İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:27 AM
    Rəbbin dərgahında
    ƏMƏLLƏRİN NƏTİCƏSİ
    İnsanın bu dünyada gördüyü ixtiyari işlərin sonunda iki nəticə durur: Nəticələrdən birincisi bu dünyada, o birisi axirət aləmində görünür. İnsanın yaxşı işlərinin dünyəvi nəticəsi daha çox yaxşı iş üçün tövfiq tapmasıdır. Onun gördüyü pis işlərin nəticəsi isə yaxşı işlər üçün olan tövfiqin ondan alınmasıdır. Bununla da onun üçün günaha daha çox şərait yaranır. Beləliklə, insan iki əsas səbəb görə pis işlər görməkdən çəkinməlidir: Birincisi, axirət əzabı olan işin axirət nəticəsi, ikincisi, yaxşı işlər görmək üçün tövfiqin alınması və bu dünyada pis işlər görməyə daha çox aludə olmaq. Bu nəticələri düşünməklə insan öz əməllərində daha çox ehtiyatlı olub ilahi təqva yolu tutmalıdır; hər yeməyi yeməmək, hər sözü danışmamaq və ümumiyyətlə, nəfsə uyğun hər işdən çəkinmək lazım gəlir. İnsan öz işlərində Allahın razılığını düşünməlidir. Allaha bəndəlik və təqva yolu ilə əslində ilahi ünsiyyət məclisində iştirak sayılan dua və münacat üçün tövfiq tapmaq olar.
    Dünyəvi işlər də belədir; hər kəsi xalq məclisinə buraxmırlar; hər bir şəxs müxtəlif şəxslərlə, dostlarla, tanışlarla əlaqədə ola bilər. Amma onun öz ünsiyyət məclisi xüsusi kəslər üçündür. Müsəlman və Allahla heç bir düşmənçiliyi olmayan şəxslər çoxdur, lakin onlar Allahla ünsiyyət yaratmağa müvəffəq olmurlar. Yalnız Allahı həmişə düşünən və başqaları ilə münasibətdə öz əməl, rəftarlarına daha diqqətli olan şəxslər Allah ilə ünsiyyət məclisində iştirak üçün tövfiq tapırlar.
    Ömür boyu səhvlər nəticəsində çirkaba bulaşan şəxslər mübarək ramazan ayında özlərini bu aludəliklərdən təmizləməlidirlər. Çünki ramazan ayında onlara ilahi ziyafət nəsib olmuş və Allahın ünsiyyət məclisinə dəvət olunmuşlar. Bu ayda təqvaya adət etmək lazımdır ki, ramazan ayı qurtardıqdan sonra da təqva davam etsin.
    Bu ayın ən böyük bərəkətlərindən biri də insanın ən yaxşı ibadətlərə müvəffəq olmasıdır. Bu ayda insan əməllərinə qarşı daha ehtiyatlı olur. Hər yeməyi yemir, hər sözü danışmamağa çalışır, gözünə və qulağına nəzarət edir və sair. Beləliklə, ramazan ayında bu işlərə nəzarət üçün hər nə qədər çox çalışsa, ramazan ayından bir o qədər çox istifadə etmiş olacaq. Ay tamam olduqdan sonra insan bir ay təlaş sayəsində əldə etdiyi nəticələri qorumaq və ona verilmiş tövfiqlərin davamlı olması üçün çalışmalıdır.
    Beləliklə, insan həmişə dua və münacat halında olmaq üçün əvvəlcədən zəmin yaratmalıdır; gün uzunu bir neçə saat dünyəvi işlərdən uzaqlaşıb hal tapmalı, axirət işlərini düşünməli, alimlərin, Allahın saleh bəndələrinin məclisində iştirak etməlidir. Çünki pak və yaxşılarla ünsiyyət Allahı insanın yadına salır. Necə ki, dünyapərəstlər və batil insanlarla ünsiyyət insanı Allahdan xəbərsiz edir! İmamzadələrin, ilahi övliyaların və böyük şəxslərin qəbirlərinin ziyarəti insana Allahı xatırladan və onun diqqətini dünyadan çəkən işlərdəndir.
    Əgər azacıq tövfiq nəsibimiz olarsa, qürurlanmamalı və başqalarına alçaldıcı nəzərlərlə baxıb özümüzü ilahi tövfiqə çatmış və kamillik sahibi hesab etməməliyik.
    Yaxşı işlər görmək üçün tövfiq tapmaq böyük nemətdir. Lakin bu nemətin bizdə davamlı başqalarında isə müvəqqəti olacağı məlum deyil. Əvvəlcə ibadətkar və itaətkar olub, sonu yaxşılıqla qurtarmayan və günahkar olub, sonda yaxşı aqibətə düçar olan şəxslər çox olmuşdur. Buna görə günahkar şəxslərə də kiçildici nəzərlərlə baxmamalıyıq. Qürurlu və özünübəyənən kəslər Allahın ən böyük düşmənlərindəndir. Rəvayətlərdə göstərilir ki, bəzən insanların qürurlanmamaları üçün Allah gecə ibadəti üçün tövfiqi onlardan alır;(Kuleyni, "Üsuli-kafi”, 2-ci cild, "Ər-riza bil-qəza” babı, 4-cü rəvayət.)Çünki qürur insana o qədər ziyanlıdır ki, gecə namazı da bu ziyanı aradan götürə bilmir.
    "İlahi, bizi nicat gəmilərinə oturdub münacatının ləzzəti ilə kama çatdır; bizi məhəbbət çeşmələrinə sal, yaxınlıq və məhəbbət şirinliyini bizə dadızdır. Bizi öz yolunda təlaşa və Sənə itaətdə himmətli olmağa yönəlt . Amin ya Rəbbəl aləmin.”("Məfatihul-cinan”, imam Səccadın (ə) "Xəmsə Əşərə” münacatı, Mutiin münacatı.)
    (4)
    "Pərvərdigara, əgər boynumu qəhr zəncirinlə bağlasan, bütün xalq arasında ətanı mənə qadağan etsən, bəndələrinin nəzərində rüsvayçılığımı aşkarlasan, cəhənnəm oduna sürüklənməyimi göstəriş versən, mənimlə yaxşılar arasında ayrılıq salsan, yenə də ümidim Səndən qırılmayacaq, rəhmətinə olan ümidim üzülməyəcək, məhəbbətin qəlbimdən çıxmayacaq. Mən heç vaxt dünyadakı bəxşişlərini, eyblərimi örtməyini unutmayacağam”.
    QORXU VƏ ÜMİD İMAN ŞƏRTİDİR
    Şərif dualarda, xüsusilə mübarək ramazan ayı dualarında çeşidli təbirlərlə işarə olunmuş məsələlərdən biri ümid və qorxu, onlar arasındakı tarazlıqdır.
    Təbii ki, insan ilahi əzəməti dərk etdikdə onda kiçiklik və mütilik hissləri oyanır. Əzəmət qarşısında kiçiklik hissi insan psixologiyasındakı səciyyələrdəndir. İlahi əzəməti lazımınca dərk edən insan qorxu hissi keçirməyə bilməz. İlahi övliyalar elə qorxardılar ki, çöhrələrinin rəngi qaçar, vücudları vəsfəgəlməz şəkildə titrəyərdi. Həzrət Əli, imam Səccad və digər məsum imamların qorxu halını nəzərə almadan onları düzgün tanıya bilmərik.
    Əlbəttə, mömin şəxs bir bu qədər qorxu keçirməsinə baxmayaraq, həm də heç bir xətaya yol verməmiş kimi Allahın mərhəmətinə ümidvar olur.
    İmam Sadiq (ə) buyurur: Həkim Loğmanın övladına vəsiyyətlərindən biri də bu idi: "Allahdan elə qorx ki, cin və insin bütün yaxşılıqları qədər yaxşılığın olsa da, Allahın səni cəzalandıracağına inanasan. Ona elə ümidvar ol ki, cin və insin bütün günahlarına batmışsansa da, Allahın rəhmətindən ümidin üzülməsin.”("Üsuli-kafi”, 2-ci cild, səh.67, 1-ci rəvayət.)
    Çoxsaylı rəvayətlərdə bildirilir ki, möminin qəlbində eyni qədər qorxu və ümid olmalıdır. Nə qorxunun çoxluğu mərhəmət ümidini üzməməli, nə ümidin çoxluğu insanı qürrələndirməməlidir. İmam Sadiq (ə) buyurur: "Hər bir möminin qəlbində iki nur var: qorxu və ümid nuru. Onların hansı biri ölçülsə, o birindən çox gəlməz.” ("Üsuli-Kafi”, 2-ci cild, səh.67, 1-ci rəvayət.)
    İmam digər bir rəvayətdə buyurur: "Ariflərin Allahla xəlvəti söhbəti üç əsas üzərində qurulub: qorxu, ümid və məhəbbət. Qorxu elmin, ümid yəqinliyin, məhəbbət mərifətin məhsuludur.”("Biharul-ənvar”, 70-ci cild, səh.22, 22-ci rəvayət.)
    İMAM SƏCCADDA QORXU VƏ ÜMİDİN KAMİL TƏCƏSSÜMÜ
    İmam Səccad "Əbu-Həmzə” duasında bildirir: "Pərvərdigara, əgər boynumu qəhr zəncirinlə bağlasan, bütün xalq arasında ətanı mənə qadağan etsən, bəndələrinin nəzərində rüsvayçılığımı aşkarlasan, cəhənnəm oduna sürüklənməyimi göstəriş versən, mənimlə yaxşılar arasında ayrılıq salsan, yenə də ümidim Səndən qırılmayacaq, rəhmətinə olan ümidim üzülməyəcək, məhəbbətin qəlbimdən çıxmayacaq. Mən heç vaxt dünyadakı bəxşişlərini, eyblərimi örtməyini unutmayacağam”.
    Digər münacat və dualarda da məsum imamlardan nəql olunmuş oxşar təbirlər var. Həzrət Əmir (ə) bir şerdə belə deyir:
    Ya rəbb, min il məni əzabə çəksən,
    Ümidim yenə də qırılmaz Səndən.
    "Kumeyl” duasında belə ərz olunur: "Ey Mövlam, (bəndən) sonsuz helminə ümidli ikən əzab odunda necə qalacaq? Sənin fəzl və kəramətinə göz dikdiyi halda od onu necə yandıracaq?”
    Bu təbirləri oxuyarkən bir qədər düşünüb aydınlaşdırmalıyıq ki, doğrudanmı biz belə dua edə bilərik?
    Allahla bu sayaq sədaqətlə söhbət etmək gücümüz varmı? Əgər həqiqətən də qiyamət günü xalqın gözü qarşısında rüsvay edilsək, zəncirlənsək, cəhənnəmə göndərilsək yenə də Allahın rəhmətinə ümid edərikmi? İddia edə bilərikmi ki, məhəbbəti yenə qəlbimizdən çıxmaz, yenə də Ona dua edərik?
    Bu sayaq iddialar yetərincə çətindir. Biz səmimi halda bu sözləri deyə bilmərik. Dünyadakı əməl və rəftarlarımız buna şahiddir. Azca çətinliyə düşdükdə Allaha etiraz edirik. Nəinki qəlbimizdə sevgi qalmır, hətta, Allah eləməmiş, Ona qarşı kin saxlayırıq. Dünyaya o qədər əsir olmuşuq ki, ondan ayrılığı təsəvvür etmirik.
    Bəli, bizim hazırkı halımız bu sayaq iddialara yol vermir. Biz duanın bu hissəsini də başqa hissələri kimi öz dilimizdən oxuya bilmərik. Yalnız imam Səccad və həzrət Əmir (ə) kimi məsumlar bu sayaq iddialarda ola bilər. Biz hazırkı təbirləri yalnız onların dilindən təkrarlaya bilərik. Hər halda uyğun halı əldə etmək üçün, məqsədə yaxınlaşmaq niyyəti ilə səy göstərməliyik.
    ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU
    a) Allahın nemətlərinə diqqət: İlahi məhəbbət insanı itaətsizlikdən uzaqlaşdıran səbəbdir. Bəlalar bizi bürüyən vaxt Allahla yaxınlığı qoruyacaq məhəbbəti necə əldə edək? Nə edək ki, hətta cəhənnəmə sürüklənən vaxt da ümidimiz Allahın mərhəmətindən üzülməsin?
    Axirətdə belə bir hal əldə etmək mümkünsüzdür. Uyğun hal dünyada qazanılmalı, axirətdə özünü göstərməlidir.
    İlahi məhəbbəti hansı yolla qazanmaq olar? "Əbu-Həmzə” duasında zikr olunduğu kimi imam Səccad belə ərz edir: "(Pərvərdigara) Əgər məhəbbətin qəlbimdən çıxmırsa, bunun səbəbi nemətlərini unutmamağım, günahlarıma pərdə çəkdiyini yaddan çıxarmamağımdır”. Deyilənlərdən aydın olur ki, qəlbində ilahi məhəbbəti yaşatmaq istəyən kəs daim Allahı və Onun nemətlərini xatırlamalıdır.
    İslam Peyğəmbəri (s) buyurur: "Allahı sevin, O sizi nemətləri ilə qidalandırır.” ("Biharul-ənvar”, 70-ci cild, səh.16, 7-ci rəvayət.)
    Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala Musa ibn İmrana xitabən buyurdu: "Ey Musa, Məni xalqa sevdir” (bir iş gör ki, xalq Məni sevsin). Həzrət Musa (ə) ərz etdi: "Nə edim?” Xitab olundu: "Nemətlərimi onlara xatırlat”.("Biharul-ənvar”, 2-ci cild, səh.4, 6-cı rəvayət, 8-ci bab.)
    İnsan qarşı tərəfdən lütf görəndə təbii şəkildə qəlbində məhəbbət yaranır. Bu lütf çətinlik girdabına düşmüş insana daha çox təsir göstərir. Hər bir insan öz həyatında başqalarının yardımı ilə qurtulduğu problemlə üzləşib. İnsan bu sayaq lütfü ömrünün sonunadək unutmur və qəlbində həmin şəxsə qarşı məhəbbət yaranır.
    Beləliklə, Allaha qarşı məhəbbətli olmaq üçün Onun nemətlərini bir-bir yada salmalıyıq. Allahın bol nemətlərində qərq olduğumuzdan onları dərk etmir və onların dəyərindən xəbərsiz oluruq. Çətinliklə qarşılaşdığımız və ya bizdən hansısa nemətlər alınan zaman belə nemətlərimizin olduğunu, lakin onların qədrini bilmədiyimizi anlayırıq.
    "Cöşən səğir” duası bu mövzuda yüksək məzmuna malik olan bir duadır. Bu dua insanların mübtəla olduğu çətinlikləri (bizim də bu şeylərə mübtəla olmağımız mümkündür) açıqlayır. Əvvəldə Allahın bizi düşmənlərin pisliyindən necə qoruduğuna işarə edirik:
    «Bir çox düşmənlər mənə ədavət qılıncı çəkdi, kin xəncəri itilədi, qəzəb nizəsi göstərdi, məni öldürmək üçün ölümcül zəhər hazırladı, hədəfə dəyən oxlarla məni nişana aldı, gözləri məni izləyir, yuxuya getmirdi və ürəyində mənə bütün işgəncələri verib ölüm şərbətini dadızdırmaq istəyirdi. (Lakin sən o düşməni məndən uzaqlaşdırdın) Sən zəiflik və çarəsizliyimə nəzər saldın.»
    Sonra buyurdu:
    "Məni nemətlərinə şükür edənlərdən və yaxşılıqlarını düşünənlərdən qərar ver”.
    Beləliklə, Allahın nemətlərini düşünmək, örtdüyü xətaları yadda saxlamaq üçün vaxt ayırmalı, proqram tərtib etməliyik; Allahın nemətlərini düşünüb və bu nemətlər üçün Allaha sitayiş etməliyik. İmam Hüseynin (ə) buyurduğu kimi, bütün ömrünü ilahi nemətlərin şükrünə sərf etsə də, Onun tövfiqi olmadan bir nemətin şükrünü yerinə yetirə bilməz. İmam Hüseyn (ə) "Ərəfə” duasında buyurur: «(İlahi) Əgər əsrlərcə ömr etsəm, Sənin tövfiqin olmadan nemətlərindən birinin belə şükrünü yerinə yetirə bilmərəm. (Sənin tövfiqin də başqa bir nemətdir) Bu nemət də yeni və daimi bir şükr istəyir. Şükr etmək və şükr edənlər məqamına çatmaq Allahın mömin bəndəsinə əta etdiyi nemətlərdəndir. Yoxsa bəndə Onun nemətlərinin şükrünü necə edə bilər?»
    İmam Səccad (ə) buyurur:
    "(İlahi) Nemətlərin o qədər çoxdur ki, dilim onları saymağa aciz, düşüncəm onları dərk etməyə naqisdir. Çətin ki, onları hamısını saya gətirsin. Beləcə, mən bunların fikrini necə edə bilərəm? Sənə şükür demək (Allahın nemətlərindəndir) ayrıca bir şükür istəyər. Demək, hər zaman Sənə həmd və şükür etsəm, bunun üçün ayrıca bir həmd və "şükür etməliyəm!” ("Məfatihul-cinan”, "Münacati-xəmsə Əşərə”, 6-cı münacat.)
    Əlindən, dilindən gələrsə əgər,
    Öhdəsindən gəlib əlbət şükr edər.
    Allahın nemətlərini daha yaxşı tanıma yollarından biri də özümüzü bu nemətlərdən məhrum şəxslərlə müqayisə etməkdir. Bu yolla başqalarının məhrumluğunu Allahın bizə necə böyük nemətlər əta etdiyini anlayarıq. Nemətləri düşünmək Allaha qarşı məhəbbət yaranmasına və insanda ümidvarlıq və şükür halı icad olmasına səbəb olur.
    İmam Səccad (ə) "Əbu-Həmzə” duasının başqa bir hissəsində ilahi nemətləri açıqlayaraq deyir:
    "(İlahi) Mən Sənin ərsəyə gətirdiyin yetim bir uşağam, elm əta etdiyin bir nadanam, hidayət etdiyin bir azğınam, izzət və məhəbbət bağışladığın zəlil və rüsvay olmuş bir şəxsəm, arxayın etdiyin bir qorxağam, tox etdiyin bir acam, susuzluğunu yatırdığın bir susuzam, geyindirdiyin bir çılpağam, ehtiyacını ödədiyin bir fəqir və qüdrət verdiyin qüdrətsiz bir şəxsəm, böyük etdiyin bir kiçilmişəm, şəfa verdiyin bir xəstəyəm”.
    Bu nemətləri düşünmək insanın nemət verənə qarşı məhəbbətini artırmaqla yanaşı onun qəlbində ümid yaranmasına səbəb olur. İnsana bir bu qədər nemət əta edən Allah onu səbəbsiz olaraq cəhənnəmə salmaq istəmir. O səadət yolunu insanların üzünə açır, lakin bəndələrin tüğyanı və naşükürlüyü Allahın onlarla saleh bəndələr arasında fərq qoymasına səbəb olur. Buna görə də inad edən şəxslərə əzab verir.
    b) Allahın eybləri örtməsini düşünmək: Xalqın gözündən uzaqda batdığımız günahlardan camaatın xəbər tutmaması və bizim rüsvay olmamağımız üçün Allah zəmin yaratmışdır. Bu da Allahın ən böyük nemətlərindəndir ki, insana qiymət vermişdir. Bəzən insan xəlvətdə pis bir iş görür, lakin Allah onun günahını örtür və başqa günahlara mane olur. Əks-təqdirdə insan cəmiyyətdə görünə bilməzdi. Beləliklə, imam Səccad (ə) buyurur:
    "İlahi, mənə əta etdiyin nemətləri və dünyada örtdüyün eyblərimi unutmayacağam”.
    Beləliklə, Allahın məhəbbətini əldə edib onun artması və ilahi əfv və rəhmətə ümidvar olmaq üçün ilahi nemətləri hər gün düşünüb, onlar barəsində təfəkkür etmək üçün proqram qurmalıyıq. İlahi məhəbbət, qorxu və ümid heç biri öz-özünə yaranmır. Bu şeylərin əldə olunması üçün çalışmaq lazımdır.
    Mübarək ramazan ayında bu işlər üçün özümüzü hazırlamasaq, bundan münasib bir vaxt tapmayacağıq. Əgər bu fürsətlərdən faydalanmasaq, bir gün həsrət çəkib, peşiman olacağıq. Bir də ayılıb görəcəyik ki, başqa bir ramazan da ötüb keçdi, lakin günahlarımızdan tövbə etmədik, özümüz üçün yaratdığımız çətinliklərə əlac tapmadıq; canımızda şölələnmiş odlara su səpməmişik, xalqın öhdəmizdə olan haqlarını ödəməmişik, qeybətlər, töhmətlər, yalanlar və başqa günahlarımızı təmizləməmişik.
    "İlahi! Bu gün dilimlə Sənin şükrünü edə biləcəyəmmi və ya işlərimdə son həddə çalışmaqla Sənin razılığını əldə edəcəyəmmi? Lakin şükrünü əda etmək üçün nə dilimin qüvvəsi var, nə də Sənin sonsuz nemətlərinin müqabilində əməllərimin dəyər var?!”
    ("Əbu-Həmzə” duasından bir hissə)
    (5)
    "Ey mənim mövlam, yalnız Sənin zikrinlə qəlbim dirilir və Sənin münacatınla özümdə qorxu ağrısına təskinlik tapıram”.
    Bu qısa cümlədə iki mühüm nöqtəyə işarə olunmuşdur: Allahın zikri və mənəvi həyat (qəlb həyatı).
    Category: Rəbbin dərgahında | Views: 913 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024