İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:34 AM
    Rəbbin dərgahında
    FƏRƏC, ZÜHUR İNTİZARI
    "İftitah” duasının çox təkid olunmuş cümlələrindən biri də həzrət Vəliyyi-əsr İmam Zamanın (əccəllahu fərəcəh) zühuru zamanı qurulacaq dövlətə maraq göstərmək barəsindədir. Eyni zamanda duanın bu hissəsindəki cümlələrdə İslam hökumətinin hədəfi və bizim vəzifələrimiz göstərilmişdir. Xoşbəxtlikdən həzrət İmam Zamanı (ə) tanımaq və onun zühurunun intizarını çəkmək neməti hamımıza şamil olmuşdur.
    Həzrət Mehdinin (ə) zühuruna inam şiə və sünni, bütün İslam firqələrinin şərik olduqları etiqadlardandır. (Hətta qeyri-müsəlmanlarda da bir növ fərəc və xilaskarın zühur intizarı məsələsi açıqlanmışdır.) Bəzi imamət məsələlərində sünni qardaşlarla aramızda ixtilaf olmasına baxmayaraq, həzrət Mehdinin (ə) zühuruna etiqad məsələsində ixtilaf çox azdır.
    Bir çox sünni alimləri həzrət Mehdinin (ə) barəsində kitab yazmış və bu barədə olan rəvayətlərin təvatür həddində olduğunu etiraf etmişlər. (Yəni bu rəvayətlərin peyğəmbərdən nəql olunmasına heç bir şəkk-şübhə yoxdur.) Lakin bu həzrətin şəxsi xüsusiyyətləri barəsində ixtilaflar mövcuddur. Bəzi sünnilər axır zamanda peyğəmbər ailəsindən Mehdi adlı bir şəxsin zühur edəcəyi etiqadındadırlar. Lakin onun kim olması, kimin övladı olması və doğulub-doğulmaması barəsində bizimlə ixtilafdadırlar. Onlardan bəziləri Mehdinin (ə) axır zamanda doğulacağı etiqadındadır.
    Əlbəttə, sünnilərin bəziləri həzrətə münasibətdə bizim etiqadımızdadırlar. Yəni Mehdinin (ə) Fatimə (ə) və Əli (ə) nəslinin 11-ci övladı olduğuna inanırlar. Hətta onlardan bəziləri həzrətin doğulduğunu və həyatda olduğunu, eyni zamanda, bəzi şəxslərin onunla görüşdüyünü təsdiqləyirlər. Onlar həzrətlə görüşmüş bəzi şəxslərin adını da çəkirlər.
    Beləliklə, həzrətə yalnız şiələr inanmır. Əlbəttə, onlar həzrəti Allah rəsulunun xəlifəsi, ilahi elm və qüdrətə malik və Allahın təkvini (təbii) vilayətinə sahib bilmirlər. Necə ki, bəzi sünnilər (xüsusi ilə şafii qrupları) digər məsumları üləma və peyğəmbər övladları kimi qəbul edir, hörmət qoyur və onlara böyük məhəbbət göstərirlər. Lakin onları məsum və vilayət məqamında bilmirlər. Onların bu mövzuda mərifətləri naqisdir.
    Lakin bütün bu etiqadlarla yanaşı, sünnə əhli təqribən onun zühurunu unutmuşdur. Onları Mehdi (ə) dövlətinin intizarını çəkənlərdən hesab etmək olmaz. Beləliklə, yalnız şiələr həzrətin fərəc intizarında dəqiqələri sayır. Düşünməliyik ki, əvvəla, əsrin imamı və onun haqq dövlətinin zühurunun intizarını çəkməkdə məqsədimiz nədir? Bizi bu həzrətin zühurunda iştiraka nə maraqlandırır? İkincisi, qeybət və intizar dövründə bizim vəzifəmiz nədir? O həzrətin həqiqi intizar çəkənlərindən olmaq üçün nə etməliyik? Üçüncüsü, onun dövləti qurulduqdan sonra hansı rolu oynayacağıq?
    İNTİZAR AMİLİ
    İnsandakı nəfsani hallar o qədər mürəkkəbdir ki, bəzən o özü də bu halların incəliklərindən xəbərsiz qalır. Bəzən insan bir şeyi sevsə də, nə üçün sevdiyini bilmir. Həzrət Mehdinin (ə) zühuru və həzrətin hakimiyyətinin bərpasına bağlılıq səbəbləri də müxtəlifdir. Məsələn, avam kütlə əsasən zühur dövründə bütün ehtiyacların müftə ödənəcəyini, bir növ salavatla təmin olacağını əsas götürərək həzrətin zühurunu gözləyir. Guya zəhmət bahasına təmin olunası ehtiyaclar həzrətin zühur dövründə Məhəmməd və onun ailəsinə salavat zikr etməklə aradan qalxacaq. Bəli, müxtəlif qruplar müxtəlif səbəblərdən əsrin imamının zühurunu gözləyir və fərqli dəlillərlə intizar çəkirlər.
    Bir dəstə onun intizarını çəkir ki, imam gəlsin və onları islah edərək çətinliklərdən uzaqlaşdırsın. Həqiqətən bəzi şəri vəzifələr, xüsusi ilə ictimai vəzifələr, məsələn, əmr be məruf və nəhy əz münkər, zülm və fəsadla mübarizə çətin işdir. Mümkündür ki, bəziləri həzrətin gəlməsi ilə bu zəhmətlərin onların boynundan götürüləcəyini təsəvvür edərək onun gəlməsini istəyirlər.
    Bəzilər isə zülmdən əziyyət çəkdikləri üçün hamını öz haqqına çatdıracaq və zülmkarların kökünü kəsəcək bir dövlətin bərpa olmasının intizarını çəkirlər. (Ədalət, müsavat və bərbarəlik tərəfdarları).
    Başqa bir qrup isə İslam və haqq dinin qələbəsi, ilahi hökmlərin həyata keçməsi, tərk olunmuş hökmlərə əməl olunması, peyğəmbər sünnələrinin dirilməsi, küfr və şirk əsərlərinin məhv olması üçün həzrət Mehdinin (ə) zühurunun intizarını çəkirlər.
    Hansı məqsədlə əsrin imamının intizarını çəkdiyimizi bilmək üçün öz daxilimizə nəzər salmalıyıq. Salavat ilə əldə olunan çörək istəyirik, yoxsa zülmkarların zülmündən bezmişik? Dini vəzifələr bizə ağırlıq edir, yoxsa İslam və müsəlmanlar təhlükədə olduğu üçün zühur intizarındayıq? Müəyyənləşdirməliyik ki, bizim intizar çəkməyimizdə həqiqi məqsəd bunlardan hansıdır?
    Əgər məqsədimiz əvvəlki üç amil olarsa, həqiqətən, qəlbimiz başqalarına yox, özümüzə yanmışdır! Əslində biz həzrət Höccətin yox, öz rahatçılığımızın intizarını çəkirik! Əgər imam yox, başqa bir şəxs bizim istəklərimizi təmin edərsə, onu da sevib, yolunu gözləyəcəyik. Beləliklə, İmam Zaman (ə) və onun zühuru bizim üçün əhəmiyyətsizdir və əsas məqsəd öz rahatlığımızın təminidir. Rahattələblik və tənbəllikdən doğan intizarın nə faydası var?! Əgər bizim vəzifələrimizin boynumuzdan götürüləcəyi, əsrin imamının (əccələllahu fərəcəhu) özünün küfr və nifaqla vuruşub, əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və pisliyə qadağa) edəcəyi, heç zəhmət çəkmədən bu dövlətin imkanları və sərvətlərindən faydalanacağımız günün intizarını çəkiriksə, əslində belə bir intizar dəyərsiz və qiymətsiz hesab olunur. İnsanın İslamın qələbəsi, onun ucalması və genişlənməsi üçün fərəc intizarında olub, həzrət Mehdinin (ə) zühurunu istəməsi həqiqi və dəyərli intizardır!
    Rəvayətlər belə bir intizarın üstün olduğunu təsdiqləyir. Həzrət Höccətin dünyəvi inqilabı və hökuməti sayəsində əmniyyət və asayiş, nemət bolluğu, zülm və zalımların məhvi, bədbəxtlik və fəqirliyin aradan götürülməsi gerçəkləşəcəksə də, bütün bunlar həzrətin, fərəcinin intizarını çəkmək üçün möminin əsas məqsədi olmamalıdır.
    Duanın bu hissəsində həm insanın fərəc intizarında məqsədi, həm də həzrətin hökumətinin hədəfi açıqlanmışdır:
    "Pərvərdigara, biz elə bir əzəmətli dövlətin iştiyaqındayıq ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın, nifaq və münafiqlər zillətə düçar olsun. O dövlətdə bizi itaətə dəvət edənləri öz yolunda rəhbər qərar ver”.
    Həzrətin zühuru zamanı da vəzifələrimizdən əl çəkməməliyik. Düzgün deyil ki, onun zühurundan sonra xalq təbliğsiz iman gətirib yaxşı əməllər edəcək. Elə həmin zamanda da xalqın dəvətə, təlim və tərbiyəyə ehtiyacı olacaq. Ümid edirik, o zamanda həzrətin hədəflərinin yerinə yetirilməsində qabaqcıllardan olub xalqı ona doğru dəvət edək.
    "Arzu edirik ki, bu hökumət sayəsində dünya və axirətin izzət və kəramətinə çataq”.
    Həqiqi intizar çəkən kimi öhdəmizdə hansı vəzifələr var? Həzrətin zühuru zamanı öz rolumuzu düzgün ifa etmək üçün nə etməliyik?
    Həqiqi intizar əhlinin ən mühüm vəzifəsi bacardığı qədər həqiqəti tanıyıb ona əməl etməsidir; bununla da, çətinliklərin öhdəsindən asanlıqla gələ bilər. Belə bir kəs həzrət Mehdinin (ə) zühuru zamanı xalqa rəhbərlik arzusunda ola bilər. Haqqı tanıyıb, əməldə səhlənkarlıq edən kəs başqalarına necə rəhbərlik edə bilər?! Beləliklə, biz həzrətin zühurundan öncə özümüzü hazırlamalı, elm və əməl baxımından kamilləşməliyik.
    KEÇMİŞ ÜMMƏTLƏRDƏN ÖYÜD GÖTÜRMƏK
    Tarix boyu ilahi ümmətlərə haqq dövlət vədəsi verilmişdir və onlar həmişə bunun zühurunun intizarını çəkmişlər. Lakin bu dövlətin zühurundan sonra onların öz iddialarında sadiq olmadıqları aydın olmuşdur. Misal üçün, Fironun zamanında həzrət Musanın təvəllüdü və zühuru Bəni-İsrailə vəd verilmişdi. (Bu əhvalat Quranda təkrar-təkrar nəql olunmuşdur) Firon Bəni-İsraili o qədər sıxıntıda saxlamışdı ki, çox az millətlər belə əziyyət görmüşdü. Onlara o qədər işgəncə verildi ki, alimlər və salehlər bir yerə toplaşıb xalqı həzrət Musanın (ə) zühurunun yaxınlaşması üçün dua etməyə dəvət etdilər. Bu mövzuda nəql olunmuş rəvayətlərə əsasən, Bəni-İsrailin həddi aşmış göz yaşları və ah-nalələrinə görə həzrət Musanın (ə) zühuru yaxınlaşdı. O, dünyaya gəldi, böyüdü və bir müddət sonra Fironun əleyhinə qiyam qaldırdı. Sonra Bəni-İsraili onun əlindən xilas edib dəryadan keçirdi. Onlar öz gözləri ilə Firon və tərəfdarlarının bir bu qədər əzəməti olmasına baxmayaraq, dəryadan keçə bilmədiklərini və oradaca qərq olduqlarını gördülər.
    Fironun şərindən xilas olub Allaha bəndəlik etmək üçün həzrət Musanın zühurunun tezləşməsini istəyənlər Fironun cəngindən azad olduqdan sonra həzrət Musa dünyadan köçənə qədər bir çox ləyaqətsiz işlər gördülər. Onları Fironun şərindən qurtardığı üçün Allaha təşəkkür etmək əvəzinə, naşükürlük etdilər. Eyni zamanda, uzun illər intizarını çəkdikləri həzrət Musanın göstərişlərinə qulaq asmaq əvəzinə, pis işlər görüb ondan yersiz tələblər etdilər. Onların birinci səhvi bu idi: Misirdən Fələstinə olan yolda əhalisi bütpərəst olan bir şəhərə çatdılar: Bu şəhərin xalqının vəziyyətini müşahidə edərək həzrət Musanın yanına gəlib ona dedilər: Sənin inandığın və bizi ibadətinə çağırdığın Allahı görmürük, biz bu bütpərəstlərin məbudu kimi bir Allah istəyirik: "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud qərar ver.”("Ə`raf” surəsi, ayə 138.)
    Bunlar Fironun zülmündən təngə gəlib Allahdan həzrət Musanın zühurunun tezləşməsini istəyənlər idi.
    Bu hadisədən sonra həzrət Musa ibadət üçün Tur dağına getdi. O orada otuz gün qalmaq üçün dəvət olunmuşdu; amma bu müddət qırx günə qədər çəkdi. O, münacata gedən zaman Bəni-İsrail Samirinin yanına gedib ona dedi: "Bizim üçün bir Allah düzəlt!” Samiri də onların sözünü qəbul etdi və qızıldan bir buzov düzəltdi. Musanın səbirsizliklə intizarını çəkənlərin sonu belə oldu!
    İslam peyğəmbərinə aid bir əhvalat da var. Hicaz məntəqəsi, xüsusilə də Mədinə ətrafındakı kitab əhlinin bir çoxu İslam peyğəmbərinin zühurunun intizarında idi. Onlar Mədinə və onun ətrafında toplanmışdılar ki, həzrət zühur edən zaman başqalarından daha tez ona iman gətirsinlər. Qurani-Kərim bu barədə deyir: "Onu öz oğullarını tanıdıqları kimi tanıyırlar.” (Bəqərə” surəsi, ayə 146.) İslam peyğəmbərini öz övladları tanıdıqları kimi tanıyırdılar (və onun xüsusiyyətləri, əlamətlərindən xəbərdar idilər). Lakin həzrət onları İslam dininə dəvət etdiyi zaman onun hədəflərini öz istəklərinə uyğun görməyib dəvətini qəbul etmədilər.
    Bu tarixi cərəyanlar bizim üçün ibrətamiz dərs hesab olunur. Allah eləməsin ki, biz də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkərək belə bir aqibətə düçar olaq. Bizim gözəl aqibətli olacağımıza zəmanət verilməyib. Bəzi rəvayətlərdə göstərilir ki, həzrət Mehdinin (ə) zühurundan sonra bəziləri ona məktub yazacaq ki, bizim sizə ehtiyacımız yoxdur.
    Beləliklə, özümüzü hər bir cəhətdən islah etməliyik; nəfsani istəklərdən uzaqlaşıb, özümüzü onu, onun inqilab və qiyamının qəbuluna hazırlamalıyıq. Əgər həzrəti seviriksə, onun adını eşitdikdə gözlərimizdən yaş axırsa, yenə də qürurlu olub aqibətimizdən xəbərsiz qalmamalıyıq.
    Buna görə də intizar o zaman dəyərli sayılır ki, həqiqətən, Əsrin İmamını və onun zühurunu İslam və müsəlmanların izzəti, ilahi hökmlərin diriliyi üçün istəyək, eyni zamanda, tarix boyu ilahi hökmlərin izah olunmamasından narahat olaq. Özümüzü həzrətin hökuməti və göstərişlərini qəbul etmək üçün hər bir cəhətdən hazırlamalı və Allahdan bu işdə bizə tövfiq verməsini istəməliyik.
    (6)
    "Pərvardigara, girami peyğəmbərlə ayrılıqdan (ona və ailəsinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından sənə şikayət edirik”.
    PEYĞƏMBƏR VƏ İMAMLAR ƏN DƏYƏRLİ NEMƏTLƏRDİR
    Öncə bəyan edilmiş mövzulardan aydın oldu ki, insan həmişə öz ehtiyaclarına diqqət yetirməli və onları təmin etmək üçün yalnız mütəal Allahdan kömək istəməlidir. Deyildi ki, insanın ehtiyacları maddi və dünyəvi ehtiyaclarla məhdudlaşmır. Daha mühüm ehtiyaclardan biri də girami peyğəmbər və onun canişini həzrətin vücuduna olan ehtiyacımızdır. İnsan peyğəmbər və imamın hüzurundan məhrum olduqda ona bütün dünya nemətləri verilsə belə, bu nemətlər həmin məhrumiyyət qarşısında çox cüzi sayılır.
    Biz bu ehtiyacı o zaman yaxşı dərk edə bilərik ki, girami peyğəmbər və İmam Zamanın bərəkətini dərk edək və onların həqiqətdə kim olduğunu anlayaq; eyni zamanda, bu əzizlərin vücudundan İslam ümmətinə hansı bərəkətlərin nəsib olduğunu anlayaq.
    İmamların məqamını və əzəmətini dərk etmək bizim üçün mümkünsüzdür. Yalnız bütün varlıq aləminin onların mübarək vücuduna görə yarandığını deyə bilərik. "Ey Məhəmməd! Əgər sən olmasaydın, dünyanı yaratmazdım.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 16-cı cild, səh.406, 1-ci rəvayət.) Digər imamlar haqqında da belə deyilmişdir: "Ləv la hum ləmma xuliqəl-əflaku”. Bizim bu mövzunu dərk və həzm etməyimiz peyğəmbər və imamlara münasibətdə olan mərifətimizdən asılıdır.
    Onların vücudlarının bərəkəti barəsində bunu demək kifayət edər ki, əgər imamlar olmasaydı, İslamın əsasından əsər qalmazdı; Allahın rəsulunun vəfatından sonra baş verən çaşqınlıqlar bu iddia üçün yaxşı bir dəlildir. Əgər imamların 250 illik əziyyət və zəhmətləri olmasaydı, bu gün biz İslam həqiqətlərindən heç bir nişanə görməzdik. Hətta sünnə əhlinin də arasında İslam həqiqətlərindən qalmış şeylər hidayət imamlarının bərəkətinin nəticəsidir. Sübh namazını şərabdan hasil olmuş məstliklə və cümə namazını cümə axşamı qılan hakim və xəlifələr İslamın qorunmasının səbəbkarı deyildilər. Seyyidüş-şühədanın (ə) qanı və sair imamların fədakarlıqları İslamın davamlılığına səbəb oldu.
    Əlbəttə, hidayət imamlarının bərəkəti yalnız öz zamanlarına aid olmayıb və olmayacaq; onlar vəfatlarından sonra da həmişə bərəkət qaynağı olublar. Onlar təkcə dostlar və sevimlilərin çətinliklərini yox, bəzən qeyri-müsəlmanların da çətinliklərini aradan qaldırmışlar; İslam tarixi boyu məsum imamlardan görünmüş kəramətləri bir yerə toplasaq, xeyli kitab toplanar. İmamların davamlı olan ən mühüm bərəkəti onların sözləri və həyat tərzləri (sünnə) sayılır. Bu bərəkətli və nurani hədislər İslamın genişlənmə və qorunma mayası və insanların səadətidir. İnsanı səadətə aparan həqiqətlər yalnız Quran və sünnədə tapılır. Yoxsa biz axirət səadəti və kamilliyinə çatmaqdan başqa bir məqsədlə yaranmışıq? Bizə bu sahədə ən çox yardım göstərən Allahın rəsulu və imamlardan qalmış hədislərdir. Beləliklə, əgər bir şəxs yaranışın əsas hədəfinə nəzər salsa, imamət nemətinin heç bir nemətlə müqayisə olunmayacağını görər. Bu nemətin şükrü də nemətin özünə uyğun olmalıdır.
    Təəssüf ki, indiki zəmanədə çox az adam bu məsələyə diqqət yetirir. Dünya cəmiyyətinin əksəriyyəti müsəlman deyil. Müsəlmanların da bir çoxu İmam Zaman əleyhissalamın həyatına etiqad etmirlər. Yalnız azlıq təşkil edən şiələr həzrətin həyatda olmasına inanırlar. Baxmayaraq ki, bu azlığın bir çoxunun özü yox, adı şiədir. Beləliklə, bu şəxslər də əsrin imamını çox az düşünür. Yalnız müsəlmanların cüzi bir hissəsinə bu tövfiq nəsib olub və onlar bəzən həzrəti yad edir, bəla zamanı ona bağlanırlar. İndi isə baxaq görək ildə, ayda və həftədə həzrəti neçə dəfə yad edirik? Öz həyatımızda onun müqəddəs vücudu üçün hansı əsərləri qoyuruq? Əsrin imamının ziyarətindən məhrumluğu özümüz üçün bəla sayırıqmı?
    ƏSRİN İMAMINDAN BİXƏBƏRLİK
    Adətən, İmam Zamanın (ə) qeybdə olmasından və onunla görüşdən məhrum qalmağımızdan çatışmazlıq hiss etmirik; çörək və suyumuz hazırdır, dini məsələləri də alimlər və müctehidlərdən soruşuruq. Beləliklə, Əsrin İmamına nə ehtiyacımız var?! Nə üçün çatışmazlıq hiss etmirik? Nə üçün onun qeybdə olmasından nigaran deyilik? Bu məsələnin dəlili iman zəifliyi və qəflətdir; həqiqətdə ehtiyacsız deyilik, ehtiyacımız var, lakin dərk etmirik. Hansı bəlaya düşdüyümüzü düşünmürük. Elə bir bəla ki, özümüz öz əlimizlə yaratmışıq. Xalqın pis rəftarı və imamların varlığına naşükür münasibətdə olması imamın qeybinin mənşəyi olmuşdur. Məgər İslam dünyasında baş verən bu ixtilaflar bəla deyilmi? (Oxucuların nəzərinə çatdırmalıyıq ki, bu söhbətlər inqilabdan əvvəl olmuşdur).
    Qurani-şərif buyurur ki, Allahın xalqa göndərdiyi ən böyük bəlalardan biri onların arasında baş verən ixtilaf və təfriqədir: "Ey peyğəmbər, de ki, Allah sizə yuxarıdan və aşağıdan əzab göndərməyə, ixtilaf, pərakəndəlik və müxalifətlə bir-birinizin üstünə salmağa, bəzinizi bəzinizin üstünə salmağa, bəzinizi bəzinizin əzabına düçar etməyə qadirdir.” ("Ə`nam” surəsi, ayə 65.)
    Bu gün açıq-aşkar görünür ki, qəlblər pərakəndə, fikirlər, məsləklər, üsullar fərqlidir. Bütün bu ixtilaflar və parçalanmalar İmam Zamanın (ə) qeybindən doğur.
    Mübarək ramazan ayında Allahla raz-niyaz etmək istədikdə "İftitah” duasının bu hissəsini oxuyaq və qeyb dövründə, onun ziyarətindən məhrum olduğumuz üçün nigaranlıq və təəssüf hissi keçirək. Duanın bu hissəsini sadiqcəsinə və azacıq təfəkkürlə oxuaraq, imamın vücudunun bizim üçün necə də böyük bərəkət olduğunu və hal-hazırda bu böyük nemətdən məhrum olub, bəlalar və çətinliklərə düçar olduğumuzu düşünmək daha yaxşı olar.
    Mütəal Allahın və Əsrin İmamının (ə) razılığını əldə etmək üçün necə əməl etməli olduğumuzu bilməmək bizim üçün böyük bir çətinlik yaradır. Əlbəttə, Allah Quranı, peyğəmbərləri, məsum imamları göndərməklə, təfəkkür və ağıl qüvvəsi verməklə bizim üçün bu yolu hamar etmişdi. Əgər yaxşıca diqqət yetirsək, bütün ixtilaf və təfriqələrdə düzgün yolu, Allahın və İmam Zamanın razılığına səbəb olan yolu seçə biləcəyik. Eyni zamanda, böyük bir feyzdən məhrumuq: daxil və xaricdən hücum çəkən cürbəcür çətinliklər bizim üçün meydanı daraldır; bir tərəfdən öz aramızda ixtilafa düçar olmuşuq, başqa bir tərəfdən şərq və qərb bizimlə müxalifətdədir. Heç bir tayfa və məktəb şiəlik qədər qürbətdə deyil. Bütün məktəb və məsləklər ya şərqə, ya da qərbə bağlıdır; bu arada yalnız şiə öz ağa və rəhbərinə bağlanmışdır, onun zühurunun ümidindədir. İndi isə İmam Zamanın hansı işləri sevdiyini və hansı rəftarları bəyəndiyini öyrənməliyik.
    Bizim etiqadlı olduğumuz məsələlərdən biri də Əsrin İmamının ümmətin, xüsusi ilə də şiələrin işlərindən xəbərdar olmasıdır. Bizim rəvayət kitablarında "ərzul-əmal babı” adı altında bir fəsil var. Bu fəsildə bir çox rəvayətlər toplanmışdır. Bu rəvayətlər möminin həftəlik işlərinin İmam Zamana çatdığını bildirir. (Bəzi rəvayətlərə əsasən gündəlik işlərin) Qədr gecəsi isə xalqın bütün müqəddəratı həzrətə çatdırılır. İmam xalq ilə Allah arasında feyz vasitəsidir və ilahi feyzlər bu yolla xalqa çatır. Görən bizim əməllərimizdən xəbərdar olduqda kədərlənmirmi? Gərək elə işlər görək ki, həzrət əməl naməmizi gördükdə xoşhal olsun. Yoxsa, Allah eləməmiş "mən belə şiə istəmirəm” deməsin.
    Həzrətin razılığına səbəb olan bir çox işlərə əməl etmirik. Bu işləri gördükdə həzrətin xoşhal olacağını və bizə daha çox diqqət yetirəcəyini bilirik. Lakin nəfs istəklərimizlə uyğun gəlmədiyindən bu işlər görülməmiş qalır.
    Əziz peyğəmbər və imamların dinin və Allahın hökmlərinin qorunması üçün gəldiyinə heç birimiz şəkk etmirik. Onların bütün zəhmət və səyləri xalqın Allaha yaxınlaşmağı və Ona bəndəlik etməsi üçündür. Eyni zamanda, ilahi hökmlərin və dinin qorunmasına səbəb olan işlər İmam Zamanın (ə) razılığına, xalqın dindən uzaqlaşmasına, İslami etiqadlar, ilahi hökmlər və dinin təhrifinə bais olan şeylər isə onun qəzəblənməsinə və əziyyət çəkməsinə səbəb olur; bu həqiqətlərə şübhə edirikmi? Yoxsa peyğəmbər sünnələrinin tərki və ilahi ayələrin əvəz olunmasının həzrətin nigarançılığına səbəb olmasına inanmırıq? Məgər xalqın imanı və dində zəifliyə zəmin yaradanların həzrətin düşməni olduğuna şəkkimiz var? Yoxsa «filan hökm dəyişməlidir, bu gün üçün deyildir, öz zamanına aid idi» kimi sözlər deməklə xalqın imanını zəiflətməyin günah olduğunu bilmirikmi?
    QEYB ZAMANI BİZİM VƏZİFƏMİZ
    "İftitah” duasının bu hissəsini sadiqcəsinə oxuyub, peyğəmbərin olmamasından və İmam Zamanın qeybindən nigaran olduğumuzu bildirmək istəsək, dinin qorunması üçün əlimizdən gələni əsirgəməməliyik. Elə bir halda olmalıyıq ki, İmam Zaman gəldikdə verdiyi göstərişləri nə üçün-niyəsiz qəbul edək. Həzrətə xidmət üçün malımız, canımız və bütün istədiklərimizdən keçib hamısını onun ixtiyarına verməliyik. Məgər beləyikmi? Bu hazırlığı özümüzdə görürükmü? Müaviyənin səhabələri batil yolda hər şeydən keçirdilər, lakin həzrət Əlinin (ə) səhabələri həmişə işdən boyun qaçırırdılar; hansısa bir döyüş olduqda havanın soyuq və ya isti olması bəhanəsi ilə mərəkədən qaçırdılar. (Allah eləməsin ki, biz də belə olaq) "Nəhcül-bəlağə”də deyilir: "Allaha and olsun, Müaviyənin mənimlə müamilə etməsini istəyirdim; sizdən 20 nəfərini alsın və öz səhabələrindən birini mənə versin!”
    Ramazan ayının gecələrindəki dualardan birində oxuyuruq: "İlahi, öz yolunda şəhadəti bizə nəsib et”.
    Özümüzü elə bir şəkildə islah etməliyik ki, Allah yolunda ölümdən çəkinməyək, hətta bunu arzulayaq. Allahdan xalis niyyət istəməliyik. Onunla sədaqətlə xaliscəsinə söhbət edərək, bizə özünün və İmam Zamanın (ə) razılığına uyğun ölüm və həyat verməsini istəməliyik. Ondan istəməliyik ki, bizi həzrətin köməkçilərindən qərar versin. Həzrətin razılığına səbəb olan işlər görməkdə və bilmədiklərimizi anlamaqda bizə tövfiq versin.
    Biz İmam Zamanın (ə) bizə rəhbərlik etməsini və bilmədiklərimizi öyrətməsini istəyirik. Hətta aramızda bir çox kəslər İmam Zamanı (ə) yuxuda ziyarət etmək arzusundadır. Beləliklə, görülməli işlərdən biri də hər bir insanın İmamın varlığından faydalanmaq üçün onun ziyarətini istəməsidir. Buna görə də Həzrəti ziyarət etmək üçün ləyaqət tapmalıyıq. Əsrin imamının varlığı bizim üçün indi də bərəkət sayılır. Layiq olan kəslər bu bərəkətə nail olurlar: "Həl iləykə yəbnə Əhmədə səbilun fə tulqa? Həll yəttəsilu yəvmuna minkə biğədihi fənəhza? Məta nəridu mənahiləkə ərrəyyətə fənərva? Məta nəntəfiu min maikə fəqəd taləs-səda? Məta nucadikə və nuravihukə fənuqirrə əynən məta tərana və nərakə”.
    Allah əsrin imamını tanımaq və onun qədrini bilmək üçün bizə tövfiq versin; ona məhəbbət üçün tövfiq, zühuru və hökumətinin həqiqi intizarını bizə nəsib etsin; bizi qeybət zamanı öz vəzifələrimizlə tanış etsin. Qeybət və zühur zamanı hüzurundan istifadə etmək üçün bizə tövfiq əta et, ya Rəbb!
    "Pərvərdigara, rəhmət göndər Məhəmməd və onun ailəsinə, vəd etdiyini gerçəkləşdir. Pərvərdigara, bərpa et haqq ayinini, ucalt dəvətini, onun düşməni və öz düşmənin üzərində yardım buyur. Pərvərdigara, bizim salamımızı ona yetir, öz razılığınla bizə minnət qoy, bizə mehr və rəhmətini bəxş et. Pərvərdigara, bizi onunla dostluqdan faydalandır, onun dəstəsində və bayrağı altında məhşur et”.
    Amin ya Rəbbəl aləmin!
    Category: Rəbbin dərgahında | Views: 855 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024