İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:55 AM
    Rəbbin dərgahında
    DUANIN SƏBƏBİYYƏT PRİNSİPİ İLƏ ZİDDİYYƏTİ VARDIRMI?
    Məgər möcüzə və ya qeyri-adi işləri qəbul etmək səbəbiyyət prinsipini inkar etməkdirmi? Məgər səbəbiyyət prinsipi ümumi bir qanundur? Bu qanunu qəbul etmək üçün möcüzə və duanın təsirini inkar etmək lazımdırmı?
    Səbəbiyyət prisipinin istisnasız, ümumi və zəruri bir qanun olmasına heç bir şübhə yoxdur. Əlbəttə, bu məsələni izah etmək üçün geniş fəlsəfi bəhslərə ehtiyac vardır. Məsələyə aydınlıq gətirmək üçün yalnız bir neçə işarə ilə kifayətlənirik.
    Sual olunur: Əgər səbəbiyyət prinsipi ümumi və zəruri bir prinsipdirsə, möcüzələri və duanın təsirini necə qəbul edə bilərik? Bu sualın cavabının izahı üçün müqəddimə vermək lazımdır: Səbəbiyyət qanununu gerçək saymaqla bütün hallarda xüsusi səbəblərin olmasını qəbul etmək və səbəbi, tanıdığımız səbəblərə həsr etmək arasında fərq vardır. Burada isə bu iki mövzu bir-birindən ayrılmamışdır.
    Fəlsəfədə inkarolunmaz və aşkar bir səbəbiyyət qanunu vardır. Bunun məfhumu isə aşağıdakı kimidir:
    Varlıq aləmində olan bəzi mövcudlar başqa mövcudların olmasına ehtiyaclıdır və onların varlığı başqa mövcudların varlığı ilə şərtlənmişdir. Məsələn, nəfsə bağlı və onun nəticəsi olan iradə. Bu məsələnin fəlsəfi qaydası ehtiyaclı mövcud və vücudu mümkün olan (mümkünəl-vücud) nəticənin onun ehtiyacını ödəyəcək mövcuda ehtiyaclı olmasından ibarətdir. Yəni əgər ehtiyaclı bir mövcudun ehtiyacı təmin olunursa, məlum olur ki, onun bu ehtiyacını ödəyən bir səbəb vardır. Beləliklə, hadisələr və varlığı özündən olmayan bütün şeylər başqa bir amilin təsiri nəticəsində yaranmalıdır.
    Bu şübhəsiz və aşkar bir qanundur. Bu qaydaya əsasən, alimlər hər bir elmdə hadisələrin səbəbini axtarmaqla məşğuldurlar. Tarix boyu alimlər hadisələrin səbəbini belə bir qaydaya əsasən axtarıblar ki, nəticə səbəbsiz ola bilməz. Bəşəriyyətin indiyə qədər kəşf etdikləri də bu qanunun bərəkəti nəticəsindədir.
    Bu mövzuda yaranmış qatışıqlığın səbəbi xüsusi səbəblərin tanınmasındadır. Yəni səbəbsiz olaraq nəticənin yarana bilməməsi qanununu qəbul etdikdən sonra, növbə xüsusi nəticələr üçün xüsusi səbəblərin təyin olunmasına çatır. Hər bir hadisənin xüsusi səbəbini tanımaq fəlsəfənin əhatəsindən xaric olaraq elmin əhatəsinə daxil olur.
    Beləliklə, fəlsəfi səbəbiyyət qanunu hər bir nəticənin səbəbə ehtiyaclı olmasını bəyan edir. Bu qanun üçün fəlsəfə ümumi şərh verir. Lakin fəlsəfə xüsusi bir nəticənin öz xüsusi səbəbini göstərmir və bu işdə təcrübə ilə səbəbləri tanımağı elmin vəzifəsi sayır. (Öncə qeyd olundu ki, səbəbləri tanıma yolu amil və şərtləri müəyyənləşdirməkdir). Səbəbiyyət qanunu əqli qanun olaraq deyir: Məhdud, şərtli və ehtiyaclı olan mövcudların arxasında başqa bir şey olmalıdır ki, onunla əlaqə vasitəsi ilə varlıq tapsınlar. Lakin bu şeyin hansı xüsusiyyətlərə və hansı təsirə malik olduğunu səbəbiyyət qanunu müəyyənləşdirmir. Başqa sözlə, hər bir hadisənin xüsusi səbəblərini səbəbiyyət qanunu vasitəsi ilə tanımaq olmur. Deyildiyi kimi, xüsusi səbəbləri tanımaq elm və təcrübənin işidir; səbəbiyyət qanunu isə əqli qanun olaraq təcrübədən öndə gəlir və ondan asılı deyil.
    Misal üçün fərz edin: Təcrübə otağında bir alim şərtləri dəyişmək ilə hadisənin səbəbini kəşf etmək istəyir. Gözlənilmədən yeni bir hadisə baş verir; məsələn, işıq saçılır, səs gəlir və ya başqa bir maddi hadisə baş verir. Alim eşidən və ya görən kimi bu hadisənin baş verməsindən xəbər tutur və bu hadisənin səbəbsiz olmadığını anlayır. O bu mövzunu əqli səbəbiyyət qanununa əsasən anlayır və heç bir təcrübəyə də ehtiyac duymur. Lakin ağıl öz-özlüyündə bu hadisənin yaranma səbəbini təyin edə bilməz. Əgər belə olmasaydı heç vaxt təcrübəyə ehtiyac qalmazdı və təkcə ağıl hadisələrin baş vermə səbəbini təyin etmək üçün kifayət edərdi. Bu hadisənin baş vermə səbəbini tapmaq üçün təcrübəyə ehtiyac vardır. Beləliklə, işin xüsusi səbəblərini tanımaq ağılın yox, elm və təcrübənin işidir.
    Bəzi şəxslər maddi bir hadisənin səbəbini bilmədikdə və ya öz təcrübələrində bu hadisənin baş vermə səbəbini göstərə biləcək bir şey tapmadıqda, səbəbiyyət qanununda istisna yarandığını güman edirlər.
    Bəzi fiziklər bir sıra hadisələrin gizli səbəblərini tapa bilmədikləri üçün (məsələn; necə olur ki, xüsusi bir elektron öz orbitindən xaric olur) bu hadisələrin səbəbsiz olduğunu deyir və bu yerdə səbəbiyyət qanununun pozulmasına inanırlar; baxmayaraq ki, səbəbiyyət qanunu pozulmaz bir qanundur! Onların axtarmalı olduqları baş vermiş hadisənin öz xüsusi səbəbidir. Əgər bu səbəb tanınmamışsa, demək, təcrübə naqisdir.
    Beləliklə, xüsusi səbəbi tanımaq təcrübənin işidir. Lakin (ikinci dolaşıq düşmüş) məsələ budur ki, hadisənin ona həsr olunmuş səbəbini təcrübə vasitəsi ilə tapmaq olarmı? Xüsusi bir şəraitdə təcrübə aparırıq və bir şeyin yaranışının digər bir şeyin əhatəsində olması, bu iki şey arasındakı əlaqə bizə məlum olur. Məsələn, təcrübə yolu ilə müəyyənləşdiririk ki, "a” olarsa, "b” də yaranacaq. Eyni zamanda əgər "a”-nı götürsək, "b” də yox olacaq. Məgər bu təcrübə "b”-in "a”-dan başqa bir yolla yaranmadığını deyirmi?
    Bəşəriyyət uzun illərdi ki, od hazırlamaq üçün xüsusi vasitələrdən istifadə edir. Demək olarmı ki, od bu vasitələrdən başqa heç bir yolla yaranmır? Başqa sözlə hərarət yaratmaq üçün oddan istifadə edirik. Məgər deyə bilərik ki, hərarət oddan başqa heç bir yolla yaranmır? Məgər iddia etmək olar ki, hərarət dünyanın hər yerində və hər bir zamanda od vasitəsi ilə yaranır? Təcrübə bizə bu nəticəni verir? Yoxsa təcrübə xüsusi şəraitlərdə hərarətin odun nəticəsi olduğunu göstərir? Biz yalnız onu deyə bilərik ki, bildiyimizə görə hərarətin yaranma səbəbi oddur. Lakin hərarətin yaranması üçün başqa səbəblərin olmasını mümkünsüz saya bilmərik. Bu iddia cahilanədir və tədqiqatçı şənindən uzaqdır. Hiss olunmayan və tanınmayan bir səbəbin təsirini inkar etmək olmaz.
    Beləliklə, təcrübə (elm) bəşəriyyətə əşyanın yeganə mümkünlük səbəbi olduğunu öyrədə bilməz. Təcrübə yalnız hisslərin duyduğu şeyləri sübut edir. Amma təcrübə hisslərdən yuxarı həqiqətləri inkar edə bilməz. Demək, elmin peyğəmbər buyuruqlarını və duaların təsirini müstəqil şəkildə inkar etməsi əsassızdır. Elm təcrübə əsasında insanın ata-ana vasitəsi ilə yarandığını deyir. Lakin elm insanın başqa bir yolla yaranmasını mahal, mümkünsüz saya bilməz.
    Ümumiyyətlə, təcrübə nəyinsə mahal olmasını sübut edə bilməz. Mümkünsüzlük (mahal olma) təcrübə ilə müəyyənləşdirilmir. Mümkünsüzlük fəlsəfəsi bir məfhumdur və yalnız ağıl yolu ilə sübut olunur. Təcrübə yolu ilə hansısa bir hadisənin olmaması sübuta yetir. Lakin bu hadisənin mümkünsüzlüyü təcrübə ilə müəyyənləşdirilə bilməz. Demək, elm nə qədər inkişaf etsə də, möcüzə, duanın təsiri və bu kimi məsələləri inkar edə bilməz. Bu müqəddimədən sonra aşağıdakılar məlum olur:
    Möcüzə və ya hər bir qeyri-adi işi qəbul etmək səbəbiyyət qanununun inkarı və ya bu qanunda istisna olmasını qəbul etmək deyil. Bu işlər Allaha aid olduğu üçün varlıq səbəbi onların özlərindədir. Yəni bu işlərin mümkünlüyünü qəbul etmək, Allahın səbəbiyyətinin mümkünlüyünü qəbul etməkdir. Təbii səbəblər barəsində: Əgər təbii bir səbəb olmadan nəticə yaranırsa, bu səbəbiyyət qanununun pozulması deməkdirmi? Verilmiş müqəddiməyə əsasən, iddia etmək olmaz ki, bizim tanıdığımız təbii səbəb hansısa bir nəticənin yaranmasının yeganə mümkün səbəbidir. Bunun üçün başqa yollar da vardır. Çünki qeyri-adi işlərin yaranmasında Allahdan başqa bizim tanımadığımız başqa səbəblər də vardır.
    Bundan başqa təbii işlər üçün olan qeyri-təbii səbəbiyyət səbəbiyyət qanunu ilə inkar olunmur. Heç bir elm təbii bir işin yaranmasında qeyri-təbii bir işin təsirini inkar edə bilməz. Lakin bu cür təsirləri elm həmişə isbat edə bilmir. Riyazətlə (nəfsi sıxıntıya salma) məşğul olub güclü nəfsani qüvvə əldə edən şəxslər bəzi maddi hadisələrə təsir göstərə bilərlər. Onların bəzi işləri təbii vasitələrlə görüləsi iş deyil. Bu məsələ bu gün şübhə doğurmayan məsələlərdəndir.
    Beləliklə, qeyri-təbii işlərin yaranması səbəbiyyət qanununun pozulması (fəlsəfi səbəb və nəticə qanunu) demək deyil. Demək, bunun inkarı üçün "Fatir” surəsinin 43-cü ayəsini ("Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.”) dəlil gətirən şəxslərin sözləri əsassızdır. Bununla da mə’lum olur ki, qeyri-adi işlər ilahi qanunun pozulması demək deyildir. Bu ayə bəşər cəmiyyəti haqqındadır. Ayədə bildirilir ki, bir qövm üsyan qaldırsa, ilahi ayələri təkzib etsə, ilahi ayələrin inkarı mövqeyini tutsa, cəmiyyətdə fəsad yayılsa, haqq yol bağlansa və xalq çətinliyə düşüb haqq yolu tapa bilməsə, Allahın belə hal üçün nəzərdə tutulmuş qanunu işə düşür. Bu qövmə möhlət verilmir. Onlar göy və ya yer əzabı ilə yaxalanır və məhv edilir. Ayə bu sayaq hallar üçün nəzərdə tutulub və təbiət qanunları ilə heç bir əlaqəsi yoxdur. Ayədə hər bir maddi hadisənin maddi bir səbəbdən doğmasının (məsələn, hərarətin həmişə oddan hasil olmasının) ilahi qanun olması nəzərdə tutulmur.
    İşarə olunmuş ayənin dünyaya hakim bütün qanunlara aid olduğunu fərz edib, soruşuruq: Məgər Allahın qanunları yalnız bizim tanıdığımız qanunlardır? Yox əgər bizim tanımadığımız qanunlar vardırsa, bunlar da Allahın qanunlarıdırmı?
    İlahi qanunlardan biri budur ki, hər zaman məsləhət olarsa, iş qeyri-təbii yolla baş tutsun. Elm və ya fəlsəfə nə vaxt sübut etmişdir ki, hər bir təbii hadisənin yalnız adi və maddi səbəb yolu ilə baş verməsi Allahın qanunudur?
    Beləliklə, möcüzə və duanın təsirinin sübut olması baş vermiş hadisələrin səbəbsiz olması demək deyildir. Əksinə, bu iş bəşəriyyətin tanıdığı səbəblərin arxasında başqa səbəblərin də dayandığını sübut edir; səbəbiyyət qanunu ümumi və zəruri bir qanun olaraq möcüzə və qeyri-təbii işlərlə cəmləşir və onlarla heç bir ziddiyyəti yoxdur. (Bu barədə müəllifin "Quran maarifi” kitabına müraciət edin.)
    MƏGƏR DUA XALQ ÜÇÜN SÜSTLÜK VƏ TƏNBƏLLİK SƏBƏBİDİR?
    Dua ilə bağlı mövzulardan biri də ictimai və psixoloji yönümdə olan mövzudur. Bəziləri belə güman edirlər ki, xalqın duanın təsirinə inanması ictimai və şəxsi fəaliyyətlərdə süstlüyə səbəb olur. Bu süstlük istər-istəməz ictimai tənəzzülə aparasıdır. Bu da, zülmkarlar üçün yaxşı bir vasitədir. Onlar xalqın başını dua və ibadətlə qataraq onların sərvətlərini qarət etməklə məşğul olurlar.
    Lakin həqiqət budur ki, hər bir gerçəkdən hansısa şəkildə sui-istifadə etmək mümkündür. Əgər hansısa bir həqiqətdən sui-istifadə olunarsa, bu həqiqətin əsassız olmasını demək olmaz. Dua istər ictimai, istərsə də fərdi məsələlərdə quruculuq və çalışqanlıqdan əl çəkmək demək deyil. Duanın mənası budur ki, mömin insan həqiqi səbəbkar Allahı bilir. Hər zaman ehtiyac hiss etdikdə öz ehtiyaclarını aradan qaldırmaq üçün Allahına üz tutur. Eyni zamanda Allahın verdiyi maddi vasitələrdən bu sahədə öz həddində istifadə edir. Çünki Allah özü belə istəmiş və belə qərarlaşdırmışdır. Lakin bu vasitələri işin təsirində müstəqil saymaq olmaz.
    Mömin insan maddi vasitələrdən faydalanmasına baxmayaraq, onlara güvənmir. Nəticədə maddi vasitələr olmayan yerdə naümid olmur. Çünki Allahın onun ehtiyaclarını qeyri-təbii yolla ödəyə biləcəyinə inanır. Bu həqiqətlərə nəzər saldıqda aydın olur ki, duanın təsirinə inam süstlük və tənbəllik səbəbi yox, təlaş və ümid səbəbidir.
    İnsan yalnız maddi vasitələrə inamlı olarsa, bu vasitələr olan yerdə fəaliyyət göstərə bilər. Lakin mömin insan maddi vasitələr olmayan yerdə də həvəsdən düşmür.
    Bədr döyüşündə müsəlmanlar son dərəcə çətinliyə düşmüşdülər, qüvvə və döyüş vasitələri düşməndən qat-qat az idi. Lakin onlar duaya başladılar: «İz təstəcisunə rəbbəkum...». Beləliklə, Allah onların duasın qəbul etdi və onlara kömək üçün 1000 mələk göndərdi. Bununla da müsəlmanlar qələbə çaldılar. Əgər müsəlmanlar duaya inanmasaydılar, öz ruhiyyələrini itirib, geri çəkilər, məğlub olardılar.
    Beləliklə, duaya inam məğlubiyyət və gerilik səbəbi deyil. Əksinə, bəzən duaya inanmamaq məğlubiyyət və gerilik səbəbi olur. Əslində bu şübhə dua ilə yetərsiz tanışlığın nəticəsidir. İnsanın yalnız dua edib heç bir fəaliyyət göstərməməsi təsəvvürü yanlış təsəvvürdür.
    Allahdan bir şey istədikdə Onun özünü həqiqi səbəbkar bilməliyik. İxtiyarımızda olanları da Ondan bilməliyik. İxtiyarımızda olanları özümüzünki bilib başqa yerlərdə Allahdan kömək istəməməliyik. Məgər insanın vücudu və hər nəyi Allahın deyilmi?!
    Dua insanın Allahdan onun işlərini qeyri-təbii yolla görməsini istəməsi deyil. Əslində bu iş Allaha məsləhət vermək kimidir; məsələn, süfrəsində çörək olan şəxs deyir: "İlahi, mənə başqa yolla ruzi ver”. Bu həqiqi dua deyildir!
    İnsan həqiqətən Allahı tədbir və hikmət sahibi bilərək Ondan nəsə istəyirsə, Allahın ona verdiklərindən razı qalmalıdır. Əgər bu şeylərdə azlıq hiss edərsə, Allahdan onu təmin etməsini istəsin. Beləliklə, Allahın göz əta etdiyi, lakin gözlərini yumaraq Allahdan onu gözübağlı məqsədə çatdırmasını istəyən şəxsə demək lazımdır ki, məgər Allah sənə göz verməyibmi?! Nə üçün ondan istifadə etmirsən?! Dua Allahın hikmət əsasında əta etdiyi nemətləri kənara qoyub, Allahdan başqa yolla nemət istəməsi deyil. Bu yanaşma əslində "İlahi, mən Sənin məsləhətini qəbul etmirəm” mənasını verir: "Sən dedin göz ilə gör, mən isə qulaq ilə görmək istəyirəm!” Nəql olunur ki, həzrət Musa (ə) xəstələnmişdi. Bəni-İsrail ona dedi: Əgər filan bitkidən istifadə etsən, yaxşılaşarsan. Musa (ə) dedi: "Mən dərman qəbul etməyəcəm. Allah özü mənə şəfa versin”. Bir müddət keçdi, lakin sağlamlıqdan bir əsər görünmədi. Allah tərəfindən ona vəhy olundu: "And olsun izzət və cəlalıma, sənə o bitkidən istifadə etməyincə şəfa verməyəcəyəm. Ey Musa, sən təvəkkülünlə Mənim hikmətimi batil etmək istəyirdin?! Məgər bitkilərin kökünə şəfa xüsusiyyətini Məndən başqasımı vermişdir?!”
    Təbii ki, Allah öz hikmətli tədbirlərini bizim istək və həvəslərimizə tabe etməyəcək: "Əgər haqq onların istək və həvəslərinə tabe olarsa, şübhəsiz, göylər və yer puç olar.”("Mu`minun” surəsi, ayə 71.)
    Beləliklə, Allahın ixtiyarımızda qoyduğu şeylərdən tələb olunan qaydada istifadə etməli, Allahın tədbir və hikmətinə boyun əyməliyik. Allah əbəs yerə və hikmətsiz heç bir iş görmür. Aləmdə olan bütün vasitələr Onun hikməti əsasındadır. Bütün vasitələr bizim xeyirimiz üçündür və bizim problemlərimizin həllində təsirlidir. Beləliklə, bu şeyləri kənara qoyub, başqa yolla ruzi istəməməliyik. Tədbir Onun əlindədir, hər şeyi Ondan istəməliyik; O isə məsləhət bildiyi yolla əta edəcəkdir. Əgər bizim ixtiyarımızda qoyduğu şeylərdən istifadə etsək, Allahın əvvəlcədən qəbul vasitələri hazırladığını görəcəyik. Biz isə yalnız onlardan istifadə etməliyik.
    Əlbəttə, Allah başqa vasitələr qərar verməkdə aciz deyil. Lakin insanın ixtiyarında qoyulmuş vasitələrdən istifadə etməməsi dua və təvəkkül hesab olunmur. Bu yanaşmalar bəlkə də bəzi şəxslərin İslam məfhumlarından sui-istifadəsindən və pis təfsirlərindən qaynaqlanır. Təvəkkül Allaha güvənib maddi vasitələrdən istifadə etməmək deyil. Maddi vasitələri bizim istifadəmiz üçün Allah qərar vermişdir.
    Bəli, həqiqi təvəkkül əhli başqalarından daha fəaldır. Allaha təvəkkül ilə cəbhəyə gedib düşmən ilə döyüşən mücahidlərin çalışqanlığı başqalarından daha çoxdur. Eyni zamanda, onlar qələbəni Allahdan bilirlər: "Qələbə qüdrət və hikmət sahibi olan Allahdan başqası tərəfindən deyildir.” ("Ali-İmran” surəsi, ayə 126.)
    Həqiqi mücahid qələbə və köməyi Allahdan istəyir. Eyni zamanda, Allahın ona əta etdiklərinə göz yummur və onlardan istifadə edir. Beləliklə, həqiqi dua Allahın qərar verdiyi vasitələrdən istifadə edənlərin duasıdır. Düzgün deyil ki, bu vasitələri kənara qoyub, duanın başqa yolla qəbul olmasını istəyək. Rəvayətə əsasən, belələrinin duası qəbul olmur. Bəzi rəvayətlərdə nəql olunmuşdur: Pis əxlaqlı zövcəsi olan şəxs Allahdan onu bu qadının şərindən qorumasını istəyərsə, duası qəbul olmaz. Çünki Allah onun üçün təlaq (boşanma) qərar vermişdir. Əgər həqiqətən də onun qadını pis əxlaqlıdırsa və onunla yaşamaq dünya və axirət xeyirinə ziddirsə, onu boşaya bilər. Əgər onun dua etməkdə məqsədi belə bir qadının qarşısında Allahın ona dözüm və səbir verməsi, qadının islahı olarsa, dua qəbul olunar; başqa hallarda dua faydasızdır; çünki bu qadının şərindən xilas olmaq üçün Allah onun ixtiyarına vasitə vermişdir və o bu vasitədən istifadə etmir. Əgər bu şəxs öz istəyində ciddidirsə, Allahın onun ixtiyarında qoyduğu vasitədən istifadə etməlidir.
    Allahın peyğəmbəri buyurmuşdur: "Əməl etməyərək dua edən kəs, ipsiz kamanla ox atmaq istəyən kəs kimidir.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 93-cü cild, səh.312, 17-ci rəvayət.)
    Başqa bir rəvayətdə buyurulur: "Evdə oturub Allahdan ruzi tələb edən şəxsin duası qəbul olunmaz.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 71-ci cild, səh.344, 1-ci rəvayət.)
    Demək, İslam duanı bəşəriyyətin əlində olan vasitələrin əvəzedicisi saymır. Dua insana bildirir ki, vasitələr müstəqil deyil. Bütün vasitələrin təsiri Allahın əlindədir. Beləliklə, vasitələr olduqda belə insan Allahı unutmamalıdır. İnsan bütün ehtiyaclarını Allahdan istəməlidir; hətta bu ehtiyaclar üçün adi vasitələr hazır olsa belə! Təkallahçı insan süfrəsində çörək olsa belə Allahı unutmur və Allahdan istəyir ki, onun aclığını aradan götürsün. Onun fikrincə, bütün şeylər vasitədir və son təsir Allahın tərəfindəndir. Mə’lum olur ki, bütün hallarda dua lazımdır, istər insan üçün adi vasitələr olsun, istərsə də onun əli adi vasitələrə çatmasın. Adi vasitələr olan yerdə dua bu vasitələri müstəqil bilməmək nişanəsi, Allahın istiqlaliyyətinə və insanın ilahi fəzilətlərə ehtiyaclı olmasına etiqaddır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. Dua Allahın qeyri-təbii yolla da insanın ehtiyaclarını ödəməyə qadir olmasına inamdır. Beləliklə, dua istənilən bir halda zəruridir.
    Ac insan güclü iman sahibi olduqda Allahdan onu doyuzdurmasını istəyib süfrəyə oturur. Bu halda onun qidalanması etdiyi dua ilə heç bir ziddiyyət təşkil etmir. Yəni o bu işi ilə yalnız Allahı öz ehtiyaclarının ödənməsində əsil səbəbkar bilir. O, Allahın istəyi nəticəsində yeməyin insanın toxluğuna səbəb olmasına inanır, buna görə də ondan istifadə edir. Əgər belə olmasaydı yeməyin olub-olmaması onun üçün fərqsiz olardı. O inanır ki, Allah istədiyi yolla onu doyurda bilər.
    Allah həzrət Musaya (ə) vəhy etdi: "Ey Musa, bütün ehtiyacını məndən istə, hətta yeməyinin duzunu da”.
    Hər bir şeyi Allahdan istəmək bu mənada deyil ki, insan heç bir çalışqanlıq göstərmədən desin: "Gərək yalnız Allahdan istəyək! Hər şeyi O yoluna qoymalıdır”. Belə bir düşüncə səhvdir. Duanın həqiqəti insanın, özünün heç bir şeyi olmadığını və hər bir şeyin Allahdan olduğunu anlaması, bunu etiraf etməsidir. İş və təlaş gücü Ondadır, bütün vasitələri O hazırlayır, düşüncə və təfəkkür qüvvəsini O verir. Bunlar hamısı hacətlərin təmin olunması üçün işlənməli olan ilahi nemətlərdir. Əslində duanın mənası budur ki, insan bütün vasitələrin Allah tərəfindən olduğunu etiraf edir. Bu, şərti itaət olan həmin bəndəlik həqiqətidir.
    Beləliklə, duaya inam insanı tənbəllik yox, çalışqanlığa sövq edir.
    Category: Rəbbin dərgahında | Views: 919 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024