahi qanunlarda istisnaya və səbəbiyyət qanununun pozulmasına səbəb olmurmu? Allah belə qərarlaşdırmışdır ki, işlər təbii səbəblər nəticəsində baş versin: "Allah istəmir ki, əşya qeyri-təbii yolla vücuda gəlsin.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 2-ci cild, 14-cü bab, səh.90, 14 və 15-ci rəvayət.)
    Bu məsələ möcüzə və kəramət kimidir. Necə ki, möcüzə barəsində belə deyilmişdir: "Təbii və adi qanunlara hakim olan bir qanun var”. Duanın qəbul olması da İlahi bir qanun olaraq bütün qanunlara hakimdir. Beləliklə, "Fatir” surəsinin 43-cü ayəsini ("Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.”) möcüzənin inkarı üçün dəlil saymaq düzgün deyildir.
    Qeyd olunmuş dəlillərə əsasən duanın təsirini inkar etmək üçün yuxarıdakı ayə və hədisi sübut gətirmək olmaz. Beləliklə, qeyri-adi işləri inkar etmək Quran ilə uyğun gəlmir.
    Bu məsələ möcüzə və kəramətin ilahi etiqad və dini üsullardan biri olması ilə izah edilir. Maddiyyatçı məktəblərdə belə bir etiqad yoxdur. Bu ilahi məktəblərə, xüsusi ilə də İslama tutulan nöqsanlardan biridir. Bu etiqadda olanları isə səbəbiyyət prinsipini parçalamaqda ittiham edirlər.
    Onlar deyirlər: "Bu məsələni qəbul etmək səbəbiyyət prinsipinə ziddir. Əgər səbəbiyyət prinsipi qəbul olunarsa, gərək bütün şeylər təbii yolla və öz xüsusi şəraiti ilə yaransın. Başqa yolla hansısa bir hadisənin baş verməsi mahaldır. Necə qəbul etmək olar ki, təbii səbəblər olmadan hansısa bir hadisə baş versin? Beləliklə, bu etiqad səbəbiyyət prinsipini inkar edir”.
    Category: Rəbbin dərgahında | Views: 1152 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024