İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:34 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti
    Ayətullah Behcət buyurur: "Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: "Allahdan istəyirəm ömrünün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mə`nəvi qida və ləzzət alıram.”
    Ayətullah Behcət deyir: "Mən bə`zən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun "Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta "Cə`fər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bə`zi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.("Dər məhzəre bozorqan”, Möhsün Qərəviyan, səh. 132)
    Cənab Yəhya, doğrusunu bilmək istəsən...
    Höccətül-islam Seyyid Məhəmməd Rza Meybudi ustadı Seyyid Yəhya müdərris Yəzdinin dilindən belə nəql edir:
    1940-cı il ustadımız Ayətullah Ziyauddin Əraqinin vəfatına görə Nəcəf elmi hövzəsi üç gün tə`til e`lan etdi. Bu böyük alimin xatirəsini yad etmək üçün əzadarlıq məclisləri quruldu. Bir-neçə gün keçəndən sonra Ayətullah Kompaninin evinə gedib, ondan tədrisə başlamasını xahiş etdik. Ayətullah Kompani buyurdu: "Ay Seyyid Yəhya, mən qərara almışdım ki, bu gün dərsə başlayım. Amma doğrusu, sübh namazından sonra Allah zikrilə məşğul idim. Yarı yuxulu-yarı oyaq halda Ayətullah Əraqini gördüm. Evin qapısında dayanıb dedi: Şeyx Məhəmməd Hüseyn! Hazırlaş, gələn cümə günü bizim yanımıza gələcəksən. Mən ömrümün son günlərini yaşadığımı yə`qin edirəm.”
    Belə də oldu. Həftənin son günü heç bir xəstəliyi olmadan o da dünyasını dəyişdi.
    Bu haqda başqa maraqlı bir hadisəni də aşağıda qeyd edirik.
    Ayətullah Seyyid Mustafa Səfayi Xonsari Seyyid Məhəmməd Haşimi Gülpayqaninin dilindən belə nəql edir: "Ayətullah Kompaninin vəfat etdiyi gecə atam (Seyyid Cəmaləddin Gülpayqani) məni çağırıb dedi: Oğlum, elə indi Ziyauddin Əraqi gəlib mənə dedi ki, Ayətullah Kompani bizim yanımıza gəlir.” Dedim: Seyyid Məhəmməd Hüseyn sap-sağlam adamdır. Mən onu bir neçə saat bundan əvvəl görmüşəm. Atam dedi: Oğlum! Ağa Ziyauddin indicə gəlib bu xəbəri mənə dedi. Sən get bu barədə sorğu-sual et. Mən Ayətullah Kompaninin halını soruşmağa getmək istəyərkən, birdən mərhumun evindən şivən səsi qalxdı. Tez onun evinə getdim. Doğrudan da Ayətullah Kompani vəfat etmişdi.
    Mərhum Ayətullah Şirazinin nəvəsi Seyyid Rəzi Şirazi deyir: "Rəhmətlik Ayətullah Cəmal Gülpayqani şeyx Kompaninin dəfn mərasimində dedi: Dünən axşam vətr namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin Kompaninin qolundan tutub Ayətullah Mirzə Mehdi Kəfayigilə getdiyini gördüm. Qəribə burasıdır ki, Ayətullah Kəfayi də bir həftədən sonra vəfat etdi!("Kəramate salehin”, Məhəmməd Şərif Razi, səh. 267-268)
    Ayətullah Misbah Yəzdi ilə müsahibə
    Allah övliyalarının həyat yolu bütün insanlar üçün gözəl nümunədir. Bu ilahi şəxsiyyətlərin həyat təcrübəsindən daha səmərəli istifadə etmək üçün onları daha yaxından tanımaq lazımdır. Bu ilahi övliyalar insanın hidayət olması üçün bir növ Allah tərəfindən əta olunan gözəl ne`mətlər sırasındadır. Dövrümüzün belə dəyərli şəxsiyyətlərindən biri də Ayətullah Behcətdir. O, başqalarına nümunə olacaq insanlardan biridir.
    İlk tanışlıq
    1953-cü ildə Qum şəhərinə gəldiyim vaxt Ayətullah Behcətlə tanış oldum. Bir il sonra Höccətiyyə mədrəsəsində oxuyurduq. Onun mənzili mədrəsənin yanındakı küçədə yerləşirdi. Demək olar ki, onunla hər gün yolda və hərəmdə rastlaşardıq. Nurani siması hər görənin diqqətini özünə cəlb edirdi. Gözəl xüsusiyyəti və rəftarı ilə həmişə başqalarından seçilir, bütün bunlar onun xüsusi mə`nəvi aləmdə yaşadığından xəbər verirdi. Başqalarının o qədər də əhəmiyyət vermədiyi incəliklərə o daha dəqiq yanaşardı. O cümlədən, həmişə sübh erkən durub Həzrət Məsumənin (ə) ziyarətnaməsini oxuyar və özü üçün proqramlaşdırdığı bir çox başqa müstəhəb ibadətləri heç vaxt tərk etməzdi. Bu dərin mə`nəvi əxlaqlı şəxs hər görəni valeh edərdi. Hidayət nuru sorağında olanlar üçün də gözəl nümunə idi. Onda olan bu ilahi cazibə məni də özünə cəzb etmişdi. Mən Ayətullah Behcətlə daha yaxından tanış olmaq niyyətilə onu tanıyanlardan sorğu-sual edirdim. Apardığım təhqiqat nəticəsində onun həm elmi və həm də mə`nəvi cəhətdən daha üstün olduğu mənim üçün aydınlaşdı.
    Bir müddət keçəndən sonra ara-sıra onun mənzilinə gedib ibrətamiz nəsihətlərindən faydalanmaq üçün izn aldıq. Behcət o zamanlar çox kiçik bir mənzildə yaşayırdı. Pərdə ilə iki hissəyə bölünən otağın bir tərəfində biz, o biri tərəfində isə onun ailəsi olardı. O çox sadə, amma mə`nəviyyat və nuraniyyət dolu bir həyat yaşayardı. Biz onun elmindən bəhrələnmək istəyirdik. Çünki, rəhmətlik Ayətullah Bürucerdi Qum elmi hövzəsində tədris etməyə başladığı ilk vaxtlardan dərs dediyi tələbələr arasında ən fəal və hamıdan çox sual verən Behcət imiş. Adətən, xaric dərsi tədris edən alimlərin tələbələri arasında ustadın dediyi yeni bəhsləri daha yaxşı dərk etmək üçün sual verən iki-üç tələbə tapılır. Bu tələbələr keçilən yeni bəhslər haqqında olan sualları ustada verərək dəqiq cavab tapmağa çalışarlar.
    Behcət o vaxtlar Ayətullah Bürucerdinin belə fəal tələbələrindən biri idi. Əvvəllər bizi onun daha çox ruhani və mə`nəvi əxlaqı özünə cəzb etmişdi. Amma zaman keçdikcə onun elm və fiqh baxımdan böyük alimlər sırasında olduğu bizim üçün aşkar oldu. Elə buna görə də elmindən bəhrə almaq və hər gün onun ruhi mə`nəvi aləmindən istifadə etmək istəyirdik. Bu səbəbdən də ondan bizə tədris etməsini xahiş etdik.
    Ayətullah Behcətin hüzurunda
    Ayətullah Behcət fiqh dərsinin təharət bölməsini bizə tədris etməyə başladı. Bir ilə yaxın Feyziyyə mədrəsəsinin hücrələrindən birində tədris etdi. Bu dərslərdə tələbələrdən bir neçəsi də iştirak edirdi. Sonralar bir-iki il də Xan mədrəsəsində tədris edən Behcət, fiziki cəhətdən zəiflədiyinə görə evdə dərs deyirdi. Təqribən, on beş il fiqhin "təharət” "məkasib” və digər bölmələrini ondan dərs aldıq. Onun dərslərindən aldığımız faydaları başqa dərslərdə ala bilmirdik. Mətləbləri bəyan edərkən əvvəl onu Şeyx Ənsarinin kitabından söyləyər, yeri gəldikdə başqalarından xüsusilə də "Cəvahir”dən, təharət bölümündə Hacı Rza Həmədanidən və digər alimlərin bu barədəki mühüm nəzərlərini də nəql edərdi. Sonra lazım gəldikdə, öz xüsusi nəzərini söyləyərdi. Ustadın bu metodu bizim eyni zamanda başqa nəzər sahiblərinin həmin mövzu haqqında olan fikirlərini öyrənməyə və vaxta qənaət etməyə kömək edirdi. Digər ustadların da tədrisdə özlərinə məxsus şivələri vardı. Hər hansı bir alimin nəzərini ayrı-ayılıqda bəyan etmək həm vaxtın tələf, həm də bə`zi mətləblərin təkrar olmasına səbəb olurdu. Onun dərslərində qeydə aldığımız bə`zi yaddaşları özü ustadlarından şifahi mənimsəmişdi. Bu yaddaşlar elmi baxımdan olduqca dəqiq və çox dəyərli idi.
    Ayətullah Behcətin müəllimləri
    Ayətullah Behcət əsasən, fiqh dərsini Mirzə Məhəmməd Təqi Şirazinin şagirdi Şeyx Məhəmməd Kazim Şirazidən dərs almışdı. Üsul dərsini isə rəhmətlik Ayətullah Naininin, sonra isə Ayətullah şeyx Məhəmməd Hüseyn Kompani İsfahaninin yanında oxumuşdu. Daha çox Ayətullah Kompanidən dərs almış, əxlaqi cəhətdən də bu ustadın ona mühüm tə`siri olmuşdu. Bə`zən ustadından eşitdiyi mətləbi qəribə bir tərzdə bəyan edər və onun nümunələrini biz Behcətin rəftarında görərdik. Bu ustadın (Kompani) onun mə`nəvi formalaşmasında da böyük rolu olduğu aşkar gözə çarpırdı. Çox yaxşı yadımdadır ki, Ayətullah Behcət həmişə deyərdi: "Rəhmətlik Şeyx Məhəmməd Hüseynin (Kompani) elmi fəaliyyətlərinə diqqət edən hər bir şəxs onun gecə-gündüz mütaliə və tədqiq işlərindən başqa heç bir iş görmədiyini güman edər. Amma onun ibadi proqramlarından xəbərdar olsaydılar, ibadətdən başqa bir işi olmadığına əmin olardılar. Elmi fəaliyyətlərə olduqca məs`uliyyətli idi. Hətta bu barədə belə nəql edirlər: Mən (Kompani) on üç il "Kifayə” kitabının müəllifi rəhmətlik Axund Xorasanidən dərs almışam. Bu on üç il ərzində cəmi bir dəfə onun dərsinə gedə bilmədim (gecələr tədris edərmiş). Onun da səbəbi bu idi ki, Kazimeynə ziyarətə getmişdim. Qayıdarkən bir müşkül ortaya çıxdı. Elə buna görə də vaxtında dərsə çata bilmədim. Yolda qayıdarkən ustadın bu gecə hansı dərsi deyəcəyini zənn etdiyim üçün qabaqcadan həmin mətləbi yazdım. Nəcəfə qayıdandan sonra dostlarımdan dərs haqqında soruşanda mə`lum oldu ki, mənim qabaqcadan yazdığım mətləbi ustad bəyan edibmiş.
    Elmi baxımdan belə yüksək məqam sahibi olmasına baxmayaraq (ustadın deyəcəyi yeni dərsi qabaqcadan bilmək), dərslərinə qarşı olduqca məs`uliyyətli idi. Şeyx Məhəmməd Hüseyn İsfahani on üç il tamam rəhmətlik Axundun yanında dərs aldı.”
    Onun elm sahəsində çox mühüm fəaliyyətləri olmuşdur. O cümlədən, "Kifayə” və Şeyxin "Məkasib” kitablarına yazdığı haşiyələr daha dəqiq və dərin haşiyələrdən hesab olunur. Adi adamların bə`zən 50-60 yaşına qədər müvəffəq olmadıqları bu elmi işi o, 27 yaşına qədər yazıb qurtarmışdı. Bütün bunlar Ayətullah Behcətin öz ustadı haqqında nəql elədikləridir.
    Ayətullah Qərəvi və ibadət
    Ayətullah Behcət bu barədə belə nəql edir:
    "Ayətullah Qərəvi mühüm elmi fəaliyyətləri ilə yanaşı ibadətə də çox əhəmiyyət verərdi. Kənardan baxana elə gələrdi ki, onun ibadət etməkdən başqa bir işi yoxdur. Hər gün "Aşura” ziyarətnaməsini oxumaq və "Cə`fər Təyyar” namazı qılmaq onun gündəlik və adi proqramlarından idi. Nəcəf alimləri arasında olan adətə görə həftənin hər cümə axşamı və ya cümə günü "rövzə” məclisi qurulardı. Belə məclislər bir növ ustadların, tələbələrin və dostların görüşməsinə şərait yaradırdı. Şeyx Məhəmməd Hüseyn İsfahani bu məclislərdə çay vermək və ayaqqabıları səliqəyə salmaq işlərini həmişə öz öhdəsinə götürərdi. Ayaqqabıları səliqəyə sala-sala dodaqaltı hansısa zikri zümzümə edər və çox tez-tez dediyindən biz onun hansı zikri dediyini başa düşməzdik. Bizə çox maraqlı idi ki, görən bu hansı zikrdir və ayaqqabıları düzəldərək onu təkrar edir. Günlərin birində onun yaxın dostlarından olan şeyx Məhəmməd Əli Bürucerdi Qərəvidən soruşur: Bu nə zikrdir ki, ona bu qədər əhəmiyyət verirsiniz? Hətta salam verib hal-əhval tutanda da diliniz bu zikrdən dayanmır? O gülümsünüb deyir: Çox yaxşıdır ki, insan hər gün min dəfə "Qədr” surəsini oxusun.”
    Bəli, Behcət elə ustadlardan dərs almışdır. Onlar elmi fəaliyyətləri müqəddəs saymaqla namaz, ziyarət və dualara da böyük əhəmiyyət verərdilər. Bir çox böyük ustadların, o cümlədən Naininin yanında əxlaq dərsi alsa da, Behcətin əxlaqi və mə`nəvi formalaşmasında xüsusi rol oynayan ustadı hacı Mirzə Əli Qazi olmuşdur. Rəhmətlik Əllamə Təbatəbai, Şeyx Məhəmməd Təqi Amuli, Şeyx Əli Məhəmməd Bürucerdi, digər böyük alimlər və hətta mərcəi-təqlidlərdən bir çoxu onun bu dərslərindən faydalanmışlar. Tez-tez yad etdiyi ustadlardan biri də rəhmətlik Şeyx Mürtəza Taliqani idi.
    Ayətullah Behcətin şəxsiyyətində müxtəlif cəhətlər
    Yuxarıda qeyd etdiyimiz kimi Behcət elmi və mə`nəvi cəhətdən üstün olan böyük ustadlardan dərs almışdır. Bütün bunların onun hərtərəfli formalaşmasında əvəzsiz tə`siri olmuşdur. Mə`nəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük ne`mətlərdən sayılır. Onun bərəkətli ömrünün hər anından səmərəli istifadə edərək, belə gözəl ne`mətlərə görə Allaha həmd etməliyik.
    Allah-təala ona xass xüsusiyyət və zati iste`dad əta etmişdir. O fövqəladə iti zehnə malik bir insandır. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşır. Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi, çoxlarına təəccüblü gəlir. Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs, onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşər. Onu da qeyd edək ki, məni (Misbah Yəzdi) ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur. Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda sifariş edib deyərdi: Elmi-mə`nəvi məsələlərə e`tiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və islam cəmiyyətini azğınlığa sürükləyər. Hətta İmam Xomeyniyə də siyasi məsələlər barədə xüsusi sifarişlər edərdi. Bir dəfə də İmam Xomeyniyə göndərəcəyi belə sifarişlərdən birini çatdırmağı dostlardan biri ilə mənə tapşırmışdı.
    İxtiyari ölüm məqamı
    İmam Xomeyninin Behcətə xüsusi rəğbəti vardı. Mən bunu bilavasitə onun özündən eşitməmişəm. Çünki ustadları suallarımla zəhmətə salmağı özümə icazə verməzdim. Sizə nəql edəcəyim bu xatirələrin bə`zisini özüm şəxsən müşahidə etmiş, bə`zilərini də ustadların özləri buyurmuşlar. Rəhmətlik hacı Mustafa (İmam Xomeyninin oğlu) onun haqqında İmam Xomeyninin dilindən belə nəql edirdi: İmam Xomeyninin rəhmətlik Bürucerdi ilə get-gəl etdiyi vaxtlar idi. Behcətin olduqca sadə və kasıb yaşadığını bilən İmam Xomeyni onun ailəsinə kömək etmək niyyətilə Ayətullah Bürucerdidən bir miqdar pul alır. Məsələnin nə yerdə olduğunu bilən Behcət pulu götürməkdən boyun qaçırır. İmam Xomeyni aldığı pulu bir də geri qaytarmaq istəmədiyi üçün ona deyir: Bu pulu mən öz malımdan sənə verirəm. Behcət bu pulu İmam Xomeyninin hədiyyəsi kimi qəbul edir. İmam Xomeyni ilə yaxın dost olan cənab Məs`udi nəql edirdi ki, İmam Xomeyni bə`zən çətin vaxtlarda və ya evdə xəstəsi olanda məni Behcətin yanına göndərərdi. Belə vaxtlarda bə`zən Behcət qurbanlıq kəsməyi tövsiyə edərdi. Bir neçə dəfə Behcətin sifarişi ilə İmam Xomeyninin tərəfindən qoyun alıb qurbanlıq kəsmişəm. İmam Xomeyni onun böyük mə`nəvi məqam sahibi olduğunu təsdiqləyirdi. İmam Xomeyninin dediyinə görə, Behcət ixtiyari ölümə malik idi. Yə`ni istədiyi vaxt ruhunu bədəndən çıxarır və yenidən geri qaytara bilir. Bu ilahi şəxsiyyətlərin mə`nəviyyat yolunda ələ gətirdikləri böyük məqamlardan biridir. Allah övliyalarının ələ gətirdikləri elə ali məqamlar vardır ki, onu hətta düzgün dərk etmək belə bizim üçün çox çətindir.
    Allah-təalanın Behcətə xüsusi mərhəməti
    Ayətullah Behcətin fövqəladə kamal sahibi olduğuna e`tiqadı olan şəxslərdən biri də əxlaqi və irfani məsələlərdə rəhmətlik Qazinin canişini Şeyx Abbas Quçani idi. Şeyx Abbas Quçaninin oğlu Şeyx Mahmud Quçani atasının dilindən belə nəql edir: "Behcət çox cavan yaşlarında ilahi məqama çatmışdı. Mən onun yaxın dostu olduğuna görə bunları bilirdim. Amma mən Behcətə söz vermişdim ki, onun sağ olduğu müddətdə bu sirri heç kimə açmayım. Həmin vaxtlar təqribən, 17-18 yaşlarında olan Behcət belə böyük məqama çatmışdı.”
    Mənə elə gəlir, həmin "ixtiyari ölüm” məsələsini deyirdi. Uzun illər Allah yolunda xalis bəndəlik edən bir şəxs əgər 20 yaşından əvvəl "ixtiyari ölüm” məqamına çatarsa, onun 80 yaşında hansı ilahi dərəcəyə çatdığını güman etmək olar. Behcətin bu mə`nəvi xüsusiyyətləri hər mö`min şəxsin diqqətini özünə cəlb edir. Əlbəttə, nəql etdiyimiz bütün bunlar böyük şəxsiyyətlərin kamal dəryasından bir damladır.
    Behcətə xass əlamətlər
    Öz mə`nəvi məqamını başqalarından gizlətmək Behcətə xass olan xüsusiyyətlərdən biridir. Çox nadir hallarda müqabilindəki şəxs onun danışıqlarından və ya rəftarından bu insanın xariqüladə olmasını başa düşərdi. Onunla yalnız uzun illər yaşamış yaxınları onda gözə çarpan o əlamətləri qəti olaraq hiss etmişlər. Onun yanında dərs aldığımız vaxtlar, adətən biz (Misbah Yəzdi) hamıdan qabaq dərsə gələr və bir neçə dəqiqə ustadın əxlaqi söhbətlərindən faydalanardıq. Adətən, dərsə başlamazdan qabaq müxtəlif yollar və çox vaxt da dolayısı ilə bizləri nəsihət edərdi. Söhbətini həmişə bir tarixi hekayə ilə başlayar, nəql etdiyi tarixi əhvalatlar bizim ötən gündəki rəftarımızla çox bağlı olardı. Sanki, bütün dedikləri bizə aid idi. Rəftarımızda olan nöqsanı bir hədis və ya bir şəxs barəsində olan tarixi əhvalat vasitəsilə bizə bildirərdi. Bu dediklərimi başqaları da təsdiq edib deyirdilər ki, biz də eyni şeyləri öz həyatımızda təcrübə etmişik. Behcət qarşı tərəfin ehtiramını gözlədiyi üçün, onun səhvini birbaşa üzünə deməyib, sözünü dolayısı yolla çatdırardı. Çox vaxt onun nəql etdiyi hədislərdə hər kəs öz nöqsanını başa düşər, bu nəsihətin ona da aid olduğunu hiss edərdi.
    Qırx beş-qırx altı il bundan əvvəl Behcətlə tanış olandan onun gündəlik xüsusi sübh proqramı var idi. O hər gün sübh azanından gün çıxana qədər Həzrət Məsumənin (ə) hərəmində ibadətlə məşğul olar və gündəlik "Cə`fər Təyyar namazı”nı qılardı. Axşam çağı gün batmazdan əvvəl piyada gəzişərək "Səfaiyyə” məhəlləsinə tərəf gedərdi. Axşam namazını Səfaiyyə ətrafındakı əkin sahələrinin kənarında–təbiətin qoynunda qılardı. Onu görmək istəyən dostlardan bə`ziləri namazlarını Behcətlə birgə qılar və onun namazdakı qəribə halını müşahidə edərdilər.
    Dostlardan biri belə nəql edir: Bir dəfə Behcət şam namazını qılandan sonra buyurdu: "Əgər yer üzündəki bütün padşahlar insanın ibadətdən necə ləzzət aldığını bilsəydilər, heç vaxt maddi ləzzətlər dalınca getməzdilər.”
    Uzun illər kirayənişin yaşayan Behcət hal-hazırda da çox kiçik və sadə evdə yaşayır. Əhli-beyt yolunda olmaq və şər`i qayda-qanuna (ədəb-ərkan) olan xüsusi diqqəti Behcətin tərbiyəvi üsulundakı mühüm xüsusiyyətlərdən biridir. Şər`i ədəb-ərkan və Əhli-beyt yolunda olmaqda hamı eyni səviyyədə deyildir. Amma Behcətin öz həyat tərzində və rəftarında bu məsələlərə çox dəqiq yanaşdığı açıq-aşkar özünü büruzə verir. Hətta öz rəftarında elə incəliklərə diqqət edir ki, bunları vəsf etmək belə çox çətindir. Ata yurdundan irs olaraq ona kiçik bir mülk (torpaq sahəsi) çatmışdı. Bu torpaq sahəsində əkilən çəltik (düyü) ailəsinin illik düyü payının çox az bir hissəsini tə`min edirdi. Həmin mülkdə əkilən düyüdən qonşulara və yaxın dostlara az da olsa pay verməyi heç vaxt yaddan çıxarmazdı.
    İnqilab vaxtı baş verən bə`zi hadisələrə görə yaxın dostlarımdan bir neçəsi şahın adamları tərəfindən həbs olunmuşdu. Ələ keçən mühüm sənədlər arasında mənim (Misbah Yəzdi) öz xəttimlə yazılmış bir neçə kağız da var idi. Dostların məsləhəti ilə bir müddət Qum şəhərindən çıxmalı oldum. Müsafirətdə olduğum vaxtlar hətta yaxın adamlarım belə mənim harada olduğumu doğru-düzgün bilmirdilər. Ailəmin yanında olmadığım müddətdə bir dəfə Behcət bir kisə düyü və bir miqdar pulu oğlu ilə xanımına verib bizim evə göndərmişdi. Oğlu küçənin başında durur və Behcətin xanımı düyü ilə pulu mənim ailəmə çatdırır. Mən bunu eşidəndə, əvvəl çox təəccüblənmişdim. Amma Quma qayıdandan sonra başa düşdüm ki, Behcət şər`i adət-ən`ənəyə çox əhəmiyyət verdiyinə görə mən evdə olmadığım vaxt öz xanımını bizim qapıya göndəribmiş. Şər`i qayda-qanuna görə əri müsafirətdə olan qadının qapısına naməhrəm şəxsin getməsi düzgün deyil. Ona görə də oğlu küçənin başında durubmuş ki, bu şər`i məsələyə riayət olunsun. Onun o vaxtı ailəm üçün göndərdiyi pul elə də çox deyildi. Amma o öz imkanı daxilində və şər`i qayda-qanuna dəqiq riayət edərək həmin əmanətləri bizim evə çatdırmışdır.
    Allah övliyalarının rəftar və danışıqda incəliklərə dəqiq riayət etməklərini bilməkdən əlavə, onları doğru-düzgün başa düşmək üçün insana böyük elm lazımdır.
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 985 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024