İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:26 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Əllamə Qazinin xüsusi məclisləri
    Əllamə Qazinin Ayətullah Xoyi Həzrətlərinə əməli tapşırığı
    Şeyx Məhəmməd Hüseyn Xorasani öz ustadı Əllamə Qazi haqqında belə deyir: "Ustad Qazi adətən gecələr əxlaq məclisi qurar və çıraq yandırmazdı. Nəcəf alimlərindən "batin əhli” olan bə`ziləri də məclislərində iştirak edərdilər. Adətən, əxlaqı necə islah etmək, mə`rifət və həmçinin irfan haqqında da söhbət edərdi. Amma əksər vaxtlarda insanın zati mə`rifəti və özünütanıma bəhslərindən söz açar və məclisə qəribə bir şəxs daxil olsaydı, dərhal sözünü dəyişib İmam Hüseynin (ə) ziyarətindən bəhs edərdi. Onun dediyinə görə insanların iste`dadları müxtəlifdir. Hər sözü hər adama demək düz deyil.("Tarixe hükəma və ürəfa”, Mənuçehr Səduqi, səh. 141)
    "Nəcəfdə dini təhsillə məşğul olduğum illərdə müstəhəb əməllərə, həmçinin, vird və zikrlərə çox fikir verirdim. Hərdən Seyyid Əli Qazinin mə`nəvi feyzlə zəngin olan məclislərində iştirak edir və o böyük şəxsiyyətin qüdsi nəfəsindən bəhrələnirdim. Bir gün ona dedim: "Mümkünsə, mənə də bir şey öyrədin, əməli bir tapşırıq verin. Qazi mənə əməli bir tapşırıq verib dedi: "Qırx gün bu tapşırığa əməl edərsən.” Mən Qazinin verdiyi tapşırığa qırx gün əməl etdim. Qırxıncı gün mükaşifə halında gələcəkdə mənim üçün nə baş verəcəyini gördüm. Özümü, evdə minbərdə tədris etdiyimi və camaatın dəstə-dəstə mənim yanıma gəldiyini müşahidə etdim. Bütün bunlar sanki bir lent yazısı kimi gözümün önündən ötüb keçirdi. Birdən, Əli (ə)-ın hərəminin minbərindən "İnna lillah və inna iləyhi raciun” nidası səsləndi. Ey camaat! Ayətullah Xoyi vəfat etdi. Bu səsi eşidəndən sonra mükaşifə halından ayrıldım.(Mərdane elm dər meydane əməl”, Seyyid Ne`mətullah Hüseyni, 5-ci cild, səh. 386-387)
    Gecə namazı haqqında tövsiyə
    Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bə`zi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: "Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl.”
    Onun bu sözü mənə çox böyük tə`sir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktublaşma yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. "Biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq.("Mehri taban”, Ayətullah Hüseyni Tehrani, səh. 25-26)
    Namazı ilk vaxtda qılmağın tə`siri
    Rəhmətlik Əllamə və Behcət Ayətullah Qazidən nəql edirlər ki, buyurarmış: "Əgər bir şəxs vacib namazlarını həmişə ilk vaxtında qılsa və ali məqamlara çatmasa, məni lə`nətləsin və gəlib üzümə tüpürsün.”("Dər məhzəre büzürqan”, Qərəviyan, səh. 99, Ayətullah Misbah Yəzdinin dediklərinə əsasən.)
    İbrət dərsi
    Böyük ustadlardan biri xatirə dəftərində rəhmətlik Qazinin barəsində belə bir əhvalatı qeyd etmişdir:
    "Qazinin çox kasıb və pulsuz günlərindən biri idi. Bir nəfərin də ona borcu var idi. Qazi, dava gücünə də olsa gedib həmin şəxsdən pulunu almaq qərarına gəlir. Elə bu fikirlə mənzilindən çıxanda yolda iki nəfərin bir-biri ilə dalaşdığını görür. Onlardan biri digərinə belə deyirdi: Dava etmək lazım deyil. Onsuz da mən sənin pulunu qaytaracağam.
    O, bu səhnəni görəndə öz işi yadına düşür və geri qayıdır.
    Qazinin öz dediyinə görə həmin vaxtdan sonra maddi durumu yaxşılaşır və gözləmədiyi bir yerdən əlinə pul gəlir.”
    Məhbubla müzakirə
    Mö`təbər şəxslərdən biri nəql edirdi ki, ustadlardan biri belə deyirmiş:
    "Rəhmətlik Qazi ömrünün son günlərini Məşhəddə ailəsinin yanında qalırdı və ağır xəstə olduğundan evdən çölə çıxa bilmirdi. Bu vaxtlarda Əllamə Təbatəbai ara-sıra ona baş çəkməyə gedər və Qazi üçün bir kitab (Onun dediyinə görə Əllamə Təbatəbai "Fütuhati Məkkiyyə” kitabını oxuyardı.) oxuyardı. Bə`zən onların bu görüşü çox uzun çəkərdi. Bir dəfə rəhmətlik Qazinin xanımı Əllamə Təbatəbaiyə deyir: "Mümkünsə bizə tez-tez gəlin və Qazinin yanında çox qalın. Çünki siz burada olanda, sanki onun ağrıları sakitləşir və özünü daha gümrah hiss edir.”
    Bəli, insan Allahla ünsiyyət yaradıb "qürb” əhli olduğu zaman, istər-istəməz, qəlbində ilahi şövq artır, dərdi-qəmi və hətta ağır xəstəliklərin belə ağrısını unudur.
    Seyyid Qazinin kəramətləri
    Nəcəf dostlarımdan Nəcəf elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:
    Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai, onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan? Deyilənə görə tərbiyə etdiyi şagirdləri, belə hal sahibi olurlar, elə kamala çatırlar–düzdür, yoxsa təxəyyül? Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərəddüddən yaxa qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün ibadət və Kufə məscidinin ziyarət buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Əvvəldə qeyd etdiyimiz kimi, rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və Səhlə məscidlərinə çox rəğbət göstərir və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)
    Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq. Məscidin arxa hissəsi çöllü-biyabana tərəf yaxın olduğundan, get-gəl də az olurdu. Məscidin hündür divarının dibində qiblə tərəfə doğru hər ikimiz yerə oturduq ki, bir az dincəlib yenidən məscidə gedək. Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sirlərindən mənə hikmətli mə`nalar deyirdi. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbət edir, dediklərinə tutarlı dəlillər gətirirdi.
    Mən yenə də tərəddüd içində fikirləşirdim ki, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilər doğru olsun, amma mənim xəbərim olmasın. Əgər ömrüm bu minvalla keçsə, vay mənim halıma, əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa, vay halıma! Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım. Bilmirdim dalınca gedim, yoxsa getməyim.
    Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerdə çoxlu ilan olur və əksər hallarda camaat onları görürdü. Amma indiyə qədər kimsəni çaldığını eşitməmişdik.) İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: "Mot biiznillah! Allahın izni ilə öl! Həmin dəqiqə ilan yerində quruyub qaldı.
    Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirməyə başladı. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz hücrəsinə getdi. Mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim. Ziyarət etdiyim an birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü o iş həqiqət idi, yoxsa gözbağlayıcılıq? Dedim, bəlkə kişi məni sehirləyib və mənə elə görsənib? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim, yaxşısı budur gedim görüm ilan həqiqətən ölüb, yoxsa dirilib qaçıb? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ki, ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir. Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də namaz qılıb Nəcəfə dönüm. Amma bacarmadım və fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur?
    Rəhmətlik Qazi öz hücrəsində ibadətlə məşğul idi. O, öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də onunla rastlaşanda, gülümsünüb mənə dedi:
    Ay canım, imtahan da etdin, daha nə istəyirsən?!
    Vadiyüs-səlamdan anladım!
    Mirzə Əli Qazinin əksər şagirdləri nəql edirlər ki, Qazi Nəcəfin vadiyüs-səlam qəbiristanlığına ziyarət üçün çox gedərdi. Ziyarəti üç-dörd saata qədər çəkərdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorular və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına e`tiraz edib öz qəlblərində deyərdilər: Axı, ustad üç-dörd saat vaxtı niyə burada oturur? Görən yorulmur?
    Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətdə düzünü demək istəsək, bu şəxs olduqca yaxşı adam idi. Bu şəxs Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən olan Məhəmməd Təqi Amuli idi. Məhəmməd Təqi Amuli belə nəql edirdi: "Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiyüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa, bəsdir, daha bu qədər burada oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...
    Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, – hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim. Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mə`rifət dəryasından incilər toplayırdım. İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm. Amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim və tərəddüddə qalmışdım. Bu niyyətimi heç kəs bilmirdi. Bir axşam yatağıma uzanmışdım. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstünə elmi və dini kitablar yığmışdım. Yatan zaman təbii olaraq ayaqlarım kitablara tərəf uzanmış olurdu. Öz-özümə dedim: Görən, qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində idi. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım. Səhər tezdən ustadım Qazinin yanına gedib, salaməleykdən sonra dedi: "Sənin İrana qayıtmağın məsləhət deyil. Kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.”
    Bu sözləri eşidəndə, diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim: Ustad, siz bunu haradan bilirsiniz? Dedi:
    "Vadiyüs-səlamdan.”
    Qazi bu son cümləsi ilə uzun müddət Məhəmməd Təqi Amulinin qəlbində ustadının vadiyüs-səlamda oturması ilə əlaqədar dolaşan şübhələrə son qoydu.(Əllamə Hüseyn Hüseyni Tehrani, "Məad şenasi”, c. 2, səh. 291)
    Qarnının fikri səni götürməsin.
    Höccətü-lislam Seyyid Mehdi Qazi Təbatəbai, rəhmətlik Seyyid Əli Qazi Təbatəbainin oğlu idi. Qazinin oğlu Seyyid Mehdi "Cəfr” elmində kamil bir ustad olmasıyla yanaşı, "süls və nəsx” xətlərini də çox gözəl məharətlə yazırdı. Zahidlər kimi ömür sürən Seyyid Mehdi ömrünün sonuna qədər subay yaşamışdır. O, mənə belə nəql edirdi:
    "Nəcəf-Əşrəfdə hövzə təhsili aldığım vaxtlar "Cəfr” elmini də çox böyük sə`ylə öyrənməyə çalışırdım. Rəhmətlik atam həmişə mənə nəsihət edib deyərdi: "Sən bu elmləri (cəfr) öyrənməklə bir şey əldə edə bilməyəcəksən.” Ömrünün son günlərini yaşadığım bir vaxtda atamın dediklərinin həqiqət olduğu mənim üçün isbat oldu. İnsana bu elmlərdən qaranlıq və zülmətdən başqa bir şey nəsib olmur.
    Atam Seyyid Əli Qazi böyük bir ailə başçısı idi və Allah yolunun həqiqi yolçusu olduğundan dünya gəlirlərinə əhəmiyyət verməzdi. Buna görə də biz çox kasıb yaşayır və hətta gündəlik ehtiyaclarımızı ödəməyə belə çətinlik çəkirdik. Bizim gündəlik nahar yeməyimiz kiçik çörək tikələri və ayran olurdu. Bir gün anam mənə dedi: Get atanın hücrəsinə, ondan bir az pul al. Heç olmasa, bu gün bir yaxşı yemək yeyək. Ayran-çörək yeməkdən bədənimizdə güc qalmayıb.
    Rəhmətlik atam siqaret çox çəkərdi. Siqaret külünü hücrəsinin arxa tərəfindəki kiçik otağa tökərdi. Hücrəyə daxil olub salam verəndə, nə üçün gəldiyimi dərhal başa düşüb dedi: "Seyyid Mehdi! Bu otaqdakı zibilləri (külü) təmizləmək lazımdır.” Dedim:
    Ayaq üstə durmağa belə halım yoxdur, o ki, qaldı bu ağır işi görəm. Buyurdu: "Bu kisənin qıraqlarını ki, tuta bilərsən.” Sonra xakəndazı götürüb zibilləri kisəyə tökməyə başladı. Xakəndazdakı zibilin içindən bir qızıl əşrəfi tapıb dedi: "Bu bir əşrəfi!” Yenə də xakəndazı zibillə doldurub kisəyə tökdü. Hər dəfə bir qızıl əşrəfi mənə verib dedi: "Bu üç əşrəfini götür get! Bundan sonra daha bu qədər qarnınızın fikrini çəkməyin. Allah ruzi yetirəndir.”("Dər məhzəre lahutiha”, Məhəmmədəli Mücahidi, səh. 425-426)
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 975 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024