İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:36 AM
    Rəbbin dərgahında
    NEMƏTLƏRİN DAVAMLILIĞI ALLAHIN ƏLİNDƏDİR.
    Hidayət neməti olan ilahi mərifət də, məsum imamlar da Allah tərəfindəndir. Onların qorunub saxlanması da Allahın əlindədir. Bu nemətlərin davamlı olması üçün Allah daim kömək etməlidir. Hər gün namazlarımızda təkrarladığımız "bizi düzgün yola hidayət et” istəyi hidayət nemətinin davamlılığıdır. Düzgün yolu tanıyıb addım atdıqda Allahın istəyi olmasa davamlılıq üçün heç bir zəmanət yoxdur. Buna görə də yalnız düzgün yolu tanımaq kifayət etmir. Bu tanıma davamlı olmalıdır; əgər Allahın köməkliyi olmasa bu tanışlıq aradan götürülər. Demək, həmişə Allahdan istəməliyik ki, bizi düzgün yola hidayət etsin və daim bu yolda saxlasın.
    Bir çox şəxslər düz yol seçmiş, lakin günaha düçar olmuşlar. Əvvəlcə bir günah, sonra iki, üç və tədricən günaha adət etmiş, düz yoldan azmışlar. İnsanı qoruyub günahdan uzaqlaşdıran yalnız Odur. Hətta bəzən insan günah iş görməyə çalışır və günah üçün müqəddimələr də hazırlanır. Lakin Allah öz bəndəsinə məhəbbət və lütf göstərib onun günaha düşməsinə mane olur. Bütün bu hallar Allahın lütfü və Onun nemətlərindən sayılır. Əgər insan bu nemətlərin qədrini bilərsə, Allah onları davamlı edər. Əks-təqdirdə insan özbaşına buraxılır.
    Beləliklə, əgər günah zəmini yarandıqda günah etməsək, Allaha minnət qoymamalı, əksinə, bizi günahdan çəkindirdiyi üçün Ona şükür edib minnətini qəbul etməliyik.
    Buna görə də dua zamanı kimin qarşısında dayandığımızı düşünməliyik. Elə bir kəs ki, hər bir an bizi Öz nemətləri ilə qərq etmişdir, maddi və mənəvi nemətlərlə! Nemətlərdən düzgün yolda istifadə etməyimiz üçün bizə minlərlə tövfiq verilmişdir. Əgər bacarmasaq, ən azı günah etməyək. Lakin insan naşükürdür və bu qədər neməti görməməzliyə vurur. Əgər çətinlik zamanı dostlardan biri bizə kömək edərsə, nə qədər ki yaşayırıq, onu unutmayacaq və ona təşəkkür edəcəyik. Əslində isə bu çətinliyin aradan götürülməsi Allahın tədbiridir və o dost yalnız iş üçün vasitə sayıla bilər; lakin Allahın verdiyi saysız nemətləri unudub, hətta dil ilə ona təşəkkür etmirik.
    İLAHİ NEMƏTLƏR HAQQINDA TƏFƏKKÜR ZƏRURƏTİ
    Məgər, Allahın insana əta etdiyi saysız nemətlərə görə hər birimiz bir neçə dəqiqə onun nemətləri barəsində düşünsək yaxşı olmazmı? Bizim bir bu qədər nemət üçün Allaha veriləsi bir şeyimiz yoxdur; ən azı onları tanıyıb, bu şeylərin bizə Allah tərəfindən verildiyini etiraf etməliyik. Beləliklə, duanın bu hissəsində bəzi nemətlərin zikrinə başlayırıq: "Nə çox çətinlikləri Sən uzaqlaşdırdın. Nə çox sıxıntılardan mənə nicat verdin. Nə çox qüssə və qəmləri uzaqlaşdırdın. Çox günahlarımı bağışladın, mənə çox rəhmət göstərdin. Məni əhatəyə almış çətinliklər və bəlaları götürüb, mənə nicat verdin”.
    İnsan bu tədbirlər haqqında müəyyən qədər düşündükdə, qarşısına çıxan çətinliklər və müsibətləri, Allahın ona nicat verməsini götür-qoy etdikdə uyğun təbirləri anlamaq üçün daha münasib hal əldə edir.
    İnsan bütün nemətlərin Allah tərəfindən olduğunu düşünsə, qəlbi Ona doğru genişlənər və Onunla ünsiyyət saxlamağa meylli olar. Lakin nemətləri Allahdan bilməyən, bu barədə düşünməyən və hətta Allahı xoşbəxtlik və ləzzətlərin maneəsi və onu cəhənnəmə göndərən bir mövcud sayan insan Allahla necə söhbət edə bilər? Qəlbində ilahi məhəbbət yaransın deyə, Allahın ona necə nemətlər əta etdiyini düşünməyən insan Onunla necə ünsiyyət saxlaya bilər?!
    A-CƏZADAN QORXU ALLAHIN NEMƏTİDİR.
    Allahdan qorxu da ilahi nemətlərdəndir; lakin bizim cahilliyimiz bu nemətin dərk olunmasına mane olur. Allah bizi qorxudub, bizə xətərləri göstərdikdə, əslində pis əməllərimizin nəticəsini göstərmiş olur. Bu təsirlər hamıdan öncə özümüzə ünvanlanasıdır. Bizim pis əməllərimizin nəticəsi olan xoşagəlməz hadisələr və cəzalar pis əməllərdən çəkinməyimiz üçün bir xatırlatmadır. Öz kiçik yaşlı uşağını oddan çəkindirən ana bu xatırlatmanı övladının narahatlığı üçün etmir. Əksinə, arzuolunmaz hadisənin baş verməməsi üçün bu işi görür. Beləliklə, uyğun məqamlarda qulaq burması vermək bir növ lütf sayılır.
    B-ÇƏTİNLİKLƏR ALLAHIN NEMƏTİ
    Vaciblər və haramların bəyan olması insanın xeyirə yaxınlaşması və zərərdən uzaqlaşmasından başqa məqsəd daşımır. Beləliklə, Allahın çətinlikləri də Onun lütfündəndir; məsələn, susuzluq və aclıqla keçən, bizim üçün çətin bir iş sayılan oruc Allahın ən böyük lütflərindəndir; orucun bir çox faydaları var və bizim əbədi səadətimizə təsirlidir. Əgər Allah bu işin yalnız faydalarını deməklə kifayətlənsəydi, bizim bu işi görüb-görməyəcəyimiz məlum deyildi. Buna görə də Allah bizə minnət qoyub orucu bizə vacib etdi ki, süstlüklə də olsa, onun nəticələrini əldə edib, mənəvi feyzlər və ilahi rəhmətlər üçün daha çox tutum sahibi olub, səadətə çataq. Başqa vacibat və haramlar da bu qaydadadır.
    Beləliklə, Allah tərəfindən müəyyənləşdirilmiş bütün çətinliklər Onun nemət və lütflərindən sayılır. Çətinlikləri adlayır, nəticə və faydalar əldə edə bilərik; özümüzdə Allahın rəhmətini qəbul etmək üçün daha çox istedad və tutum yaratmalıyıq ki, bir çox feyzləri əldə edə bilək. Əgər ilahi çətinliklər vacib olmasaydı, bu işləri görməyə çalışmaz və bu rəhmətləri əldə etmək üçün istedad tapmazdıq.
    "Hacətlərimi gec verdiyin üçün nadanlıq üzündən Sənə layiq olmayanı dedim. Həqiqətdə isə hacətlərimin təxirlə qəbul olması mənim üçün daha yaxşı idi; çünki Sən işlərin sonundan xəbərdarsan. Mən öz alçaq bəndəsinə Səndən çox səbr edən heç bir kəramətli Ağa görmədim”.
    DUANIN QƏBULUNDA TƏXİRİN HİKMƏTİ
    Həyatda çatışmazlıqların olması insanın Allahına qarşı pis zənnə düşməsinə səbəb olmamalıdır. Çünki O bəndəsinin xeyrinin nədə olduğunu daha yaxşı bilir. İnsan istəklərinin çox tez həyata keçməsi və dualarının çox tez qəbul olmasını gözləməməlidir. Bir çox hallarda insanın xeyiri və məsləhəti istəklərinin bir az da gec qəbulunda ola bilər. Hətta bəzi vaxtlar insanın məsləhəti duasının bu dünyada qəbul olmayıb, axirəti üçün azuqəyə çevrilməsində ola bilər. Demək, bizim Allaha qarşı pis zənnə düşməyimizə heç bir şey səbəb ola bilməz.
    "Bir çox hallarda duamın qəbul olmasının təxirə düşməsi mənim üçün daha yaxşı oldu. Çünki Sən işlərin sonundan xəbərdarsan”.
    Bəlkə də, istəklərimin qəbulunu təxirə salmağın mənim məsləhətimə və mənim üçün daha yaxşı olsun. Çünki yalnız Sən işlərin sonundan, xeyir və zərərindən xəbərdarsan. Mən öz cahillik və nadanlığım üzündən tələsirəm.
    Təəssüf ki, Allahın hikmətini düşünmür, Onun sifətlərinə lazımınca inanmırıq. Allahın Rəuf və Rəhim olmasına inanmırıq. Elə təsəvvür edirik ki, Allah qıymamazlıqdan (nəuzubillah) bizim istəklərimizi qəbul etmir. Lakin yuxarıda bildirildi ki, hər kəs Allahın evinə gedib, Ondan ehtiyacını tələb edərsə, Allah bu bəndənin dili və sözünü nəzərə almadan öz lütfü ilə onun həqiqi məsləhətini nəzərdə tutar. Allahın insanın xeyir və səadətinə əsasən onun istəklərini qəbul etməsi böyük bir lütfdür. Bütün hallarda insanın səadət və kamilliyi dua və Allahı düşünməkdədir. Allah da öz hikmətinə əsasən əməl edir.
    (3)
    "Ey Rəbbim, Sən məni dəvət edirsən, lakin mən Səndən üz çevirirəm. Sən həmişə mənim məhəbbətimi soraqlayırsan; amma mən Səninlə düşməncəsinə rəftar edirəm. Sən mehribanlıq göstərirsən, lakin mən qəbul etmirəm. Guya Sənə minnətim var. Lakin heç bir alçaqlıq və etinasızlığım məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı. Beləcə, bu nadan bəndənə rəhm göstər, fəzl və ehsanatla ona kərəm et. Sən çox əta edən və kəramətlisən”.
    İNSANIN ALLAHA QARŞI TƏKƏBBÜR VƏ DİQQƏTSİZLİYİ
    Bu cümlələrdə insanın Allah qarşısında mövqeyinə nəzər yetirilir ki, insan Allah yanında öz yerini tanısın; Allahın ona qarşı lütfünü və onun Allaha qarşı alçaqlıq və naşükürlüyünü görsün. Beləliklə bildirir: "Pərvərdigara, Sən məni dəvət edirsən, lakin mən Səndən üz çevirirəm!”
    Allah bizə Onu çağırmaq və Onunla söhbətə icazə verməklə böyüklük və ən üstün lütf göstərmişdir. Əgər Onun icazəsi olmasaydı, bizim Onunla söhbət etməyə ləyaqətimiz çatmazdı. O hətta bütün günahlarımıza baxmayaraq bizi dəvət edir və öz dəvəti ilə Onun tərəfinə getməyimizə israr göstərir. Bəs biz, ilahinin bu böyük lütfünün qarşısında nə edirik? Onun dəvətini qəbul etmək əvəzinə üz çevririk!
    "Sən həmişə mənə məhəbbət göstərirsən, lakin mən Səninlə düşməncəsinə rəftar edirəm”.
    Biz Ona ehtiyaclıyıq. Onun dərgahında üzümüzü torpağa sürtməliyik ki, bizə diqqət yetirsin; lakin əksinə, O bizə məhəbbət göstərir və dostluq edir, biz isə Ona qarşı çıxırıq.
    "Sən dostluq bildirirsən, lakin mən qəbul etmirəm”. İndiyədək bir şəxsə dostluq, məhəbbət və səmimiyyət göstərdiyiniz halda sizə etinasızlıq edibmi? Bu iş bizim üçün çox ağırdır! Məgər bu şəxsin etinasızlıq və biganəliyi qarşısında göstərdiyiniz məhəbbətdən məyus olmayacaqsınızmı? Bəlkə də, insanın başqa birisinə əlaqəsi müəyyən dünyəvi istəklərə görə olsun; bəs Həzrət Haqqın bəndələrinə qarşı məhəbbətində bu sayaq məqsədlər gözlənilirmi? Biz Allahın göstərdiyi məhəbbətlər haqqında səhv təsəvvürdəyik. Necə ki, oxuyuruq: "Guya mənim yanımda minnətlisən”.
    Bizə diqqət yetirməsinə ehtiyac hiss edib, bu ehtiyacı etiraf etmək əvəzinə, Ona qarşı etinasızlıq edir və fikirləşirik ki, Onu çağırdığımız üçün bizim yanımızda minnətlidir. Allahın geniş rəhmət süfrəsi qarşısında bizim təkəbbür və qürurumuz necə də yersizdir! Məgər nəyimiz var ki, naz edirik? Hər vaxt bizi çağırırsa, özümüzü başqa bir işlə məşğul edirik. Bununla belə, bizim pis rəftarımız Allahın rəhmət və ehsanının davamına mane olmur.
    "İlahi, alçaqlıq və etinasızlıqlarımın heç biri məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı. İlahi, bu nadan bəndənə rəhm et, fəzl və ehsanınla ona qarşı kərim ol. Sən çox səxavətli və kəramətlisən”.
    ALLAHLA MÜNACAT VƏ ÜNSİYYƏTİN DƏYƏRİ
    Allah ilə münacat və ünsiyyət insanın ruhuna çox təsirlidir. Əgər bir şəxs həqiqətən Allahla əlaqə yaradarsa, dua zamanı maddi və dünyəvi məsələləri düşünməz, onlar üçün Allaha əl açmaz. Bu səbəbdən də uca dəyərlərdən faydalanar. Allahın lütfü zəruri edir ki, insan istənilən bir səbəblə Onu çağırdıqda bəndəsini naümid qaytarmasın. Amma Allahın kərəm vüsəti bir məsələdir, insanın ciddi təlaşı başqa bir məsələ. Məqsəd bu deyil ki, insan öz dünyəvi istəklərinin təmini üçün Allah evinə getməsin. Məqsəd budur ki, Allahla münacat ləzzətini duyanlar heç vaxt maddi istəkləri önəmli saymasınlar. Bütün bunlara baxmayaraq, əli boşda qalmış insan istənilən bir diləklə Allahı çağırmalıdır. Ehtiyacı ödəmək üçün adi vasitələr olsa da, dua zəruridir. Daha yaxşı olar ki, insan ehtiyac duyduğu andan Allaha üz tutsun və bütün başqa şeyləri səbəb saysın. Ən mühüm məsələ Allahdan umacaqdan çox-çox üstün olan raz-niyazdır.
    Böyük şəxsiyyətlərdən biri buyurur: "Yaxşı deyil ki, bəndə öz mövlasından yaxşı qida, gözəl libas, münasib məskən kimi maddi təminatlar istəyə. Agah bəndə o şəxsdir ki, daim öz mövlasının əmrini yerinə yetirmək fikrindədir. Mövla özü bəndənin ehtiyaclarını ödəməyin, ona nəvaziş göstərməyin yolunu və qaydasını yaxşı bilir. Nəyə ehtiyaclı olduğunu Allaha bildirmək lazım deyil”. Bu qəbildən olan maddi təminatlar istəyi bəyənilməmişdir. Bəndə öz fikrində olmamalı, diqqətini Mövlanın əmrinə və bu əmrin icrasına yönəltmişdir. Həqiqi bəndə Allahdan bəndəlik tövfiqi diləməli, Onun bəyəndiyi kimi olmaq üçün tövfiq əta etməsini istəməlidir. Bəli, Allahdan bu sayaq istəmək lazımdır!
    HƏMİŞƏ AÇIQ OLAN İLAHİ RƏHMƏT QAPILARI
    Bunlardan əlavə, bəndənin öz Ağası ilə söhbət etməyə layiq olması çox mühümdür. Məbud ilə ünsiyyət və raz-niyaz ən üstün dəyərdir. Əgər bəndə ağanın nəzərində dəyərli olarsa, ona raz-niyaz, dərdləşmək, xəlvətə çəkilmək və söhbət üçün icazə verib, onun sözlərinə diqqət yetirər. İnsanlar arasında isə bu sayaq münasibətlərə və fürsətlərə az təsadüf olunur. Xüsusi ilə Ağanın macalı yoxdursa! Bu qayda ilə O öz qulları ilə sakitlikdə söhbət edib onlara qulaq asmağa vaxt tapmayacaq. Qul isə hətta öz Ağasının aşiqi olsa belə, Onunla söhbət imkanından məhrumdur.
    Lakin Allah vəsfəgəlməz sonsuz əzəməti ilə üzüqara bəndəni qəbul edib, onların raz-niyazını eşitmək intizarında olan bir Ağadır. Bəndə Onu çağıran zaman onu qəbul edib "xoşgəldin” deyir. Qüdsi hədisdə Allah Bəni-İsrail peyğəmbərlərindən birinə buyurur: "Gözüm bəndələrimin yolunda nə qədər qalasıdır və Mənə üz tutmaları üçün nə qədər intizar çəkəsiyəm. Onlar Mənə arxa çevirib uzaqlaşmaqdadırlar; lakin Mən yenə də onların qayıdışı intizarındayam”.
    "Həmd olsun O Allaha ki, pərdəsi yarılmaz, dərgahına açılan qapı bağlanmaz, ondan bir şey diləyən rədd olunmaz”.
    Böyük şəxslərin kərəmindən yalnız bəzi zamanlarda faydalanmaq olur. Hətta ədaləti ilə məşhur və böyüklüyü ilə tanınan sultanlar da ildə cəmi bir dəfə xalqı qəbul edirdilər; hər məkanda, hər gün və hər saat yox! Lakin Allahın rəhmət qapıları Onun feyzini istəyənlərin üzünə həmişə açıqdır. Onu hər nə vaxt çağırsalar, cavab eşidəcəklər.
    İmam Səccad (ə) Allah ilə münacatda buyurur:
    "Gözlər yatmış, ulduzlar sayrışmada! Sən ölməz və qüdrətli padşahsan. Bütün padşahlar qəsrlərinin qapılarını bağlayıb keşişçi qoymuşlar; lakin Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Gəlmişəm ki, rəhmətli baxışlarla mənə baxasan. Ey mehribanların ən mehribanı.” (Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 46-cı cild, səh.78, 75-ci rəvayət, 5-ci bab.) Bəzi dualarda oxuyuruq: "Pərvərdigara, indi elə bir zamandır ki, hər bir aşiq öz məşuqu ilə xəlvət edib dərdləşir”. Eşqdən uzaq olanlar isə yatmışlar; heyvanlar da yuxudadır. Bütün qapılar bağlı, lakin Sənin səxavət və kəramət qapıların açıqdır. Sənin feyz dərgahına daxil olmağa heç bir qapıçı mane olmur. Hər kim istəsə, Səni çağırır və Sən də onu qəbul edirsən. Hətta Sən özün saysız bəndələrini dəvət edib onları özünə doğru çağırırsan. Sənin "həlmintaib (tövbə edən varmı?)” nidan həmişə ucalmaqdadır: "Öz əməlindən peşiman olub qayıtmaq istəyən bir şəxs varmı ki, onu qəbul edim?” Səni saymayıb, öz ismətlərini rəzilətə bulaşdırmış günahkarlar üçün nə qədər rəhmət və kəramət!
    "Cəllət əzəmətukə və təqəddəsət əsmaukə!” Bəndənin yalvarıb qəbul istəməsi əvəzinə Özü onu dəvət edir: "Gəl, gəl ki, səni qəbul edim!”
    Gərək Ağamızın kim olduğunu bilək, Onu tanıyaq, Ona qarşı daha çox mərifət əldə edək. O, növbə təyin etmədən hamını qəbul edir. İmam Səccad (ə) buyurur: "Heç bir iş Onu başqa bir işdən saxlamır.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 90-cı cild, səh.154, 111-ci rəvayət, 9-cu bab.)
    Peyğəmbərlər, yaxın mələklər və vəsilər Onunla raz-niyaz etdiyi zaman O başqalarından xəbərsiz qalmır. Kiçik bir mövcud varlıq mülkünün bir guşəsində Onu çağırarsa, "ləbbeyk” ("qəbul edirəm”) eşidər. Belə bir Ağası olan şəxsin uzun illər və aylar Onu unutması layiqlidirmi? Məgər namaz və dua vaxtı hamını düşünüb, Allahı unutmağımız düzgündürmü? Süstlük, haqsızlıq və çətinliklə ona ibadət edib, üstəlik "Sənə ibadət etdik” deyə minnət qoymağımız ədəbsizlik deyilmi?
    Category: Rəbbin dərgahında | Views: 846 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024