37-ci dərs: Başqasının qəminə sevinməkBaşqasının qəminə sevinən deyər: Filan insan pis olduğu üçün başına belə müsibət və ya bəla gəlib. Həmçinin, o bu sözləri sevinc və fərəh hissi ilə deyər. ("Camius-səadət" Nəraqi, c.2, səh.67) Təcrübələr nəql edilən rəvayətlər onu göstərir ki, başqasının qəminə sevinən insan gec və ya tez özü həmin qəmə mübtəla olur. Rəsulullah (s) bir rəvayətdə buyurur: "Qardaşının qəminə sevinmə, yoxsa Allah ona rəhm edib, səni həmin qəmə mübtəla edər" "Kim qardaşına nazil olan müsibətə gülsə, dünyasını dəyişmədən özü bu müsibətə mübtəla olar" ("Usulul-Kafi" c.2, səh.359, 1-ci hədis) Deməli, özünə arxayın olmayan ağıllı insan başqasının qəminə sevinməməlidir. ("Camius-səadət" Nəraqi, c.2, səh.67)
|