İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 11 » İslamda Əxlaq 1
    8:55 AM
    İslamda Əxlaq 1
    Qeybətə qulaq asmağın haramlığı
    Qeybət etmək kimi qeybətə qulaq asmaq da haram və günahdır. Bu məsələdə fiqh, əxlaq alimləri arasında heç bir fikir ayrılığı yoxdur. «Cəvahir» adlı kitabın müəllifi Şeyx Ənsari və həzrət İmam Xomeyni(r.ə) buyurublar: "Qeybətə qulaq asmaq haramdır. Onun haram olması barədə heç bir fikir müxtəlifliyi yoxdur".(«Məhəccətül-beyza» V c, səh.268; «Təfsiri-Qürtəbi» XVI, səh.332)
    "Miftahül-kiramə" adlı kitabda yazılır: "Qeybətə qulaq asmağın haramlığı o qədər aydındır ki, fəqihlərin əksəriyyəti öz kitablarında bunu qeyd etməyə ehtiyac duymamışlar"(«Vəsailüş-şiə» VIII c, səh.614; «Üsuli-kafi» II c,səh.362 (Töhmət və bədgümanlıq fəsli); «Biharül-ənvar» (Beyrut çapı) XXXII c, səh.196; «Əmaliyi-Səduq» səh.20, hədis №8, məclis 50.).
    Hədislər və qeybətə qulaq asmağın haramlığı
    Bu barədə istinad edilən hədislərin bəzisini burada nəql edirik. Şeyx Səduq Peyğəmbər(s)-dən nəql olunmuş hədislərdən birində belə yazır: "Peyğəmbər(s) qeybət etməyi və qeybətə qulaq asmağı qadağan etmişdir.”(«Miratül-üqul» XI c, səh.15)
    Həzrəti-Mühəmməd(s) buyurur: "Qeybətə qulaq asan qeybət edən iki nəfərdən biridir.”(«Qürər»in mövzuya əsasən mündəricatı: səh.227, №9084.)Yəni qeybətə qulaq asan qeybət edən kimidir. "Qeybətə qulaq asan qeybət edənlərdən biridir.”(«Qürər»in mövzuya əsasən mündəricatı: Səh.127, №8561.) Demək, qeybət məclisində iki qeybət edən vardır: qeybət edən və qeybətə qulaq asan. Hər ikisi qeybətin günahında şərikdirlər. İmam Sadiq(ə) buyurur: "Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.”(«Qürər»in mövzuya əsasən mündəricatı: səh.228, №8950.)
    Qulağın məsuliyyəti
    "Qurani-Kərim”də insan məsuliyyəti dil və danışmaqla məhdudlaşdırılmamışdır. Əksinə, göz, qulaq, qəlb və dil insanın məsuliyyətlərində şərik bilinərək buyurulur:
    "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin sözü demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” («İsra»-36)
    Bir hədisdə belə nəql olunur:
    "..Bir nəfər İmam Sadiq(ə)-in xidmətinə yetişib söylədi:
    - Qonşunun kənizləri oxuyub-oynayırlar. Bəzən su başına çıxanda onların nəğmələrinə qulaq asmaq üçün çox otururam.
    Həzrət buyurdu:
    -Belə etmə!
    O kişi dedi:
    -Allaha and olsun, onların nəğmələrinə qulaq asmaq üçün getmirəm, lakin bəzən orada onların nəğmələrini eşidəndə çox otururam.
    İmam Sadiq(ə) söylədi:
    -Məgər sən «Quran»ın buyuruğunu eşitməmisənmi?
    "Qulaq, göz və qəlb–bunların hamısı sorğu -sual olunacaqdır.”
    Dedi:
    -Allaha and olsun, elə bil bu ayəni heç kimdən eşitməmişdim. İndi bu işi tərk edib Allahdan bağışlanmaq istəyərəm.
    İmam Sadiq(ə) ona buyurdu:
    -Dur ayağa get (tövbə) qüslü et. Bacardığın qədər namaz qıl. Çünki pis bir işə adət etmişdin. Əgər indi ölsəydin, çox ağır bir halda bu dünyadan köçüb böyük bir məsuliyyətə düşmüş olardın. İndi isə Allah dərgahında tövbə edib ondan bağışlanmağını dilə.(«Qürər»in mövzuya əsasən mündəricatı: səh.227, №2709)
    Çünki insanın boynunda qulağın öz haqqı vardır. İmam Səccad(ə) buyurur: "Qulağın sənin boynunda haqqı budur ki, onu qəlbində xoş düşüncə ideya və gözəl xasiyyət əmələ gətirən hikmətli kəlamları eşidib qəlbə ötürməkdən başqa xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməyəsən, çünki qulaq pis və yaxşı şeyləri ürəyə yetirən bir qapıdır. Bütün qüdrətlər Allahın tükənməz qüdrətinə bağlıdır.”(Həmin mənbə: səh.228, №105304.)
    Qeybəti inkar edib, din qardaşını müdafiə etmək
    Qeybət məsələsində dörd şərt vardır:
    1. Qeybətin haramlığı.
    2. Qeybətə qulaq asmağın haramlığı.
    3. Nəhy əz-münkər (pisliklərdən çəkindirmək).
    4. Mömin qardaşın nüfuz və həyasını qorumaq.
    Qeybət olunan hallarda pisliklərdən çəkindirib, qeybətin baş verməsinin qarşısını almaq və din qardaşının ləyaqətini müdafiə etmək vacibdir. Başqa sözlə desək qeybətə qulaq asmamaq və qeybət edənin sözünə məhəl qoymamaq pisliklərdən çəkindirməyin nümunələrindən biri olmasına baxmayaraq, bununla kifayətlənmək olmaz. Hər bir şəxs öz din qardaşını müdafiə edib onun ləyaqətinin qorunması üçün çalışmalı din qardaşına qarşı yönəldilən tənqid və eyibləri düzgün, Allah bəyənən vasitələrlə dəf edib, şayiə və dedi-qoduların yetişməsinə zəmin yaradan amillərin qarşısını almalıdır. Belə olduqda heç kəs cürət edib hesab-kitabsız möminlər haqda şayiələr yayaraq onların ləyaqətinə töhmət, iftira və qeybətlə ləkə vura bilməz. Çünki mərhəmətli Allah möminlərin izzət, əzəmət və başıucalığını istəyib, bu keyfiyyətləri ləkələməyə çalışan insanlarla düşmənçilik edir. Buna görə də imanlı müsəlmanlara bu cür dağıdıcı amillərə qarşı ciddi olmalarını göstəriş verir ki sükutu pozaraq dedi-qodu və qeybət etməklə cəmiyyəti çirkləndirib möminlərin ləyaqətini ləkələyən və əsassız şaiyələr vasitəsilə insanların inam hissini qıranları yerindəcə susdursunlar. Bəziləri belə güman edirlər ki, qeybəti rədd etmək günahın bütün hallarda baş verməsinin, təkrar olunmasının qarşısını almaq və hamıya vacib olan nəhy əz münkərdir. Lakin deyildiyi kimi, qeybəti rədd etmək başqa bir mövzudur. Təkcə qeybətin qarşısını almaq və qeybətdən çəkindirmək kifayət deyildir. Əksinə, elə bir iş görmək lazımdır ki, suyu qurumuş arxa bir də su gəlsin. Yəni qeybət olunanın şəxsiyyəti və ləyaqəti geri qaytarılsın. Şeyx Ənsari buyurur: "Belə məlumdur ki, qeybəti inkar etmək qeybətdən çəkindirmək deyildir. Qeybəti inkar etməkdən məqsəd qeybəti olunanın müdafiəsinə qalxıb ona kömək etməkdir. Bu mənada ki, əgər qeybət dünyəvi işlərə aid olarsa bunu eşidən müsəlman gərək "bunlar eyib deyildir, eyib odur ki, Allah-təala onu qadağan edib. Allahın qadağan etdiyi əməllərdən biri də müsəlman qardaşına Allahın eyib bilmədiyi bir şeyi aid etməkdir” desin. Ona xatırlatsın ki, sənin qeybət etməyin daha eyibdir. Əgər o, dini zəmində eyib olarsa, (tutaq ki, filan şəxs filan günaha batdı) ona bəhanə gətirməklə bəraət qazandırsın. Məsələn, naməhrəmə baxarsa desin, bəlkə elə bilib məhrəmlərindəndir. Əgər namazı tərk edibsə, desin ki, bəlkə yadından çıxıb,yaxud başqa bir vaxt başqa yerdə qılmışdır və s».(

    «Qürər»in mövzuya əsasən mündəricatı: səh.227, №5573.

    )
     Bu qayda ilə şeyx Ənsari sözünə davam edir: "Deməli, əgər bəhanə gətirmək mümkün olmasa başqa bir yolla qeybəti olunana kömək etsin. Məsələn, belə demək olar ki, mömin məsum deyil, bəzən o da günaha batır. Yaxşısı budur, insan onun danlanmağını və rüsvay olmasını deyil, Allahdan bağışlanmasını diləsin. Ola bilsin ki, Allah dərgahında sənin günahın onun günahından da çoxdur".(«Biharül-ənvar» (Beyrut çapı) LXXII c, səh.194)
    Hər halda insan bacardığı qədər din qardaşının qeybətini inkar edib onu müdafiə etməlidir.
    Qeybətin inkar edilməsinin müsbət təsirləri
     Dünya və axirət köməkliyi
    Peyğəmbər(s) buyurub: "Bir nəfərin yanında din qardaşının qeybəti edilərsə və o da imkan daxilində onun köməyinə yetişərsə Allah-təala dünya və axirətdə onun köməyinə yetişər.”(«Sünəni-Termizi:» IV c, səh.356, fəsil 56, hədis №1988; «Təfsiri-Qürtəbi»: XVI, səh.331; «Əttərğib və əttərhib»: IX, səh.545. Bu hədis «Biharül-ənvar» kitabında (Beyrut çapı) II c, səh.195-də azca fərqlə nəql olunmuşdur.)
     Bəlaların dəf edilməsi
    Peyğəmbər(s)-dən belə nəql olunur: "Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar edərək müdafiəsinə qalxarsa dünya və axirət bəlaları ondan uzaqlaşar."(«Qürər»in mövzuya əsasən mündəricatı səh.227, №5575)
     Behiştə daxil olmaq
    Peyğəmbər(s) buyurur: "Hər kim öz müsəlman qardaşının ləyaqət və həyasını qoruyarsa behişt ona vacib olar.”(«Biharül-ənvar»: (Beyrut çapı) LXXII c, səh.196
     )
    Qeybətin inkar edilməməsinin mənfi təsirləri
     Dünya və axirət alçaqlığı
    Peyğəmbər(s) buyurur: "Bir nəfərin yanında din qardaşının qeybəti olunarsa və o da imkanı olduğu halda, onu müdafiə etməzsə Allah-təala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).”(«Nəhcül-bəlağə» (Sübhi Salehi) hikmət №114.)
     Qeybətin inkar edilməsi yetmiş günaha bərabərdir:
    Şeyx Səduq Peyğəmbər(s)-in buyurduğu bir hədisi İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər kim imkanı olduğu halda, din qardaşının qeybətini inkar etməzsə onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.”("Biharül-ənvar”: (Beyrut çapı) II c, səh.197.)
    Şeyx Ənsari bu hədisi nəql etdikdən sonra söyləyir: "Bəlkə də qeybətə qulaq asanın bu yerdə günahının artmasının səbəbi budur ki, onun susması qeybət edənin cürətlənib sözünü davam etdirməsinə bais olub nəticədə yeni-yeni qeybətlərin və başqa günahların yaranması üçün rəvac verir".
    Müəllifin nəzərincə, sükut edib qeybəti inkar etməyən surətdə qeybəti eşidənin günahı daha da artır. Şeyxin buyurduqlarından əlavə, belə hallarda onun susmağı şayiələrin yayılması və hörmətsizliyin artması üçün zəmin yaradıb insanları bir-birinə qarşı bədbin edərək hamının inamsızlığına bais olur. Nə çox faydalı və xalq üçün çalışan vicdanlı şəxslər əsassız şayiələr nəticəsində məzlumcasına ictimai səhnədən uzaqlaşdırılmış və heç kim də onları müdafiə etməmişdir. Həqiqətən, töhmət və qeybətlərə məruz qalan şəxsləri müdafiə etmədikdə cəmiyyət ümidsizliyə, sədaqətli xidmətçilər isə ruh düşkünlüyünə düçar olurlar. Belə olan halda təkcə pislikdən çəkindirməklə kifayətlənmək olmaz, həm də bu zaman edilən töhmət və qeybətləri inkar etmək lazımdır, yəni məntiqi əsaslarla müdafiə edərək səhv düşüncələri qəlblərdən silib bədbinlikləri nikbinliyə çevirərək qeybəti olunmuş şəxsin ləyaqətini özünə qaytarmaq əsas işdir.
    Qeybətin mənbəyi
    Belə ayə və rəvayətləri araşdırmaqla bu günahın nə qədər iyrənc, böyük olduğunu və aqibətinin necə də faciəli bitdiyini dərk etdikdən sonra bu xəstəliyin səbəb və müalicəsini arayıb-araşdıraq.
    Bədgümanlıq və təcəssüs (eyibaxtarma)
    "Qurani-Kərim”dən belə aydın olur ki, bu günahın ən mühüm səbəblərindən biri insanlara qarşı bədgüman olub onların sirrini diqqətlə araşdırmaqdır. Başqalarına qarşı bədgümanlıq edib həmişə xalqın sirrini öyrənməyə can atan şəxs, təbii ki, qeybət xəstəliyinə tutula bilər.
    Təcəssüs (araşdırma) nədir?
    İbn Əsir yazır: "Təcəssüs gizli şeyləri araşdırmağa deyilir. Çox vaxt eyibli sirlərin kəşf edilməsi mənasında işlədilir. Başqasının gizli eyiblərini araşdıran şəxsə isə casus deyilir.”("Nəhcül-bəlağə” (Feyzül İslam) hikmət №211.)
    İnsan birinə qarşı bədgüman olub bu minvalla davam edərsə, təcəssüsə mübtəla olar. Şəhid Sani bu barədə yazır:("Nəhcül-bəlağə” (Sübhi Salehi) namə 53, səh.435.) "İnsanların daxili sirlərini təcəssüs etmək bədgümanlığın səmərəsidir, çünki insan qəlbi bədbinliklə qane olmayıb onu başqaları barədə təhqiqat aparmağa vadar edir. Bu təhqiqatların da nəticəsi budur ki, insanın başı təcəssüs və eyibaxtarmağa qarışır. Halbuki müqəddəs islam dini təcəssüsü də qadağan etmişdir. "Qurani-Kərim”də buyurulur: "Təcəssüs etməyin.” Təcəssüsün mənası budur ki, Allah bəndələrini səttariyyət (örtülmüş) pərdəsi arxasında rahat buraxmayıb onların əməlləri üzərindən pərdəni qaldıraraq Tanrının ört-basdır etdiyini aşkar edəsən. Belə bir iş insanların məxfi əməlləri bərədə məlumat toplamağa və nəticədə isə, sənə məlum olmayanların aşkara çıxmasına bir vasitədir. Əgər bu məxfi qalsaydı, qəlb və dinin salamat olardı. İndi isə bu barədə sənin özün fikirləş! Allah-təaladan mənəvi inkişaf və səadətə yetişməyini dilə".[("Nəhcül-bəlağə” (Sübhi Salehi) namə 53, səh.437)
    Deməli bu bəlaya düçar olmamaq üçün Allahın bizə göstərdiyi yolu seçməliyik.
    "Qurani-Kərim”də buyurulur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan) günahdır. (Bir birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qılmayın!"("Nəhcül-bəlağə” (Sübhi Salehi) namə 53, səh.442.) («Hucurat»-12)
    Əgər qeybət etmək istəmirsinizsə gərək bədgüman olmayasınız, çünki bədgümanlığın nəticəsində insanlar bir-birinin eyiblərini, sirlərini öyrənməyə çalışırlar. Bədgümanlıqla arayıb-axtarmanın bir-birinə qarşılıqlı təsiri vardır. Bəzən axtarış aparmaq bədgümanlığa və bəzən də bədgümanlıq arayıb-axtarmağa bais olur. Buna görə də hər ikisindən çəkinmək lazımdır. Rəvayətlərdə də arayıb-axtarmaq qadağan olunmuşdur. Onlardan birini nümunə üçün burda qeyd edirik:
    "Təhəssüs (yaxşılığı araşdırma) və təcəssüs edib insanların eybini arayıb axtarmayın. Bir-birinizə qarşı həsəd aparıb kinli olmayın. Bir-birinizdən üz çevirməyin. Ey Allah bəndələri! Bir-birinizə qardaş olun!”(«Tühəfül-üqul» səh.264)
    Bir neçə qeyd:
    İndi ki söz bədgümanlıqdan düşdü, bu barədə bir sıra şübhələri dəf etmək üçün aşağıdakı açıqlamaları münasib hesab edirik:
    a) Şübhəsiz ümumi surətdə heç bir qeyd və şərt olmadan gümanı günah, ha¬ram hesab etmək düzgün deyildir, çünki ötəri xatirə¬ və zehni təsəvvürlərin insan ətrafında baş verən hadisələrlə toqquşması təbii və insan iradəsindən asılı olmayan bir işdir. İnsan iradəsinin müdaxilə etdiyi və yaxud gümanına pis təsir bağışladığı amildən başqa bu cür xatirələri heç zaman əxlaqi və vəzifə borcu kimi yaxşılıq, çirkinliklərlə vəsf etmək yaxşılığa sövq etməyə və pisliklərdən çəkindirməyə aid etmək olmur. Məsələn, bir şəxs təcəssüs etməklə başqalarının gizli əməllərində bədgümanlığın yaranmasının təməlinin bədgüman olaraq başqalarını ittiham etmiş olur. Bu şəraitdə bədgümanlıq ixtiyaridir, çünki birinci surətdə başlanğıcın, ikinci surətdə isə təsirin mütəmadiliyinin ixtiyari olması bunu göstərir ki, bədgümanlıq ixtiyaridir. Buna görə də onu təbii hesab etmək olmaz. Dəqiq elmlərdə sübut olunmuşdur ki, insanın iradəsi ilə başladığı iş sonradan iradəsindən asılı olmasa da, ixtiyari hesab olunur. Məsələn, əgər biri özünü hündür bir yerdən atıb öldürərsə, fəzada peşman olmasına baxmayaraq, günahkardır. Çünki işin əvvəlində öz ixtiyarı ilə özünü yerə atdığından bu iş ixtiyari hesab olunur. Həmçinin qeyri-ixtiyari bir işi öz istəyi ilə davam etdirən, əvvəldə qeyri-ixtiyari olmasına baxmayaraq, günahkardır. Məsələn, əgər bir şəxsin ixtiyarsız olaraq gözü naməhrəmə sataşarsa, o, günahkar deyildir, lakin o, bu baxışa davam edərsə, artıq günahkardır. Çünki öz iradəsi ilə bunu davam etdirmişdir. Buna görə də İmam Sadiq(ə) buyurur: "Birinci baxış sənin xeyrinə, ikinci baxış sənin ziyanına olduğu halda, üçüncü baxış isə səni məhv edər".(

    «Misbahüş-şəriə» XXIX fəsil.

    )
    Buna görə də bədgümanlığın başlanğıcı olan təcəssüs və şayiələrə qulaq asmamaq, həmçinin bədgümanlıq əmələ gələrkən onu yaddan çıxarıb reaksiya verməmək lazımdır.
    b) Qeyd olunmalı məsələlərdən biri də bədgümanlığa reaksiya verməkdir. Bu, özü də iki növə ayrılır:
    1.Qəlbdə reaksiya vermək-əxlaq alimləri onu "qəlbin düyünü" adlandırmışlar.
    2.Əməldə reaksiya vermək-bu da əməli surətdə başqalarının hüququnu tapdalamaq, qeybətini qılmaq və ya töhmət etməklə əmələ gəlir.
    Daxildə reaksiya vermək insanın əvvəldə ötəri xatirə və sadə təsəvvürdən başqa bir şey olmayan gümanını zehnində saxlayaraq yetişdirib inam surətində formalaşdırır. Belə ki, iş onün özünə şübhəli qalıb gümanını yəqin hesab edərək yəqinlik halda olduğu kimi təsir bağışlayır. Belə vəziyyətdə insan öz dostu haqda bədgüman olub ona qarşı etibarını itirir. Bu hal ümumi surətdə həyatın əsasını laxladaraq cəmiyyəti pozğunluğa çəkən əxlaqi və ruhi xəstəliyin bir növüdür.
    Şəhid Sani bu barədə yazır: "Möminin arxasınca danışmaq, onu pisləmək və eybini başqalarına demək haram olduğu kimi, onun haqqında bədgüman olmaq da haramdır. Bədgüman dedikdə burada qəlbdə reaksiya vermək (üqdül-qəlb) nəzərdə tutulur, yəni insan ağlına gələnləri qəbul edib ona əsaslanaraq düşündüyü insanı qəti surətdə günahkar bilir. Halbuki həqiqətdə onun üçün sübut olunmamış təkcə bədgümanlıqla həmin şəxsi məhkum edərək insanlar arasında ləyaqətini alçaldır. Bu, günah və haramdır. Amma tez ötüb-keçən xatirələri Allah bağışlayar". Sonra belə davam edir: "Buna görə də müqəddəs islam şəriətində belə göstərilir ki, əgər birinin ağzından şərab iyi gələrsə, onu şərab içib deyə şəriət qanunlarına əsasən cəzalandırmaq olmaz. Ola bilsin ki, o şərabı ağzında qarqara etmiş və yaxud bir başqası onu zorla içizdirmişdir. Bu da ağlasığan bir şeydir. Hər halda bu fikir müsəlman qardaşa qarşı bədgüman olmaq üçün əsas deyildir. Beləliklə, insan bu cür gümanlara qapanıb öz qəlbində buna reaksiya verə bilməz.”.(«Qürər»in mövzuya əsasən mündəricatı səh.124, №5169.) İslam Peyğəmbəri(s) buyurur: "Bir kəsə qarşı bədgüman olan zaman onu təsdiq etmə (yəni ona inanma)".(«Məhəccətül-beyza» V c, səh.264.)
    Əməli surətdə reaksiya vermək isə odur ki, insan öz gümanını həqiqət sanaraq həqiqətdə olduğu kimi ona yanaşsın. Məsələn, biri öz gümanını qəti bir xəbər kimi danışıb başqasını gümanına əsasən ittiham edir. Aydındır ki, bu cür davranış insanların hüququnu pozmaq, onlara qarşı hörmətsizlik, qeybət və töhmətdən başqa bir şey deyildir. Çox zaman belə əsassız və azacıq bədgümanlıqlar nəticəsində şəxsiyyət, istedad və ləyaqətlər alçaldılaraq məhv edilmiş, xalq belə ictimai və ilahi nemətlərdən məhrum olunmuşdur. Halbuki biz hamımız yaxşı bilirik ki, müsəlmanların şəxsiyyət və ləyaqəti toxunulmazdır. Onu qorumaq üçün çalışmaq lazımdır. Elə qəti xəbərlər vardır ki, müsəlmanların hörmətdən düşməsinə səbəb olduğuna görə şəri icazə olmadan onu açıb danışmaq qadağandır, o ki qaldı nə şəri, nə də əqli əsası olmayan gümanlara. Peyğəmbər(s) buyurur: "Allah-təala müsəlmanların qanını, malını, namusunu toxunulmaz hesab edib onlara qarşı bədgüman olmağı haram buyurmuşdur."(«Qürər»in mövzuya əsasən mündəricatı səh.386, №3167)
    Xoşgümanlıq
    Bədgümanlıq cəmiyyətdə bir-birinə inam hissini məhv edib qəlbləri kədərləndirdiyindən müqəddəs şəriətdə onun əksinə olaraq "xoşgüman" adlı əkstəsirə malik bir xüsusiyyət vardır. Həyatın bütün mərhələlərində ondan istifadə olunmalıdır, yəni möminlərin əməllərini həmişə xeyrə yozub, son həddə qədər yaxşılığa doğru fikirləşmək lazımdır. Həzrət Əli(ə) buyurur: "Qardaşının əməllərini bütün bəhanə yolları üzünə bağlanana kimi yaxşılığa yoz. Yaxşılığa doğru yozmağa imkan olan surətdə onların dediyi hər bir sözə qarşı bədgüman olma."(

    «Nəhcül-bəlağə» (Feyzül İslam) hikmət №345.

    )
     Əllamə Məclisi bu cümləni belə şərh edir:
    "Hədisi buyurmaqda həzrəti-Əmirəlmöminin Əli(ə)-nin məqsədi bu olmuşdur ki, din qardaşın söhbət edərkən onun danışığı yaxşılığa doğru zəif, pisliyə doğru güclü ehtimal olsa belə, bacardıqca yaxşılığa doğru yozmaq lazımdır. Əlində kəsərli dəlil olmayana qədər onun barəsində axtarış aparmağa haqqın yoxdur. Ola bilsin ki, güman əsassızdır. Bu zaman təcəssüs etmək də qadağandır".(«Ğürər»in mövzuya əsasən mündəricatı səh.287, №5739.)
    Həmin hədis üsuli-fiqh (fiqhin əsasları) elmində xoşgümanlığın meyarına dəlalət edən dəlillərdən biridir, yəni əgər iki nəfər şəxs bir-biri ilə müqavilə bağlayırsa, bir-biri haqda xoşgüman olmalıdırlar. Əgər onların müqaviləsi xoşgümanlıq üzərində bağlanmazsa, bu bünövrəni ictimai məsələlər, ticarət və s.bağlanmış müqavilələrlə əlaqədar etibarsız hesab edərlərsə, daha heç bir alış-veriş və müqavilə etibarlı olmayıb, cari işlər də laxlayar, cəmiyyətin əsası dağılar. İnsanlarda bir çox ictimai, iqtisadi əməliyyatların nə dərəcədə düzgün aparılması barədə şübhələr yaranar. Odur ki, İslam dinində din qardaşının işinə xoşgüman olmaq göstəriş verilmişdir, çünki bədgümanlıqla mübarizə yollarının ən əsası xoşgümanlıqdır. Bunun vasitəsilə bədgümanlığın qarşısı asanlıqla alınır. Bədgümanlıq insanın özündən əlavə cəmiyyəti də pozğunlaşdırır. Bədgüman olan birisi səhv düşüncə və şaiyədən başqa bir şey olmayan öz gümanını başqa adamlara da yoluxduraraq tədriclə qəti bir fikir kimi xalq arasında yayır. Ondan: "niyə və hansı dəlilə əsasən müsəlman qardaşa qarşı bədgüman olub, abır-həya pərdəsini yırtaraq şəxsiyyətini ləkələyirsən?”–deyə soruşduqda cavab verir: "Mən filan şəxsdən eşitdim, filan şəxsdən soruşmuşam, mən də başqasından eşitmişəm” və s. Belə məlum olur ki, bu gümanın əsası tamamilə boş imiş.
    v) Bədgümanlıq insan xislətinin çirkin və iyrənc bir xüsusiyyəti olduğu kimi, onun əksi olan xoşgümanlıq möminin gözəl sifət və əxlaqi keyfiyyətlərindən sayılır. İslam əxlaqı bizi başqalarına qarşı xoşgüman olmağa təşviq edib ruhun sağlam qalmasına bu şərtlə zəmanət verir və ictimai həyatı bu bünövrə üzərində möhkəmlətməyi tövsiyə edir. "Qurani-Kərim”də bu barədə belə buyurulur:
    "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu açıq aydın bir böhtandır!"-deməli deyildilərmi?" («Nur»-12)
    Həmin ayə münafiqlər Peyğəmbər(s)-in zövcəsi Ayişəyə böhtan atarkən nazil oldu. Allah-təala bu ayəni müsəlmanlar haqda şayiələrə uyduqlarına görə nazil etmişdir. Ayədə buyurulur ki, onlar bədgüman olmağın yerinə gərək müsəlman kişi və qadınlara qarşı xoşgüman olub şayiə yayanları məhkum edəydilər. Bununla da şaiyə yayanlara imkan verməyib müsəlmanların namusunu qorumuş olardılar.
    «Misbahüş-şəriə» adlı kitabda belə yazılmışdır: «Xoşgümanlıq müsəlmanın iman və ruhunun sağlamlığından irəli gəlir. İnsanın hər bir şeyə nikbinlik və fəzilətlə baxması ruhun paklığının nişanələrindəndir». Peyğəmbər(s) buyurur: "Öz din qardaşınıza qarşı xoşgüman olun ki, bununla mənəvi saflığa yetişəsiniz". (85-ci fəsil)


    Category: İslamda Əxlaq 1 | Views: 1174 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024