Dilin məsuliyyətləri Əxlaq alimləri bu əqidədədirlər ki, dili islah etmək çox çətindir. Əlləri dinc qoyub başqasının üzünə sillə vurmaqdan, ayaqları nalayiq yerə getməkdən çəkindirmək mümkün olduğu halda, dilə sahib durub, onu islah etmək çox müşkül məsələdir. Buna görə də məsum İmamlar(ə) dili günahdan qoruyub saxlamaq üçün ciddi tapşırıqlar vermişlər. Çünki insanda baş verən günahların çoxu dilin islah olunmamasından irəli gəlir. Peyğəmbər(s) buyurur: "İnsanın buraxdığı səhvlərin əksəriyyəti onun dilindəndir".(«Ehyaül-ülumi-din» (Beyrut
çapı) III c, səh.142; «Kəşfür-rəybə» səh.7; «Təfsiri-Qürtəbi» XVI c, səh.333;
«Təfsiri-Bürhan» IV c, səh.209.) Həzrəti-Əli(ə) belə demişdir: "Dil elə bir yırtıcıdır ki, əgər başını buraxsan, quduzlaşıb insanı qapar"(Əlmüstətrif:» I c, səh.116.). Başqa bir yerdə o həzrət dili boyunduruğa gəlməyən xam ata oxşadaraq söyləyir: "... Kişi gərək öz dilini saxlasın, çünki ram olmayan dil sahibini həlak edər. Allaha and olsun, dilini saxlamayan şəxs inanmıram, ona faydası olan təqva əldə etsin. (Yəni heç kim dili islah etməmiş lazım olan təqvaya yetişə bilməz.)(«Cəvahir» XXII,səh.71;
«Məkasibi-mühərrəmə» səh.46; «Məkasibi-mühərrəmə» (İmam Xomeyni) I c, səh.292.) Başqa bir yerdə isə həzrəti-Əli(ə) dilin islah olunmamasının aqibətinin cəhənnəm əzabı ilə qurtaracağını buyurur: "...Çox danışanın səhvi çox olar. Səhvi çox olanın həyası az olar. Həyası az olanın təqvası nöqsanlı olar. Təqvası nöqsanlı olanın qəlbi ölər. Qəlbi ölən şəxs də cəhənnəmə daxil olar..." («Miftahül-kiramə» IV c, səh.67) Böyük günahlardan hesab olunan dilin ziyanverici bəlalarından biri də qeybətdir. Qeybət başqasının arxasınca deyilən pis və xoşagəlməz sözə deyilir. Ümumi tərif kimi hesab olunan bu ifadə qeybətin növlərinə-böhtana, töhmətə, ifk(«Mən la yəhzuruhul-fəqih» IV
c, səh.4; «Əmaliye-Səduq» səh.345.), söyüş və aşkar eybləri söyləməyə şamil edilir, halbuki bunlardan hər birinin özünəməxsus tərifi olub şəriət nəzərindən xüsusi hökmə malikdir. Onların hamısı qeybət hesab olunmur. Qeybət sözünün lüğəvi mənası ümumi xarakter daşıyır və bəzən hədislərdə də belə olur.(«Müstədrəkül-vəsail» II c,
səh.108; «Biharül-ənvar» (Beyrut çapı XXXII c, səh.226); «Qürər»in fəslə görə
mündəricatı (səh.168, №1607) burada bu hədis həzrəti-Əli (ə)-dən də nəql
olunmuşdur.) Qeybət fiqh alimlərinin təfsirində Fəqihlər qeybətə müxtəlif təriflər vermişlər. Bu təriflər forma cəhətdən müxtəlif olsa da, məzmun baxımından eynidir. Burada mövzunu araşdırmaq və bir-birindən seçmək nəzərindən məzmunlar oxşardır. Başqa bir ifadə ilə desək fəqihlər qeybətə məntiqi tərif vermək niyyətində olmamışlar ki, bir qeydin az və çoxluğu mənanın dəyişilməsinə səbəb olsun. Əksinə fəqihlər bu qeydləri sadalayıb qeybətin əlamətlərinə zahiri tərif verməklə adətən onlarla zahirən qarışıqlığı düşən töhmət, ifk, söyüş, eyibaxtarma, məsxərəyə qoymaq, təhqir hörmətsizlik, dillə əziyyət vermək, dedi-qodu və s. kimi oxşar hallardan ayırmaq istəmişlər ki, qeyd olunan bütün bu xüsusiyyətlər şəri, hüquqi təsir və xüsusi hökmlərlə özünə məxsus bir tərzdə qavranılsın. Yuxarıda qeyd olunan amillərin hamısı böyük günah hesab olunur, lakin onların haramlığı qeybət olduqlarına görə deyil. Bu günahlardan hər birinin özünəməxsus günah dərəcəsi vardır. Bunlar cərimə və kəffarəsinə (günahını bağışlatma) görə fərqlənirlər. Məsələn, əgər bir kəs hər hansı bir möminin aşkar eybini və ya aşkar günahlarını deyərsə, günaha batmış olur, amma eyibaxtarma və dedi-qodu kimi olunan qeybətin günahı yuxarıda qeyd olunan qeybətin günahından fərqlidir. Başqa bir misal: Bir başqasının arxasınca onda olmayan xüsusiyyəti ona aid edən, yaxud söyüb nalayiq sözlər deyən qeybət etdiyinə görə yox töhmət və nalayiq söz dediyi üçün günahkar sayılır. İnsan bir əməllə bir neçə günah işlədə bilər, yəni belə bir şəxs qeybət, töhmət, eyibaxtarma, söyüş və hörmətsizliyi bir sözdə, bir yerdə cəmləşdirib günaha batmış olur. Təbii ki, bunun günahı daha ağır və daha böyükdür. Buna görə də fəqihlərdən hər biri bir və ya bir neçə qeydi zikr etməklə qeybətin hökmünün həddini təyin etmişlər. Əlbəttə yuxarıda qeyd olundu ki, kamil bir məntiqi tərif söyləyərək bir qeydi artırıb-azaltmaqla onu başqa təriflərdən ayırmaq əsas məqsəd deyildir. Buna görə də demək olar ki, qeybət həmin lüğəvi məfhum olan və fəqihlərin xüsusi şərtlərlə o məfhuma işarə etdikləri vahid bir mənaya malikdir. Lakin qeyd etmək lazımdır ki, qeybətin haramlıq məsələsində fəqihlər onun bütün nümunələrində vahid bir nəzərə malik deyillər. Onlardan bəziləri onun haramlığında bir qeydi artırmış və bəzisi də bir qeydi azaltmışdır. Xülasə, bu qeydlər hökmün şərtləridir, nəinki mövzunun meydana gəlmə şərti, yəni bu qeydləri artıranlar qeybətin haramlığının bu qeydlərin baş verən surətdə olmasına inanırlar. Bundan qeyri surətdə fərz edək ki, əgər qeybət doğru olarsa, haram olmur. Belə ki, əgər başqa cəhətdən yəni töhmət, söyüş, əziyyət kimi haram olarsa, bunun qeybətə heç bir dəxli yoxdur. Hər halda fəqihlərin söylədikləri qeyd və şərtlər aşağıdakılardan ibarətdir: 1.Qeybət sirri ifşaetmə xüsusiyyətinə malik olsun. Buna əsasən aşkar eyibləri günahları danışmaq qeybət sayılmır. Hörmətsizlik təhqir və ya pis mənada dedi-qodu olduğuna görə qadağan olmasına baxmayaraq, mümkündür bu günahın dərəcəsi ilə uyğun olmasın. 2.Qeyd olunmuş eyib yalan olmasın. Yəni qeybəti olunan şəxsdə, həqiqətən, bu nöqsan olsun. Deməli, əgər doğru olmazsa bu, töhmət sayılır. Onu deyən şəxs də iftiraçı kimi cəzalandırılıb günahı qeybətdən daha artıq olur. 3.Eyibaxtarma bir məqsəd daşısın. Buna əsasən başqalarının eybini danışmaq onların xeyirlərinə görə olarsa sözü gedən şəxsin razılığı olmasa belə şəri cəhətdən heç bir maneəsi yoxdur. Məsələn, xəstənin xüsusiyyətlərini həkimin yanında danışmaq onun həkim tərəfdən düzgün müayinə olunub müalicə olunmasına görədir. Çünki onun sağalması xəstəliyinin ifşa olunması ilə mümkündür. Sözsüz ki, xəstə işin əvvəlində xəstəliyinin ifşa olunmasından narahat ola bilər. Lakin onun narahatçılığı bu işə heç bir xələl gətirmir. Həmçinin bəzilərinin əxlaqi gözəlliklərini tərif etmək niyyəti ilə danışmaq qeybət deyildir. Baxmayaraq ki, onlar öz əxlaqi gözəlliklərinin ifşa olunmasını istəmirlər. Əlbəttə əgər bu əxlaqi gözəlliklərin ifşa olunması həmin şəxsin çətinliyə və əziyyətə düşməsinə səbəb olarsa bu, yaxşı iş deyildir. Amma bu qeybət kimi yox, mömin qardaşa əziyyət vermək kimi hesab olunar. Bunun da özünəməxsus ayrı bir hökmü vardır. 4.Qeybəti olunanın şəxsiyyəti bilinsin. İstər adını və bəzi xüsusiyyətlirini sadalamaqla, istərsə də işarə və kinayə etməklə. Əlbəttə, bu o surətdədir ki, eşidən onu bu yolla tanıya bilir. Deməli əgər ümumi və naməlum surətdə olarsa, yaxud eşidən onu tanımazsa bu, qeybət sayılmır. 5.Qeybəti olunan şəxs müsəlman və din qardaşı olsun. Buna əsasən kafirlərin, müşriklərin və mülhidlərin (dinsiz, dindən çıxmış) qeybətini etməyin heç bir eybi yoxdur. 6.Qeybəti olunan açıq-aşkar qəsdən günah edən olmasın. Deməli, əgər bir kəs açıq-aşkar günaha batırsa onun qeybəti caizdir (onun qeybətini etmək olar). Çünki belə bir şəxs günah etməkdən və günahkar olmaqdan qorxub camaatın onun nalayiq hərəkətlərindən xəbərdar olmasından çəkinmir. Fəqihlərin, əxlaq alimlərinin və bəzi dilçi alimlərin şəriət şərtləri çərçivəsində qeybət barədə söylədikləri qeyd və şərtlərin toplusu budur. Bu şərtlərdən bəzisinin leksik mənanı doğrultmamasına baxmayaraq, fiqhi mənbələrdə və hədislərdə gəlmiş şərtləri əsasən şəriət hökmləri sırasına daxil etmək lazımdır. İndi isə nəzərinizi bu barədə gəlmiş ayə və hədislərə cəlb edirik. «Quran» baxımından qeybət Şübhəsiz qeybət böyük günahlardandır. Böyük günahlara batmış şəxslər cəhənnəm əzabına layiqdirlər. Bu barədə aşağıdakı ayədə Allah-təala belə buyurur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik gönahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. («Nisa»-31) İmam Sadiq(ə) demişdir: "Böyük günahlar onlardır ki, Allah-təala cəhənnəm atəşini onlar üçün vacib bilmişdir"(«Kəşfür-rəybə» (Şəhid Sani)
«Əlfəslül-əvvəl-fi-əqsami-qeybət».) «Qurani-Kərim»də bir yerdə qeybət şiddətli tənqid edilmişdir: «(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!» («Huməzə»-1) «..(Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin) Hamınız bu işdən ikrah edirsiniz (deməli bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!).." («Hucurat»-12) Bu iki ayədən belə başa düşülür ki, eyibaxtarma xüsusiyyəti qeybətdə şərtdir. Çünki birinci ayədə qeybət eyibaxtarma və tənəvurma kimi tənqid olunur sonrakı ayədə isə ölmüş din qardaşının ətini yeməyə oxşadılır. Bu bənzətmə ona görədir ki, qeybət başqalarının şəxsiyyətinə təcavüz etməkdir. Sanki qeybət edən bu vasitə ilə qeybətini etdiyi insanın şəxsiyyətini əzib meydandan çıxarır. Burada qeybət edən iki əməli yerinə yetirmiş olur: birincisi, başqasını rüsvay edir ikincisi isə, bu üsulla özünün nüfuz qazanması üçün çalışır. Həqiqətdə, bu məqsədlə o başqalarının şəxsiyyətinə təcavüz etmiş olur, yəni öz şəxsiyyətini başqalarının şəxsiyyətini məhv etməklə ucaltmaq istəyir. Bu ayədə söylənilən başqa bir məsələ də budur ki, qeybət yalnız müsəlmanlar barədə olduqda qadağandır. Çünki "bir-birinizin" və "din qardaşının əti" ifadələrindən məqsəd möminlərdir və möminlərdən başqasına aid deyil. Mübarək ayədə bildirilən üçüncü fikir budur ki üçüncü şəxs söhbət vaxtı orada olmadığı halda qeybət sayıla bilər. Çünki "qeybət" sözü "hazırda olmayan" mənasından əlavə "ölü" mənasını da daşıyır. Ayədə qeybət olunan ölmüş kimi fərz edilir. Ölmüş insanın özünü müdafiə edə bilmədiyi kimi o da (qeybəti olunan) qaib olduğundan özünü müdafiə edə bilmir. Dördüncü mətləb odur ki, ölünün (bu dünyada) dirilməyinin mümkün olmadığı kimi, qeybəti olunanın da əldən getmiş abır-həyasını yenidən bərpa etmək mümkün deyildir. Tanrı isə daha yaxşı biləndir. Əksər insanlar dünyadan narahat köçdülər. Onlar qiyamətdə görüşüb Allah dərgahında mühakimə olunacaqlar. Şeytanın şərindən Allahın qəzəbindən Allaha pənah aparırıq. «Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!» («Nisa»-148) Bu ayələrdən belə anlaşılır ki, Allah-təala insanların pis əməllərinin aşkar olunmasını istəmir, çünki onların eybi bir-birinin yanında ifşa olunub, abır-həyası aradan gedə bilər. Hədislər nəzərindən qeybət İslami rəvayətlərdə də qeybət etmək qəti surətdə tənqid olunmuş, onun pis təsir bağışlaması dəfələrlə vurğulanmışdir. Bu haqda biz izahlı şəkildə bəhs edəcəyik. Çünki insanların çox az qismi qeybətin haramlığına diqqət yetirir. Şəhid Saninin dediyi kimi, müsəlmanların əksəriyyəti namaz qılmaq, oruc tutmaq, Allah dərgahına yaxınlaşmağa səbəb olan ibadət və əməllərin çoxunun yerinə yetirilməsi üçün çalışır, zina (qeyri-qanuni cinsi əlaqə) etmək, şərab içmək və s. kimi haram əməllərdən çəkinirlər, lakin bununla belə çox vaxt bəziləri şadlıq məclislərində özlərini haram deyib-gülməklə və yersiz söhbətlərlə məhv edir, öz din qardaşlarının abır-həyasını tökür və bunu özləri üçün günah hesab etmirlər. Elə bil bu əməllərinə görə Allah qarşısında sorğu-suala çəkilməyəcəklər. Daha bilmirlər ki, gördükləri başqa işlər etdikləri yaxşılıq və xeyir əməllər bircə dəfə qeybət etməklə məhv olub gedir. Müsəlmanların şəxsiyyətinə hörmətsizlik sələmdən daha pisdir. Peyğəmbər(s) buyurur: "Sələm vasitəsilə qazanılan bir dirhəmin günahı Allah dərgahında otuz altı zinadan daha böyükdür. Sələmdən daha böyük günah isə müsəlmanların abır-həyasını tökməkdir.”(«Müstədrəkül-vəsail» II c,
səh.108.) Qeybət zinadan daha pisdir Cabir ibn Abdulla və Əbu Səid Xidri Peyğəmbər(s)-dən belə nəql edirlər: "Qeybətdən çəkinin! Qeybət zinadan daha pisdir, çünki zinakarın tövbə edib günahının bağışlanması mümkün amma qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.”(«Təfsiri-bürhan» II c,
səh.421, hədis №11; «Biharül-ənvar» (Beyrut çapı) VI c, səh.34, hədis №48;
«Təfsiri-Əyyaşi» II c, səh.292.) Qeybət-meyit əti yemək kimidir «Quran»da qeybət etmək ölmüş mömin qardaşın ətini yemək hesab edildiyi kimi, rəvayətlərdə də bu mətləbə ciddi toxunulmuşdur. Peyğəmbər(s) buyurur: "Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybət) haram və onun malının ehtiramı qanına olan ehtiram kimidir"(«Tühəfül-üqul» səh.184,
risaleyi-hüquq). Bu, günahın böyüklük və ağırlığını göstərir. Belə bir məna yalnız qeybət barədədir. Qeybəti edilən şəxs qeybət zamanı orada olmadığından və özünü müdafiə edə bilmədiyi üçün ölüyə bənzədilmişdir. Birinin abır-həya pərdəsi xalq arasında yırtılarsa heç bir şey ilə onu bərpa etmək olmaz. Həmin adam həmişə başıaşağı gəzər. Buna görə də öz nüfuz dairəsinin genişlənməsi üçün qeybət edən şəxs sanki ölmüş müsəlman qardaşının ətini yeyir Təbərsi mübarək "bir-birinizin qeybətini etməyin" ayəsinin nazil olması haqda yazır: "Bu ayə Peyğəmbər(s)-in səhabələrindən olan iki nəfərin Salman haqda qeybət etdiyi zaman nazil olmuşdur. Onlar Salmanı yemək gətirmək üçün Peyğəmbər(s)-in yanına, Peyğəmbər(s) də onu o vaxt beytül-malın müdiri olan Üsamə ibn Zeydin yanına göndərir. Üsamə Salmana yeməyə heç bir şeyin olmadığını bildirdi. Yoldaşlarının yanına qayıdarkən onların: "Niyə yemək gətirmədin?" sualına: " Mən Peyğəmbər(s)-in yanına getdim və o da məni Üsamənin yanına göndərdi. Üsamə də yeməyə heç bir şeyin olmadığını mənə bildirdi. Ona görə də sizə bir şey gətirə bilmədim" -deyə Salman cavab verdikdə onlar bir-birlərinə dedilər: "Üsamə xəsislik edib yeməyə heç nə vermədi". Salman haqda isə belə söylədilər: "Əgər onu su gətirmək üçün Səmihə (su quyusu) quyusuna göndərsək, o, quyunu da qurudar". Sonra həqiqəti öyrənmək üçün Üsamənin yanına getdilər. Peyğəmbər(s) onlara buyurdu: "Mən sizin ət yediyinizi müşahidə edirəm." Dedilər: "Biz bu gün ət yeməmişik." O söylədi:: "Siz Salman və Üsamənin ətini yemisiz (Bu iki nəfərin qeybətini etmisiz). Sonra bu ayə nazil oldu."(«Məkasibi-mühərrəmə» səh.46) Qeybətin meyit əti yeməyə bənzədilməsi başqa rəvayətlərdə də göstərilmişdir. «Quran» və söylənilən rəvayətlərdən belə nəticəyə gəlmək olar ki, qeybət qardaşın qardaşa zülmündən də artıq iyrənc və çirkin əməldir. Qeybət yaxşı əməlləri məhv edir Qeybət yaxşı əməllərin puça çıxmasına və aradan getməsinə səbəb olur. İmam Sadiq(ə) buyurur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb külə döndərdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb külə döndərir.”(«Məkasibi-mühərrəmə» 46. Hədis
kitablarında "babut-təyir” ("danlamaq fəsli”) adı altında müxtəlif hədislər
vardır. Bu hədislər buna dəlalət edir ki, əgər
Allah-təala dünya və axirətdə,biri başqasını günah edərkən
görüb onu danlayarsa onun özünü danlayar. Bəzi rəvayətlərdə belə nəql olunur
ki, əgər bir şəxs bir özü ölməmiş o
əməlin sahibi olar.,mömini hər hansı bir iş
üstündə danlayarsa «Üsuli-kafi» II c, səh.356.) Bəzən insan qeybətə aludə olduğundan yerinə yetirdiyi bütün yaxşı əməlləri əldən verir. Onun əməllərinin savabı qeybətini etdiyi şəxsin əməllər kitabçasına (nameyi-əmalına) yazılır. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik. Peyğəmbər(s) buyurdu: "Qiyamət günü sizlərdən birini əməllərinə baxmaq üçün məhşər çölünə gətirib nameyi-əmalını ona verərlər. O nameyi-əmalına baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi bu mənim nameyi-əmalım deyil, çünki yerinə yetirmiş olduğum saleh əməllərdən və ibadətlərdən heç biri onun içində yazılmamışdır." Ona deyilər: "Sənin Allahın səhv iş tutmaz, heç bir şeyi unutmaz. Bu, sənin əməllər kitabındır, amma qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışdığın, qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur". Sonra hesab çəkmək üçün başqasını gətirib əməllər kitabçasını ona verərlər. Öz nameyi-əmalına baxarkən çoxlu yaxşı əməl və ibadətlərin orada yazıldığını görüb təəccüblə deyər: "İlahi bu, mənim nameyi-əmalım deyil mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: "Filan şəxs sənin qeybətini etdiyinə görə onun xeyir əməlləri sənin əməllər kitabına yazılmışdır."(«Məkasibi-mühərrəmə» səh.46,
«Səvabül-əmal» səh.178.) Qeybət edən Allah himayəsində deyildir İmam Sadiq(ə) buyurur: "Hər kim bir möminin abır-həya pərdəsini yırtmaq və eyib axtarmaq niyyəti ilə xalq arasında gözdən salmaq üçün onun əleyhinə danışarsa Allah-təala belə şəxsi öz himayəsindən çıxarıb şeytanın himayəsinə atar. Heç şeytan da onu qəbul etməz.”(«Məkasibi-mühərrəmə» səh.46.) Qeybət insanın dinini məhv edər Peyğəmbər(s) buyurdu: "Müsəlmanın dininə qeybətin təsiri bədənindəki yaranın təsirindən (yaranın daha dərinə getməsindən) daha güclüdür”.(«Biharül-ənvar» (Beyrut çapı)) "Çobanın ağacı silkələyib yarpağını tökdüyü kimi, qeybət də insanın imanını qolsuz-budaqsız edir” («Məkasibi-mühərrəmə» səh.46.) Şübhəsiz, qeybətə aludə olanı Qiyamət günü ağır əzab gözləyir. Peyğəmbər(s) buyurdu: "Dünyada mömin qardaşının ətini yeyən və qeybətini edən şəxsi qiyamət günü qeybətini etdiyi şəxsin qarşısına gətirib deyərlər: "Dünyada diri olan vaxt ətini yediyin kimi [indi ki meyitdir], yenə də onun ətini ye.” Sonra da onun ölmüş cəsədindən yeyib əziyyət çəkərək başgözünə vurub fəryad edər.”(«Mən la yəhzuruhul-fəqih» IV
c, səh.9.) "Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə qaşıyırdılar. Cəbrayıldan soruşdum ki, bunlar kimdir?» Dedi: "Camaatın dalınca qeybət edib onların abır-həyasını tökənlər.”(«Nəhayeyi-ibn Əsir» I c,
səh.272) Qeybət və ibadətlərin dəyərinin azalması Başqa bir hədisdə belə nəql olunur ki, qeybətə aludə olan şəxsin ibadətlərinin dəyəri azalır. Peyğəmbər(s) buyurur: "İnsandan bir hadisə baş verməyənə qədər məsciddə oturub namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: "O nə hadisədir?” Buyurdu: "Qeybət”(«Kəşfür-rəybə» səh.9.) Qeybət əməllərin qəbul olunmasına maneədir Peyğəmbər(s) demişdir: "İnsan əməllərinin qoruqçusu olan məmurlar onun günəş kimi işıq saçan əməlini yuxarı apardıqda əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyir: "Bu əməli sahibinin başına çırpın, çünki mən Allah-təala tərəfindən tapşırıq almışam ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum."(Zəruri olan mətləb budur ki,
təcəssüs və təhəssüs-ikisi də aramaq mənasındadır. Amma aralarında bu fərq
vardır ki, adətən pis əməlləri aramağa təcəssüs, xeyir əməlləri aramağa isə
təhəssüs deyilir. «Qurani-Məcid»də həzrət Yəqub(ə)-un övladlarına dediyi sözü
belə nəql olunur: "Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamindən) bir
xəbər bilin” («Yusif»-87). Artıq məlumat almaq üçün bu mənbəyə müraciət edin:
«Təfsiri-Qürtəbi» XVI, səh.332-333.) Qeybət edən behiştdən məhrumdur Peyğəmbər(s) buyurur: "Behişt üç adama haramdır: sözgəzdirənə, qeybət edənə və həmişə sərxoş olana"(Bu ayədə əxlaq tam surətdə
diqqət mərkəzində durmuşdur. «Qurani-Kərim»də mövzu o qədər incəlik və
dəqiqliklə araşdırılır ki, nəticəni aradan qaldırmaq üçün səbəbin aradan
qaldırılması açıq-aydın göstərilir. Çünki səbəb-nəticə bir-birinə sıx bağlı
məsələlərdir.). QEYD: Qeybət edən əgər tövbə etsə və tövbəsi qəbul olunsa, yenə də behiştə daxil olan axırıncı şəxsdir. Allah-təala Musa ibn İmrana vəhy göndərdi ki, qeybət edən əgər tövbə edərsə behiştə daxil olan axırıncı yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar."(«Təfsiri-Qürbəti» XVI, səh.331) Qeybət edən halalzadə deyildir Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, insanların dalınca qeybət edib onların həyasını tökərək şəxsiyyətini alçaldan halalzadə deyildir, ona görə ki halal yolla bağlanan nütfə heç vaxt belə günaha batmaz. Peyğəmbər(s) buyurur: "Xalqın ətini qeybət etməklə yeyən şəxs halalzadə olduğunu yalan deyir, çünki qeybət cəhənnəm itlərinin yemidir.”(«Səfinətül-bihar» II c,
səh.597.) Bu hədisdə halalzadə olmamaqdan məqsəd bəlkə də haram yeməklər və təvəllüddür. Çox ehtimal ki, bu xüsusiyyət o şəxslərə aiddir ki, onların işi-peşəsi həmişə qeybət edib və xalqı incitmək olmuşdur. (Ərəb dilində indiki zaman felinin mütəmadi olması buna dəlildir) Allah isə ən yaxşısını biləndir. Qeybət edən mömin deyildir Başqa bir hədisdə belə nəql olunur ki, müsəlmanın arxasınca qeybət edən şəxsin imanı yoxdur. Peyğəmbər(s) buyurur: "Ey dili ilə iman gətirib qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyiblərini aramayın, çünki hər kim öz din qardaşının gizli eyiblərini arayarsa Allah-təala onun sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”(«Kəşfür-rəybə» səh.20.) Bəziləri belə təsəvvür edirlər ki, qeybət yalnız dilə aiddir. Halbuki insan başqasının eybini və çatışmamazlığını demək, yazmaq, işarə etmək, kinayə, rəmz, yerişini yamsılamaq və s. kimi yollarla başqasına başa salarsa haramdır. Rəvayətlərdə də bu mətləbə işarə olunmuşdur. Ayişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi. Evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Peyğəmbər(s) buyurdu: "Onun qeybətini etdin". Kiminsə müəyyən bir xüsusiyyətinə işarə etməklə yamsılamaq, yaxud adını çəkməməklə eşidənlərin söhbəti gedən şəxsin kim olduğunu bildiyi halda arxasınca danışmaq da qeybətdir. Əgər birisi belə hallarda qeybətə aludə olmaq istəmirsə Peyğəmbər(s) kimi şəriət qanunları pozuntusu görəndə xalqa nəsihət etsin. O Həzrət ümumi surətdə, tək bir nəfər şəxsə işarə etmədən buyurardı: "Niyə bəziləri belə işlər görürlər?" Ayişə nəql edir: "Peyğəmbər(s)-in qaydası bu idi ki, bir şəxsin nalayiq söz danışdığını eşidəndə onu incitməmək üçün adını çəkməyib yalnız buyurardı: "Niyə bəziləri belə sözlər danışırlar?”(«Təfsiri-Qürəibət» XVI,
səh.332.) |