İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 11 » İslamda Əxlaq 1
    9:34 AM
    İslamda Əxlaq 1
    I FƏSİL
    Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)
    Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçün də yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik, ancaq bəhsə başlamazdan əvvəl belə bir suala cavab vermək lazım gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah-təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və "ruhullah” kimi mənalandırılan həmin ilahi nəfsdir?(«Fəcr» surəsi-27, 28) Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir(Burada «Səcdə» surəsinin 9-cu ayəsinə işarə olunur:”Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan (Özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi).” Başqa bir surədə buyurur:”Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin! («Hicr»-29).) (ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə(«Şəms» surəsinin 7 və 8-ci ayələrinə işarədir: "And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə.”), fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə(«Yusif» surəsi 53-cü ayəyə işarədir: "Mən özümü təmizə çıxartmıram, Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər.”), «Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"- nidası ilə fəxr edilən nəfsi- mütməinnə(«Qiyamət» surəsinin 1 və 2-ci ayələrinə işarədir:”And içirəm qiyamət gününə; And içirəm özünü qınayan nəfsə!”), bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə(«Fəcr» surəsinin 27-30-cu ayələrinə işarədir:”Ey xətircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! Əməlisaleh bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) cənnətimə varid ol!”), insanı onun üzərində yaratdığı fitrətullah(«Ali-İmran» surəsinin 185-ci ayəsinə işarədir!”Hər bir kəs ölümü dadacaqdır!”)da ola bilər.
    Cavab:
    Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani) və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı), mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət "qabə qovseyni əv ədna" ("iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu”) dərəcəsinə müşərrəf olur. "Qurani-Kərim” də buyurulduğu kimi:
    "Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu"(«Rum» surəsinin 30-cu ayəsinə işarədir:”Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”)(«Nəcm»-8,9)
    Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur: "Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər" («Əraf»-179)
    Nəhayət, insan o qədər alçalır ki, «Qurani-Məciddə» rəzillərin rəzili adlandırılır: "Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!" («Tin»-5)
    Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir, belə ki həzrəti-Əli(ə)-yə mənsub olan şerdə deyilir: "Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur"(Bu təbir yaxınlıq dərəcəsini başa salmaq üçün belə təşbih olunmuşdur, yoxsa Allah-təala laməkandır, Onun məkanı yoxdur.)
    Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah-təala buna dəlil olan ayədə buyurur:
    "Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı" («Nəcm»-11)
    Qeyd:
    Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, uca Yaradan «Quran»da buyurur:
    "Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut" («Rum»-30)
    İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər:
    "Lakin insanların əksəriyyəti (bunu) bilməz" («Əraf»-187 və başqa ayələr.)
    Yəni insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu, mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:
    "Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir".
    («Nəhl»-49)
    "Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." («İsra»-44)
    Özünüdərketmə barədə rəvayətlər
    Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur. Onlardan bəzisini nəzərinizə çatdırırıq:
    Peyğəmbər(s) buyurur:
    "Kim özünü dərk etsə, Allahı dərk etmişdir".(1270-ci il., daş çapı,Həzrəti-Əli(ə)-yə mənsub divan. Təbriz səh.39.)
    Həzrəti- Əli(ə) buyurur: "Ən üstün dərketmə özünüdərketmədir."( Hindistan çapı,«Məhəccətül-beyza» I c. səh.68; «Əlcəvahirüs-sənəviyyə» 1302-ci il səh.93. Bu rəvayət eyni ibarə ilə ibn Əbil Hədidin «Şərhi-nəhcül-bəlağə»sində (Misir çapı XX c, səh.292); «Qürər»in mündəricatında (səh.387/№7946) azca fərqlə həzrəti-Əli(ə)-dən nəql olunmuşdur. Bəzi alimlər bu hədisi təfsir (izah) edərkən xətaya uğramışlar. Onların izahına görə, guya Peyğəmbər(s)-in hədisdən məqsədi budur ki, nəfsi dərk etmək qeyri-mümkün olduğu kimi, eləcə də Allahı dərk etmək qeyri-mümkündür. Amma bu barədə dəfələrlə nəql olunmuş hədislərə diqqət yetirdikdə bu məfhumun səhv bir fikir olması tamamilə aydınlaşır. Məsələn, "Allahı dərk etmək üçün özünü dərk etməlisən.”, "Sizlərdən Rəbbini ən yaxşı tanıyan özünü ən yaxşı tanıyandır.” hədisləri bunun yanlış fikir olduğunu açıq-aşkar göstərir.)
    İncildə Allah-təala belə buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".
    Dərketmə barədə hərə bir yol seçmişdir. Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. "Qurani-Kərim” də buyurulur:
    "Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir." («Bəqərə»-269)
    Həzrəti-Əli(ə) buyurur: "Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir"(«Qürər»in mündəricatı səh.387/№2935)
    Peyğəmbər(s)-dən belə nəql olunur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".(«Nəhcül-bəlağə» (Feyzül İslam) 77-ci hikmət)

    Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən nəql olunmuşdur.(«Əlcəvahirüs-sənəviyyə» (Hindistan çapı 1302-ci il) səh.94)
    Nəhayət, əmirəlmöminin Əli(ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: "Kim özünü dəyərləndirməsə, həlak olacaqdır."(Seyyid Rəzi "Əmali” II c, səh.329)
    Başqa bir yerdə isə özünüdərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: "Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"(«Nəhcül-bəlağə» (Sübhi Salehi) hikmət №149)
    Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli(ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur: "Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir"(«Qürər»in fəslə görə mündəricatı: səh.387)
    O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: "Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca gəzir."(Həmin mənbə: səh.387)
    Həmçinin yenə buyurur:
    "Özünü tanımayan şəxs Allahını necə tanıyar?!"(«Qürər»in fəslə görə mündəricatı: səh.212)

    Category: İslamda Əxlaq 1 | Views: 916 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024