İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    6:23 AM
    Rəbbin dərgahında
    ALLAHIN ZİKRİ
    Bütün şəri təkliflərin, xüsusi ilə də, ibadətin əsas hədəfi Allahla insan arasında əlaqənin güclənməsidir. Bütün şəri təkliflərin ruhu Allahı düşünmək və onu yad etməkdir. Başqa sözlə, əməllərin düzgünlüyünün, bəzi hallarda isə kamil olmasının şərti insanın əməl zamanı Allahı düşünməsidir. Ən üstün ibadət və çox təkid olunmuş namaz haqqında Quranda buyurulur: "Məni düşünmək üçün namaz qıl.”("Taha” surəsi, ayə 14.) Başqa ibadətlər barəsində fəqihlər deyir: "Əgər Allahı düşünmədən olarsa, Onun göstərişlərinə itaət sayılmır”.
    ZİKRİN HƏQİQƏTİ
    "Zikr”, yəni nə? "Zikr” sözü ərəb dilində müxtəlif mənalarda işlənir. Bütün bunların kökü bizim dilimizdəki "xatırlatma” sözündəndir. Əlbəttə, bəzən müəyyən münasibətlə səmavi kitablar və peyğəmbərlərə "zikr” deyilmişdir. Məsələn, Quran Tövrat barəsində buyurur:
    "Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazdıq: "Həqiqətən Mənim saleh bəndələrim yerə varis olacaqlar.” ("Ənbiya” surəsi, ayə 105.)
    Bir çox ayələrdə Quranın özü haqqında da "zikr” sözü işlənmişdir:
    "Şübhəsiz, zikri (Quranı) biz nazil etdik və biz də onu qoruyub saxlayacağıq.”("Hicr” surəsi, ayə 9.)
    Zikr sözünün səmavi kitablara və ya peyğəmbərlərə aid edilməsi onların xalqa Allahı xatırlatması ilə bağlıdır. Xalq bu kitabları oxumaq və peyğəmbərləri görməklə Allahı düşünür. (Ədiblərin sözünə əsasən səbəbiyyət əlaqəsi vardır.)
    Beləliklə, zikr sözünün əsas lüğət mənası "düşünmə və xatırlamadır”. Kimisə və ya nəyisə düşünmək bəzən yalnız qəlbə aid olur. Bəzən isə zikr qəlbdən əlavə dildə də özünü göstərir. Siz "filan dostumu xatırladım”, "filan hadisə və ya xatirə yadıma düşdü” dedikdə bu xatırlama sizin zehninizə çatmış qəlbi bir iş sayılır. Xatırlama, yad etmə əslində qəlbə aid işdir. Amma o qəlbdən dilə də keçir. Öz dostunuza deyirsiniz: "Sizin xeyir zikriniz oldu”. (Sizin haqqınızda xoş söz deyildi.) Yəni qəlbdə düşünməkdən əlavə dildə də onun adı çəkildi. Dil zikri qəlbi düşüncədən doğur. İnsanın zehni hansısa bir işi düşünməzsə, dil bu iş haqqında bir söz deyə bilməz. Buna görə də dil zikri zikrin həqiqəti olan qəlbi düşüncədən danışır. Burada işarə etmək yaxşı olar ki, adi işlərdə həmişə dil zikri qəlbi düşüncə ilə yanaşı olur. Amma çox təəssüf ki, ilahi zikrə gəldikdə, adətən, bizim zikrlərimiz qəlbin iştirakı ilə yanaşı olmur. Bəzən namaz qılırıq, Quran oxuyuruq, lakin öz zehn və düşüncəmizdə qətiyyən Allahı xatırlamırıq. Lakin namazın fəlsəfə və həqiqəti Allahı düşünməkdən savay bir şey deyil. Hətta dua edib Allahdan bir şey istədiyimiz zaman da onu düşünmürük. Bir çoxlarımız namaz qıldığımız zaman bizə bəsirət gözü ilə baxan olsa, qadın, övlad, iş-güc, ev, maşın və məqam kimi bir yığın arzular görər. Biz bu xəyallardan ibarət bir toplumuq. Tamamilə olmayan yeganə şey Allahı düşünməyimizdir.
    Lakin zikrin həqiqəti həmin qəlbi düşüncədir. Quran buyurur: "Rəbbini qəlbində, ahəstə, yalvararaq və aramcasına yad et.”("Ə`raf” surəsi, ayə 205.)
    Allahı düşünmək üçün fəryad çəkməyə ehtiyac yoxdur. İnsanın haray çəkərək Allahın adını dilə gətirməsi yaxşı deyil. Bu ayə bizə göstəriş verir ki, Allahın zikri zümzümə ilə və dodaq altında olmalıdır. Əlbəttə, Allahın zikri şüar şəklində olduqda (məsələn azan, təkbir və ya döyüş meydanlarında) ucadan olmalıdır ki, məqsədə çatmaq olsun.
    ARAMLIQ YALNIZ ALLAHI DÜŞÜNMƏKLƏ YARANIR
    İnsanın bu dünyadakı həyatı iztirablar və həyəcanlarla ötüşür. Hətta bəzi insansevən məktəblər iztirab və həyəcanı insan həyatı və insan vücudunun qurucu amili, başqa sözlə, insanın təkamül fəsli hesab edirlər. Onlar deyirlər: İnsanın insan olması iztirab və həyəcan keçirməsi ilə bağlıdır. Əlbəttə, bu nəzərdə çox ifrata varılır və həqiqətin bir hissəsi göstərilir. İnsanlar adətən müxtəlif səbəblərdən iztirab və həyəcan keçirir, həmişə gələcəkdən ötrü nigaran olurlar. Bu hal bir tərəfdən faydalıdır və insanda müsbət təsirlər qoya bilər. Lakin ümumilikdə bəyənilmiş hal hesab olunmur. İnsan fitrətən sakitlik tələbindədir. Əgər az-çox nigarançılığı vardırsa, daha üstün sakitliklə bu nigarançılıq aradan qaldırılmalı, insan qəlbinin dərinliyi sakit və arxayın olmalıdır. Cüzi nigarançılıqlar dənizin üzündəki dalğalar kimi olmalıdır. Dənizin dərinliyi isə həmişə sakit olur. İnsan qəlbinin dərinlikləri də sakit və əmin olmalıdır. Nigarançılıqlar səthi və tez ötüb gedən dalğalar kimi uzaqlaşmalıdır. Yoxsa həyat insan üçün qaranlıq və zülmət olar.
    İnsan hansı yolla arxayınlıq və xatircəmlik tapa bilər? Quran buyurur ki, yalnız Allahı düşünmək iztirablı və pərişan qəlblərə sakitlik verə bilər:
    "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”("Rə`d” surəsi, ayə 28.)
    Həqiqətən, Allahı düşünən və bu düşüncə canının dərinliyinə nüfuz etmiş şəxslər elə bir aramlıq və arxayınlıq tapırlar ki, heç bir hadisə onları iztirablı və pərişan edə bilmir. Bizim zəmanədə imam Xomeyni (r) belə nümunələrdəndir. Ən böyük hadisələr baş verən vaxt (dağları tərpədən hadisələr) bu ilahi şəxs öz sakitliyini əldən vermirdi. Sanki heç bir şey baş verməmişdi. Bu necə qəlbdir, haradan qaynaqlanır? Şərq və qərb onunla düşmənçilik edir, lakin o, möhkəm və davamlı şəkildə öz hədəfinin ardınca gedir. Bu sakitlik və qüdrət yalnız Allahı düşünmək sayəsində əldə olunur. Əgər biz bu sakitlikdən az faydalanırıqsa və ya faydalanmırıqsa, deməli, qəlbimizdə Allah düşüncəsi zəifdir. Allahı düşünmək hər nə qədər güclü olarsa, qəlb sakitliyi də bir o qədər çox olar.
    Naqis bir misal kimi, dərya sahilində bir gəmi təsəvvür edin. Əgər bu gəmi sahildə möhkəm bir şeyə bağlanmasa dalğalar onu hərəkətə gətirər və yerini dəyişər. Dalğalar çox güclü olsa, Onu lərzəyə gətirər, sonda qərq edər. Lakin gəmi sahildə möhkəm bir şeyə bağlanmış olarsa, dalğalar hər nə qədər güclü olsa da, onu lərzəyə gətirə bilməz. Gəmi bir az tərpənə bilər, lakin qərq olmaz.
    Mömin də Allahın sonsuz qüdrətinə güvənir. Buna görə də hadisələr onu əldən sala bilmir.
    Rəvayətlər mömini dağa, hətta ondan da möhkəm varlığa oxşadır. Çünki tufan nəticəsində dağdan bəzi zərrələr ayrılır. Lakin hadisələrin acı küləyi möminin imanından zərrə qədər azalda bilmir. Mömin möhkəm bir dağ kimidir, hadisə küləkləri onu tərpətmir (ona təsir edə bilmir).("Biharul-ənvar”, 24-ci cild, səh.104, 15-ci rəvayət.)
    Nə üçün? Çünki onun qəlbi silkələnməz, lərzəyə gəlməz və davamlı bir yerə bağlıdır. Beləliklə, Allahı düşünmək əbədi qurtuluşdan əlavə, dünyada sakitliyə (vəsfolunmaz dəyərli bir nemətə) səbəb olur.
    ALLAHIN ÖZ DOSTLARINA (ÖVLİYALARINA) XÜSUSİ DİQQƏTİ
    Allah Quranda zikr barəsində dərk olunası incə bir təbir buyurmuşdur: "Məni yad edin ki, mən də sizi yad edəm!”
    Bu təbir müxtəlif mərifət mərtəbələrində fərqli təhlil oluna bilər. Əlbəttə, Allah heç bir halda kimdən və bir şeydən xəbərsiz deyil; "Rəbbin nə etdiklərinizdən qafil deyil.” ("Hud” surəsi, ayə 123.)
    Allah heç bir şeyi unutmur: "Rəbbin unudan deyil.” ("Məryəm” surəsi, ayə 64.)
    Allahın elmi keçmişi, indini və gələcəyi əhatə edir. Heç bir şey ondan gizli deyildir; "Yerdə və göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz.” ("Yunus” surəsi, ayə 61)
    Məlum olur ki, "Məni yad edin ki, mən də sizi yad edəm” buyuruğundakı zikr başqa bir zikrdir. Bu, Allahın öz dostlarına münasibətdə xüsusi bir diqqətidir. Uyğun diqqət bütün varlığa aid ümumi diqqət deyil.
    Bəzi təfsirçilər bu ayənin təfsiri ilə bağlı deyirlər:
    Allah demək istəyir ki, siz yaxşı əməllərinizlə Məni yad edin, Mən də öz rəhmət və mükafatımla sizi yad edim. Bu həqiqətin kiçik bir hissəsini bəyan edən nəticədir. Lakin ayə daha lətif və dəqiq bir mövzuya işarə ola bilər; məhəbbət şirinliyini dadmış şəxslər daim məhbubun onları düşünməsi istəyindədirlər. Məsələn, məhbubu ilə olduğu bir məclisdə bəzən məhbubun göz ucu ona tərəf baxmasını istəyir. Sadiq aşiqin məşuqun diqqətindən aldığı bu ləzzət bütün maddi ləzzətlərdən üstün və dəyərlidir. Allah-təala öz dostlarına tez-tez bu növ işarələr edir.
    Buna görə də Allah buyurur: Əgər sizə (xüsusi) diqqət etməyimi istəyirsinizsə, siz də Məni düşünün.
    Vermək istəməsən məşuqu əldən
    Eşq bağın əlində möhkəm saxla sən.
    Buna görə də, ilahi məhəbbət şirinliyini zərrə qədər dadmış şəxslər onu bir an belə unutmurlar. Yuxudan qalxan zaman dillərinə gətirdikləri birinci söz Allahın zikri olur. Böyüklərdən bəziləri buyururlar: İnsan təlaş nəticəsində elə bir məqama çatır ki, təkcə ibadətdə yox, başqa işlər gördüyü zaman da, yaşayış işlərinə məşğul olan və xalq ilə ünsiyyət saxlayan zaman da qəlbində Allahı düşünür. Yuxu zamanı da bu diqqətin təsirli olması mümkündür. Hətta yuxu zamanı insanda daha şiddətli diqqət yarana bilər. Bəlkə elə buna görə də deyirlər: "Möminin yuxusu ibadətdir”.
    Beləliklə, Allahı yad etmək Onun öz zikr edən bəndəsinə xüsusi diqqətinə səbəb olur. Mərhum Əllamədən dəyərli ömrünün axırlarında bəzən nəsihət istəyirdilər. Bir neçə dəfə belə tələbdən sonra mərhum bu şərif ayəni oxuyur: "Məni yad edin ki, Mən də sizi yad edəm”. Allahın öz bəndəsinə diqqətinin əhəmiyyət və dəyərini qiyamət günü, kafirlər üçün Allahın onlara diqqət yetirməməsinin dərd olduğunu gördükdə anlayacağıq. Allah qiyamət günü kafirlərin həsrət və əzabının şiddətini bildirmək üçün buyurur: "Allah onlarla söhbət etmir, onlara nəzər salmır.”("Ali-İmran” surəsi, ayə 77.)
    Bu onlar üçün ən üzücü və ən böyük əzabdır. Biz Allahı yad etməməyin necə də ağrılı olduğunu indi dərk etməsək də, axirət günü pərdələr kənara çəkilən zaman dərk edəsiyik. Hətta kafirlər də bu itkinin əhəmiyyətini dərk edəcək.
    BÜTÜN HALLARDA ALLAH ZİKRİ
    Sözümüzü Allah zikrinin bütün hallarda yaxşı olduğunu bəyan edən bir rəvayətlə tamamlayırıq. İnsan maddi və heyvani istəklərə sahib olduğundan bəzən bu istəklərə uyğun əməl edir. Əvvəlcə insan bu halda Allahı zikr etməyin yaxşı iş olmadığını düşünür. Lakin Allah buyurur: "Bu halda da Allahı unutmayın”. Bəli, bizə göstəriş verilib ki, günah işlər görən zaman üzüqibləyə olmayaq.
    İnsanın bütün halları üçün məsumlardan nəql olunmuş dualar (ən çox bu duaları onlar özləri oxuyurdu) bəndənin heç bir zaman Allahı unutmamalı olduğunu göstərir.
    Peyğəmbər (s) barəsində nəql olunur:
    "Allahı zikr etməmiş oturmaz və qalxmazdı.” (Təbərsi, "Məkarimul-əxlaq” səh.14.) Hətta həzrətin qalxdığı və ya oturduğu zaman oxuduğu zikrlər nəql olunmuşdur. Hər vaxt yeni paltar geysəydi xüsusi zikr edərdi. Yatdığı zaman xüsusi zikr, bəzən isə "ayətəl-kürsi” oxuyurdu. Yuxudan qalxan zaman isə əvvəlcə səcdəyə gedib, Allaha sitayiş edirdi. İmam Baqir (ə) buyurur:
    "Allahın rəsulu yuxudan oyanan kimi səcdə edərdi.” (Təbərsi, "Məkarimul-əxlaq”, səh.39.)
    Həzrət yuxudan ayıldıqdan sonra ayrıca bir zikr deyirdi. Hidayət imamlarından nəql olunmuş başqa xəbərlərdə də möminin həmişə Allahı zikr etməli olduğu göstərilir. Bütün hallarda, hər bir iş Allahın zikri ilə başlamalıdır.
    Allah Musa ibn İmrana buyurdu: "Ey Musa, heç bir halda Məni unutma və Məni yad etməkdən qafil olma.” Musa ərz etdi: "İlahi, bəzi hallarda Səni düşünməyə utanıram.” Xitab olundu:
    "Hətta o halda da Məni düşünmək yaxşıdır.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 13-cü cild, səh.343, 21-ci rəvayət.)
    Quran nəzərincə də heç bir şey möminin Allahı düşünməsinə mane ola bilməz. Sadiq möminlərin sifətləri barəsində buyurur:
    "(Möminlər o kəslərdir ki,) Nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” ("Nur” surəsi, ayə 37.)
    Zahirdə iş-güclə məşğul olub, xalqla ünsiyyətdə olmalarına baxmayaraq, onların diqqəti həmişə Allahdadır. Heç bir şey onların Allahdan qafil olmalarına səbəb olmur. Allah merac gecəsi peyğəmbərinə möminləri vəsf edərək belə buyurdu: «Möminlər dünyadan gedən zaman onlardan soruşular ki, dünyanı necə tərk etdiniz? (Dünyadan nə xəbər var?) Belə cavab verərlər: "İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığı gündən Sənin məqamından qorxmuşam”. Bu zaman Allah buyurur: "Düz dedin, ey Mənim bəndəm. Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”» ("Biharul-ənvar”, 77-ci cild, səh.21.)
    ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR
    Bəli, əgər həqiqi möminlər dünyanı düşünür-lərsə, bu düşüncə səthi və çarəsizlikdəndir. Lakin onlar qəlblərinin dərinliyində Allahı düşünürlər. Onlar bəzən dünya nemətlərini də xatırlayırlar. Çünki bu nemətlər məşuq tərəfindən olan bir hədiyyədir. Əgər məşuq tərəfindən aşiqə bir çiçək çatarsa, bu hədiyyə aşiq üçün bütün dünyadan üstün və dəyərli olar.
    Allahın övliyaları dünyada maddi ləzzətləri düşünmürlər. Axirətdə də başqa möminlər ilahi nemətlərdən faydalanarkən onlar öz Allahları ilə raz-niyaz edirlər.
    Merac hədisində buyurulur:
    "Behişt əhli behişt yeməkləri və şərablarından ləzzət alan zaman bu dəstə Məni yad edir və Mənimlə söhbətdən ləzzət alırlar.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 77-ci cild, səh.23, 6-cı rəvayət..)
    Behişt şərabları və yeməkləri dünya yeməkləri və şərablarından çox dəyərlidir, hətta müqayisə olunmaz dərəcədədir. Yüksək iradəli şəxslər dünyanın haram ləzzətlərinə göz yumub, behiştin şərab və yeməklərinə çatmaq istəyirlər. Lakin Allahı yad edən və onunla ünsiyyətin şirinliyini dərk edən şəxslər cənnət şərabları və yeməklərinə də diqqət ayırmırlar. "Dost bizim, onun bütün nemətləri isə sizin!”
    Belə möminlər hətta Allahla ünsiyyətdən başqa bir şeydən ləzzət aldıqda Allahdan bağışlanmaq istəyirlər. İmam Səccad (ə) öz münacatından Allaha ərz edir:
    "İlahi, Səni yad etməkdən başqa bir şeydən ləzzət aldığıma görə bağışlanmaq istəyirəm. Səninlə ünsiyyətdən savay hər bir rahatlığa və Sənə yaxınlıq məqamından başqa hər bir şadlıq və sevincə görə bağışlanmaq istəyirəm.”(""Məfatihul-cinan”, Münacati Xəmsə Əşərə..)
    Onlar Allahın zikrində nə görmüşlər ki, başqa ləzzətlərə qarşı bu qədər etinasızdırlar? Bu sualın cavabını "Məni yad edin ki, sizi yad edəm” ayəsində tapmaq olar. Merac hədisində daha aydın şəkildə bəyan olunmuşdur:
    "Ənzuru iləyhim kullə yəvmin səbinə mərrəh”.
    Bu, həqiqətdə onların Allah zikrində tapdığı həmin ləzzətdir. Məhbubun onları düşünməsi!
    "Allahım, dilimi zikrinlə hərəkətə gətir, qəlbimi eşq və məhəbbətinlə məğlub et. Qəbulunun gözəlliyi ilə mənə minnət qoy.”("Məfatihul-cinan”, Kumeyl duasından bir hissə..)
    (6)
    "Ey mənim Ağam, yalnız Səni yad etməklə qəlbim dirilir və Sənin münacatınla özümdəki qorxu (ayrılıq) dərdinə təskinlik verirəm”.
    Category: Rəbbin dərgahında | Views: 932 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024