İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 11 » İslamda Əxlaq 1
    9:16 AM
    İslamda Əxlaq 1
    Giriş
    "İnsan özünü necə islah etməli?” sualına cavab vermək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
    1.Bədənin sağlam və gümrah olması üçün idman zəruri olduğu kimi, özünüislahetmədə də nəfslə mübarizə aparmaq zəruridir.
    2.Bədən tərbiyəsində idmanın yüngül növündən başlayıb tədriclə ağır növü ilə məşq edildiyi kimi, ruhun tərbiyəsində də gərək adi işdən, aşağıdan başlayıb tədriclə yuxarı dərəcəyə yetişmək lazımdır.
    Peyğəmbər(s) buyurur:
    "Həqiqətən, bu din möhkəm və tutarlıdır. Xoş rəftarla ona daxil olun. Allah bəndələrini zorla ibadətə vadar etməyin, yoxsa yorulmuş süvari tək olacaqsız ki, nə yolu qət etmiş, nə də miniyi salamat saxlamışdır".(Həmin mənbə: səh.387)
    İmam Sadiq(ə) belə söyləmişdir:
    «Mən cavanlıqda həddən artıq ibadət edərdim. Atam mənə buyurdu: "Oğlum, öz qüdrətindən çox ibadət edirsən. Allah-təala əgər bir bəndəni sevsə, elə azca ibadətlə də ondan razı qalar.»
    3.Bədən tərbiyəsində məşqin mütəmadiliyi zəruri olduğu qədər nəfsin tərbiyəsində də davamiyyət şərtdir. Allah-təala buyurur:
    "Şübhəsiz, "Rəbbimiz Allahdır!"-deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub: (belə deyəcəklər) "Qorxmayın və kədərlənməyin! Sizə vəhy olunan cənnətlə sevinin!" (Fussilət-30)
    "Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar" (Məaric-22, 23)
    Əmirəlmöminin Əli(ə)-dən belə nəql olunur: "Mütəmadi olaraq yerinə yetirilən az əməl, səni yoran çox əməldən yaxşıdır".(«Ləalil-əxbar»:səh.386)
    Şair demişkən: "Yolçu odur ki, yavaş gedə, amma həmişə gedə"
    Yenə də o Həzrətdən nəql olunur:
    "Övladım (Həsən), həyatda və ibadətdə orta həddi tut. Hər işi bacar, mütəmadi olaraq yerinə yetir."(«Nəhcül-bəlağə» (Feyzül İslam) 214-cü xütbə.)
    Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə nəql olunmuşdur: "Allah-təala dərgahında ən sevimli əməl insanın az da olsa, mütəmadi olaraq yerinə yetirdiyi əməldir".( 213-xütbə,Həmin mənbə)
    Bəzi hədislərdən belə anlaşılır ki, mütəmadi yerinə yetirilən işin ən az müddəti bir ildir. İmam Sadiq(ə) buyurur: "Hər kim bir işi başladı, gərək bir il onu mütəmadi olaraq yerinə yetirsin."(«Qürər»in fəslə görə mündəricatı: səh.431)
    4.Bədənin sağlamlığında müalicə və pəhrizin ikisinin birgə təsiri olduğu kimi, ruhun islah və tərbiyəsində də bu iki şey zəruridir. Məsələn, vacib əməlləri yerinə yetirmək və haram buyurulmuşları tərk etmək, təvəlla (Allah düşmənləri ilə düşmənçilik), təbərra (Allah dostları ilə dostluq), müstəhəb (savablı, bəyənilmiş) işlərin yerinə yetirilməsi, məkruh (bəyənilməyən) əməllərin tərk edilməsi və s. kimi. Bu müalicə və pəhriz gərək bütün mərhələlərdə beləcə davam etsin, çünki onsuz heç bir əməl qəbul olunmur. Saleh əməli günaha, yaxşını pisə qatanlar bir yerə yetişmirlər, belə ki «Quran»da buyurulur:
    "Allah yalnız pəhrizkarlardan (təqvalılardan) qəbul edər." («Maidə»-27)
    5.Bütün mərhələlərdə riayət edilməsi lazım olan ən əhəmiyyətli məsələ qəlbin hazırlığı və niyyətin paklığıdır. İdmanda diqqət yayınmasının təsiri olduğu kimi, ibadət və nəfsani məşqlərdə də iradə, niyyətin saflığı və fikrin bir yerə cəmlənməsi mühüm rol oynayır. Allah-təala dəfələrlə bu mətləbə işarə edərək din və ibadətdə pak niyyətlə xidmət etməyi təkidlə buyurur:
    "Halbuki onlara əmr edilmişdi ki, Allah dinini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru, düzgün din budur. («Bəyyinə»-5)
    Niyyət və düşüncənin insan şəxsiyyətinin formalaşmasında oynadığı rolu şərh edən və onu başqa insanlardan ayıran fəsil barədə sonra danışacağıq. İnsanı həqiqətə və ali məqsədə aparan yolun ən yüksək zirvəsi yalnız niyyətin pak olmasıdır. Allah-təala buyurur:
    "Həqiqətən, axır dönüş sənin Rəbbinədir". («Nəcm»-42)
    Hamı istər-istəməz ona tərəf hərəkətdədir:
    "Ey insan! Sən (ölənə qədər) Rəbbinə döğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əmələrin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına, pis əməllər etmisənsə, vay halına!)
    («İnşiqaq»-6)
    Əlbəttə, bu görüş o vaxt faydalı olar ki, eşq və xalis niyyətlə birgə olsun, yəni mühüm məsələ odur ki, bu yolu razılıqla, rəğbətlə qət edək. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz."(Həmin mənbə)-ayəsini əsas tutaraq Onun razılığından başqa bir şey istəməyək, Allahın razılığı olmayan bir şey barədə fikirləşməyək, Onun vüsalının şövqü ilə hicran qəminə səbir edək, belə ki əgər bu mərhələdə sabitqədəm olub xətalardan qorunsaq, vilayət və kəramət mənzilinə yetişərik. Mümkündür, elə şeylər görək və elə şeylərə əl ataq ki, bəziləri üçün qeyri-məqbul, maraqlı və bəziləri üçün də yolunun açılması və qəflətdən ayılmasına səbəb olsun. Bu mərhələdə də Allahın lütfü şamil olarsa, pərdələr biri digərindən sonra qaldırılar, Allahın nuru ona doğru yönələr. O yerə qədər ki, bəndə fənafillah(2752-ci,«Qürər»in şərhi II c, səh.328, 2751 hədislər) mərhələsinə yetişər, yəni Ondan başqa bütün şeyləri tərk edər, aqibət məhv və səhv dərəcəsinə gəlib çatar, Haqqın cəmalı və cəlalı ilə məhv olub ondan başqa bir şey görməz, özü Haqq-təalanın Camal və Cəlal sifətlərinin məzhəri olar. Öz vicdanının dərinliklərində ondan başqa bir əvvəl, axır, zahir və batin müşahidə etməz. Mübarək "Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”(Əbu Həmzeyi Sumali duası)-ayəsi başdan-başa vücudunu bürüyər. Bütün aləmləri Həzrəti-Haqqın təzahürü və təcəllisi bilər, belə ki Allah-təala "Qurani-Kərim”də buyurur:
    "Hansı tərəfə yönəlsəniz, Allah oradadır." («Bəqərə»-115)
    Başlanğıc
    Kitabda söhbət açacağımız məsələlər bunlardır:
    1. Mərifəti-nəfs (Özünü və Allahı dərketmə).
    2. Qəflətdən ayılma və məsuliyyət daşımaq.
    3. Xatırlamaq.
    4. Təfəkkür və düşüncə.
    5. Allaha görə dostluq və düşmənçilik (Təvəlla, təbərra).
    6. Şəriət hökmlərini bilmək.
    7. Yaxşı yoldaş seçmək və fasiq adamlardan uzaqlaşmaq.
    8. Haram əməlləri tərk etmək.
    9. Tövbə və istiğfar.
    10. Vacib əməlləri yerinə yetirmək.
    11. Nafilə namazların və müstəhəb əməllərin yerinə yetirilməsinin və məkruh (qəbih) əməllərin tərk edilməsinin zəruriliyi.
    12. Mürabitə (əlaqə saxlamaq), müraqibə (özünü qorumaq), mühasibə (hesablaşmaq), müaqibə (cəzalandırmaq).
    13. Niyyəti saflaşdırmaq, şirk, riya və nifaqdan çəkinmək.
    14. Nəfslə mübarizə.
    15. İşlərdə nizam-intizam və vaxtın bölünməsi.
    16. Fürsətdən istifadə.
    17. Allah bəndələrinə xidmət.
    18. Allaha arxalanmaq və təvəkkül etmək.
    19. İnsanlarla xoş davranmaq.
    20. Pəhrizkarlıq (çəkinmə).
    21. Qənaət.
    Əlbətdə, bu mətləblərdən söhbət açarkən insanların mövqeyini və şəraiti nəzərə almaq lazımdır. Həmin fərqi şərh etməyə isə vaxtımız çatmaz. Lakin vacib, haram, müstəhəb, məkruh və mübah hökmlərin hamı üçün eyni olmadığını az da olsa, bilmək lazımdır. Elə əməllər vardır ki, bəziləri üçün müstəhəb, bəzilərinə vacibdir. Məsələn, təhəccüd və gecə ibadətlə məşğul olmağı buna nümunə göstərmək olar. Bu əməl Peyğəmbər(s) üçün vacib, başqaları üçün isə müstəhəbdir. Həmçinin diqqət yetirmək lazımdır ki, yuxarıda qeyd olunmuş mətləblər müəllifin öz mülahizə və anlayışına görə tərtib olunmuşdur. Fəsildə olan nəzəri ixtilaflar məsələnin belə incə olmasından irəli gəlir. Hər halda bu tərtib və tənzimləmə, şərəfli və dərəcəli düzüm, əhəmiyyət və mühümlüyünə görədir. Yuxarıda göstərilən mətləblərin birgə işlənməsi də mümkündür. Elə mövzular vardır ki, biri digərinin aydın qavranılması üçün zəmin yaradır. Bu mətləblərin müştərək verilməsi qəbul olunmuşdur. Tanrı yolunu tutan həmin mərhələləri qət etməlidir. Bu minvalla yoluna davam edib Allahın köməyi ilə mübarizə və səy göstərməklə nəfsi-mütməinnə dərəcəsinə yetişər, heç bir vasitə olmadan mübarək "Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"(«Nəhcül-bəlağə» 222-ci xütbə.)ayəsi ona xitab olunaraq Allahın əziz bəndələrinin yanında yer tutar.
    Category: İslamda Əxlaq 1 | Views: 936 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024