İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:40 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Ayətullah Behcətin həyatına qısa bir baxış
    İRFANDA PARLAYAN YENİ GÜNƏŞ
    Mö`minlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bə`zən bəndələrə xüsusi məhəbbət göstərir. "Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”
    Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mə`nəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mə`rifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.
    Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub. O, əkinçilikdən əlavə, şəhər əhalisinə idarə işlərində də yardım edirmiş. Camaatın e`timadını qazandığı üçün onun adı sənədlərdə zamin kimi qeyd olunur. Ədəbiyyat sahəsində gözəl zövqə malik olan Kərbəlayi Mahmudun yazdığı şe`rlərdə Əhli-beyt (ə), o cümlədən İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin adı xüsusi vurğulanır. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şe`rlər hələ də o diyarın xətib əhli və məddahlarının dillər əzbəridir.("Setareqane hidayət”, Hüseyn Avərdi, səh. 35-36)
    Behcət bir il dörd aylığında ikən anası vəfat edir.("Bərgi əz dəftəre aftab”, Rza Baqirzadə, səh. 11) Elə körpəlikdən yetim qalaraq çətinliklərlə üz-üzə duran Behcət bu ilahi imtahanda sınanmaq üçün enişli-yoxuşlu yollar keçməli olur.
    O, MƏHƏMMƏDTƏQİNİN ATASIDIR
    İlahi insanların haqq yola hidayət olunması və onların bu yolda təkamülə çatmasında Allah-təalanın gözəl və aşkar tədbiri vardır. Bu ibrətamiz gözəlliklərdən ariflər şeyxi Ayətullah Behcətin həyatında olduqca çoxdur. Onlardan biri atasının cavanlıqda başına gələn maraqlı əhvalatdır. Həmin əhvalat belədir:
    Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt, qəribə bir səs eşitdim. Kimsə deyirdi: "Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.”
    Elə bu vaxt dərin yuxuya gedir və hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş tamamilə sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir və artıq o əhvalatı (xəstəlik) yadından çıxarır. Evləndikdən sonra ilk övladının adını Mehdi qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını Məhəmməd Hüseyn qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu Məhəmməd Təqi deyə çağırır. Amma Allah-təala onun bu övladı üçün qəribə alın yazısı yazıbmış. Bu uşaq elə körpə ikən su hovuzuna düşüb boğulur. Allah ona başqa bir övlad da nəsib edir. O, bunun da adını Məhəmməd Təqi qoyur. İllər keçdikdən sonra həmin uşaq zamanımızın ariflər şeyxinə–Ayətullah-Üzma Şeyx Məhəmməd Təqi Behcətə çevrilir.("Bərgi əz dəftəre aftab”, Rza Baqirzadə, səh. 11-12)
    MƏHƏMMƏDTƏQİ BEHCƏTİN TƏHSİLİ
    Ayətullah Behcət ibtidai təhsilini Fuməndə başa vurduqdan sonra, dini elmləri öyrənməyə başlayır.
    Elə uşaq yaşlarından böyük ruha malik olan Məhəmməd Təqi uşaq oyunları oynamaqdan pərhiz edərmiş. Təhsilə olan böyük marağı və iste`dadı bais olur ki, elə ilk günlərdən şəhərin ruhanilərilə get-gəli artsın.
    1927-ci ildə ərəb ədəbiyyatını bitirdikdən sonra, hövzə elmlərini təkmilləşdirmək üçün hicrət etmək qərarına gəlir. Əvvəlcə Qum şəhərinə yollanır. O zamanlar hələ Qum elmi hövzəsi yaranmamışdı. Bir müddət bu şəhərdə qalandan sonra aşiqlər diyarı Kərbəlaya yollanır. Təqribən dörd il bu şəhərdə sakin olan Məhəmməd Təqi dini təhsil almaqla yanaşı nəfsinin islahı ilə də məşğul olur. O, bu diyarın böyük ustadlarından olan Şeyx Əbdül Qasim Xoyinin(Məşhur mərcəi-təqlid olan Xoyi deyil.) dərslərindən də səmərəli istifadə edir.
    Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəf-Əşrəfə hicrət edir. Ali təhsilin son mərhələlərini Nəcəfin yüksək dərəcəli alimlərindən kəsb edərək başa vurur. Onların sırasında Şeyx Mürtəza Taliqani kimi tanınmış şəxslərin adı qeyd olunur.
    Ayətullah Behcət Hacı Ziya Əraqi və Mirzə Naininin dərslərini bitirdikdən sonra Şeyx Məhəmməd Qərəvi İsfahaninin çox yüksək səthdə hövzə dərslərinə qatılır, ali fiqh və üsul nəzərlərini beləcə daha da təkmilləşdirir. O, həmin vaxtlar 20 yaşlı bir cavan olmasına baxmayaraq, yüksək qavrama qabiliyyətinə malik imiş. Keçilən hər dərsə tənqidi-təhlili baxımdan yanaşma bacarığı onun çox tez bir zamanda elmi və mə`nəvi təkamülə çatacağından xəbər verirmiş. Nəcəf alimlərindən biri bu barədə belə deyir: "O, çox vaxt Ayətullah Kompaninin dərslərində bəhsə qatılır və yeri gələndə öz fikrini söyləməyi də çox yaxşı bacarırdı.”
    O, eləcə də Seyyid Əbülhəsən İsfahani, Şeyx Məhəmməd Kazim Şirazidən dərs almış və həmçinin Ayətullah Milaninin "məkasib” dərslərində də iştirak etmişdir.
    Ayətullah Behcət mərhum Seyyid Hüseyn Badkubinin yanında fiqh və üsul bəhslərini öyrənməklə yanaşı, İbn Sinanın "İşarat və Tənbihat” və Molla Sədranın "Əsfari ərbəə” kitablarını da mənimsəmişdir. O, bu dərslərə məşğul olduğu zaman Nəcəfdə ali səthdə hövzə dərslərini tədris edirmiş. Behcət "kifayə” tədris edən təcrübəli müəllimlərdən hesab olunurmuş. Bütün bunlardan əlavə "Səfinətül-bihar” kitabının yazılmasında Abbas Qummi ilə həmkarlığı olubmuş. Hal-hazırda "Səfinətül-bihar”ın Behcət tərəfindən yazılmış əlyazma nüsxəsinin böyük bir hissəsi mövcuddur.
    AYƏTULLAH BEHCƏT VƏ TƏHSİLDƏ TƏLATÜM
    Yuxarıda qeyd olunduğu kimi, Ayətullah Behcət elm yolunda rahatlıq nə olduğunu bilməyib. O, islam maarifini kamil mənimsəmək üçün bütün gücünü bu səmtə yönəldibmiş. Nəcəf alimlərindən biri bu barədə deyir: "Siz Behcətin zahirdə bu cür sakit olmasına baxmayın. O, rəhmətlik Qərəvi İsfahaninin (Kompani) dərsində ustada aman vermirdi. Hey irad tutur, məntiqli suallar verirdi. Bu mətləbi Ayətullah Milaniyə deyəndə, razılıq əlaməti ilə gülümsünüb demişdi: Ondakı bu iste`dadı görüb onu Şeyxin (Kompani) dərslərinə hazırlaşdırdım.” Behcət də ustadı Milaninin sözünə cavab olaraq belə deyir: "Onun (Milani) "Məkasib” dərsləri adi səth dərsləri sırasında yer tutsa da, bu dərsləri çox geniş və dərin izah edirdi. O əksər hallarda kitabdan iki-üç sətir söyləyib, qalan bütün dərsi (vaxtı) uyğun məsələ ətrafında bəhs edirdi. Həqiqətdə onun bu dərsləri "xaric” səthinə (ictihad bölümlərinə) aid idi.”("Setareqane hidayət”, Hüseyn Avərdi 37-səh, 4-cü cild.)
    TƏHSİLDƏKİ NAİLİYYƏTLƏRİ
    Allaha bağlı olaraq yaşamaq səadətdir. Belə həyat tərzində təravətli sükut və qəribə lətiflik vardır və həyatın bütün sahələrində insana müvəffəqiyyət qazanmasında yardımçı olur. Təhsilə başladığı ilk günlərdəki fəzilət və zahidliyi onun çox tez bir zamanda tərəqqi edəcəyinə dəlalət edirdi. Deyilənə görə, Ayətullah Şahrudinin "Kifayə” dərsində tələbələr arasında Ayətullah Behcət ən az yaşlısı idi.
    Günlərin birində Behcət öz müəlliminin "təqrir” dərsinə irad tutur. Tələbə yoldaşları onu ələ salıb gülürlər. Elə bu vaxt qapıdan içəri girən Ayətullah Şahrudi məsələnin nə yerdə olduğunu başa düşür. Deyir ki, onunla işiniz olmasın. Mən bu məsələni sizin üçün izah edərəm– deyən Ayətullah Şahrudi tələbələri sakitləşdirir. O əlavə edərək deyir: Mən dünən axşam Axundun təqriratını mütaliə etdim. Ayətullah Behcət düzgün irad tutmuşdur. Ayətullah Şahrudi onun dərsə qarşı bu cür ciddi olması və dərin düşüncəsini alqışlayır.("Setareqane hidayət”, Hüseyn Avərdi, səh. 37-38, c. 4.)
    Əllamə Məhəmməd Təqi Cə`fəri buyurmuşdur: "Fiqhin xaric dərsinin "Məkasib” bölməsini Şeyx Kazim Şirazi bizə tədris edən zamanlar Behcət də bu dərsə gəlirdi. Dərs əsnasında sual verəndə Şeyx Kazim diqqətlə qulaq asar, onun suallarına dəqiq cavab verməyə çalışardı. Yə`ni Behcətin dəqiq və dərin suallarına xüsusi diqqət yetirərdi. Elə o vaxtlardan Nəcəfdə öz fəzl və irfani ilə tanınan Ayətullah Behcət, ariflər ustadı Ağa Qazinin də yanına get-gəl edirdi.”("Qəbəsat”, ikinci dövrə, 4-cü nömrə, səh. 5, "Əllamə Cə`fəri ilə müsahibədən.”)
    İRANA DÖNÜŞ
    1943-cü ildə Ayətullah Behcət qəlbi elm və mə`rifət nuru ilə cilalanmış bir halda vətəni–İrana geri dönür. Ayətullah Quçani deyir: "Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu müddətdə çəkdiyi ibadət və riyazət nəticəsində Allah tərəfindən ona iyirmi bir xüsusi kəramət bəxş edilmişdir. O bu barədə mənə danışanda, bu haqda kimsəyə bir söz deməməyimi istədi. Bir gün İmam Rzanın (ə) hərəmində Ayətullah Behcətlə görüşüb ondan soruşdum: Allah-təala tərəfindən əta olunan həmin iyirmi bir kəramət hələ də sizin ixtiyarınızdadırmı? Dedi: Bəli. Həmin iyirmi bir kəramətdən biri də budur ki, istədiyim vaxt geri dönmədən arxamda nə baş verdiyini deyə bilərəm.”
    Ayətullah Behcət İrana qayıtdıqdan sonra ailə həyatı qurur. Bir neçə ay Fuməndə (doğulduğu şəhər) yaşadıqdan sonra Nəcəf-Əşrəfdəki elmi hövzəyə qayıtmaq qərarına gəlir. Yolüstü Həzrət Mə`sumənin (ə) hərəmini ziyarət etmək və Qum elmi hövzəsi ilə yaxından tanış olmaq niyyətilə bu şəhərə yollanır. Elə bu vaxtlar bir neçə ay əvvəl Quma hicrət edən Ayətullah-Üzma Bürucerdi şəhərin dini-elmi hövzəsində fiqh və üsul dərslərinin "xaric bölməsi”ni və yüksək maarif dərslərini tədris edirdi. Nəcəf elmi hövzəsində böyük ustadların bir neçəsinin ölüm xəbərini eşidən Ayətullah Behcət müqəddəs Qum şəhərində qalmağı qərara alır.
    Bu şəhərdə Ayətullah-Üzma Höccət Kuhkəmərinin dərslərindən və Ayətullah Bürucerdinin üsul və fiqh dərslərindən istifadə edən Ayətullah Behcət, elə ilk günlərdən dillər əzbəri olur.
    AYƏTULLAH BEHCƏT TƏDRİS SAHƏSİNDƏ
    Ayətullah Behcət 50 ildən çoxdur ki, fiqh və üsul dərslərinin "xaric bölməsi”ni tədris edir. Şöhrət və ad-sandan uzaq olmaq üçün həmişə öz evində dərs deyər. Hal-hazırda uzun illər onun dərslərindən feyz almış alimlərin çoxu böyük ictihad məqamına çatmışlar.
    Ayətullah Behcət üsul dərslərinin tədrisində əksər alimlərdən fərqli olaraq, başqalarının nəzəriyyələrini söyləməkdən daha çox məsələ üzərində öz tədqiq və təhlillərini bəyan edər. O əvvəl qısa məzmunda digər alimlərin nəzərini söyləyəndən sonra öz nəzərini açıqlayıb təhlilə keçər. Buna görə də ibtidai hövzə tələbələri üçün onun "xaric” dərsləri olduqca ağır gəlir. Amma onun fiqh dərsi Qur`an ayələri və rəvayətlərə istinad edildiyinə görə asan sayılır.
    Böyük ustadlardan biri belə nəql edir: "(Əlli il bundan əvvəl) Ayətullah Behcətin Qum şəhərində "xaric” dərsi tədris etdiyini eşidəndə çox sevindik. Rəhmətlik Qərəvi Kompaninin çox çətin və dəqiq nəzəriyyələrinin şərhini onun şagirdinin dilindən eşitməyə hövzədə böyük ehtiyac var idi. Hətta bir çoxları bu haqda Qərəvi Kompaniyə irad da tutmuşlar. Fazil şəxslərdən bir neçəsi ilə birlikdə Ayətullah Behcətin bu dərslərinə qatıldıq. Dərslərin başlamasından iki ay keçdiyinə baxmayaraq, rəhmətlik Qərəvi İsfahaninin "təqrir” və üslubuna heç bir işarə etməyən Ayətullah Behcətin fikirləri öz ustadının nəzəriyyələri ilə bərabər idi. O, dərsə başlayan kimi əsl mətləbi bəyan edir, ustadın (Ayətullah Qərəvi) nəzəriyyələrinə çox cüz`i işarə etdikdən sonra tədqiq və təhqiq mərhələsinə keçirdi. Hələ biz mərhum Qərəvinin nəzəriyyələrini doğru-düzgün başa düşməmiş Ayətullah Behcətin bəyan etdiyi dəqiq və çox ağır mətləblər də buna əlavə olurdu. Beləliklə, bizim işimiz lap çətinləşdi və dərsi tərk etməli olduq.”
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 1308 | Added by: Islam_Kitabxanasi | Rating: 2.8/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024