İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    5:57 AM
    Rəbbin dərgahında
    QƏLBİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
    Allahı yad etmək və Allah zikri Quranın şərif ayələrində, imamların kəlamlarında xüsusi təkid və diqqətlə qeyd olunmuşdur. Allah zikri insanın müvəqqəti və məhdud həyatına sonsuz dəyər verən və insanın qəlbini həqiqətlərin qəbulu üçün işıqlandıran bir zinət kimi göstərilmişdir.
    Pak və sağlam qəlbin xüsusiyyətlərindən biri də onun həqiqətləri tam göstərə bilən bir güzgüyə bənzəməsidir. İnsanın qəlbi öz fitri və təbii halında qalaraq, günah və dünyaya şiddətli bağlılıq nəticəsində pas bağlamazsa, həqiqətləri özündə əks etdirər. Lakin qəlb öz fitri halından xaric olduqda həqiqətləri lazımınca dərk edə bilməz. Allah zikri belə qəlblərə zinət verir. Həzrət Əli (ə) buyurur:
    "Həqiqətən, sübhan Allah öz zikrini qəlblər üçün nur (cəla) qərar vermişdir. Bunun sayəsində karlığın yerini eşitmə, korluğun yerini iti baxış tutur.” ("Nəhcül-Bəlağə”, sübhi saleh, 222-ci xütbə.) Bir şey paslandıqda onun pasının təmizlənib parıldadılması "cəla” adlanır. Məsələn, rütubətdə qalıb pas basmış dəmir parçası cəlalandıqda (cilalandıqda) parıltı verir. İnsan qəlbi də müəyyən səbəblərdən pas atır. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, qəlblər də dəmir kimi paslanır. Quran qiraəti və ölümü yada salmaq onlar üçün cəladır.”("Mustədrəkul-vəsail”, 2-ci cild, səh.104, 1548-ci rəvayət.)
    Yuxarıdakı ifadələrdə həzrət Əli (ə) buyurur: Qəlbin gözü, qulağı var və bəzi səbəblərdən kor və ya kar olur, həqiqətləri düzgün anlamır. Qəlb güzgüsü çirklənir və həqiqətləri əks etdirmir. Həzrət bu şeylərin əlacını Allahı zikr etməkdə görür və buyurur: "Zikr nəticəsində qəlb gözü işıqlı və qəlb qulağı eşidən olur. Bu zaman qəlb əvvəllər dərk etməkdə aciz olduğu həqiqətləri qavrayır”. Bunun ardında həzrət buyurur: "Və yətənəssimunə biduaihi rəvhət-təcavuzi”.
    Sanki qəlbin qoxubilmə qabiliyyəti vardır. Bu hissiyyat həmin səbəblər nəticəsində bağlanır və ilahi zikr onu yenidən gücləndirir. Buna görə də buyurur: "Allahı zikr edən kəslər ilahi rəhmət nəsimini qoxulayırlar”.
    Məlum olur ki, qəlbimizin gözü və hissləri naqisdir. İlahi övliyaların dərk etdiyi bir çox şeyləri bizim qəlbimiz hiss etmir. Əgər azacıq hissiyyatı olsaydı, günah yükünün ağırlığını hiss edərdi.
    Allahın övliyaları bir günahın nə qədər ağır və necə də pis aqibətlə tamamlandığını bilirlər. Buna görə də həddindən artıq tabdan düşüb lərzəyə gəlirlər.
    Günah çoxalan zaman (bir iki olur, iki üç, bu qayda ilə minə çatır) insan qəfildən çiynində dağ olduğunu hiss edib ixtiyarsız olaraq fəryad çəkir. Çünki bunun üçün onda dözüm yoxdur. Əgər ucadan fəryad çəkmiriksə, demək, günah yükünün ağırlığını anlamırıq. Qəlbimizin hissləri işdən düşmüş, korlaşmışdır. Qəlbimizin iy bilmə duyğusu günahın üfunətli iyini hiss etmir. Biz murdarları yeyir, iyini belə hiss etmirik.
    "Məgər öz ölmüş qardaşının ətini yemək istəyən bir kəs varmı?” ("Hucurat” surəsi, ayə 12.)Biz qeybət etdikdə nəinki üfunət hiss etmir, hətta ləzzət alırıq. Məlum olur ki, bizim qəlbimizin iybilmə duyğusu zəifdir. Həzrət Əli (ə) buyurur: "Allah düşüncəsini özlərinə məşğuliyyət etmiş şəxslər ilahi rəhmət nəsimini qoxulayırlar. İlahi rəhmət nəsiminin xoş qoxusu var. Lakin biz onu dərk etmirik və onunla tanışlığımız yoxdur. Çünki qəlbimizin iybilmə duyğusu zəifləmişdir.
    Şübhəsiz, Allahı zikr etmək dedikdə dil zikri nəzərdə tutulmur. Qəlb iştirakı olmadan dil ilə sözlər tələffüz etmək hər bir münafiq və kafirin əlindən gələr. Demək, həqiqi zikr üçün meyar və mehvər dil yox, qəlbdir. Həqiqi zikr qəlbə nüfuz edib onu işıqlandırır.
    Əlbəttə, zikr əslində qəlbə aid düşüncə və diqqət olsa da, dil zikri də faydasız, təsirsiz deyil. Dillə olan zikr bir çox faydasız və boş sözlərdən üstündür. Hidayət imamları həmişə (səhabələrlə söhbət edib, onların suallarına cavab verməyə məşğul olmayan vaxtlar) dillə zikr edirdilər. İmam Sadiq (ə) buyurur: "Atam imam Baqirin (ə) dili damağına yapışmışdı.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 46-cı cild, səh.297, 29-cu rəvayət.)Yəni həmişə "la ilahə illəllah” zikrini deyirdi.
    Qəlb dərya kimidir. Zikr onda təsir qoyur. Bəzən zikr kiçik bir daş kimi dəryaya düşməklə səthi dalğa yaradır və tez bir zamanda ötüb keçir. Bu bizim etdiyimiz bir çox zikr və ibadətlərə bənzəyir. İbadət və zikrlərimiz səthi dalğa kimidir və qəlbimizin dərinliyində yer tapmamışdır. Dilimizdə uyğun sözləri deyirik, lakin fikrimiz başqa yerdə olur. O zaman özümüzə gəlirik ki, ibadətimiz başa çatıb. Lakin bəzən zikr ağır tufan kimi qəlbi alt-üst edir və əbədi təsir qoyur. Demək, qəlbin xüsusiyyətlərindən biri də budur ki, pak və sağlam olduqda həqiqətləri düzgün dərk edə bilir.
    İnsan qəlbinin digər bir xüsusiyyəti onun hər şey üçün keçid ola bilməsidir. İnsan qəlb cilovunu boşladıqda o hər an kiminsə və ya nəyinsə ixtiyarına keçir. Qəlb elə bir məkr bazarına çevrilər ki, insan özü bundan xəbərsiz qalar. İnsanın bir neçə dəqiqə öz-özlüyündə düşünməsi və qəlbindən keçənləri yadda saxlaması kifayətdir. Bu zaman qəlbində, xəbərsiz qaldığı böyük bir qırğın getdiyini anlayacaqdır! Bəzən neçə dəqiqəlik bir ibadətdə (məsələn, iki rəkətlik namazda) insanı cürbə cür fikirlər məşğul edir. Bu fikirlər onu o tərəfə-bu tərəfə çəkir. İnsan özü bundan xəbərdar olduqda heyrətlənir. Bu iş yalnız ayıqlıqda yox, insanın yuxusunda da özünü göstərir.
    QƏLB DƏYƏRİ
    Qəlb və ürəyin dəyəri onun yol tapdığı həqiqətdir: Həqiqətən də, qəlb ona tapşırılmış şeydən dəyərlənir. Buna görə də bəzən o qədər süqut edib, dəyərsiz olur ki, tövlə və ondan da çirkin hala düşür! Bəzən isə o qədər ucalır ki, "rəhman ərşi” olur. Bu hal insanın öz ixtiyarındadır. Daim mal, məqam, inək, qoyun və öz tarlasının fikrində olub, başqa heç bir şey düşünməyən şəxsin qəlbi tövlədən savay bir şey deyil. Daim torpaq, mülk, ev, alver və ticarətdə hiyləgərlik fikrində olan qəlb mülkü müamilələr aparılan müəssisədən savay bir şey deyil. Daim bu maşın, o maşın, filan model fikrində olan şəxsin qəlbini avtomobil parkı adlandırsaq, əbəs söz demiş oluruqmu?
    Bunun müqabilində qəlbi "qəlbəl-mömin ərşər-rəhman” nümunəsi olan kəsə tapşırmaq olar. Əgər Allah qəlbimizdə olsa və qəlbimiz Ona tapşırılsa, həyatımızın günləri Onun zikri ilə keçər. Belə bir qəlb Allahın yeri və Onun ərşidir. Demək, Allah zikri qəlbi bu qədər ucaldıb dəyərləndirir.
    Beləliklə, qəlbi özbaşına buraxsan qapısız bir məhəllə (karvansara) olacaqdır. Ona ətrafdakı bütün karvanlar girib-çıxasıdır. Mümkündür ki, şəxsin özünün də bu işdən xəbəri olmasın. Lakin insan öz qəlbini ixtiyarında saxlayarsa, necə qiymətli ünsür olduğunu və nə qədər inkişaf və təkamül istedadı olduğunu anlayacaqdır. Torpaq qəlbdə gizli və qiymətli bir almaz var. Məharətli mə’dənşünas onu torpaqdan çıxarıb qiymətli olduğunu sübuta yetirir.
    Bu diyarın gövhər axtaranları peyğəmbərlər və məsum övliyalardır. İnsan qəlbinin almazşünası həzrət Əlidir (ə). O buyurur: "Qəlbə Allahın zikri ilə cəla verin ki, həqiqətlər aşkar olunsun”. Bu dəryanın həqiqi gövhər tanıyanı imam Səccaddır (ə). O isə belə buyurur: "Qəlbin həyatı və diriliyi Allahın zikri və Onu yad etməklədir”. Əgər qəlbdə Allah zikri olmasa, başqa şeylər olasıdır. Qəlbin dəyəri onun düşündüyü şeylərdədir.
    Hər halda Allahı yad etməyin bir çox təsirləri vardır ki, onların hamısını izah etməyə fürsətimiz yoxdur. Ən mühüm təsirlərdən biri isə imam Səccadın (ə) buyurduğu kimi "qəlbin diriliyidir”.
    İNSANIN MƏNƏVİ HƏYATI
    Həyatın mərtəbələri var. Onun bir mərtəbəsi nəbatatla bağlıdır və bitkilərə aid edilir. Bu səbəbdən də bitki "diri” və "ölü” olmaqla iki yerə bölünür. İnkişaf və artım bitki həyatının səciyyələridir. Bu sayaq həyat "nəbati” həyat adlanır. Həyatın daha üstün mərtəbəsi heyvani həyatdır. Belə bir həyatın inkişaf və artımdan əlavə hərəkət və idrak səciyyələri var. Bu səciyyələrə malik mövcud heyvani həyat yaşayır.
    İnsanın həm nəbati, həm heyvani həyatı var. O həm inkişaf edir, həm artır, həm hərəkət edir, həm də qavrayır. Əlbəttə ki, ondakı bu səciyyələr heyvan və bitkidə olduğundan daha dərin və daha genişdir. Bu səciyyələrə görə insan bitki və heyvan növü ilə müştərəkdir. Biz həyat dedikdə, adətən, yuxarıda deyilənləri düşünürük. Qidalanma və inkişaf nəbati həyatın şərtidir. Heyvani həyat üçün isə idrak və iradi hərəkət zərurətdir. Yalnız bu səciyyələrə malik mövcuda diri deyirlər. Bu səciyyələrdən məhrum mövcud ölü sayılır. Lakin Qurani-Kərim və Əhli-beyt (ə) göstərişlərindən məlum olur ki, insan nəbati və heyvani həyatdan da üstün bir həyat yaşaya bilər. Bu mənəvi həyatdır. Bu üstün həyatın şərtləri vardır. Əgər insanda bu şərtlər ödənməsə, əslində o insan olmayacaqdır. Baxmayaraq ki, heyvani həyat baxımından diri sayılır. Bizim insanın diriliyi üçün götürdüyümüz meyar adətən insani birlik yox, heyvani birlik meyarıdır. Yemək, nəfəs almaq, dərk etmək, hərəkət və bu kimi şeylər nəbati və heyvani həyatın şərtləridir. Lakin insani həyat ayrı bir həqiqətdir. Quran buyurur:
    "Heç ölü ikən dirildiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?”("Ən`am” surəsi, ayə 122.)
    Bu ayədən məlum olur ki, insan nuraniyyət ilə şərtlənən bir həyat yaşaya bilər. Beləliklə, əgər insan nuraniyyət sahibi olarsa diri, əgər ondan məhrum olarsa ölü insan sayılır. Baxmayaraq ki, nəbati və heyvani həyatı vardır!
    "Onun surəti insan surətidir. Lakin qəlbi heyvan qəlbidir. Nə qurtuluş yolunu tanıyır ki, onu keçsin, nə də azğınlıq yolunu tanıyır ki, ondan qaçsın; belə bir şəxs dirilər arasında bir ölüdür.” ("Nəhcül-bəlağə”, sübhi saleh, 87-ci xütbə.)
    "Əbu-Həmzə” duasının "Sənin zikrinlə qəlbim diridir” cümləsində də imam Səccad (ə) bu üstün həyata işarə etmişdir. Bu həyatın sütunları Allahın zikridir. Necə ki, nəbati həyatın möhkəmliyi inkişafda, heyvani həyatın möhkəmliyi şüur və idrakdadır.
    Oksigen insana çatmadıqda qısa bir müddətdə onun həyatına son qoyulur. Möminin qəlbi də ilahi zikrdən uzaq düşüb, maddiyyata qərq olduqda öz həyatını əldən verir.
    Deyildiyi kimi, bizim tanıdığımız həyat, adətən, hər birinin təsiri və şərtləri olan heyvani və nəbati həyata həsr olunur. Lakin Quran və Əhli-beyt (ə) kəlamlarının göstərdiyi kimi və ağılın hökmünə əsasən, bizim naqis ağlımızla dərk etmədiyimiz həyat da vardır.
    Həyat mərtəbələrindən biri də iman həyatıdır. İnsanın həqiqi həyatının belə bir həyat olduğunu desək yanılmarıq. Rəvayətlərə əsasən, mömində "ruhul-iman” adlı bir ruh vardır. Bu ruh onun həyat mənşəyidir. Bu ruhun kölgəsində mömin insan günah edənədək digər bir həyatda olur. Lakin günah edən zaman bu ruh ondan ayrılır. Tövbə və Allaha tərəf qayıdışla yenidən bu ruh möminə qayıdır.
    Ruhul-imandan başqa bir ruh da vardır. Məsələn, peyğəmbərlər və ilahi övliyalara məxsus olan "ruhul-qüds”. Girami peyğəmbər və pak imamlar belə bir ruha sahib idilər. Bizim gördüyümüz və öz heyvani idraklarımızla dərk etdiyimiz həqiqətlərdən başqa Allahın, peyğəmbərin və imamların xəbər verdiyi həqiqətlər də vardır. Əgər biz Allah və Onun peyğəmbərini qəbul ediriksə, göstərişlərə də etiqadlı olmalıyıq. Belə həyatın dəyəri bizim tanıdığımız heyvani və nəbati həyatla müqayisə olunası deyildir. Yalnız onlara sahib olan şəxslər bu həyatın dəyərini bilirlər.
    HƏYAT MƏRTƏBƏLƏRİNİN FƏRQLƏRİ
    Diri, nəfəs alıb inkişaf edən bitki ilə öz həyatını əldən vermiş quru bitkini müqayisə etdikdə onların arasında çox fərq olmadığını görürük. Lakin diri bir heyvanla ölmüş bir heyvanı müqayisə etdikdə onlar arasında diqqəti cəlb edən fərq olduğunu müşahidə edirik.
    Bu fərq diri insan ilə ölü insan arasında daha çoxdur. İnsanın maddi həyatının (ən aşağısı özü üçün) bir çox dəyərləri vardır. Milyardlarla ölçülən sərvəti olan bir kəs az bir müddət ömrünü uzatmaq üçün bütün sərvətini verməyə hazırdır. Hətta göz, qulaq və sair bədən üzvlərindən birinin sağlam olması üçün milyonlarla pul xərclənilir.
    Bu, insanın maddi həyatı heyvan və bitki həyatından üstün və fərqli olduğu üçündür. Maddi həyatda insan öz maddiyyat və mülkündən həyatının azca uzanması üçün əl çəkir. Həmin fərq insanın maddi və mənəvi həyatı arasında da vardır. İnsanın mənəvi həyatı onun maddi həyatından çox qiymətlidir. Hətta müqayisə olunmaz dərəcədə fərqlidir. Əlbəttə, bu, həyatın dəyərini dərk edən şəxs üçün belədir. Mənəvi həyatın dəyərini anlayıb, onun ləzzətini dadmış şəxslər bir an Allahın yadında olmaq üçün bütün dünyanı fəda etməyə hazırdırlar. Bu dəyəri necə anlaya bilərik? Gecə-gündüz bir neçə dəqiqə Allahı yad edib namaz qılmağa hazır oluruqsa və bu işdə hətta minnət belə qoyuruqsa, demək, bu cür şəxslərlə çox fasiləmiz vardır!
    Bir çox insanlar bu mənəvi həyatdan məhrumdurlar. Hətta bu mövzunu anlamaq belə, onlar üçün çətindir. Öz meyllərindən başqa bir şey tanımayan qafil insana insan həyatının heyvani və nəbati həyatdan ibarət olmadığını necə anlatmaq olar?! Onlara necə demək olar ki, insanın insanlığı yemək, yatmaq, maddi və heyvani ləzzətlərlə xülasələşmir?
    Allah bu insanları vəsf edərək buyurur: "Onlar dördayaqlılar kimi, bəlkə onlardan da azğındırlar”. Necə ki, bitkilər heyvanların həyatı və onların şüurlarlından xəbərsizdirlər, heyvanlar da insanların xüsusiyyətlərindən qafildirlər. Hansısa bir heyvana bir sənət əsərinə baxmaqda olan ləzzəti başa salmaq mümkün deyil. Təfəkkürün, kəşfin, ixtiranın ləzzətli olduğunu heyvana dərk etdirmək olmaz. O yalnız heyvani həyata aid olanları dərk edir. Biz də üstün insani həyata münasibətdə bu vəziyyətdəyik. İlahi övliyalar Allah zikrinin, Onu düşünməyin ləzzətli olduğunu, heç bir maddi ləzzətin ona bərabər olmadığını, insanın heyvani həyatı ilə müqayisə olunmayacaq bir həyata sahib ola bilməsini, insaniyyət cövhərinin yemək, yatmaq və şəhvətdən savay bir şey olduğunu və bu şeylərin ruhani ləzzət qarşısında uşaq oyuncağını xatırlatdığını hər nə qədər desələr də hal əhli olmayanlar dərk edə bilməyəcəkdir. Hətta bəzən bu sözlər onlara məsxərə kimi görünəcək! Allah bizi hidayət etdiyi üçün və bu mövzunun həqiqət olduğunu anladığımız üçün məsələyə etinasız olmamalıyıq. Bilməliyik ki, imamlar və din böyükləri bu məsələni bizə qəlbimizin onlara yaxın olması və onların ardınca getməyimiz üçün demişlər. Bu sayaq həqiqətlər olduğunu anlamalı və ləzzətlərin yalnız maddiyyat, yemək və yatmaqla xülasələşmədiyini bilməliyik.
    Yemək, yatmaq insanın heyvaniyyət təsirlərin-dəndir. Bunlar insanın insaniyyət kamilliyi deyildir. İnsanın kamilliyi heyvani ləzzətlərdən çox üstündür. Ümid edirik ki, Allaha, İslama, peyğəmbərlərə və imamlara itaət etdiyimiz üçün belə bir həyat və mənəvi ləzzətlər bizə də qismət olacaq!
    "İlahi, bizi zikrinlə məşğul et, qəzəbindən pənah ver, əzabından amanda saxla, bəxşiş-lərindən ruzi ver, fəzlindən isə ənam! Amin ya Rəbbəl-aləmin”.
    (7)
    "Ey mənim Ağam, yalnız Sənin zikrinlə qəlbim diridir və Sənin münacatınla özümdəki qorxu (ayrılıq) dərdinə təskinlik verirəm”.
    Söhbət zikr və onun bəzi təsirləri barəsində idi. Ən mühüm təsirlərdən biri də imam Səccadın (ə) buyurduğu "insanın mənəvi həyatı” hesab olunur. Bu həyat Allahı yad etmək nəticəsində insana nəsib olur.
    Nəbati və heyvani həyat üçün vasitələr olduğu kimi, mənəvi həyat üçün də vasitələr var. Nəbati və heyvani həyatın davamı münasib qidalanmadan asılı olduğu kimi, bu növ həyat da xüsusi bir qidalanmaya ehtiyaclıdır. Bu həyatın qidası Allah zikridir.
    ALLAH ZİKRİNİN MƏRTƏBƏLƏRİ
    Əvvəldə dediyimiz kimi insanın qəlbi bir dərya kimidir. Zikr ona təsir edir. Bəzən zikr xırda bir daş kimi dəryaya düşməklə səthi bir dalğa yaradır və tez bir zamanda bu dalğa məhv olur. Bir çox zikr və ibadətlərimiz səthi dalğa kimidir. Qəlbimizin dərinliyi isə tamam başqadır. Sözləri dilimizdə deyirik, lakin fikrimiz başqa yerdədir. İbadətimiz sona çatdıqda özümüzə gəlirik. Lakin bəzən zikr və Allahı düşünmək ağır bir tufan kimi qəlbimizin dərinliyini təlatümə gətirir və əbədi təsir qoyur. Bəli, insanların zikr və Allahı düşünməsi eyni deyildir. Allahı yad etmək və Onu düşünmək sahəsində xalqı müxtəlif qisimlərə bölmək olar: Xalqın bir qismi nəinki Allahı zikr etməkdən ləzzət almır, hətta Allahı düşünmək onların qəlbində sıxıntıya səbəb olur. Qurani-Kərim belələri barəsində buyurur:
    "Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolub sıxılar.” ("Zumər” surəsi, ayə 45.)
    İkinci dəstə o kəslərdir ki, şiddətli çətinliklərlə üzləşdikdə adi vasitələrə əlləri çatırsa, Allahı zikr edib, onu düşünürlər:
    "Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) Allahı kamil ixlasla çağırarlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.” ("Ənkəbut” surəsi, ayə 65.)
    Üçüncü dəstə qiyamət günü öz aqibətləri üçün nigaran olan kəslərdir. Onlar günaha yol vermişlər. Bu günahların bağışlanmasını istədikləri üçün Allahı düşünürlər. İstəyirlər ki, Allah bu yolla onların günahlarını bağışlasın. Bu şəxslər bəzəndə axirət savabları və nemətlərini əldə etmək üçün Allahı düşünürlər. Behişt, huri, qəsr istəyirlər. Buna görə də Allahı zikr edirlər. Həqiqətdə bu dəstə əzabdan qurtulmaq və axirət nemətlərinə çatmaq üçün Allahı yada salır. Bu növ diqqət nisbi şəkildə bəyənilmişdir və insanın Allaha imanlı olduğunu göstərir. Əslində bu növ zikrdə insan əvvəlcə özünü düşünür və sonra bu yolla Allahı düşünməli olur. Bir çox hallarda qeyri-ilahi yolla ehtiyacları ödəndikdə Onu düşünməkdən vaz keçir.
    Dördüncü qisim insanlar isə Allahı düşünməyə ehtiyaclı olduqlarını hiss edirlər. Onlar öz şəxsi ehtiyaclarının aradan götürülməsi üçün bu işi görmürlər. Allahı düşünmədikdə nəsə itirdik-lərini hiss edir və yalnız Onu yad etməklə sakitlik tapırlar. Başqa sözlə, belələri üçün əsas məsələ ehtiyacların aradan qaldırılması yox, Allah zikrinin özüdür. İmam Səccadın (ə) təbirincə, onlar hiss edirlər ki, Allah zikri ilə qəlb dirilir, bu zikr olmadıqda qəlb ölür.
    Allah zikri onlar üçün həyat bünövrəsidir. İnsanın havası çatmadıqda o həyəcanlanır, narahat olur, hətta dünyasını dəyişir. Bu şəxslər də Allahın zikrindən uzaq düşdükdə iztirab çəkir, nigaran olurlar. Lakin Allahın zikri qəlblərinə yol tapan zaman onlarda xüsusi sakitlik və arxayınlıq yaranır. Quran bu barədə buyurur: "O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”("Rə`d” surəsi, ayə 28.)
    Saf hava bizim həyatımız üçün zəruri olduğu kimi, Allahın zikri də qəlblərin dirilməsi üçün lazımlıdır. Bu şəxslər biz ölümdən qaçdığımız kimi Allahdan uzaq düşməkdən qaçırlar. Biz ölümü yalnız heyvani və nəbati ölüm bilirik. Lakin bunlar öz ölümlərini Allahın zikrindən uzaq düşməkdə görürlər.
    Bu hal zikrin üstün mərtəbələrindəndir, əvvəlki mərtəbədən də çox üstün və dəyərlidir. Lakin bu mərtəbədə də "mən”, insanın özü məqsəddir. Yəni insan bu halda Allahı düşünmək istəyir və Allahı zikr etməkdən ləzzət alır. Həqiqətdə, Allahı zikr etməklə onun "öz” qəlbi sakitləşir. Başqa sözlə, bu halda da ehtiyaclarının ödənməsi üçün (amma yuxarıdakı ehtiyaclardan üstün ehtiyacların) Allahı düşünür. Yəni məqsəd ehtiyacların ödənməsidir. Belələri aramlıq tapmaq üçün Allahı düşünür. Buna görə də uyğun mərtəbədə də özünü istəmək niyyəti yerində qalır.
    Lakin insan Allaha mərifət yolu ilə elə bir məqama çata bilər ki, nə özünü, nə də ehtiyaclarını düşünməz. Onun bütün diqqəti Allahda olar, özü və meyllərini tamamilə unudar. Bu halda fərdi istək əsas olmur və ən önəmli yerdə Allaha məhəbbət dayanır. Uyğun məqamda insan Allahı özü üçün yox, özünü Allah üçün istəyir. Əslində o özünü tanımır və yalnız Allahı görür (İnsan elə bir məqama çatar ki, Allahdan başqa heç bir şey görməz).
    Merac gecəsi Allah peyğəmbərinə buyurdu: "Bəzi bəndələrim elə bir mərtəbəyə çatırlar ki, Mənim zikrim və nemətlərimin şükrü onların məşğuliyyəti olur. Onların bu işlərdən başqa heç bir səyləri olmaz”. Sonra Allah həmin bəndələrlə xüsusi rəftar edəcəyini bildirir.
    "Vələəstəğriqənnə əqləhu bi mərifəti vələəqumənnə ləhu məqamə əqlihi.”("Mustədrəkul-vəsail”, 12-ci cild, 61-ci bab, səh.36, 13446-cı rəvayət, "İrşadəl-qulub”da Deyləmidən nəql olunub.)
    Bunlar rəvayətlərdə gəlmiş həqiqətlərdir. Bu həqiqətləri dərk etmək bir çoxumuz üçün çətindir. Ümid edirik ki, Allah öz lütfi ilə bizim mərifətimizi artırsın və bizə belə hallar nəsib etsin.
    Category: Rəbbin dərgahında | Views: 891 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024