İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 11 » İslamda Əxlaq 1
    8:36 AM
    İslamda Əxlaq 1
    2.İnsanlar arasında sülh yaratmaq
    («Məcməül-bəyan»: Beyrut çapı: IX c. / səh-135.)
    Müstəsna hallardan biri də insanlar arasında sülh yaratmaqdır, yəni insan kin-küdurəti aradan qaldırmaq və mehribanlıq yaratmaq üçün yalan danışıb bu yolla xalq arasında dostluq yaradarsa, yalan danışmaq haram sayılmaz. Məsələn, iki nəfər və ya iki dəstə arasında ədavət düşəndə onlardan birinin yanına gedib o birinin dilindən tərifləndiyini, özünün isə bu ədavətdən peşman olduğunu və barışmaq istədiyini deyib, sonra qarşı tərəfin yanına gedərək, bu birinə dediyini eynilə təkrarlayarsa, belə bir yalan haram olmamaqdan əlavə hətta bəyənilmiş, Peyğəmbər(s) və məsum İmamlar(ə) tərəfindən təkid edilmişdir. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik.
    Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyətdə belə buyurur: "Ey Əli! Allahın sülh yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”(«Qurani-Kərim»də bəşər övladının bir-birindən üstünlüyünü göstərən beş meyar qeyd olunmuşdur. Bunlar aşağıdakılardır: a) Təqva: "... Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (pis əməllərdən ən çox çəkinəninizdir.)..." («Hucurat»-13) b) Əql və təfəkkür. Bu, bütün dəyərlərin mayasıdır. «Qurani-Kərim»də bu barədə çoxlu ayələr gəlmişdir. v) Allah yolunda cihad: "Zərər çəkmədən (üzrsüz) evlərində əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) şəxslər bərabər olmazlar. Allah malları və canları ilə vuruşanları evlərində əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə) savab vəd etmişdir. (Lakin) Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir."(«Nisa»-95). q) İman. d) Elm və bilik. Elm, iman fəzilət və insaniyyətin iki əsas rüknü, meyarıdır. «Qurani-Kərim»də bu barədə buyurulur: "... Allah sizlərdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini uca tutur..." («Mücadilə»-11) Lakin bunu da bilmək lazımdır ki, dəyərlərin arasında ən üstünü təqvadır. Təqva demək olar ki, bütün dəyərlərin əsası və bünövrəsidir. Çünki təqva olmadan nə elm bir iş görə bilər, nə cihad bir yol aça bilər, nə əql bələdçilik edə bilər və nə də iman insanı məqsədə çatdıra bilməz. Təqva sayəsində əql həqiqətləri dərk edir, elm açılmayan məsələləri həll edir. Elmin bu qədər təriflənib təşviq olunması ona görədir ki, elm öyrənib-öyrətməkdən məqsəd həqiqətləri tanımaq, məsuliyyət dərk etmək, Allah bəndələrinə xidmət etmək və Allah rizayətini qazanmaq olsun. Bundan qeyri-surətdə isə aqibət ustad şair Mövləvinin dediyi kimi olacaqdır: "Bədxislət insana elm öyrətmək, quldura silah vermək kimidir. Yolkəsənin müsəlman olması, nadan şəxsin elmli olmasından yaxşıdır.” («Məsnəvi"- səh-693)
     )
    Müaviyə ibn Əmmar İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər kim sülh yaratmaq üçün yalan danışarsa, yalançı deyildir”
    Bu hədisdən bizə belə aydın olur ki, xeyirxah insanın (camaatın arasında mehribanlıq yaradan, ədavəti, kin-küdurəti yatıran) təkrar-təkrar yalan danışmasına görə ona kəzzab (həmişə yalan danışan, yalan danışmağa adət etmiş) demək olmaz. Başqa bir hədisdə İsa ibn Həssan İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər bir yalan danışığa görə sahibi gün gələr ki, onun üçün cavab verməli olar. Yalnız üç nəfərdən başqa ... Onlardan biri də iki nəfər arasında sülh yaratmaq istəyən şəxsdir. Həmin şəxs onun yanında bir şey, digərinin yanında isə bir başqa şey deyir ki, onları barışdırsın.”(Şeyx Səduq «Səvabul-əmal və üqabul-əmal»: səh-284; «Məhasini-bərqi» (İslamiyyə mətbəəsi) (ikinci çap) I c, səh-97) (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.(

    ŞeyxTusi «Əl-əmali», səh-114.

    )
    )
    Burada mənafe dedikdə şəxsi mənafelər və xüsusi qərəzlər yox, möminlər arasında sülh və mehribanlıq nəzərdə tutulur. Əvvəldə qeyd edildiyi kimi, xalq arasında mehribanlıq yaratmaq o qədər əhəmiyyətlidir ki, İmam Sadiq(ə) bu işə görə öz malından ayıraraq səhabələrindən birinə verir. Bununla da həmin şəxs iki mömin arasında kin-küdurət və ixtilaf yarananda o malın vasitəsilə onlar arasında mehribanlıq yaradıb düşmənçiliyi yatırır.
    3.Döyüşdə hiylə
    Şübhə yoxdur ki, müharibə dini və ictimai zəruri hallardan olub müxtəlif səbəblərə görə (siyasi, ictimai, əqidəvi) millətlər və ölkələr arasında baş verir. Adətən, bu kimi həmlə və fəlakətlərdən özünü qurtarmaq, tezliklə düşmənə qalib gəlmək üçün elə vasitələrə əl atılır ki, adi hallarda bunlara icazə verilmir. İnsanların öldürülməsi və əsir alınması, zəiflətmək məqsədilə düşmənin hərbi texnikasının məhv edilməsi və qarət olunması, hərbi qüvvələrin möhkəmləndirilməsi, yaşayış binalarının və iqtisadi mərkəzlərin dağıdılması, dinc əhalinin öldürülməsi kimi hallar qələbə çalmaq və düşmənin məğlub edilməsi üçün bir vasitədir. Şübhəsiz, əgər müharibə müdafiə xarakteri daşıyırsa, bu kimi vasitələrdən istifadə etməyin şəri və əqli cəhətdən heç bir eybi yoxdur. Bu arada ən mühüm amillərdən olan düşməni aldadaraq hiyləyə əl atmaq ən yaxşı vasitələrdəndir. Çünki əgər hiylə ilə düşməni aldadıb güclü bir həmlə ilə hücuma keçə bilsək, azca təlafat verməklə düşmənə qalib gələ bilərik. Bu müqəddiməyə diqqət yetirməklə hiylə və yalana qarşı düşmən olan müqəddəs İslam dininin niyə görə müharibədə belə vasitələrdən istifadə edilməsinə icazə verməsini başa düşərik.
    Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyyətlərdən birində belə buyurur: "Ey Əli! Üç halda yalan danışmaq olar: döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribançılıq yaradarkən.”(«Mişkatül-ənvar» (Nəcəf çapı) səh-59)
    İmam Sadiq(ə) buyurmuşdur:
    "Hər bir yalana görə insan bir gün cavab verməli olacaq. Yalnız üç yerdən başqa: döyüşdə düşmənə hiylə gələrkən və...”(İbn Əbil-Hədid «Şərhi-nəhcül-bəlağə»: XVIII c./ səh-278)
    Bu hədislərdən belə başa düşülür ki, yalan danışmaqdan üç yerdə istifadə etmək olar. Onlardan biri də müharibədir.
    4.Ailə üzvlərinə və həyat yoldaşına vədə vermək
    Müqəddəs dinimizdə qadın və övladın məişət xərci ailə başçısı kimi kişinin boynuna düşür (qadının xərci tamamilə, övladın isə ataya ehtiyacı olduğu surətdə). Əlbəttə, vacib xərclik imkan daxilində, iqtisadi və normal həddə qədərdir. Lakin çox vaxt ailənin tamah və istəyi kişinin imkanından artıq olub normal dolanışıq həddini aşır. Belə bir vəziyyətdə kişi iki yol ayrıcında qalır: ya gərək ailə üzvlərilə pis davranıb istədiklərini açıq-aşkar rədd etsin, ya da ki ümid bəxş edən bir rəftarla və qeyri-ciddi vədlərlə onları razılaşdırsın. Bu zaman mənfi, acıqlı cavab vermək ailə üzvlərinin inciməsi və qəlblərinin sınması ilə nəticələndiyindən ailədə ikiüzlülük və inamsızlığa səbəb olmasına baxmayaraq, ikinci qaydaya icazə verilmişdir. Lakin bunu da qeyd etmək lazımdır ki, insan qarşısında bundan başqa bir çıxış yolu qalmadığından və bunun az zərərli olması nəzərindən belə bir vasitəyə icazə verilmişdir. Qeyd etməliyik ki, bu üç mövzunun (müharibə, sülh və həyat yoldaşına vədə vermək) hədislərdə bir yerdə gəlməsi yalan vədəyə heç bir qeyd-şərtsiz icazə verilməməsini göstərir. Çünki yalan digər iki halda (müharibə və sülh) mühüm bir mənafeyi qorumağa görədir, belə ki (o iki yerdə) lazım olarkən istifadə edilməzsə, sonu pisliklə nəticələnə bilər, çünki döyüşdə əsasən qalibiyyət və məğlubiyyət məsələsi müzakirə olunur. Bunun da üstündən asanlıqla keçmək mümkün deyildir. Möminlər arasında sülh, mehribanlıq yaratmaq da eynən bunun kimi mühüm ictimai-əxlaqi məsələlərdən olub İslamda çox böyük əhəmiyyətə malikdir. İslam dini iman qardaşları arasında ədavətin üç gündən artıq olmasına icazə verməmiş, öz aralarında mehribanlıq və sülh yaratmağı onların öhdəsinə qoymuşdur. Bu qaydaya əsasən ailədə də ən əhəmiyyətli məsələ ön plana çəkilir. Maddi imkanlar da daxil olmaqla hər cüzi məsələyə görə ailədə yalan danışmaq olmaz. Ailə başçısı əgər hər gün əsassız bəhanələrlə öz ailəsinə yalan deyərsə, tərbiyəvi cəhətdən pis təsir göstərməkdən əlavə, ailə üzvləri arasında da öz etibarını itirir. Beləliklə, ailə başçısı hörmətini itirərək, nəticədə, ailənin əsasını məhv etmiş olur.
    Sözgəzdirən
    İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də söz gəzdirməkdir. «Qurani-Məcid»də sözgəzdirənlər tənqid edilərək buyurulur:
    "(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” («Huməzə»-1).
    "Qeybət edənə, sözgəzdirənə.” («Qələm»-11).
    "Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” («Qələm»- 13).
    «Quran»da sözgəzdirən "zənim” kimi, yəni əsli-nəsəbi bilinməyən, haramzada kimi adlandırılır. Bu isə günahın böyüklüyünə dəlalət edir. Rağib İsfəhani yazır:
    "Zənim hər hansı bir tayfaya mənsub edilmiş, lakin əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü "zənmə” sözündən olub, lazımsız, qulağından asılmış, qoyun hülqumu mənasındadır. Elə bil, sözgəzdirən şəxs öz tayfasında artıq adam və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün bir əsil-nəsəbə aid edilməmişdir.”(«Xisali-Səduq», I c /s-198/ hədis № 26.)
    Feyz Kaşani də həmçinin "Məhəccətül-beyza” kitabında Abdulla ibn Mübarəkdən belə nəql edir: "Zənim o şəxsə deyilir ki, zinadan (qeyri-qanuni cinsi əlaqə) əmələ gəlib, dilinə hər nə gəldi hər yerdə danışır». Müəllif bu mənanı mübarək:”Daşürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” - ayəsinə istinad edərək söyləmişdir.”
    Qısaca desək, hər kimin mayası şəriət yolu ilə bağlanarsa, belə bir böyük günaha aludə olmaz.
    «Quran» baxımından sözgəzdirənin aqibəti
    «Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil(«Muminun»-108.) adlı zövcələrindən biri barədə buyurulur:
    "Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)" («Təbbət»-4).
    Fəxr Razi Əbu Ləhəbin zövcəsinə niyə görə "həmmalət-əl-hətəb" (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:
    1. Ümmü Cəmil Peyğəmbər(s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edərdi.
    2. Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını "həmmalət-əl-hətəb" ("odun daşıyan") qoymuşdular.(«Biharül-ənvar»: Beyrut çapı: /XXVI c / s-68; «Mənaqibi-Ali-Əbi Talib»: IV c/ s-158; «Əmaliye-Səduq»: s-183 / məclis-39 / hədis-6.)
    Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər(s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də Allah-təala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.
    Hədislər baxımından sözgəzdirən
    Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:
    *Sözgəzdirən ən pis adamdır
    Peyğəmbər(s) buyurdu:
    -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?
    Ərz etdilər:
    -Bəli, ya Rəsulullah.
    Buyurdu:
    -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.(Qəzali «Ehyai-ülumi-din» III c/ s-131; «Meracüs-səadat». Beyrut çapı II c/ s-288.)
    Həzrəti-Əli(ə) buyurur: "Sizin aranızda ən pis adam odur ki, söz gəzdirib dostların arasını vuraraq namuslu adamlara eyib tutur."(«Üsuli-kafi»: II c/s-289 / hədis-1; «Əmaliye-Səduq» s-341 / hədis-7.)
    Bir başqa hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "... Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır."(«Miratul-üqul» X c/ s-73.)
    *Sözgəzdirən və qəbir əzabı
    Həzrəti-Əli(ə) buyurur:
    "Qəbir əzabı söz gəzdirmək, yalan və qeybət üçündür."(«Müstədrəkül-vəsail» II c / s -327 / fəsil-55.)
    "Qəbir əzabı sözgəzdirən üçündür."(«Üsuli-kafi» II c / s-306; «Biharül-ənvar», Beyrut çapı: XXX c/ s-244.)
    *Sözgəzdirən behiştə daxil olmayacaq
    Əksər rəvayətlərdə bu məsələ açıq-aydın deyilmişdir. Məsələn, sözgəzdirən, camaatın birliyini parçalayan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər(s) buyurmuşdur:
    "Sözgəzdirən behiştə daxil olmayacaq"(«Nəhcül-bəlağə» (Sübhi Saleh) Xütbə-86)
    İmam Baqir(ə) buyurmuşdur:
    "Behişt qeybət qılan və sözgəzdirənlərə haramdır."(«Müstədrəkül-vəsail» II c/ s-327; «Müstədrək» «Ali-əl-beyt» müəssisəsinin çapı: XII c/ s-18.)
    Başqa bir hədisdə də söyləmişdir:
    "Behişt "qəttat" adamlara, yəni camaat arasında təfriqə salanlara haramdır."(«Üsuli-kafi»:II c/ s-308; «Əlcəvahirüs-sənəviyyə»: s-39)
    İmam Sadiq(ə) buyurdu:
    "Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: kahin, münafiq, daimül-xəmr (şərab içməyə adət etmiş) və sözgəzdirən."("Üsuli-kafi” II c/ s-308; «Ənvari-Nomaniyyə» s-264.)
    Peyğəmbər(s) buyurmuşdur:
    "Allah-təala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir."("Üsuli-kafi” II c/ s-307; "Biharül-ənvar”, Beyrut çapı: XXX c/ s-248)
    Mərhum Şəhid Sani Peyğəmbər(s)-dən belə nəql edir: "Allah-təala behişti yaratdıqdan sonra buyurdu: "Danış!” Behişt belə dedi: "Hər kim mənə daxil olarsa, xoşbəxtdir.” Sonra Allah-təala buyurdu: "İzzzət və cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaqdır. Onlardan biri də sözgəzdirəndir."(«Əmaliye-Tusi» s-73; «Müstədrəkül-vəsail» II c/s-327.)
    *Sözgəzdirən məhşərdə
    Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə nəzərinizdən keçiririk:
    Bürra ibn Azibdən nəql olunmuşdur ki, Məaz ibn Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbər(s)-in yanında oturmuşdu. Məaz ərz etdi:
    -Ya Rəsulullah! Sizin bu ayə barədə ("Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz." («Nəbə»-18)) nəzəriniz nədir?
    Buyurdu:
    -Ey Məaz! Böyük bir mətləb soruşdun.
    Sonra Allahın Rəsulu(s) gözlərindən yaş axa-axa buyurdu:
    -Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-təala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin bir hala salar. Onlardan bəzisi meymun şəklində, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdan qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar şəklində, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan halda, bəziləri əli-ayağı kəsilmiş halda, bəziləri yanar ağaclara asılmış halda, bəziləri murdar leşdən daha pis iy verən halda və bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş, hərarətdən bədənlərinə yapışmış halda olarlar.
    Sonra Peyğəmbər(s) sözünün ardınca buyurdu:
    -Meymun şəklində məhşər ayağına gələnlər sözgəzdirənlərdir. Donuz şəklində məhşərə gələnlər haram və rüşvət yeyənlər, kəlləmayallaq olanlar sələm yeyənlər, kor halda gələnlər hakimiyyət və mühakimədə zülm edənlər, lal-kar halında gələnlər özünü bəyənən, öz əməllərinin vurğunu olanlar, dillərini çeynəyənlər sözləri ilə əməlləri zidd olan alim və hakimlər, əl-ayağı kəsilmiş halda gələnlər qonşularını incidənlər, yanar ağaclara asılmışlar padşahlar yanında cəsusluq edənlər, murdar leşdən daha çox iy verənlər isə şəhvət əsiri olub dünya ləzzətinə uyanlardır. Onlar Allahın mallarında qoyduğu haqqı ödəmirlər. Yanar libaslar geyindirilmişlər də təkəbbürlü və inadkarlardır.”(«Məcmueyi-rəsaili-Cahiz» «Risaleyi-hasid və məhsud» s-9.)
    *Sözgəzdirən Allahın rəhmətindən uzaqdır
    Sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər cəmiyyətdə bir nəfər belə sözgəzdirən varsa, Allahın mərhəmətindən uzaq olarlar. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik:
    "Həzrəti-Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz vermişdi. Həzrəti-Musa yağış yağmaq üçün camaaat ilə birlikdə dua etməyə çölə getdi, lakin nə qədər dua etdisə, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-təala tərəfdən ona vəhy olundu: "Sizin aranızda sözgəzdirən var. Ona görə də duanızı qəbul etmirəm". Həzrəti-Musa Allahdan onun kim olduğunu soruşanda uca Tanrı belə buyurdu: "Mən sizi söz gəzdirməkdən çəkindirə-çəkindirə necə ola bilər ki, özüm sözgəzdirən olum?” Həzrəti-Musa bu məsələni xalqa dedi. Sözgəzdirən şəxs bundan xəbərdar olub tövbə etdi. Allah öz rəhmət yağışını onlara göndərdi."(«Nəhcül-bəlağə» (Feyzül İslam) hikmət №248 «Behcətüs-səbağə fi şərhi-nəhcül-bəlağə» X c/s-29.)
    Söz gəzdirməyin ağır nəticələri
    Söz gəzdirmək istər fərdi, istərsə də ictimai nəzərdən qəbahət və günahdır. Fərdi cəhətdən insan qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai cəhətdən isə müsəlman cəmiyyətində ikitirəlik və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanların varlığı və əzəməti onlar arasındakı məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-təala onu özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırladır:
    "Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!" («Ali-İmran»-103)
    İlahi nemətlərdən sayılan həmrəylik və birliyi sözgəzdirən cəzaya çevirərək məhəbbət və mehribanlığı insanlar arasından aparır. Bu özü hesaba gəlməz bir böyük günahdır. Buna görə də deyiblər ki, sözgəzdirmək qeybətdən daha pisdir, çünki əvvəldə qeyd etdiyimiz kimi, qeybət zinadan daha ağır günahdır, amma sözgəzdirmək barədə deyirlər ki, sözgəzdirən haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu bəyan edir.
    Category: İslamda Əxlaq 1 | Views: 1019 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024