Dil günahları Ən mühüm və əsas bəhslərdən biri də dil günahları, ondan törəyən bəlalardır. Dil ünsiyyət vasitəsi kimi faydalı və dəyərli olsa da, ondan baş verən günahlar da ziyanverici və xoşagəlməzdir. Allah dərgahında haqq sözü deməkdən yaxşı ibadət olmadığı kimi, batil sözü də söyləməkdən də pis günah yoxdur. Dil bəlaları haqqında səmavi təlimlərdə və hikmət sahiblərinin kəlamlarında o qədər faydalı, maraqlı mətləblər vardır ki, onların hamısını burada araşdırmağa bizim vaxtımız çatmaz. Lakin bacardıqca deyilənlərdən bir neçəsinə işarə edəcəyik. Əsl mövzu barədə söhbətə başlamazdan öncə nitqin əhəmiyyəti barədə qısaca da olsa danışsaq, məqsədəuyğun olardı. Nitq-Tanrı neməti, lütf kimi Allah insanları nitq qabiliyyətinə malik olmaqla şərəfləndirdi. Hikmət sahibləri, filosoflar nitqi təfəkkür və əqlin ifadəçisi bilib, buna görə də onu insanı başqa canlılardan ayıran xüsusiyyət hesab edirlər. Heyvanların əksəriyyəti onlar üçün təyin olunmuş müəyyən həddə qədər xüsusi səslərlə aralarında ünsiyyət yaradırlar. «Quran»da da quşlar və heyvanlardan bəzisinin danışdığı etiraf edilir: "Süleyman Davuda (peyğəmbərlikdə , elmdə və mülkdə) varis oldu və dedi:" Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şey verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!" («Nəml»-16) Həzrəti-Əli(ə) ibn Abbasa belə buyurmuşdur: "Allah-təala quşların dilini Davud oğlu Süleymana öyrətdiyi kimi, bizə də öyrətdi. Həmçinin quruda və suda yaşayan bütün canlıların da"(«Nəhcül-bəlağə» (Feyzül
İslam), xütbə-175) «Quran»da deyildiyi kimi, qarışqalar da danışmağa qadirdirlər: "Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə çatdıqda bir qarışqa (Qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" («Nəml»-18) Xülasə, hər bir canlının özünəməxsus dili və danışığı vardır. Müqəddəs Kitabda bütün məxluqların danışığına iqrar edilib buyurulur ki, Qiyamət günü hətta bədən üzvləri də onların (insanların) əməllərinə şahid durarkən sahibləri buna qarşı etiraz edəndə onlar belə cavab verərlər: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı". («Fussilət»-21) Danışıq və nitq təkcə insana məxsus deyildir. İbn Mənzur deyir: "Nitq danışmaqdır. Hər bir danışıq nitqdir.” (Sonra öz sözünü təsdiq etmək üçün "bizə quş dili öyrədildi" ayəsini misal çəkir.) Ardınca isə yazır: "Ədəbiyyatçılardan ibn Seyyidə adlı birisi belə yazmışdır: ««Quran»ın Davudun dilindən söylədiyi kimi, insandan başqa digər məxluqlar da nitq qabiliyyətinə malikdirlər: "Bizə quş dili öyrədildi" («Nəhcül-bəlağə (Feyzül İslam),
hikmət №341) Xülasə, heyvanlar barədə aparılan təhqiqatlardan, ayə və rəvayətlərdən istifadə edərkən nitq və danışığın təkcə insanlara məxsus olmamasına heç bir şübhə qalmır. Quşlar, qarışqalar və bəzi heyvanlar da özlərinə məxsus səs və sözlərlə ünsiyyət yaradırlar. Bir sıra dilçilərinə nəzərləri yuxarıdakı fikirlə üst-üstə düşür. QEYD: Fəlsəfənin nitqi insanda təfəkkür və ağlın ifadəçisi hesab edib onu insanla heyvanlar arasında əsas fərqləndirici cəhət kimi hesab etməsinə baxmayaraq, bu məsləni vəhy məktəbindən öyrənib «bəyan»ı nitqin yerində işlətmək daha məqsədəuyğun olardı. «Bəyan» sözü leksik baxımdan «nitq» kəlməsinə nisbətən daha geniş ifadə imkanlarına, zəngin məna tutumuna malikdir. «Bəyan» aşkar etmək deməkdir. İnsanın danışığına ona görə bəyan deyilir ki, onun fikirləri söz vasitəsilə aşkar olur. Əgər təfəkkür və əql qüvvəsi olmasaydı, insan öz istək və ehtiyaclarını bilməyib əldə etdiyi təcrübə və duyğularını yekunlaşdıraraq başqalarının başa düşəcəyi səviyyədə cümləbəcümlə düzüb izhar etməyə qadir olmazdı. Deməli, insanda nitq və bəyanın bünövrəsi onun mərkəzi sinir sistemi ilə birbaşa bağlıdır. Bu bağlılıq və əlaqə o qədər möhkəmdir ki, insan beynində azca boşluq yaranarsa, nitq fəaliyyətinə güclü təsir edər. Təfəkkür qüvvəsi nə qədər ardıcıl olarsa, onun bəyan qüdrəti çox, keyfiyyəti daha artıq olar. Deməli, bəyan iki cəhətdən əhəmiyyətlidir: 1. Bəyan insanın daxili hisslərini açıqlayan qüvvədir. Bəyan və dilin vasitəsilə insanın batinindəki fikirlər aşkarlanır. Heyvanlar isə bu qabiliyyətdən məhrumdurlar. 2. Bəyan insanda təfəkkür və düşüncənin ifadəsidir. Əbəs yerə deyildir ki, Allah-təala «Quran» və insan yaradılışını öyrənəndən sonra bəyanı öyrənməyi vurğulayaraq buyurur: "Rəhman! (Mərhəmətli olan Allah!) (Öz peyğəmbərinə) «Quran»ı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını ifadə etməyi) öyrətdi. («Ər-Rəhman»-1,2) Həzrəti-Əli(ə) buyurur: "Bilin ki, dil insan bədəninin bir parçasıdır. Əgər bir şəxs danışmaqdan boyun qaçırsa, dil söz deməyə qadir deyildir. Yox əgər insanın söz bazası olarsa, dil ona möhlət verməz. Doğrusu, biz (Peyğəmbər(s)-in Əhli-Beyti) söz sultanıyıq. Sözün cilovu əlimizdədir. Kəlam ağacı bizdə kök atıb, yarpaqları üstümüzə tökülmüşdür. Bilin və agah olun ki, (Allah sizə rəhm etsin) siz elə bir zamanda yaşayırsınız ki, haqq söz deyən az, dil həqiqəti deməkdən aciz, haqq axtaran və haqq istəyən insan isə xar və zəlildir".(Böhtan və töhmət insan
günahkar olmadığı halda, ona qarşı edilən amansız iftiradır. İfk isə pozğunçu
yalanlara deyilir. Şəriətdə Allah və peyğəmbər barədə söylənilən yalan ifk
adlanır.) Beləliklə, məlum olur ki, bəyan «Quran» və yaradılış təlimindən sonra nemətlərin ən üstünüdür. Buna görə də insan bu nemətlərin qədrini bilib Allaha şükr etməlidir. Əlbəttə, söylədiklərimizin hamısının şükrünü yerinə yetirmək olmaz, çünki Allah-təala öz bəndələrinə o qədər nemət əta etmişdir ki, insanlar onları saymaqda acizdir. "Qurani-Kərim”də bu barədə belə buyurulur: "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz". («İbrahim»-34) Dilin müsbət və mənfi cəhətləri Keçən bəhsdə dediyimiz kimi, dil xüsusi keyfiyyətə malikdir, lakin bu məsələni də yaddan çıxarmamalıyıq ki, onun müsbət və mənfi cəhətləri də var. Demək olmaz ki, dil Allahın ən üstün nemətlərindən olduğuna görə onu çox işlətmək və hesaba almadan hər sözü danışmaq olar. Əksinə, ondan zəruri və lazımi yerlərdə istifadə edilməlidir. Söz-ən gözəl ibadət və ən ağır günah Həzrəti-Əli(ə) buyurur: "İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı və eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir. Sözsüz ki, bu kəlam Allahın razılığı üçün onun rəhmət və nemətlərinin sonsuzluğunu ifadə edən formada olmalıdır. Çünki hamıya məlumdur ki, Allah özü ilə peyğəmbərləri arasında sirləri açmaqda, həqiqətləri aşkarlamaqda və gizli elmləri izhar etməkdə kəlamdan başqa bir şeyi vasitə seçməmişdir. Vəhy və mətləblərin dərk olunması kəlam vasitəsilə baş tutmuşdur, belə ki peyğəmbərlərlə insanlar arasında da dini təbliğ etmək üçün sözdən başqa bir vasitə olmamışdır. Buradan da aydın olur ki, söz ən gözəl vasitə və ən zərif ibadətdir. Eyni zamanda sözdən artıq Allah dərgahında ən ağır cəzaya layiq günah və insanlar arasında ən çox pislənən narahatedici bir amil yoxdur."(Ayişənin hədisi misal olaraq
aşkar eybi deməyin özü də qeybət sayılıb tənqid edilmişdir.) Adətən ağıllı insanın nişanələrindən biri də yersiz danışmamaqdır, çünki dil insan ağlının ölçüsünü ifadə edir. Həzrəti-Əli(ə) buyurur: "Danışın ki, tanınasız, çünki insan öz dili altında gizlənmişdir."(«Üsuli-kafi» II c, səh.276,
hədis №1) "İnsanın batini dili altında gizlənmişdir".(«Məhəccətül-beyza» V c,
səh.253, «Ət-tərğib vət-tərhib» III c, səh.503, Qəzali «Məkaşifət ül-qülub»
səh.156, «Ənvari-Nomaniyyə» səh.259.) Hər halda, ağıllı və uzaqgörən bəndə fikirləşib sonra danışar. Həzrət Əli(ə) belə söyləmişdir: "Ağıllı adamın dili onun qəlbində, axmağın qəlbi isə onun dilindədir".(«Kəşfür-reybə» səh.6;
«Məkasibi-mühərrəmə» səh.40; «Ət-tərğib vət-tərhib» III c, səh.511, hədis №24;
«Vəsailüş-şiə» VIII, səh.601; «Ənvari-Nomaniyyə» səh.259; «Cameüs-səadat» II c,
səh.302; «Məhəccətül-beyza» V c, səh.251; «Ehyaül-ülumi-din» (Beyrut çapı) III
c, səh.141) Seyyid Rəzi bu hədisi «Nəhcül-bəlağə»də nəql edən zaman deyir: "Bu hədis Mövla Əmirəlmöminin Əli(ə)-nin ən qəribə və dəyərli kəlamlarındandır. Hədisin mənası budur ki, ağıllı insan düşünmədən və fikirləşmədən ağzını açıb danışmaz, lakin axmaq adam isə fikirləşmədən danışar. Buna görə də elə bil ağıllı adamın dili onun qəlbinə, axmaq adamın qəlbi isə dilinə tabedir. Elə bu məzmunda o həzrətdən belə bir hədis nəql olunur: "Axmağın qəlbi dilində, ağıllı şəxsin dili isə qəlbindədir".(«Üsuli-kafi» IX c, səh.359,
hədis №2; «Vəsailüş-şiə» VIII c, səh.610, hədis №3.) Başqa bir yerdə isə belə buyurur: "Möminin dili onun qəlbində, münafiqin qəlbi və ağlı onun dilindədir.” Yəni mömin danışmaq istəyərkən fikirləşər, sonra danışar. Münafiq və axmaq adam isə ağzına gələni söyləyər, bilməz ki, hansı söz onun xeyrinədir, hansı söz ziyanına. Peyğəmbər(s) buyurmuşdur: "Heç bir bəndənin qəlbi düzəlməmiş, imanı düzəlməz və dili düzəlməmiş, qəlbi düzəlməz.." («Məcməül-bəyan» (Beyrut çapı)
IX c, səh.135.) Xülasə, insan düşünərək danışmalıdır. Əks halda, ixtiyarını əldən verər, axırı puç və bədbəxt olar. İnsan nə qədər ki, danışmamışdır, sözünün ağasıdır, elə ki danışdı, oldu qulu. Həzrət Əli(ə) bu həqiqəti belə açıqlayır: "Sözü nə qədər ki deməmisən, sənin ixtiyarındadır. Elə ki danışdın, sən onun ixtiyarındasan. Buna görə də dilini qızıl-gümüşün kimi saxla (yersiz söz xərcləmə). Çünki çoxlarının bir kəlmə yersiz söz söyləməsi böyük bir neməti əlindən zorla alıb başına dərd-bəla gətirmişdir".(«Məhəccətül-bəyza c.5, səh..255, "Kəşfur-rəybə" səh.9, "Ənvari-Nomamaniyyə", səh.259,"Camius-seadət" c.2, səh.305.; )
Bir çoxları danışmaqdan peşmançılıq çəkmiş, ancaq sükut etməkdən heç vaxt heç kim peşman olmamışdır. Loğman öz övladına buyurur: "Ey övladım, çox vaxt mən danışdığıma görə peşman olmuşam. Amma sükut etdiyim üçün təəssüflənməmişəm."(«Cameüs-səadat» II c, səh.306;
«Biharül-ənvar» (Beyrut çapı) XXXII c, səh.258; «Ənvari-Nomaniyyə» səh.259.) Sükut etmək barədə bir neçə qeyd Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, sükut etmək danışmaqdan yaxşıdır.: Peyğəmbər(s) demişdir: "Möminin nicatı dilini qorumasındadır". O həzrət başqa bir yerdə buyurur: "Kim sükut edərsə, nicat tapar". İmam Sadiq(ə) buyurmuşdur: "Loğman öz övladına söylədi: Əziz oğlum, danışmaq gümüşdürsə, danışmamaq qızıldır". Peyğəmbər(s) buyurur: "Kim öz salamatlığını istəyirsə, sükut etsin". (Yəni, yersiz söz danışmasın.) Bir nəfər Peyğəmbər(s)-in yanına gəlib soruşdu: "Mənə İslam (və qanunları) barədə bir neçə mətləb öyrədin ki, ona əməl edim. Daha başqalarından soruşmağa ehtiyacım olmasın.” Peyğəmbər(s) cavab verdi: "De ki, Allaha iman gətirdim və bu yolda dönməz ol". Həmin şəxsin "özümü nədən qoruyum?” sualına o Həzrət dilinə işarə edərək cavab vermişdi. («Vəsailüş-şiə» VIII, səh.508;
«Kəşfür-rəybə» səh.11.) İmam Sadiq(ə) sükutun faydaları haqda buyurur: "Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. Məhz elə şəxslər həqiqətlərdə qabaqcıl olmuş, yazılmamış kitablardan oxunulmamış uzun müddətli təhqiqatlar aparmış, həqiqətləri üzə çıxarmışlar." Sonra sükutun fayda və təsirlərini sadalayaraq buyurur: 1.Sükut bütün rahatlıqların açarı, dünya və axirətin asayişidir. 2.Sükut Allah razılığına səbəb olur. 3.Sükut Qiyamət günü haqq-hesabın yüngül olmasına səbəbdir. 4.Sükut xəta və uçurumlardan qorunmaq vasitəsidir. 5.Sükut cahil və nadan üçün pərdə, alimə isə zinətdir. 6.Sükut nəfsani təhrikləri boğmaq üçün vasitədir 7.Sükut nəfsin rahatlığı üçün vasitədir. 8.Sükut etməklə ibadət və münacatların ləzzətini dərk etmək olar. 9.Sükut qəlbi sərtlikdən təmizləyir. 10.Sükut həya və təqva qazanmaq bir yaradan amildir. 11.Sükut təfəkkür, ağıl və mürüvvətin artmasına səbəbdir. 12.Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur. Sonra İmam Sadiq(ə) buyurur: "İndi ki sükutun faydaları ilə tanış oldun, sus, zəruri olmayınca danışma. Xüsusilə Allah üçün və Allah yolunda danışmağa adam tapmadıqda". Sonra yenə buyurdu: "İnsanların məhv olmasına və ya nicat tapmasına səbəb danışmaq və ya susmaqdır. Deməli, xoş o adamın halına ki, yaxşı və pis sözü bir-birindən seçib az danışmağın, susmağın bəyənilmiş təsir və faydalarından xəbərdardır, çünki sükut Tanrı peyğəmbərlərinin əxlaqı və onun seçilmiş bəndələrinin şüarıdır. Əgər bir kəs sözün qədrini bilərsə, yersiz danışmayıb sükutu özü üçün şüar edər. Sükutun gözəlliyindən xəbərdar olan onu əmin-amanlıq xəzinəsi, özünün ürək sirri bilər. Belə bir insanın danışığı və sükutu ibadət sayılar. Allahdan başqa heç kim bu ibadətin mahiyyətini bilməz.”(«Cameüs-səadat» II c,
səh.304..) Zəruri şərh və diqqətəlayiq məsələ Əlbəttə, qeyd etmək lazımdır ki, sükut barədə nəql olunan hədislərdən əsas məqsəd insanın həmişə susub danışmaması, hətta özünün və başqalarının hüququnu qorumaq lazım gələrsə belə, yenə də susub özünü müdafiə etməməsi deyildir. Əksinə, məqsəd boş-boş danışmaq və uzunçuluğun qarşısını almaqdır. Əgər sükut haqqında nəql olunan rəvayətləri biz bu cür şərh etsək, belə çıxır ki, insan hər zaman, hətta zalımların zülmü və fəsad törədənlərin pozğunçuluğu qarşısında da susub etirazını bildirməməlidir. Yox, belə bir təfsir zülm qarşısında susmağı ən böyük günah hesab edən müqəddəs şəriətlə ziddir. Pozğun insanlar və zalımların qarşısında susub etiraz edilməzsə, islam təhlükəyə məruz qalar. Belə hallarda dində göstəriş verilir ki, sükut möhürünü qırıb mücadilə edərək insanları pozğunçuluq və zülm əleyhinə qaldırın. Həqiqətən, bu zaman susan şəxslər «Quran»ın mühüm göstərişini görməməzliyə vururlar. Bu göstəriş vacib əməllərin ən əhəmiyyətlisi olan əmr be-məruf və nəhy əz-münkərdir (yaxşılığa sövq edib pislikdən çəkindirmək). "Qurani-Kərim”də və Əhli-beyt(ə)-dən nəql olunan hədislərdə bu müqəddəs vəzifəni yerinə yetirmək barədə çox təkidlər olunmuş, yerinə yetirməyənlər isə tənqid edilib Allah qəzəbinə layiq bilinmişdir. Peyğəmbər(s) buyurur: "Allah-təala dini olmayan aciz mömin ilə düşməndir". Soruşdular: "Dini olmayan aciz mömin kimdir?" Həzrət buyurdu: "Nəhy əz-münkər (pislikdən çəkindirmək) etməyən şəxs"(«Ət-tərğib və ət-tərhib»
III c, səh514, hədis №28.). Əgər insanın həmişə susub, pozğunçuluq və zülmə qarşı çıxmaması Allah dərgahında yaxşı bir iş olsaydı, onda İmam Baqir(ə) belə buyurmazdı: "Vay o şəxsin halına ki, əmr be-məruf və nəhy əz-münkəri (yaxşılığa sövq edib pislikdən çəkindirmək) özünə vəzifə hesab etmir."(«Ət-tərğib və ət-tərhib»
III c, səh .508,hədis №17.) Bu iş icra olunmazsa, şübhəsiz, vacib əməllərin (namaz, oruc, həcc, xüms və s.) heç biri yerinə yetirilməyəcəkdir. İmam Baqir(ə) belə söyləmişdir: "Digər vacib əməllərin yerinə yetirilməsi əmr be məruf və nəhy əz munkərlə bağlıdır"(««Məhəccətül-beyza» V c,
səh251; «Meracüs-səadat» səh.407; «Ət-tərğib və ət-tərhib» III c, səh 510,
hədis №20. «Mükaşifətül-qülub»: səh.155; «Biharül-ənvar» (Beyrut çapı) XXXII c,
səh.222). Həzrəti-Əli(ə) yaxşılığa sövq edib pislikdən çəkindirmək barədə buyurur: "..Bunların hamısından ən əhəmiyyətli və üstünü ədaləti müdafiə etmək üçün zalım hökmdar qarşısında deyilən sözdür"(«Üsuli-kafi» II c, səh.387;
«Kəşfür-reybə» səh.4; «Vəsailüş-şiə» VIII c, səh.598.). Xülasə, əgər rəvayət və hədislərdə sükutun fəziləti haqda söz açılırsa, əsas məqsəd boş-boş danışıq, qeybət, töhmət, yalan və iftiraya qarşı çıxmaqdır. Belə hallarda insan gərək özünü yığışdırıb sussun: "Sükut yersiz danışıqdan yaxşıdır."(«Vəsailüş-şiə» VIII, səh.599..) Bəzi rəvayətlərdə insanın imanına xətər yetirməyən söhbətlər sükutdan üstün hesab olunmuşdur. İmam Əli ibn Hüseyn(ə)-dən söhbət və sükut barədə "Bunlardan hansı üstündür?"-deyə soruşduqda İmam(ə) buyurmuşdu: "Onların hər birinin özünəməxsus mənfi cəhətləri vardır. Əgər insan bu mənfi cəhətlərdən salamat qurtarsa, danışmaq susmaqdan üstündür." "Hansının daha üstün olduğunu nədən bilək?”-deyə soruşduqda o buyurdu: «Allah-təala peyğəmbər və onların canişinlərini susmaq üçün yox, haqq sözü insanlara çatdırmaq üçün göndərdi. Heç kim susmaqla behiştə daxil olmayıb Allah dostluğuna layiq və Allah əzabından özünü qoruyub saxlaya bilməyəcəkdir. Bütün bu mənfəət və nəticələr söz vasitəsilə həqiqətə qovuşur. Mən heç vaxt Günəşlə Ayı nəzərimdə bir tutmamışam (Burada danışmaq günəşə, susmaq isə aya oxşadılmışdır), çünki sükutu vəsf edərkən danışıqdan istifadə edirsən, amma kəlamı vəsf etmək üçün sükutdan istifadə edə bilməzsən,"(«Kəşfür-rəybə» : səh.6..) – deyə cavab vermişdi. Yəni Ay Günəşdən nur aldığı kimi, sükutun da fəziləti kəlamla aşkar olur. Bunun əksi olaraq, Günəşi Ay vasitəsilə görmək mümkün olmadığı kimi kəlamı da sükut vasitəsilə başa düşmək heç cür mümkün deyildir. Peyğəmbər(s) buyurur: "Allah bağışlasın o şəxsi ki, yaxşı söz deyib faydalanır və ya susub salamat qalır."(
«Kəşfür-rəybə» səh.11, «Məkasibi-mühərrəmə» səh.40; «Əlcəvahir
üs-sənəviyyə» səh.66, VII fəsil.
|
.)İmam Riza(ə)-dan nəql olunan bir hədisdə belə deyilir: "Alimin üç nişanəsi var: səbir, bilik, sükut. Həqiqətən, sükut hikmət qapılarından biridir. Yerində edilən sükut hamı tərəfindən bəyənilir və yaxşı nəticələr verir".(«Biharül-ənvar» (Beyrut çapı)
XXXII c, səh.1258; «Ənvari-Nomaniyyə» səh.259; «Məkasibi-mühərrəmə» səh.40;
«Əmaliye-Səduq» səh.174, hədis №9; məclis 37.) |