İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:32 AM
    Rəbbin dərgahında
    GÜNAHLARIN ETİRAFI ALLAHA YAXINLAŞMAQ SƏBƏBİDİR
    Allah bəndələrinin öz günahlarını etiraf etməsini sevir. Bu etirafın Allah üçün heç bir faydası yoxdur. Bəndə öz günahlarını etiraf etsə və ya etməsə Allahın hakimiyyət və səltənətində bir şey artıb-azalmır. Allahın bəndənin günahını etiraf etməsini istəməsi onun öz kiçiklik və günahlarından xəbərdar olub Allahın əfvini daha çox hiss etməsinə görədir.
    Həqiqətdə insan öz xətalarını və kiçikliyini etiraf etməklə ilahi əfvin ləzzətini dadır. İnsan öz kiçikliyini dərk etməsə, ilahi əfvin tamını dada bilməz. Çünki insan öz günahlarını hər nə qədər çox düşünsə və kiçikliyini dərk etsə, Allahın əfvi onun üçün daha ləzzətli olar və Onun rəhmətini daha çox dərk edər.
    Bəzi dualarda müxtəlif ifadələrlə müəyyən mənada Allahın rəhmətini cuşa gətirən bəyanatlar göstərilmişdir; insan Allaha təsir etmir, əksinə, insan özü ilahi rəhməti qazanmaq üçün hal tapır; məsələn, bu dualardan birində deyilir: "İlahi haqqında bu qədər lütf etdiyin bəndəyə necə əzab edəcəksən? Onu yaradan kimi, hətta təvəllüdündən də əvvəl ehtiyacları üçün lazım olan vasitələri hazır etdin; onu çeşidli nemətlərinlə bəslədin; günah etdiyi zaman ona bağışlanma və əfv ümidi verdin. Sənin rəhmət və lütfünə ümidvar olmaq üçün onu tövbəyə dəvət etdin. Onu dəvət etdin və öz məhəbbətindən qəlbinə o qədər əta etdin ki, Sənin ibadətgahlarına tərəf tələsirdi. Sənin rəhmətinə nəzər salır və qorxundan ağlayırdı”.
    Bu dualar həqiqətdə insana Allahı xatırladır; insanda ilahi rəhməti dərk etmək üçün istedad yaradır, başqa sözlə, Allahın rəhmətini cuşa gətirir.
    Beləliklə, bəzən fürsət yarandıqda insanın öz günahlarını sayıb, eyni zamanda, Allahın sonsuz lütfünü düşünməsi münasibdir. İnsan bu yolla ömrünün əvvəlindən nə qədər günah etdiyini və Allahın istəkləri ilə müxalif olduğunu yada salır; bu günahların hər biri üçün illərlə əzaba düçar ola bilər. Lakin Allah onların hamısını görməməzliyə vurub, həmişə öz rəhmətini, onun üçün cari etmişdir.
    Bu etiraflar insanda ilahi rəhməti dərk etmək üçün istedadın yaranmasına səbəb olur; çünki insan öz fəqirlik və biçarəliyini hər nə qədər çox dərk etsə Allah qarşısında bir o qədər çox təzim edər və Onun lütf və fəzlini əldə edər.
    "İlahi, fəqirlik və biçarəliyimi etiraf etməklə Sənin dərgahına üz tuturam.” (Məfatihul-cinan”, imam Hüseynin "Ərəfə” duası.)
    Allahla bizim aramızda olan hicab təkəbbür və qürurumuzdur. İnsan bu pərdələri yırtıb özünü olduğu kimi, biçarə və kiçik görərsə, Allahın geniş rəhmətinə və bir çox böyük nemətlərə çatar.
    Quran buyurur: Həzrət Yunus öz səhvini etiraf etdiyi zaman Allahın rəhmət və diqqətinə nail oldu: "Zənnun (öz qövmü) arasından qəzəblənib getdiyi vaxt elə güman etdi ki, biz onu sıxıntıya salmayacağıq. (Amma sıxıntıya düşdüyü an) Zülmət içində səslədi: "(Pərvərdigara) Səndən başqa məbud yoxdur, Sən pak-pakizəsən, mən sitəmkarlardan oldum.” ("Ənbiya” surəsi, ayə 87.)
    Bu zaman Allah onun duasını qəbul etdi: "Biz Yunusun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” ("Ənbiya” surəsi, ayə 88.)
    Beləliklə, Allah qarşısında günahın etirafı və kiçiklik göstərilməsi Onun üçün heç bir fayda vermir. Bu vasitə ilə Allahda əvvəlcə olmamış bir şey artmır (Allaha pənah). İnsan öz əməlləri ilə Allaha təsir göstərmək üçün çox kiçikdir. Biz hər nə qədər günah etsək və ya hər nə qədər itaət etsək Allaha heç bir təsir edə bilmərik. Əksinə, əgər Ona ibadət etsək, öz feyzi ilə bizim iman və mərifətimizi artırar, mənəvi hal tapmağımıza səbəb olar. Öz günahlarımızı etiraf etmək üçün tövfiq tapmağımız Allah tərəfindən əta olunmuş bir lütf və fəzldir.
    İmam Hüseyn (ə) "Ərəfə” duasında Allaha ərz edir:
    "İlahi, Sənin şənin razılığın və sevincinə bais olacaq bir səbəb yaratmağından daha üstündür. Çətin ki, mən Sənin razılığını cəlb edə biləcək bir iş görə biləm!” ("Məfatihul-cinan”, imam Hüseynin "Ərəfə” duası.)
    Allah bəndələrinin işindən təsirlənməkdən daha böyük məqamdadır. Həqiqətdə, biz günahlarımızı etiraf etmək və Allahın bəyəndiyi işlər görməklə özümüzü Onun rəhmətinə hazır edir və əməllərimizlə özümüzü Onun geniş rəhməti kölgəsinə salırıq. Allahın feyz və rəhməti daim axmaqda olan şəlalə kimidir və insan elə bir iş görməlidir ki, bu rəhmət yolunda dayansın; bu rəhmətdən daha çox istifadə etmək üçün ləyaqət olmalıdır. Yoxsa bizim işimiz Allahda rəhmət yaratmır və ya bizimlə xüsusi rəftar etmək üçün onda hal yaranmasına səbəb olmur. Allahın rəftarı sabitdir. Yaxşı işlər, tövbə, peşimançılıq, yalvarış və dua ilə Allahın rəhmətini dərk etmək üçün özümüzdə ləyaqət yaratmalıyıq; öz vücudumuzun tutumuna ilahi rəhmət əldə edə biləcək qabiliyyət verməliyik. Bu hal isə yalnız Allahın qarşısında kiçiklik və bəndəliyi dərk etməklə hasil olur.
    Bu mövzunu nə qədər çox anlasaq, ilahi rəhməti kəsb etmək üçün bir o qədər çox tutumumuz olacaq. İnsan özünü nə qədər ehtiyaclı və kiçik görsə, öz fəqirliyini etiraf etsə, Allah tərəfindən ona daha çox lütf olunacaq. Özünü varlı hesab edən kəs Allahdan istifadə üçün Ona yaxınlaşmır. Belə bir insan Allahdan nəsə istəmək üçün özünü ehtiyaclı bilir. Buna görə də Allahın rəhməti ona şamil olmayacaq. Beləliklə, acizlik və ehtiyacın göstərilməsi, Allah qarşısında kiçikliyin etirafı əslində Allah tərəfindən daha çox rəhmət əldə etmək üçün öz tutumumuzu genişləndirmək üçündür. Əgər daha çox istedad, hazırlıq qazansaq Allahın rəhmətindən bir o qədər çox faydalanarıq. Buna görə də, Allah Quranda buyurur: "Cin və insanı yalnız ibadətdən ötrü yaratdım.” ("Zariyat” surəsi, ayə 36.)
    Allahın öz bəndələrinin ibadətinə ehtiyacı yoxdur. Lakin bəndəlik bizim öz təkamülümüzə səbəb olan acizlik və ehtiyacın göstərilməsi ilə hasil olur. Allahın feyzlərindən daha çox faydalanmaq üçün bəndəlik və ibadət yolundan istifadə etməliyik.
    Bu mövzu da nəzərə alınmalıdır ki, Allah dərgahında acizlik və ehtiyacın göstərilməsi təkcə maddi və dünyəvi işlər yox, axirət işlərinə də aiddir. Maddiyyat və maddi işlərin xeyirini Allahdan istədiyimiz kimi, mənəviyyat və axirət işlərini də Ondan istəməliyik; çünki dünya və axirət onlarda olan hər şey Ondandır. O, aləmlərin Rəbbidir.
    Kiçiklik və acizliyimizi daha çox hiss etmək üçün Allah onun övliyalarını vasitə seçməyi göstəriş vermişdir. (Onlar Allahın feyzlərinin mövcudlara, həmçinin insanlara nazil olma vasitəsidir.) Beləliklə, ilahi övliyalara yaxınlıq həqiqətdə Allaha yaxınlaşmaqdır. ("İnnə zikrəna min zikrillah”) Övliyalar Allaha bəndəlik etdikləri üçün bu məqama çatmışlar. Onların hansı məqamda olduqlarını gördükdə Allaha bəndəliyin necə də faydalı olduğunu anlayırıq. Anlayırıq ki, Allaha bəndəlik ilə hansı məqamlara çatmaq olar.
    Vəzifənin müəyyən olunmasında da Allah bizə kömək etməlidir ki, hansı əməllərin onun razılığına səbəb olduğunu və Onun dostlarının hansı işləri sevdiyini anlayaq. Bu işləri də bizə Allah anlatmalıdır. Bu işləri anlama vasitələrini Allah hazır etməlidir. Bundan əlavə, öz vəzifəmizə əməl etmək üçün Allah bizə tövfiq əta etməlidir. Əgər hansısa yaxşı və xeyirli bir iş görürksə, bu bizim halımıza şamil olan ilahi lütfdür; Allahı düşünmək, Onu zikr etmək üçün Allah tərəfindən tövfiq lazımdır və bu Allahın özünün əta edə biləcəyi bir nemətdir. Buna görə də öz əməllərimizi qiymətləndirməməli və bu əməllərlə hansısa bir məqama çatacağımızı təsəvvür etməməliyik. Çünki bunlar Allahın bizim üçün təyin etdiyi vəzifələrdən xaricdir. Düzgün və lazım olan nəticə Allahın iradəsinin əhatəsindədir. İşlərimizin müsbət nəticə ilə tamamlanması üçün Onun iradəsi olmalıdır. Quran müxtəlif ayələrdə bu həqiqətə işarə edir. Allah Quranda "biz mələkləri sizin köməyinizə göndərdik ki, kafirlərlə döyüş zamanı kömək etsinlər.” dedikdən sonra buyurur: "Allah mələkləri yalnız müjdə, fəth müjdəsi, qəlblərinizin arxayınlığı üçün göndərdi. Amma bilin ki, qələbə yalnız qalib və hikmət sahibi olan Allah tərəfindəndir.” ("Ənfal” surəsi, ayə 10.)
    Yəni hətta mələklər də özləri hansısa bir işi görməyə qadir deyildilər. Müsəlmanların qələbəsinə səbəb olan mələklərin enməsi Allahın istəyi və iradəsi ilə baş tutdu. Allahın iradəsindən xəbərsiz və ya Onun istəyinin əksinə kiminsə bir iş görə biləcəyi təsəvvür olunmasın. Bizim qarşımıza çıxan çətinliklər öz əməllərimizin nəticəsi və pis işlərimizin əvəzidir. Eyni zamanda Allahın lütfünə ümidvar olmalıyıq ki, çətinlikləri bizdən uzaqlaşdırsın. Lakin Allah günahlarımızdan peşiman olduğumuz və nemətlərin küfründən əl çəkdiyimiz zaman çətinlikləri bizdən uzaqlaşdırır.
    Bütün hallarda Allahın lütfünə ümidvar olmalıyıq. Özümüz və əməllərimizlə qürurlan-mamalıyıq. İslamın əvvəlindəki müsəlmanlar nə qədər ki, Allaha ümidvar idilər, Onun rəhmətinə qərq olub döyüşlərdə düşmənə qalib gəldilər. Lakin çoxluqları ilə qürurlandıqları zaman məğlub oldular. Quran buyurur: "Həqiqətən, siz Bədr döyüşündə az və zəif olduğunuz halda, Allah sizə yardım etdi.”("Ali İmran” surəsi, ayə 123.)
    Lakin başqa bir yerdə Quran buyurur: "Hüneyn günü qoşununuzun çoxluğuna aldandınız. Bu çoxluq sizə fayda vermədi (məğlub oldunuz).”("Tövbə” surəsi, ayə 25.) Bu xəbərlər öz əməllərimizə, maddi vasitələrlə yox, yalnız Allaha güvənməli olduğumuzu bilməyimiz üçündür. Allah kafirləri dünyəvi vasitələrin öhdəsinə buraxmışdı. Lakin möminləri yox! Allah özü möminlərin qələbəsinin zaminidir. Lakin onların öz imanlarının qorumaları şərti ilə: "Din işlərində süst və qəmgin olmayın; siz ən üstünlərsiniz-əgər imanda sabitqədəm olsanız!”("Ali-İmran” surəsi, ayə 139.)
    Beləliklə, öz imanımızın güclənməsi fikrində olmalı, Allahın lütf və mərhəmətinə ümid bəsləməliyik. Heç zaman öz kiçik əməllərimizlə qürurlanmamalıyıq. Belə olduqda şərait hər nə qədər pis olsa da, qorxusuzdur. Çünki yalnız vəzifəyə əməl etməli olduğumuza etiqadımız var. Qələbən üçün Allah zəmanət vermişdir.
    (3)
    "Pərvərdigara, nə qədər əzmlə söz verib özümü itaətinə hazırladımsa, hüzurunda namaza dayandımsa, həmin vaxt məni yuxuya verdin, qəfildən raz-niyaz halını məndən aldın! Pərvərdigara, nə oldu ki, batinimi gözəl-ləşdirmək, tövbə əhli məqamına yaxınlaşmaq istəyəndə qarşıya bir hadisə, bəla çıxdı və əhdimə vəfa qıla bilmədim. O hadisə mənimlə hüzurun arasında pərdə oldu! Ey mənim Ağam, yoxsa məni öz lütf dərgahından qovmuş, bəndəlik xidmətindən uzaqlaşdırmısan?!”
    İLAHİ BARİGAH BƏNDƏLƏRİN İBADƏTİNDƏN DAHA ÜSTÜN MƏRTƏBƏDƏDİR
    İnsanın dünyəvi maraqları onun Allahdan və qeyb aləmlərindən xəbərsiz qalmasına səbəb olur. İnsan yer aləmindən çıxıb qüds aləminə nəzər salmaq istədikdə dünyəvi meyl və fikirlər onu bir o qədər məşğul edir ki, dua və münacat halı əldən çıxır. Lakin insanın tələf etdiyi vaxtlarda bəzən qəlb iştirakı ilə namaz, münacat və dua etməyə müvəffəq olduğu anlar yaranır. İnsan üçün belə anlar qənimət sayılır.
    Bəzən insan özü və başqalarının tövfiqlərinin azlığına nəzər salıb, Allahdan başqa hər şeyi yad edən milyardlarla insanı və cəmiyyəti düşündükdə ilahi dəstgahın nə qədər qərib düşdüyünü fikirləşir! Hətta müsəlmanların da bir çoxu Allah və axirət dünyasından xəbərsizdirlər. Vay halına tamamilə Allaha inanmayan və ya yanlış dinlərə itaət edən kəslərə!
    Ariflərdən biri gecə ibadət üçün ayıldıqda qəflət içində yatmış camaatı görüb ilahi dəstgahın nə qədər xəlvət olduğunu fikirləşdi! Lakin sonralar ilham vasitəsi ilə anladı ki, ilahi dəstgah o qədər uca mərtəbədədir ki, hamı ora yol tapmağa müvəffəq olmur.
    Beləliklə, çətinliklər və problemlərin çoxluğuna baxmayaraq, Allah bəzən insana dua və münacat etmək üçün tövfiq verirsə, bunun üçün çox şükür etmək lazımdır. Eyni zamanda ilahi tövfiq əldə edən insan Allah yanında yüksək məqamda olduğunu düşünüb qürurlanmamalıdır. İlahi tövfiqlər çox şükür və təşəkkür tələb edən nemətlərdəndir:
    "İlahi, Sənin zikrinin dilimizə gəlməsi və Səninlə münacat edib, Səni çağırmağımıza icazə verməyin bizə olan ən böyük nemətlərindəndir.” ("Məfatihul-cinan”, Xəmsə Əşərə münacatı, 13-cü münacat.)
    Nemətlər bizə Allahın yanında əziz olduğumuz üçün yox, şükrümüzün qədərinin yoxlanılması üçün verilmişdir. İnsanın qədrini bilmədiyi hər bir nemət ondan alınacaq. Beləliklə, nemət verilən zaman onun insandan alınmaması üçün qorxu olmalıdır. İnsan axirət və mənəvi nemətlərin dünyəvi və maddi nemətlərdən müqayisəolunmaz dərəcədə üstün olduğunu düşünməlidir.
    Həzrət Məsumənin ziyarətində Allaha ərz edirik:
    "İlahi, mənə əta etdiyin bu neməti məndən geri alma”.
    Namaz və dualarımız ilahi övliyalara təqliddən savay bir şey olmasa da, lakin bu işə tövfiq tapmağımız da qədrini bilməli olduğumuz çox dəyərli bir nemətdir. Allahdan bu neməti bizdən almamasını və onu artırmasını istəməliyik. Nankorluq nəticəsində ilahi nemətlərdən məhrum olan şəxslər çoxdur.
    İNSANIN İLAHİ YARDIMDAN MƏHRUMLUĞUNUN SƏBƏBLƏRİ
    İmam Səccad (ə) "Əbu-Həmzə” duasının bir yerində Allaha belə ərz edir: "Pərvərdigara, nə vaxt özümü Sənə itaət üçün hazırladımsa, Sənin hüzurunda namaza dayandımsa, Səninlə mincata məşğul oldumsa, məni yuxuya verdin, raz-niyaz halını məndən aldın. Nə oldu ki, hər dəfə batinimi gözəlləşdirmək, tövbə əhlinə qatılmaq istəyəndə qarşıma bir hadisə çıxdı və əhdimə vəfa qıla bilmədim? Həmin bəla mənimlə Sənə xidmət arasında pərdə oldu. Ey mənim Ağam, yoxsa məni Öz lütf dərgahından qovub, bəndəlik xidmətindən uzaqlaşdırmısan? Olsun ki, bəndəlik haqqını ucuz saydığımı görüb məni uzaqlaşdırdın. Bəlkə də, Səndən üz döndərdiyimi görüb mənə qəzəbləndin və mənim yalançılardan olduğumu görüb lütfündən uzaqlaşdırdın. Olsun ki, nemətlərinə şükür etmədiyimi görüb məni məhrum etdin! Bəlkə də, məni elm əhli ilə bir məclisdə görməyib xar etdin? Bəlkə də, məni qəflət əhli arasında görüb öz rəhmətindən məyus qoydun? Olsun ki, batil əhli ilə ünsiyyətimi görüb məni onların arasında tənha buraxdın? Bəlkə də, dualarımı eşitmək istəməyib məni Öz dərgahından qovdun... Bəlkə də, xəta və günahlarımı cəzalandırdın, hüzurunda xəcalət çəkmədiyimə görə əvəz verdin”.
    Duanın bu hissəsində aydın olur ki, istədiyimiz vaxt dua, münacat və Allaha ibadət üçün hal tapa bilmərik. Təcrübə də sübut edir ki, bu halları əldə etmək tamamilə insanın ixtiyarında deyil. Bir çox hallarda insan hal ilə namaz qılıb, dua oxumaq istəsə də, namaz qılıb və ya dua etdiyini unudur. Duanın bu hissəsindən aydın olur ki, bizim əməllərimiz hal tapmağa və ya ilahi yardımın kəsilməsinə səbəb olur.
    Gecə-gündüz batil və faydasız işlərlə məşğul olan insan münacat və namaz vaxtı diqqətini tamamilə Allaha cəmləşdirib, zehninə batil xəyalların daxil olmasının qarşısını ala bilməz. Nalayiq işlər görən, faydasız söhbətlər edən şəxslərlə ünsiyyətdə olduqda bu şəxslərin rəftarı insanın ruhunda təsir qoyur. Bununla da dua və münacat halı insandan uzaqlaşır. Saleh bəndələr və alimlərdən uzaqlaşmaq, həmçinin günah etmək insandan ibadət tövfiqinin uzaqlaşmasına səbəb olur. Bəzi rəvayətlərdə göstərilmişdir ki, Allah bəndəni günahlarına görə gecə ayılıb ibadət etməkdən məhrum edir. Bu cəza gündüzlər baş vermiş günahın nəticəsi sayılır.
    Beləliklə, insan hal ilə dua etmək, qəlb iştirakı ilə namaz qılmaq və Quran oxumaq üçün tövfiq tapmaq istəyirsə, əvvəlcədən bu işlər üçün müqəddimə hazırlamalıdır. Əvvəlcədən şərait yaradılmazsa, dua və namaz zamanı münasib hal yaranmayacaq. "Əbu-Həmzə” duasının bu hissəsi bizə tamamilə ehtiyatlı olub nalayiq işlərlə özümüzdən dua halı və ibadət üçün qəlb iştirakını uzaqlaşdırmamağı xatırladır. Gecələr ibadətə nail olmaq istəyən kəslər gündüzlər öz danışıq və əməllərini qorumalıdırlar. Onlar göz və qulaqlarını görülməyəsi və eşildilməyəsi şeylərdən hifz etməli, qəlblərində batil işlərə yer verməməli, təsəvvürlərini puç xəyallardan qorumalıdırlar. Çünki bütün bu hallar qəlbin iştirakına ("hüzuri-qəlbə”) mane olur. Buna görə də, insanın bütün çətinlikləri öz əli ilə yaratdığını demək olar. O mənəvi nemətləri əməlləri ilə özündən uzaqlaşdırır. Bütün bu məsələlərin həllinin açarı onun öz əlindədir.
    Category: Rəbbin dərgahında | Views: 856 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024