İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 22 » Rəbbin dərgahında
    5:55 AM
    Rəbbin dərgahında
    DÜNYAYA BAĞLILIQ ALLAHI YAD ETMƏK ÜÇÜN MANEƏDİR
    İnsanın üstün insani kamilliklər barəsində düşünməsinə mane olan şeylərdən biri də dünyaya və dünyəvi ləzzətlərə bağlılıqdır. Bu bağlılıqlar davam etdikcə uyğun hallardan uzaq olacağıq. Merac hədisində Allah peyğəmbərinə buyurur: "Ey Əhməd, əgər bəndənin qəlbində zərrə qədər dünyaya, şöhrətə, rəyasətə, dünya bərbəzəyinə və məqamına maraq olarsa, yer və göy əhli qədər ibadət edib oruc tutsa, məlaikələr kimi yemək yeməyib ibadət libası geysə belə Mənimlə yaxınlığa yol tapmayacaqdır. Onun qəlbindən Öz məhəbbətimi çıxararam və qəlbini zülmətə bürüyərəm. Bununla da o Məni unudar və öz məhəbbətimin şirinliyini ona dadızdırmaram.”(Təbərsi, "Mustədrəkul-vəsail”, 12-ci cild, 61-ci bab, səh.36, 13446-cı rəvayət, "İrşadul-qulub”da Deyləmidən nəql olunur.)
    İlahi övliyaların səy və himməti o qədər ucadır ki, bizim qəlb bağladığımız şeylərə etina belə göstərmirlər. Hətta bizim nəhayət arzularımız olan axirət nemətləri də onların nəzərində dəyərsizdir. Onların iradəsi elə bir həddədir ki, Allaha ərz edirlər: "İlahi, əgər məni cəhənnəmə göndərsən, lakin qəlbimdə Sənin məhəbbətin olsa və Sən məndən razı qalsan, mən bu cəhənnəmi Sənin razılığından uzaq olan cənnətdən üstün tutaram.”
    İnsanın qəlbində Allah məhəbbəti yarananadək belə bir iddia edə bilməz.
    Qəlbdə Allah məhəbbətinin yaranması üçün dünyəvi bağlılıqlardan uzaqlaşmalı və Allahın razılığını cəlb etmək fikrində olmalıyıq. Mömin yuxudan ayılan kimi Allaha bəndəlik fikrində olmalıdır. Allahın ondan nə istədiyini düşünməlidir. Əgər yemək yeyirsə, dərs oxuyarsa, qazanc əldə edirsə və ümumiyyətlə, hər hansı bir iş görürsə, Allahın fərmanını yerinə yetirmək və Onun razılığını əldə etmək niyyətində olmalıdır. Belə bir iş mümkündür. Amma güclü iradə lazımdır. Əgər bir şəxs bu şəkildə yaşayarsa, dünyəvi nemətlər, ləzzətlərdən də uzaqlaşmayacaq və onun asayişi pozulmayacaqdır. Hətta onun kədərli anları və çətinlikləri başqalarından daha az olacaqdır. Belə bir şəxs vəzifəyə, sərvətə və bu kimi şeylərə ürək bağlamır və onları itirdikdə heç bir qüssə çəkmir. Onun səyi yalnız Allah və Onun zikri üçündür.
    Mömin özünü Allahın bəndəsi bilir. Özünün heç bir şeyi olmadığına, hər nəyi varsa Allahdan olduğuna etiqad edir. Onun nə malı, nə övladı, nə məqamı və nə başqa bir şeyi vardır! Hər nə var Allaha aiddir. Buna görə də, Allahın razılığını cəlb etmək üçün çalışır. Belə bir insan Allahın həqiqi bəndəsidir. Onun buyuruqlarını özünə fayda kimi qəbul edir. Haramlardan çəkinir və öz vəzifələrinə əməl edir. Bu zaman üstün insani həyatı əldə edir və həqiqi yaşayışa yiyələnir.
    İNSAN MADDİ VƏ MƏNƏVİ EHTİYACLARLA ÜZBƏÜZ
    İnsan fitrətən öz səadət və kamilliyinin axtarışındadır. Nə qədər mümkündür öz eyb və nöqsanlarını aradan qaldırmaq istəyir. Allah hər canlı mövcudu, xüsusi ilə insanı elə yaratmışdır ki, zatən kamillik axtarsın, öz səadət və kamilliyi üçün zərərli şeylərdən çəkinsin. Bu mövzu "zatı sevgi” (özünüsevmə) adlanır. Yəni hər canlı mövcud özünü, öz həyatını və kamilliyini sevir.
    Hər birimiz özümüzdə az-çox çatışmazlıqlar, nöqsanlar və eyblər görürük. Öz bacardığımız həddə bu eybləri və nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Lakin burada iki problem ortaya çıxır: Əvvəla, biz öz həqiqi eyb və nöqsanlarımızı düzgün dərk etmirik, öz əsas ehtiyaclarımızı yaxşı tanımırıq. İkincisi, ehtiyaclarımızı təmin edən zaman arada ziddiyyət yaranır. Onların tezləşdirilməsi və ya təxirə salınmasında səhvə yol veririk. Adətən, maddi ehtiyacları mənəvi ehtiyaclardan qabağa salırıq. Çünki onlara daha yaxınıq.
    Mənəvi və ya maddi bir nöqsanın aradan qaldırılması lazım olduqda bizim fikrimiz və təlaşımız maddi nöqsana yönəlir. Çünki maddi nöqsanları daha yaxşı anlayırıq. Maddi çətinliklərdən daha çox əziyyət çəkirik, maddi və dünyəvi ləzzətlərlə daha yaxşı tanışıq. Təsadüfən bəzi mənəvi çətinliklər və axirət ehtiyaclarından xəbər tutduqda onları təmin etmək üçün çox da meyl göstərmirik.
    Beləcə, Allah peyğəmbərləri göndərdi ki, əvvəla, insanları öz həqiqi ehtiyacları ilə tanış etsinlər. Onlar insanlara anlatsın ki, dünyəvi, maddi və heyvani nöqsanlardan da əhəmiyyətli çatışmazlıqlar var. İnsan daha çox mənəvi nöqsanların aradan götürülməsi və axirət ehtiyaclarının təmini üçün çalışmalıdır. Üçüncüsü, peyğəmbərlər insanlara axirət işlərinin əhəmiyyətli olması, maddi və dünyəvi işlərin dəyərsiz olmasını çatdırdılar.
    Peyğəmbərlər gəldilər ki, maddi ləzzətlərdən başqa onlarla müqayisəyə gəlməyən başqa ləzzətlərin də olduğunu insana anlatsınlar. Onlar istəyirlər ki, insanın diqqətini maddi işlər, dəyərsiz və ötəri dünyəvi ləzzətlərdən çəkindirsinlər və onun bütün düşüncəsini mənəvi işlər və əbədi axirət ləzzətlərinə doğru yönəltsinlər.
    Peyğəmbərlər bizə anlatmaq istəyirlər ki, əlaqədə olduğumuz və özümüz üçün mühüm bildiyimiz maddi ləzzətlər o qədər də dəyərli deyil. Onlardan uzaqlaşmalıyıq ki, daha mühüm ləzzətləri dada bilək, öz insani və həqiqi çatışmazlıqlarımızı anlayıb onları aradan qaldırmaq üçün çalışaq.
    Peyğəmbərlər insana anladırlar ki, onun inkişaf və təkamül tutumu heyvandan daha çoxdur. Eyni zamanda, onun çatışmazlıq və ehtiyacları da heyvandan çoxdur. Allahın bizim üçün nəzərdə tutduğu ən üstün nöqtədən və istedadımıza uyğun yüksəklikdən çox uzağıq. Allah insana bizim təsəvvür etməyəcəyimiz qədər inkişaf və təkamül tutumu vermişdir. Peyğəmbərlər insanı bu nöqtəni düşünməyə çağırır və onu son kamillik nöqtəsinə çatmaq üçün çalışmağa, çatışmazlıq və nöqsanlarını aradan qaldırmağa dəvət edirlər.
    Demək, bizim çatışmazlıq və nöqsanlarımızın yalnız maddi və dünyəvi işlərlə tamamlanmadığını anlamalıyıq. İstər fərdi, istərsə də ictimai dünyəvi çatışmazlıqlar insanın əbədi səadətini təhlükəyə salan çatışmazlıqlar qarşısında dəyərsiz və çox kiçikdir.
    Bəli, insan heyvandan fərqlənir. İnsan həyatı ilə heyvani həyatı eyni deyil. İnsani həyatın yemək, yatmaq və digər maddi ləzzətlərdən başqa şərtləri də vardır. Əgər biz Allahı, peyğəmbərləri qəbul ediriksə, onların dediklərini düzgün sayırıqsa, bu heyvani həyatdan savay başqa bir həyatın da olmasını qəbul ediriksə, rəftarlarımız da etiqadlarımızı təsdiq etməlidir. Gündəlik əməllərimiz uyğun düşüncəmizi təkzib etməməlidir. Bu həyata inanan şəxsin əməli ilə həyatı maddiyyata həsr olunmuş bilən şəxsin əməli arasında fərq olmalıdır. Biz qəti surətdə insani həyatın olmasına inanırıq. Lakin iradə süstlüyü v iman zəifliyi səbəbindən əməldə səhlənkarlıq edirik. İmanımız zəifdir, nəticədə onun əmələ təsiri də çox zəif olur. Lakin güclü iman nəticəsində səadətə və kamillik məqamlarına çatmış şəxslər olmuşdur və indi də vardır.
    DÜNYAYA ALDANIŞ MƏNƏVİ HƏYATA NAİL OLMAQ ÜÇÜN MANEƏDİR
    Biz öz əlimizlə kamillik dərəcəsindən tənəzzül üçün vasitələr yaratmışıq. Ağırlığı belimizi əyən yükləri çiynimizə almışıq. Əl-ayağımıza bizi hərəkət etməyə qoymayan zəncirlər bağlamışıq. Əmirəl-möminin (ə) bəlkə də bizim dilimizdən "Kumeyl” duasında Allaha ərz edir:
    "Pərvərdigara, çətinliklərim firavandır, halımın pisliyi həddi aşıb, əməllərimsə çox az. Buxov və zəncirlər məni yerə oturtmuş, uzun-uzadı arzular məni faydalardan uzaq salmışdır. Bir tərəfdən dünyanın hiyləsi, digər tərəfdən məğrurluq. Nəfsim öz cinayətləri ilə, bu gün-sabaha salmaqla məni aldatmışdır”.
    Görən bu cümlələri səmimi deyirikmi? Anlayırıqmı ki, günah yükü belimizi əymişdir? Bilirikmi ki, öz pis əməllərimizlə əl-ayağımızı zəncirləmişik, dünya və onun zinəti bizi aldadıb?
    Quran buyurur: "Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” (Ali-İmran” surəsi, ayə 185.) Başqa bir yerdə isə belə buyurur:
    "Dünya həyatı sizi aldadıb, Allah qarşısında məğrur etməsin.” ("Loğman” surəsi, ayə 33.)
    Dünya həyatına aldanmaq nədir? Dünya həyatı insanı necə aldadır? Böyüklər uşağı aldatmaq istəyəndə onun istədiyi qiymətli şey əvəzinə ucuz bir konfet verərək başını qatırlar. Bizim əldə etməli olduğumuz mənfəətlər var. Lakin dünya və onun ləzzətləri qarşımızda gözəl və qiymətli cilvələnib bizi aldadır və əsas mənfəət və həqiqi ləzzətə çatmağımıza mane olur. Təəssüf ki, bizi təkcə dünya aldatmır. Bəzən özümüz də özümüzü aldadırıq. Peyğəmbərlərlə eyni istəkdə olduğumuzu deyirik. Bəzən isə şeytanın qəlbimizə saldığı şeyləri Allahın buyuruğu kimi qəbul edirik. Əgər peyğəmbərlər və imamların dediyi düzgün olarsa (əlbəttə ki, düzdür), biz həqiqətdən uzaq düşmüş, səhvə düçar olmuş və ünvansız gedirik. "Kumeyl” duası həzrət Əlidən (ə), "Əbu-Həmzə” və "Səhifeyi-Səccadiyyə” duaları isə imam Səccaddandır (ə).
    Biz necə ardıcıllarıq ki, onlara heç bir oxşarlığımız yoxdur? Bu duaların məzmununa inanırıqmı? Görəsən bu məsələlər həqiqətdir, yoxsa yox? Bizi aldadan dünya, həqiqi xeyirə çatmağımızın qarşısını alan zahiri gözəlliklər ötəri ləzzətdən savay bir şeydirmi? Hər gün əvvəlki gündən daha dadlı yemək istəmirikmi? Hər gün həyat tərzimizi, evimizin görkəmini, maşınımızın modelini və başqa yaşayış vasitələrini dəyişmək istəmirikmi? Yoxsa dünyaya aldanmaq bundan başqa bir şeydir? Fikirləşməliyik ki, bizdən nəyi alıb əvəzində bunları veriblər? Dəyərli şeyləri əldə etmək üçün istedadımız var. Lakin ötəri işlərə meyl göstəririk? Bəli, həqiqətdə biz insani həyat və imanlı yaşayışdan məhrum olub, bünövrəsi Allah zikri olan üstün həyatdan uzaq düşmüşük!
    (8)
    "Pərvərdigara, ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et. Qüsl üçün uzadıldığım və saleh qonşularımın məni sola-sağa çevirdiyi vaxt mənə fəzlindən mərhəmət qıl. Qəbrə doğru aparıldığım və qonşularımın cənazəmi əhatə etdiyi vaxt mənə mehribanlıq göstər. Qəbrə qoyulduğum və hüzuruna tək-tənha gəldiyim vaxt mənə kərəm göstər. Bu təzə evdə qəribliyimə rəhm et ki, Səndən qeyrisi ilə üzləşməyim”.
    İNSANIN AXİRƏTİ DÜŞÜNMƏMƏSİNİN SƏBƏBİ
    İnsan Allahın onun vücudunda qoyduğu meyllər vasitəsi ilə öz maddi ehtiyaclarını dərk edir. Bu ehtiyacları təmin etmək üçün maddi vasitələr axtarır və öz həmnövlərindən kömək istəyir. İnsan fitri olaraq aclıq, susuzluq, cinsi ehtiyac, məskənə ehtiyac kimi dünyəvi ehtiyaclarını dərk edir. O bu ehtiyacları təmin etmək üçün çalışır. Buna görə də onun ehtiyaclarını ödəyən, onu dünyəvi ləzzətlərə çatdıran vasitələrə, həmçinin bu yolda ona kömək edib, çətinliklərini azaldan şəxslərə qarşı maraqlı olur, onlarla ünsiyyət yaradır. Adətən, insanın arvada, uşağa, dostlara, qohumlara, ümumiyyətlə, onunla həyatda şərikliyi olan bütün şəxslərə məhəbbəti bu səbəbdəndir. Dünyəvi və maddi işlərlə ünsiyyət insanı mənəvi işlər haqda düşüncədən uzaqlaşdırır. İnsan onun ehtiyaclarının dünyəvi, maddi ehtiyaclardan ibarət olduğunu təsəvvür edir.
    Başqa bir tərəfdən, öz ehtiyaclarının maddi vasitələr və ünsiyyətdə olduğu şəxslərin köməkliyi ilə təmin olunduğunu zənn edir. Lakin o tanıdığı ehtiyacların həqiqi ehtiyacların bir az hissəsi olduğundan xəbərsizdir. Onun tanıdığı ehtiyaclar məhdud dünya həyatına aid ehtiyaclardır. O əsil ehtiyaclarının tamam başqa şeylər olduğunu anlamır. Həmin ehtiyaclar əbədi axirət aləmi ilə bağlıdır. İnsan təsəvvür edir ki, bu dünyada ünsiyyətdə olduğu şəxslər həmişə onun yanında qalacaqlar. Lakin unutmamalıyıq ki, müdhiş bir gün həmin insanlar hamılıqla bizi boşlayasıdır.
    Biz hamımız az-çox dünyəvi işlər, maddi ləzzətlər, ehtiyaclarımızı təmin edən əşya və şəxslər ilə ünsiyyət saxlayırıq. Onlardan uzaqlaşdığımız zaman qəriblik və sıxıntı hiss edirik. Ümumiyyətlə, bütün diqqətimiz dünyəvi və maddi işlər ətrafında cəmləşib. Lakin bu dünyanın daimi yox, ötəri olduğunu bilmək lazımdır. Bir gün bu fani evdən köçməli olacağıq. İndi isə əbədi ev fikrində olub, hansısa digər ehtiyaclarımızın olduğunu düşünməliyik. Əgər öz əbədi həyatımızda ehtiyaclarımız varsa, onları hansı vasitələrlə və hansı yolla təmin etməliyik? Görək, bizim əbədi aləmdəki ehtiyaclarımız bu dünyadakı ehtiyaclarımız kimidirmi? Məgər insan bu dünyadan getdikdən sonra da geyim, yemək və digər maddi vasitələrə ehtiyaclı olacaqmı? Necə ki, bəşər bir vaxtlar belə təsəvvür edirdi. Ölülərin yanına bir qədər yemək və yaşayış vasitələri qoyub onları dəfn edirdilər. Guya bu şeylər bir zaman onların karına gələcək!
    Axirət aləminin dünya aləmi ilə fərqli olduğu aydındır. Peyğəmbərlər gəlib insanlara anlatdılar ki, onun axirətdəki ehtiyacları dünyəvi ehtiyacları kimi deyil. Orada insanın başqa ehtiyacları var. Dünyəvi vasitələr orada ona heç bir fayda vermir və hətta bu vasitələri oraya apara da bilməz. Bir gün bütün dostlar, yaxınlar və qohumlar insanı tərk edəcək. Əgər ona kömək etmək istəsələr belə, yenə də əllərindən gəlməz. İnsan bu aləmi tərk etmək istədiyi gün, ölüm yatağına düşən zaman və ölümü gözləri önündə müşahidə etdiyi an topladığı bütün şeylərə göz yumub, yığdığı sərmayələrdən əl çəkməli, dostları, yaxınları və bütün istədiyi şəxslərdən ayrılmalıdır. Bu halda insanın başqa bir yerə və başqa bir kəsə qəlb bağlılığı olmasa onda ağrılı bir qəmginlik yaranacaq, qaçmağa heç bir yol tapmayacaqdır.
    Bu zaman onun bədən üzvləri bir-birinin ardınca işdən düşəcək və sonda ruh bədənindən çıxacaqdır. Ruh ölümündən sonrakı cərəyanları müşahidə edir: Dostlar və tanışlar onun cənazəsini götürüb qəbristana tərəf aparırlar. Cənazəni qəbirdə dəfn edir, onun üstünə bir yığın torpaq tökürlər və bir neçə saatdan sonra öz evlərinə qayıdırlar. Bu zaman o qəbirdə tənha qalır! İmam Səccad (ə) qəbir evini belə vəsf edir: "Vay olsun mənə, belə bir halda özüm üçün hazırlamadığım qəbrə köçəm. Saleh əməllə onun yerini döşəməmişəm. Necə ağlamayım ki, yolumun hara olduğunu bilmirəm. İndi görürəm ki, nəfs məni aldatmış, ruzgar mənə hiylə qurmuşdur. Bir halda ki, ölüm quşu başım üstə qanad açmışdır. Necə ağlamayım? Ruhumun bədənimdən çıxmasına ağlayıram, qəbrimin qaranlığına ağlayıram, mənzilimin darlığına ağlayıram”.
    Sərvət yığmaq, ev düzəltmək, yaşayış vasitələri almaq, başqaları ilə ünsiyyət yaratmaq üçün bir ömür əzab-əziyyət! Bütün bunlar bir anda məhv olur. O tənha və qərib halda qalmalıdır. Bu hal nə qədər çəkəcək? Müddəti çox uzundur. Ümumiyyətlə, dünya ömrü ilə müqayisə olunası deyil. Bərzəx aləmində, daha sonra qiyamət və axirət aləmində qalacağı bu uzun müddətdə yığdıqları şeyin heç biri onun karına gəlməyəcək. Nə etməlidir? Nə edə bilər?
    Category: Rəbbin dərgahında | Views: 863 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024