İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:33 AM
    Rəbbin dərgahında
    ÜÇÜNCÜ HİSSƏ
    ƏBU-HƏMZƏ SOMALİ DUASINDAN SEMƏLƏRİN ŞƏRHİ
    (1)
    "Həmd olsun Allaha ki, Ondan başqasını çağırmaram. Əgər Ondan başqasını çağırsam, duam qəbul olmaz. Həmd olsun Allaha ki, Ondan başqasına ümidim yoxdur. Əgər başqasına ümidvar olsam, ümidim doğrulmaz”.
    ƏBU-HƏMZƏ DUASI
    "Əbu-Həmzə Somali” duası adı ilə tanınan və ramazan ayının səhərləri oxunan bu dua imam Əliyyibnil Hüseyndən nəql olunmuş şərafətli və dəyərli dualardandır.
    Bu duanı imam Səccad (ə), imam Baqir və imam Sadiqin (ə) səhabələrindən olan Əbu-Həmzə imam Səccaddan nəql etmişdir. Əbu-Həmzə zəmanəsinin böyüklərindən olmuşdur. Ona zəmanənin Salmanı deyirdilər. Elə bu böyük dua özü onun şəxsiyyət və mərifətini göstərir.
    Mərhum Məclisi "Biharul-ənvar”da (98-ci cild, səh.82, 2-ci rəvayət) bu duanın sənədi haqda belə nəql edir: Həsən ibn Məhbuba istinad edən Əbu Məhəmməd Harun ibn Musa (hər ikisi böyük rəvayətçilərdəndir) Əbu-Həmzə Somalidən belə nəql edirlər: Həzrət Əli ibn Hüseyn (ə) ramazan gecələrində bütün gecəni namaz qılar və səhər açıldıqda bu duanı oxuyardı.
    Bu duanın "Əbu-Həmzə” adı ilə tanınmasının səbəbi onu Əbu-Həmzənin nəql etməsi, ya da onu imam Səccadın (ə) Əbu-Həmzəyə öyrətməsidir.
    Əbu-Həmzə kimdir? Əbu-Həmzə Sabit ibn Dinar Kufə əhli və Somalə qəbiləsindən idi. Bəziləri deyirlər ki, o Bəni-Səl qəbiləsindən idi, lakin Bəni-Somali arasında evi olduğu üçün Somali kimi tanınmışdı. Əbu-Həmzə imam Səccad (ə), imam Baqir (ə) və imam Sadiqin (ə) müasiri olmuş və onlardan rəvayət nəql etmişdir. Bəzilərinin fikrincə, o imam Kazimin (ə) də xidmətinə yetişmişdir. Onlardan nəql olunub ki, o, səhabələrin yaxşılarından və hədis nəql etməkdə etibarlı şəxslərdən idi. Həmçinin nəql olunur ki, imam Sadiq (ə) buyurdu: "Salman öz dövründə necə idisə Əbu-Həmzə də öz dövründə elə idi.”(Nəcaşi, "Rical”, səh.289-290, Beyrut nəşri.)
    Maməğaninin "Rical”ında Davud Rəqqidən nəql olunur: Əmirəl-mömininin (ə) qəbrinin ziyarətinə gəlmiş xorasanlı bir nəfər deyir: Əmirəl-mömininin (ə) ziyarətindən sonra Kufəyə gedib, qoca bir kişinin ətrafında cəmləşib onu dinləyən bir dəstə gördüm. Yaxınlaşdıqda onların şiə olduğunu anladım. Qoca kişinin kimliyini soruşdum. Dedilər: "Əbu-Həmzədir”. Mən də oturdum. O danışdığı vaxt bir ərəb dedi: "Mədinədən gəlmişəm, Cəfər Sadiqin (ə) dünyasını dəyişdiyini gördüm”. Əbu-Həmzə bu sözləri eşidib ah çəkdi və təəssüf etdi. Sonra soruşdu: "Vəsiyyət etdimi?” Ərəb dedi: "O oğlu Abdullah, Musa və Mənsur haqqında vəsiyyət etdi”. Əbu-Həmzə dedi: "Şükür olsun Allaha ki, bizi çaşqın vəziyyətdə qoymadı. Bizi kiçiyə yönəltdi, böyüyü tanıtdırdı, böyük işi örtülü saxladı”. Sonra Əmirəl-mömininin (ə) qəbri kənarında namaz qıldı. Mən ona yaxınlaşıb dediyi sözlərin mənasını soruşdum. Dedi: "Böyüyün bədən eybi var (ona görə imam ola bilməz), kiçiyin adını ona görə çəkir ki, onu özünə canişin seçmişdir . . . " Sonra xorasanlı kişi Mədinəyə gedib İmam Kazimin (ə) hüzuruna yetişir. Məsələni ondan soruşur. Həzrət buyurur: "Məgər Əbu-Həmzə Əmirəl-mömininin (ə) qəbri kənarında sizə demədimi? Qəlbi Allah nuru ilə işıqlanan möminin əməli kamildir”.
    Bu hədislər Əbu-Həmzənin məqamını göstərir. Ümumi şəkildə imamlar səhabələrin tutumunu nəzərə alaraq onlara göstəriş vermişlər. Bu duanın əhəmiyyət və əzəmətini dərk edən kəs Əbu-Həmzənin məqam və kamalından xəbər tutar.
    (Biz bu duanı mərhum Hacı Şeyx Abbas Qumminin "Məfatihul-cinan” kitabından nəql edirik.)
    ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
    İmamlardan nəql olunmuş dualar çox sadə şəkildə bəyan olunsa da, üstün mətləbləri bəyan edir. İnsan bu dualar haqda düşünməli və onlardan faydalanmalıdır. İnsanın halı hər nə qədər münasib olarsa, duadan daha çox istifadə edib bəhrələnə bilər. Bəzi dualar bəzi Quran ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir. Lakin bəzən bu sayaq dualara diqqət yetirmək insan üçün faydalı olur; məsələn, "İftitah” duasında oxuyuruq:
    "Həmd olsun o Allaha ki, səma və sakinləri Onun qorxusundan ildırım kimi fəryad çəkirlər; yer və əhli Onun qorxusundan lərzəyə gəlir; dəryalar və Onun dərinliyində üzən hər nə varsa, Onun qorxusundan cuşa gəlib, fəryad qoparmaqdadır”.
    Quranda deyilir: "İlıdırm və bütün mələklər Allahın qorxusundan Onu təsbih edirlər.”("Rə`d” surəsi, ayə 13.) "Göylərdə yerdə nə varsa, hamısı Allahı təsbih edir.”("Cumə” surəsi, ayə 1; "Təğabun” surəsi, ayə 1.) "Onu təsbih və sitayiş etməyən heç bir mövcud yoxdur. Lakin siz onların təsbihini anlamırsınız.” ("İsra” surəsi, ayə 44.)
    Bunlar bizim tam surətdə dərk etməkdə aciz olduğumuz hallardır. Təfsirçilər də adətən bu növ ayə və duaların mütəşabeh olduqlarını bildirirlər. Bəziləri isə öz düşüncələri qədərində izah verirlər. Lakin bu mətnlər məxluq ilə Allah arasında olan bir həqiqətdən danışır. Bu əlaqəni güclü bir cazibəyə oxşatmaq olar. Allah bəndələrini təkvini şəkildə özünə tərəf çəkir. Hər bir mövcud öz nuru, elm və idrakı həddində Allah ilə öz arasında olan əlaqəni təkvini şəkildə dərk edir. İnsanın təkvini rabitədən xəbər tutması onu başqa varlıqlardan fərqləndirən ilahi imtiyazdır. O ixtiyari olaraq bu əlaqəni gücləndirib Allaha doğru hərəkət edə bilər.
    ƏYLƏNCƏLƏR TƏKVİNİ RABİTƏNİ DƏRK ETMƏK ÜÇÜN MANEƏDİR
    İnsanlar, adətən, öz maddi və dünyəvi əyləncələri səbəbindən onların vücudunun dəyrinliyində kök atmış təkvini rabitəni unudurlar. İl boyu fərdi və ictimai çətinliklər və məşğuliyyətlər səbəbindən bu rabitəyə diqqət yetirmək üçün tövfiq tapmırıq. Mübarək ramazan ayında isə dua və münacat üçün daha çox tövfiq olduğundan insanın bir qədər maddi həyatdan çəkinib Allahı düşünməsi üçün fürsət yaranır. Beləcə, insan öz zatı səfası həddində ilahi əzəmət cilvəsini müşahidə edir, onun adlarını camal və kamal sifətlərini anlayır.
    Allahın camal və cəlal sifətlərini dərk etməyin xüsusi cazibəsi var. İnsan Allahla ünsiyyət tapır və bu halın ondan uzaqlaşmasını istəmir. Allahın əzəmətini dərk edir və ixtiyarsız olaraq səcdəyə düşür, haqqın qarşısında kiçilir. Bu halı əldə etməklə (müəyyən mərifət mərhələsinə çatmaqla) insan elə bir ləzzət duyur ki, onun qarşısında dünyəvi və maddi ləzzətlər heç nədir. Bu cür ləzzətlərə çatmış şəxslər keçmişdə çox olub, indi də az deyil.
    İnsan öz diqqətini maddiyyatdan Allaha doğru yönəldərsə, vəsfolunmaz dərəcədə özü ilə Allah arasında cazibə hiss edər. Bu zaman özünü Allaha və Allahı özünə yaxın görər. Allah bizdən uzaqda deyil. Allah Quranda buyurur:"Biz insana boyun damarından da yaxınıq.” ("Qaf” surəsi, ayə 16.) Lakin pis əməllərimiz ilə Allahdan uzaq düşməyimiz üçün səbəb yaradırıq. İnsan pis əməlləri, şeytani və nəfsani arzularından əl çəkib dünyəvi və qeyri-ilahi həvəsləri özündən uzaqlaşdırarsa, Allaha yaxınlaşar.
    İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında buyurur: "İlahi, bilirəm ki, Sən bəndələrindən gizli deyilsən. Onlar öz əməlləri ilə Səninlə öz aralarında hicab yaradıblar”.
    ALLAHIN MEHRİBANLIĞINI DÜŞÜNMƏKLƏ ONA QARŞI MƏHƏBBƏTİN ARTMASI
    Yaxşı olar ki, insan bu duanın məzmununa diqqətli olsun, ramazan ayının gecələrində imam Səccadın (ə) dua üçün əlini Allah dərgahına necə qaldırdığını təsəvvür etsin. Bəli, imam öz Allahı ilə raz-niyaz edirdi: "Həmd olsun Allaha ki, yalnız Onu çağırıram. Əgər başqasını çağırsam, mənə cavab verməz”.
    Bəzi vaxtlar ümidimizin doğrulmaması Allahdan başqasına ümid bağladığımıza görədir. Buna görə də imam Səccad (ə) buyurur: "Həmd olsun Allaha ki, Ondan başqa heç kəsə ümidim yoxdur. Əgər başqasına ümidvar olsaydım, ümidimi doğrultmazdı”.
    Başqa bir yerdə isə Allaha belə ərz edir: "Səndən başqasına necə ümid bağlaya bilərəm ki, hər bir xeyir və yaxşılıq Sənin əlindədir?” ("Məfatihul-cinan”, Münacati Xəmsə Əşərə, 4-cü münacat.)
    Bu sözləri imam Səccadın (ə) adından deməliyik. Yalnız onun kimi kəslər Allahla bu cür söhbət edib, belə bir iddiada ola bilər. Biz isə öz tərəfimizdən belə dua etmək üçün lazım olan məqama çatmamışıq.
    "Həmd olsun Allaha ki, mənə qarşı həlimdir və mənimlə elə rəftar edir ki, guya heç bir günah etməmişəm”.
    Əlbəttə, unutmamalıyıq ki, Allahın bir bu qədər həlimliyi və bağışlaması bu dünyaya məxsusdur. O bu işi ilə insanın pis əməllərinin aqibətini təxirə salır ki, insan qayıtsın və pis əməllərindən peşiman olsun. Günahkar insana elə bir mehr-məhəbbət göstərilir ki, sanki o Allahın sorağınca gəlmiş bir dostdur; Allah ona "dəfələrlə mənlə müxalif oldun və günah etdin” demir. Onu rədd etmir, əksinə onunla heç bir günah etməmiş şəxs kimi rəftar edir.
    İnsan bu həqiqətləri düşündükdə Allah ilə onun arasında olan cazibə güclənir və onun Allaha qarşı məhəbbəti çoxalır. Bununla da, Allahla daha çox söhbət edib Onunla əlaqə yaratmaq istəyir. Pis işlərdən çəkinməyə, dünyəvi və maddi işlərə olan əlaqələrdən uzaqlaşmağa hazırlaşır; çünki həqiqi əlaqənin yalnız Allaha aid olduğunu anlayır. Ümidləri və insanın hacətlərini doğrulda bilən yeganə kəs Allahdır. Bu lətif mənaya diqqət yetirdikdə tədricən insan ilə Allah arasında olan pərdələr götürülür və insan öz tutumu qədərində Allaha yaxın olduğunu hiss edir. Allah da onun səsini eşidir və onun istəklərinə müsbət cavab verməyə hazır olur. "İftitah” duasında Allah belə vəsf olunur: "Əta və bəxşişlə xalqa yardım əli açılmış kəs”.
    Beləliklə, Allah öz inayət süfrəsini xalq üçün açmışdır; biz öz ixtiyarımızda olan əməllərlə Allahın feyzlərindən bəhrələnmək üçün özümüzdə hal yaratmalıyıq. O, bəndələrinə qarşı xəsis deyil. Yaratdığımız çətinliklər və məşğuliyyətlər səbəbindən bu cür məsələləri düşünmək üçün fürsət tapmırıq. Lakin Allah hər yerdə və hər zaman hazırdır. Əgər Onu çağırsaq, səsimizi eşidib cavab verəcək. Qüdsi rəvayətdə nəql olunur ki, Allah buyurdu: "Gecənin qaranlığı və gündüzün işıqlığında Mən onunla pıçıltıdayam.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 77-ci cild, səh.24, 6-cı rəvayət.) Bəndənin Allahla söhbət etməsi əvəzinə Allah onunla söhbət edir. Bəndə Allahın dostu olarsa, Allahı unutduqda Allah onun qəlbinə öz zikrini salacaqdır. Allahın bəndələrinə münasibətdə gizli və aşkar lütfləri bəyan olunmaz dərəcədə çoxdur. Biz pak imamlar sayəsində bu növ halətlər və inayətlərdən xəbər tutmuşuq. İlahi feyzlər xırmanından pay götürmək üçün dua oxuyub tələblərimizi bildiririk ki, bəlkə Onun inayətinə çataq və çirkinliklərimizi təmizləsin. Biz öz əl-ayağımıza elə bir bənd vurmuşuq ki, Allaha və Onun köməyinə ümid yeri olmasa, özümüzə nicat verə bilmərik. İnsan bu cür mənəvi hallar əldə edib onların şirinliyini dadsa, başqa işlərə qarşı etinasız olacaq. Bu sayaq halları əldə etmiş ilahi övliyalar deyirlər:
    "Ey mənim Allahım, Sənin ilhamınla qəlblərdən keçən zikrin necə də ləzzətlidir. Qeyb pərdələrindən Sənə doğru yönələn düşüncələr necə də şirindir! Məhəbbətinin tamı necə də xoş, Sənə yaxınlıq şərbəti necə də dadlıdır!” (Məfatihul-cinan”, "Münacati-xəmsə əşərə”, 12-ci münacat.)
    Beləliklə, dua etməliyik. Əgər bacarmasaq ən azı özümüzü həqiqi dua edənlərə oxşadaq. Həqiqi münacat edən şəxslər kimi əməl edək ki, Allah bizə də öz inayətini şamil etsin. Bəzən Allah mömin bəndələri kimi əməl edən kəsləri sevir. Rəvayətdə bildirilir ki, Fironun sarayında Fironu güldürmək üçün həzrət Musanın tərzini çıxaran bir təlxək vardı. Yun paltar geyinib, əlinə bir çubuq götürüb, Fironun qarşısında dayanır və deyirdi: "Mən peyğəmbərəm, Allah tərəfindən gəlmişəm, ya iman gətir, ya belə et, ya da elə et”. Rəvayətə görə, Allah Firon və onun yanındakıları qərq etdiyi zaman bu təlxəyə toxunmadı və belə buyurdu: "O özünü bizim bəndəmiz və dostumuza oxşadan bir kəsdir. Buna görə də onu qərq etmədim”.
    Beləliklə, özümüzü Allahın dostlarına oxşadaq, onlar oxuduğu cümlələri təkrarlayaq ki, Allah buna görə bizə öz inayət və lütfünü şamil etsin.(bax: "Biharul-ənvar”, 11-ci cild, səh.174, 19-cu rəvayət.)
    "İlahi, Sənə doğru səfərdə azuqəmiz az olsa da, sənə etimadda yaxşı gümanımız çoxdur. Günahlarımız bizi əzabınla qorxutsa da, kərəminə olan ümidimiz bizə intiqamından arxayınlıq müjdəsi verir.”("Məfatihul-cinan”, İmam Səccadın "Xəmsə əşərə” münacatından götürülmüş "Rağibəyn” münacatı.)
    (2)
    "Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram; Pərvərdigara, Səninlə xətaların həlak etdiyi qəlb ilə raz-niyaz edirəm; İlahi, Səni qorxan, həvəsli, ümidvar və həyəcanlı bir qəlblə çağırıram. Ey mənim Ağam, günahlarımı düşündükdə azhuzar edirəm, kərəminə nəzər saldıqda isə həvəslənib ümidvar oluram. Beləcə, mehribanların ən üstünü olduğun üçün məni bağışlayarsan. Əgər əzab etsən də, zülm etməmisən!”
    DUADA ALLAHIN SİFƏTLƏRİNƏ DİQQƏT
    Dua əslində insan tərəfindən Allaha qarşı bir diqqət və bəndəlik əlaqəsinin güclənməsidir. Bu əlaqədə bir tərəfdə böyük Allah, o biri tərəfdə isə günahkar bəndə dayanır. Bəndə öz günahlarını düşündükdə onda xəcalət hissi yaranır. Allahın geniş rəhmətinə diqqət yetirdikdə isə ümidvar olur. Bu ümid və qorxu halı insanda həmişə olmalıdır.
    Şərafətli dualarda bu nöqtəyə çox diqqət göstərilmişdir. Dua edən həmişə özünü qorxu və ümid arasında görməlidir. Günahlarını gördükdə dili tutulur, peşimançılıq çəkir, başqa bir tərəfdən isə Allahın geniş rəhmətinə nəzər salıb ümidvar olur, Onun camal sifətlərinə tamaşada qərq olur, sərbəstlik taparaq dili açılır, söhbətə başlayır və Allahın rəhmətini diləyir. Buna görə də, imam Səccad (ə) Allahın dərgahına belə ərz edir:
    "Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram? (Günahlarımı düşündükdə xəcalətin şiddətindən səninlə söhbət edə bilmirəm.) Ey mənim Allahım, Səninlə xəta və günahların həlak etdiyi bir qəlblə münacat edirəm. (Elə bir qəlblə ki, xəta və günahlar onda ümid yeri qoymayıb.)
    Elə bu mövzu "Xəmsə Əşərə” münacatında qeyd olunur: "Ey Allah xəcalətdən dili tutlmuş zəlil bəndənə rəhm et”. Sonra ərz edir: "Ey mənim Ağam, günahlarıma baxdıqda nalə çəkirəm, əfv və kərəminə nəzər saldıqda rəhmətin məni tamaha salır (dilim açılır)”.
    Bu mövzuya uyğun sözləri imam Hüseyn (ə) "Ərəfə” duasında deyir:
    "Ey İlahi, rüsvayçılığım dilimi nə qədər lal etsə də, Sənin kərəm və böyüklüyün nitqimi açır. Pis sifətlərim məni məyus etsə də, Sənin sonsuz ehsanın məni tamaha salır!”
    QƏBZ VƏ BƏST HALLARI, İLAHİ CƏMAL VƏ CƏLAL SİFƏTLƏRİNİN TƏCƏLLASI
    Deyildiyi kimi, Allah ilə insan arasında təkvini rabitə vardır. Allah insana lütf etdikdə, insanın üzünə qapı açıldıqda o ucala bilər, Allah ilə münacat edib Onunla ünsiyyət yarada bilər. Daha aydın olmaq üçün anasının haqqında xəta etmiş, lakin ondan başqa heç bir sığınacağı olmayan bir uşaq təsəvvür edin. Uşaq nə qədər xətakar olsa da, anadan başqa heç bir sığınacaq axtarmır. Bəndə də Allaha olan ehtiyacını düşündükdə günahkar olmasına baxmayaraq, Onun rəhmətinə sığınmaqdan başqa heç bir çarə görmür. Bu halda bəzən Allahın cəlal və əzəməti, bəzən isə əfv, rəhmət və cəmal sifətləri aşkar olur. İlahi övliyalar öz məhbubları qarşısında iki halda olurlar. Bəzən Allahın cəlal sifətlərinə diqqət yetirir və ilahi əzəmətə qərq olub özlərini alçaqlıq və kiçikliyin son həddində görürlər; ilahi qüdrətdən qorxuya düşürlər. Onun qorxu və əzəməti bütün vücudlarına dolur. Terminalogiyada "qəbz” adlanan bu halda bəndənin dili tutulur, qəlbinin tutulduğunu və ona bir pərdə çəkildiyini hiss edir. Lakin bəzən Allahın camal sifətlərini düşünərək Onun camal sifətlərinin tamaşasına qərq olur və "bəst” halı tapırlar. Allah ilə söhbət edib Onunla dərdləşmək istəyirlər. Bu halda bəndənin dili açılır və Allah ilə söhbət etməkdən ləzzət alır. Bu hala terminalogiyada "dəlal” deyilir, yəni naz, işvə; bu halda bəndənin dili açılır, Allah ilə elə söhbət edir ki, guya öz təsəvvüründə və sözlərində onu təhdid edir. (pənah Allaha) İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında Allaha ərz edir:
    "İlahi, əgər məni cəhənnəmə aparsan onun sakinlərinə (və düşmənlərinə) deyəcəyəm ki, mən Səni sevirəm!”
    Başqa bir yerdə isə deyir:
    "İlahi, əgər məni behiştə aparsan, Sənin peyğəmbərin xoşhal olacaq. Lakin cəhənnəmə aparsan Sənin düşmənin (şeytan) sevinəcək. Allaha and olsun, mən bilirəm ki, Sənin üçün peyğəmbərinin şadlığı şeytanın şadlığından daha əzizdir”.
    Yəni, mən arxayınam ki, Sən peyğəmbərinin şadlığını düşməninin sevincindən üstün tutduğun üçün məni cəhənnəmə göndərməyəcəksən.
    Bu iki halda dua edənin dili tamamilə fərqli durumdadır. "Bəst” halında dil naz, işvə halında olur. Lakin "qəbz” halında qorxu dua edənin bütün varlığını əhatə edir və danışmağa qüvvəsi qalmır. Bu halda bəzən kamil mərifət sahiblərində qəşş və özündən getmə halı yaranır. Həzrət Əli (ə) və imam Səccad (ə) haqqında bu növ mövzular çox nəql olunmuşdur. Böyüklərdən nəql olunmuş bu dualarda uyğun iki halın təsirlərini tamamilə əldə etmək olar. Xüsusi ilə "Əbu-Həmzə”, "Kumeyl”, "Səbah” dualarında, "İmam Hüseynin (ə) Ərəfə duası”, "Münacati Xəmsə əşərə”, "Səhifeyi Səccadiyyə” və başqa kitablardakı bir çox dualarda "qəbz” və "bəst” halının təsirlərini müşahidə etmək olar.
    İmam Səccad (ə) Əbu-Həmzə duasının bir hissəsində buyurur: "Əgər məni belə bir halda qəbrə aparsalar, məndən də pis halda kimsə olacaqmı?”
    Başqa bir yerdə isə deyir:
    "Əgər məni cəhənnəmə aparsan, düşmənlərinə deyəcəyəm ki, Allahın dostu idim!”
    Bununla sanki Allaha demək istəyir: "Hamıya deyəcəyəm ki, Allah dostunu cəhənnəmə apardı!” Əlbəttə, bu sözləri demək bizim üçün münasib deyil. Yalnız kamil mərifətə çatmış şəxslər naz-qəmzə üzündən belə sözlər deyə bilər.
    Bunlar Allahın camal sifətlərinin müşahidəsi nəticəsində ilahi övliyaların əldə etdiyi "dəlal” (naz etmək) halından nümunələrdir.
    Bu məzmun yaxınlıqlarından aydın olur ki, heç bir halda Allahın rəhmətindən məyus olmaq olmaz. Eyni zamanda, insan özünü Allahın qəzəbindən amanda bilməməlidir. İnsan həmişə qorxu və ümid arasında olmalıdır; Allah ona əzab verərsə, buna layiq olduğunu düşünməli, başqa bir tərəfdən, bütün günahları bağışlanarsa Allahdan heç bir şey azalmayacağını bilməlidir:
    "Bağışlayanların ən yaxşısı olduğun üçün mənim günahımı əfv edirsən. Günahlarımı bağışlayıb məni əzaba düçar etsən, yenə də zülm etməmisən”.
    Mömin bəndə bu sözləri təkrarlamaqla özünü düzəldib həmişə qorxu və ümid arasında olmalıdır. Bununla da, nə təkəbbürlü olub Allahın qəzəbindən qəflətdə qalmaz, nə də Onun rəhmətindən məyus olmaz; Çünki bunların hər ikisi böyük günahlardandır.
    Allahın saleh bəndələri, hətta övliya və məsum peyğəmbərlər qorxu halına düşdükdə vəsfolunmaz dərəcədə lərzəyə gəlirdilər. Əmirəl-möminin (ə), imam Səccad (ə), həmçinin başqa imamlarda münacat zamanı qəribə qorxu halı yaranırdı; onlar bəzən bu qorxunun şiddətindən qəşş edirdilər. Digər bir tərəfdən isə Allahın fəzl və rəhmətini düşündükdə çox sərbəst olurdular, öz anasının qucağında naz edən uşaq kimi! Bu iki hal bir-birinə müxalif olmamalıdır. İnsan Allahın rəhmət və fəzilətinə nəzər saldıqda öz kiçikliyini və günahlarını unutmamalıdır. Allah ilə bəndə arasında əlaqənin yaranması üçün bu iki hal şərtdir.
    Biz də imamların dua və münacatlarda bizə öyrətdiyi kimi özümüzü tərbiyə etməliyik: Həm öz kiçikliyimiz və xətalarımızı, həm də Allahın lütf, əfv və rəhmətinin genişliyini, düşünməliyik.
    Category: Rəbbin dərgahında | Views: 1169 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024