İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:38 AM
    Rəbbin dərgahında
    DUA EDƏNLƏRİN NÖVLƏRİ
    İnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:
    1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Quranın dediyi kimi, hər sübh və şam öz Allahlarını yad edirlər və onların duası çətinliklərinə görə deyil: "Sübhlər və axşam...” ("Ə`raf” surəsi, ayə 205; "Rə`d” surəsi, ayə 141; "Nur” surəsi, ayə 36.)
    Bəlkə də bu halın səbəbi bütün nemətlər ixtiyarlarında qoyulduğu halda onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu nemətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mərifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün nemət və ya bəlanın fərqi yoxdur.
    Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: "Onlar xeyir işlər görməyə tələsər, ümid və qorxu ilə bizi çağırar və həmişə bizim qarşımızda müti olarlar.” ("Ənbiya” surəsi, ayə 90.)
    2. İkinci dəstəyə əksər möminlər daxildir. Bu şəxslər nemət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün nemət verilən zaman Allahı unudurlar və nemətlərin onlardan alındığı zaman dua edirlər: "İnsana bir nemət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.”("Fussilət” surəsi, ayə 51.)
    Xalqın əksəriyyəti belədir. Çox az insanlar nemət zamanı Allahı unutmur.
    3. Üçüncü dəstə bəzi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi.
    Bu qism insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar.
    4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qurani-Kərim bu insanlar barəsində belə buyurur: "Nə üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş və şeytan pis əməllərini onlara gözəl göstərmişdir.” ("Ən`am” surəsi, ayə 43.) Başqa bir yerdə isə belə buyurulur: "Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. (Amma nə sizin qəlbləriniz Allahın qorxusundan çırpınar və nə də gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.” ("Bəqərə” surəsi, ayə 74.) Əvvəldə dediyimiz kimi, həqiqi mömin heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İstər adi vasitələr olsun, istərsə də olmasın! O, duadan əl çəkmir! Adi vasitələrin hazır olduğu yerdə bu vasitələri həqiqi səbəb bilməyərək dua edir və həqiqi səbəbə doğru əl açır. Allahı səbəbkar bildiyindən süfrəsində çörək olmasına baxmayaraq, doymağını Onun iradəsindən asılı bilir. Çünki öz ehtiyaclarının ödənməsində həqiqi səbəbkar yalnız Allahı hesab edir və maddi vasitələrin təsirini Onun icazəsindən asılı olduğunu anlayır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. O inanır ki, Allah adi vasitələrsiz də onun ehtiyaclarını təmin edə bilər.
    İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol nemətlər vermişdir. Lakin bəzən əvvəlcədən təsəvvür olunmadığı halda bu nemətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu?
    Bu işləri Allahla əlaqələndirmə ölçüsü bizim mərifət səviyyəmizə bağlıdır. Mömin insan heç bir şeyi Allahın tədbir və iradə dairəsindən xaric bilmir. Hətta əgər başı ağrıyarsa, əvvəlcə Allahdan şəfa istəyir, sonra həkim və ya dərmanın ardınca gedir. Dərman istifadə edərkən də onun Allahın icazəsi ilə təsir göstərdiyini düşünür. Əgər Allah istəməsə dərmanın heç bir təsiri olmaz. Qısası, bütün işlərin kökünün Allahın əlində olduğunu hesab edir və Allahdan başqa heç bir kəsi ilahi hakimiyyətdə və varlıq aləmində müstəqil səbəbkar bilmir. Bütün aləm Onun mülküdür və Onun izni olmadan heç kəsin sahiblik və səbəbkarlıq hüququ yoxdur.
    Biz, adətən, öz etiqadi mübahisə və söhbətlərimizdə deyirik ki, Allahın tədbir və iradəsi ümumidir, hər şeyə şamil olur. Heç bir şey Onun tədbir və qüdrət dairəsindən xaric deyildir.
    Fəlsəfədə də "feli tövhid” haqqında çox rahat bəhs edirik. Bu mövzunun digər mövzular kimi zehnimizdə çox rahat yer tutması mümkündür. Lakin, adətən, əməl zamanı bu həqiqəti unuduruq. Bir çox başqa etiqadlar kimi, Allahın hər yerdə hazır olmasına da inanır, lakin əməldə bu həqiqəti unuduruq. Feli tövhidə əqli yolla, ayə və rəvayətlərlə dəlil gətirərək onu sübut edirik. Lakin əməl zamanı bunları yaddan çıxarırıq.
    Buna görə də çətinliklərlə qarşılaşdıqda bu çətinliklərdə Allahı təsirsiz hesab etmək olmaz. Bu çətinliklərdə Allahın nə dərəcədə təsirli olduğuna gəldikdə isə ən aşağısı inanırıq ki, əgər Allah istəsəydi bu çətinliklərin qarşısını alar və onların baş verməsinə mane olardı.
    Bir tərəfdən insanın qarşılaşdığı bütün çətinliklər Quranın dediyi "bəsuna” ("bizim qəzəbimiz” –"Ənam” surəsi, ayə 43, 148; "Əraf” surəsi, ayə 4, 5, 97, 98; "Yusuf” surəsi, ayə 11; "Ənbiya” surəsi, ayə 12; "Ğafir” surəsi, ayə 84, 85) sözünə əsasəndir. Bəzi bəlaların Allah tərəfindən, bəzilərinin isə Allahdan qeyrisi tərəfindən olması fikri düzgün deyil. Çünki bütün işlərin ixtiyarı Allahın əlindədir. Hansısa bir şəxsə bəlanın çatması üçün Allahın təbii icazəsi bu bəlanın Allaha bağlı olmasının dəlilidir. Kamil mərifətə sahib olan və feli tövhidi daha çox dərk edən hər bir kəs bu mövzunu daha gözəl anlayar. Bu mövzu fəlsəfədə geniş şəkildə şərh olunur. Əlbəttə, Allah tərəfindən insana nazil olan bütün bəlalar öz pis əməllərimizin nəticəsidir.
    Bu mövzuda bir çox ayə və rəvayətlər vardır. Allah-təala Quranda buyurur: "Əgər Allah xalqa bir nemət verərsə, bu neməti heç zaman geri almayacaqdır. Yalnız bu xalq öz halətini dəyişsə geri alınar!”("Ənfal” surəsi, ayə 53.) Allahın bir şəxsin bərəkətinə görə xalqdan hansısa bir bəlanın uzaqlaşdırması mümkündür. Baxmayaraq ki, xalq özü bu bəlanın uzaqlaşması üçün heç bir iş görməmiş olsun. Ya da ki, Allah nazil etdiyi bəlanı öz rəhməti və ya tədbirinə əsasən uzaqlaşdıra bilər. Lakin Allah xalqa verdiyi hansısa bir neməti heç zaman onlardan almaz. Amma xalq özü öz pis əməlləri ilə nemətin kəsilməsinə səbəb ola bilər.
    Başqa bir ayədə buyurulur: "Hər hansı bir tayfa öz tövrünü dəyişməzsə Allah da onun tövrünü dəyişməz.”("Rə`d” surəsi, ayə 11.)Bu ayənin məzmunu əvvəlki ayədəki kimidir. Lakin bu ayədə daha çox təkid olunur. Bu mübarək ayəyə əsasən, qəbul etməliyik ki, bəzi nemətlərin bəlaya çevrilməsinin səbəbi öz əməllərimizdir.
    Quran təlimlərinə əsasən, çətinliklərimiz və qarşımıza çıxan müsibətlər öz əməl və rəftarlarımızın nəticəsidir. Əgər əməllərimizi və rəftarlarımızı islah etsəydik, nemətlər çətinlik və əzaba çevrilməzdi. Məşhur bir məsələ əsasən "bizə gələnlər bizdəndir”.
    "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazdığınız günahların ucbatındandır. Allah bir çoxlarından keçər.” ("Şura” surəsi, ayə 30.)
    Əgər Allah xalqın bütün əməllərini cəzalandırmaq istəsəydi, yer üzündə heç bir canlı qalmazdı: "Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı.”("Nəhl” surəsi, ayə 61.)"Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfər belə saxlamazdı.” ("Fatir” surəsi, ayə 45.)
    Allahın nazil etdiyi dünyəvi bəlalar xalqı cəzalandırmaq yox, onları tənbeh etmək üçündür. Beləliklə, insanlar bu vasitə ilə islah olsunlar və bilsinlər ki, Allahın hakimiyyətində yaşayırlar. "İnsanların öz pis əməlləri üzündən suda və quruda fəsad, pozuntu yarandı. Allah onlara etdikləri bəzi günahların cəzasını dadızdırar. Olsun ki, geri dönələr.”("Rum” surəsi, ayə 41.) Adətən, bəla nazil olduqda hamıya şamil olur. Məşhur sözdür ki, qurunun oduna yaş da yanar. Beləliklə, bəla günahkar olmayanlar üçün imtahan, günahkarlar üçün isə əzab sayılır.
    DUA AMİLLƏRİ
    Dua iradi bir işdir və səbəbə ehtiyaclıdır. Dua edənlərin məqsədləri çox fərqlidir. Onların dualarının dəyəri məqsədlərinin dəyərindən asılıdır.
    1. Bəzən insanın duada məqsədi maddi ehtiyacların təminidir. Məsələn, Allahdan pul, ev, övlad, sağlamlıq və sair şeylər istəyir. Beləliklə, bu şəxsi duaya təhrik edən amil həmin şeylərə çatmaq marağıdır. Bu növ istək insanın kiçik və rəzil məqsədinin nişanəsi olsa da, öz həddində yaxşıdır. Çünki dua edən şəxs Allahın səbəbkar olmasını bildirir. Beləliklə, belə bir şəxs istəklərini Allahdan tələb etməyən başqa bir şəxslə bərabər deyildir.
    Birinci şəxs Allahı tanıdığından və Onu aləmdə səbəbkar bildiyindən ehtiyaclarının ödənməsi üçün Ona doğru əl açır və dua edir. Lakin ikinci şəxs bu həqiqətə inanmır. Buna görə də o birinci şəxsin əksinə olaraq, kamillik yolundan çıxmışdır və yalnız maddi vasitələr yolu ilə öz istəklərinə çatmaq arzusundadır. Bu iki şəxsi müqayisə etdikdə görürük ki, birinci şəxs Allaha diqqət, Onun qarşısında bəndəlik və kiçiklik göstərdiyi üçün bəzi kamilliklərə çatmışdır, lakin məqsədi kiçik və yalnız dünyəvi çərçivədə məhdudlaşmışdır. İkinci şəxs isə ümumiyyətlə hər şeydə uzaqlaşmışdır və heç bir məqama çatmayacaqdır. Buna görə də, qeyd etdiyimiz hal duanın mərtəbələrindən biridir və öz həddində dəyərli və məqsədlidir.
    2. Daha üstün mərhələ isə insanın uca və ali məqsəddə olması, Allahdan mənəviyyat və bəndəlik tövfiqi istəməsidir. Belə bir insan üçün mənəvi və axirət işləri dünyəvi və maddi işlərdən dəyərlidir. Beləliklə, onlar üçün maddiyyat dəyərsiz sayılır. İnsan həqiqətən axirəti tanıyarsa və Allahdan istədiyi şeyi ona əta edəcəyini bilərsə, dünyəvi bir şey istəməz. Bir şərtlə ki, bu istəklər axirət işləri yönümündə olsun, ya da sonradan izah edəcəyimiz başqa məqsədlər üçün!
    Buna görə də ilahi övliyalardan nəql olunmuş dualar çox dəyərlidir. Onların duaları heç vəchlə bizim dualarla müqayisə olunası deyil. Amma bizim dualarımız da ibadətdir. Çünki imandan qaynaqlanmışdır. Bu dualar kamillik səbəbi olsa belə, kamillik üçün az təsirlidir. Lakin insan maddi işlər əvəzinə mənəvi işlər üçün dua edərək bəndəlik tövfiqi istəyərsə, Allah onun iman və mərifətini artırar və ona layiqli əməllər üçün tövfiq verər. Beləliklə, insan kamillik yolunda sürətlə hərəkətə başlayar! Bu sayaq dualar maddi ehtiyacların təmini üçün olan dualardan daha dəyərlidir. Çünki belə dualar insanın axirətə və Allaha yüksək imanının nişanəsidir. Belə insanın nəzərində axirət daha gözəl və daha möhkəmdir. "Axirət daha üstün və daha davamlıdır.” ("Ə`la” surəsi, ayə 17.)
    3. Bəzən duada məqsəd yuxarıda sadaladıqlarımızdan da üstün olur. Bu mərhələdə dua edənin məqsədi yalnız Allahla danışıq və Ona itaət etməkdir. Onun istəyi duanın zatıdır; istək duası dost qapısına getmək üçün bəhanədir. O, Allah, "dua edin” buyurduğu üçün dua edir. Bu mərhələdə nə istənilməsi mühüm deyil. İstər mənəvi şeylər istənilsin, istərsə də maddi; heç bir fərqi yoxdur! Mənəvi işlər üçün dua daha yaxşı olsa da, uyğun məqsədlə istənilən bir dua arzu olunasıdır. Belə bir insan özünü ilahi rəhmətin sonsuz okeanının kənarında görür. Buna görə də cüzi işlər üçün də dua edir.
    İnsan belə bir məqsəddə olarsa, onun duası çox üstün, dəyərli olacaqdır. Hətta onun duası kiçik işlər üçün olsa belə! Belə bir dua maddi, ya mənəvi olduğu üçün dəyərli sayılmır. Bu duanın dəyəri ondadır ki, insan Allahı əsas səbəbkar bilir və Onu hər bir şeyə qalib hesab edir. Belə bir dua o zaman dəyərli olur ki, insanın diqqəti duanın nəticəsində olmur. O yalnız Allah duanı sevdiyi üçün Ona dua edir.
    Əgər Allah duanı əmr etməzdisə ("Çağırın Məni, sizi qəbul edim.” "Mumin” surəsi, ayə 6; "Allahın fəzlindən istəyin.” "Nisa”surəsi, ayə 32) o heç zaman özünə icazə verməzdi ki, bu şeyləri Allahdan istəsin. Amma Allah bəndəsinin Ona doğru ehtiyac əlini uzatmasını sevdiyini buyurur. Buna görə də o dua edir. Belə bir dua başqa dualarla müqayisə olunası deyil və yalnız Allahdan qeyrisinə bağlı olmayan kəslər tərəfindən oxunur.
    İnsan nə qədər ki, dünya və axirət işlərinə maraqlıdır, istər-istəməz onların təmin olunması üçün çalışacaqdır. Əlbəttə, əgər insan Allaha imanlı olsa və öz hacətlərini Ondan istəsə, bunun heç bir eybi yoxdur. Şübhəsiz ki, hər kəs öz mərifət və imanı səviyyəsinə uyğun istəyir. Lakin iman və mərifətin üstün mərhələsinə çatmış şəxslər üçün Allahdan kiçik dünyəvi şeylər istəmək eyb sayılmır. Çünki onlar yalnız Allah istədiyi üçün dua edirlər.
    Demək, bəzən duanı uzatmaq və kiçik şeylər istəmək bəyənilir. Çünki dua bəndəlik ruhiyyəsinin yüksəlməsinə, Allah qarşısında yalvarışa və mütiliyə səbəb olur. Belə bir dua mömin insanın Allaha etiqadının dərinliyini göstərir. Çünki o hətta ən kiçik işlərdə belə Allahdan başqasına güvənmir.
    Burada iki nöqtəni xatırlatmaq yerinə düşər:
    1. İnsan həmişə öz ehtiyaclarına diqqətli olmalı və onların təmini üçün yalnız Allah-təaladan kömək istəməlidir. Lakin yadda saxlamalıdır ki, insanın ehtiyacları maddi və dünyəvi ehtiyaclarla sona çatmır. Əslində bəşərin ehtiyaclarının böyük bir hissəsi mənəvi və ruhi ehtiyaclardır. O cümlədən, bizim ən mühüm və ən böyük ehtiyacımız İslam, vilayət və hidayət nemətləridir. Allahdan bu nemətləri istəyək.
    Rəvayətlərdə göstərilir ki, ilahi övliyalar Allahdan şəhadət istəyirdilər: "İlahi, bizə öz yolunda şəhadət qismət et.” (ramazan ayının gecələri üçün bəyan olan duadan bir hissə).
    Bu növ istəklər onların Allahla yaxınlığa olan məhəbbətlərinin yüksəklik nişanəsidir. Biz də onlardan öyrənməliyik. Allahdan istəməliyik ki, bizə onunla arifanə, xalisanə və sadiqanə söhbət üçün xalis niyyət əta etsin.
    2. İslam ideologiyasında insanların rəğbətləndirildiyi digər bir nöqtə başqaları üçün dua etməkdir. İstər maddi, istərsə də mənəvi işlər üçün olsun! Başqaları üçün edilən dua Allahı yada salmaqla yanaşı, möminlərin bir-birinə olan məhəbbət və əlaqəsini artırır. Hətta dua zamanı fədakarlıq ruhiyyəsi, başqalarına diqqət və mömin üçün zəruri olan ətrafa mərhəmət hissi yaranır.
    Həzrət imam Həsən (ə) Müctəbadan belə bir məşhur rəvayət var: "Bir gecə oyaq idim, gördüm ki, anam həzrət Zəhra (ə) dua edir. Nə qədər qulaq asdımsa, gecənin sonuna qədər başqaları üçün dua etdi. Ondan soruşdum: "Anacan, niyə özünüz üçün dua etmirsiniz?” Buyurdu: "Əvvəl qonşu, sonra ev əhli.”("Biharul-ənvar”, 43-cü cild, 4-cü bab, səh. 81, 3-cü rəvayət.)
    Demək, başqaları üçün dua özün üçün duadan dəyərlidir. Xüsusi ilə möminlərin mənəviyyatı üçün olarsa, daha dəyərli sayılır.
    DUAYA MÜNASİBƏTDƏ TƏKƏBBÜRÜN MƏNASI
    Allah "Mumin” surəsinin 60-cı ayəsində buyurur: "Rəbbiniz dedi: Çağırın Məni, qəbul edim sizi. Mənə pərəstişə münasibətdə təkəbbür göstərənlər tezliklə başıaşağı cəhənnəmə daxil olarlar”.
    İndi isə duaya münasibətdə təkəbbürün hansı məna daşıdığını araşdıraq. Duadan üz çevirmək üç şəkildə təsəvvür oluna bilər:
    Bəzən insan qafillik səbəbindən duadan çəkinir; iman zəifliyi onu ilahi dərgaha üz tutmaqdan məhrum edir. Buna görə də, çətinlik zamanı əvvəlcə maddi vasitələrin ardınca gedir və vasitələrin səbəbkarını unudur. Məsələn, xəstələndiyi zaman əvvəlcə Allahı xatırlamaq əvəzinə həkim və dərman ardınca qaçır. Mümkündür ki, kimsə bu halı onun nəzərinə çatdırdıqda özü də bunu etiraf etsin. Bu növ unutqanlıq təkəbbürdən yox, iman zəifliyindən qaynaqlanır.
    Bəzən insan qarşılaşdığı şübhələr əsasında duadan çəkinir. Məsələn, Allahın dəyişməz qanunları olduğunu və bu qanunlara itaət etməyin zəruriliyini eşidir. Başqa sözlə, o elə bilir ki, Allah hər bir dərd üçün dərman vermişdir. Buna görə də öz-özlüyündə düşünür: Dua, yəni nə? Baş ağrısını dua ilə yox, filan dərmanla müalicə etmək lazımdır. Bu əqidə də təkəbbürdən yox, insanın imanındakı naqislikdən yaranır. Bu şəxs Allahı düzgün tanımamış və Onunla aləmin əlaqəsini yaxşı dərk etməmişdir. O, tövhidi zəif dərk etmiş və duanın həqiqi təsirini anlamamışdır.
    Bəzən isə insan öz-özlüyündə deyir: Qarşıya çıxan hər bir çətinliyi özüm aradan götürəcəyəm, ehtiyaclarımı özüm təmin edəcəm. Nə üçün Allahın qarşısında boynumu əyim? Nə üçün gecənin rahat yuxusunu tərk edib Allahın qabağında kiçilim? Bu, duaya münasibətdə təkəbbürdür; Allahdan nə isə istəməyi ar bilir və onu özü üçün nöqsan sayır.
    Bəzi yenilikçilər deyir: İslam insanın hətta Allah qarşısında da kiçilməsini istəmir. Onlar hətta namazın "Allahu əkbər” və "Bismillahir-rəhmanir-rəhim” kimi zikirlərini siyasi şüar hesab edirlər. Onların əqidəsinə əsasən, insan heç bir şeyin qarşısında kiçiklik göstərməməli və boyun əyməməlidir. Deyirlər ki, ağlamaq uşaqların və qoca qadınların işidir! Əgər insan özünü tanıyarsa, heç zaman ağlamaz və özünü güclü, qüvvətli hiss edər; insan hətta Allahın da qarşısında ağlamamalıdır.
    Təəssüf ki, bu şəxslər öz əqidələrini İslama aid edir və onu islamşünaslıq adlandırırlar! Onlarlardan soruşmaq lazımdır ki, əgər bu islamşünaslıqdırsa bəs ateizim nədir?
    İbadətin əsası və həqiqəti kiçikliyin göstərilməsidir. Quranda oxuyuruq: "Qüdrətli və ölməz Allahın izzəti qarşısında aləmin bütün böyükləri kiçilmiş və mütidirlər.”("Taha” surəsi, ayə 111.) "Göylərdə və yerdə nə varsa istər-istəməz Onun fərmanına mütidir və hamı Ona tərəf qayıdacaqdır.” ("Ali-İmran” surəsi, ayə 83.) İnsan üçün iftixar Allahın əzəmətini dərk etmək və Onun qarşısında kiçiklik və xarlıq göstərməkdir. Allahı daha yaxşı tanımış Əmirəl-möminin (ə) buyurur: "İlahi, izzətim üçün təkcə Sənin bəndən olmağım, iftixarım üçün yalnız Sənin mənə Allah olmağın bəs edər.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar” 77-ci cild, səh.402, 23-cü rəvayət.)
    Allah qarşısında bəndəlik göstərilməsi bəndəliyin ən uca mərtəbəsidir. Allah tərəfindən insanın bəndəliyinin qəbul olunması şəxs üçün ən böyük izzətdir. Allah yanında daha çox bəndəlik göstərilməsi nəticəsində, insan daha kamil və Allaha daha yaxın olar. Əlbəttə, aydındır ki, Allah insanın Onun qarşısında kiçiklik göstərməsindən heç bir ləzzət almır. Çünki Onun bu şeylərə ehtiyacı yoxdur. Deyildiyi kimi, bu iş insanın kamilliyinə səbəb olduğu üçün Allah tərəfindən bəyənilir.
    Category: Rəbbin dərgahında | Views: 932 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024