İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:23 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    ÜÇÜNCÜ FƏSİL
    Ayətullah Behcət hidayətçi kimi
    Seyri-süluka də`vət
    Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu vaxtlar Ayətullah Xoyinin dərslərində iştirak edərdi. Bir gün onun dərsində deyilən mətləblə razılaşmayıb məsələyə öz iradını bildirir. Dərs bitdikdən sonra Ayətullah Xoyi söhbət əsnasında Behcətə deyir: "Tutduğun irad çox mühümdür. Kim bunu sənə deyib? Bu sözlər sənin öz fikrindir, yoxsa başqasının?” Behcət söhbəti başqa səmtə yönəldib deyir: "Yaxşı olar ki, siz də Qazinin yanına gedib, onunla əlaqə saxlayasınız.” Həmin söhbətdən sonra Ayətullah Xoyi bu barədə çoxlu götür-qoy edir. Həvayi-nəfs ona Qazinin yanına getmə deyir. Buna baxmayaraq o öz nəfsinə qələbə çalaraq Qazinin yanına gedir. Ondan xüsusi tapşırıqlar alan Xoyi uzun müddət onlara əməl edir.
    Ramazan ayında hər axşam min dəfə "Qədr” surəsini oxumaq Qazinin Xoyiyə verdiyi xüsusi tapşırıqlardan biri idi. Bir dəfə yenə "Qədr” surəsini oxuduğu vaxt gələcəkdə onun üçün nə baş verəcəyini müşahidə edir. Mərcəiyyət məqamından tutmuş ölənə qədər bütün olacaqlar gözü önündən ötüb keçir. Amma sonralar onun həyatında baş verən dəyişikliklərə görə Qazinin verdiyi xüsusi tapşırıqlara əməl edə bilmir və onunla olan əlaqəsi kəsilir.
    Ayətullah Xoyi rəhmətlik Qazinin yanına getməzdən əvvəl onun seyri-sülukdakı metodunu bəyənmir və hətta bu fikrini də ona söyləyir. Əllamə Qazi cavabında ona deyir: "Sən də gələcəksən!” Doğrudan da bir müddətdən sonra Xoyi Əllamə Qazinin yanına gedib ondan xüsusi tapşırıqlar alır.
    Allah övliyalarının zahidanə həyatı
    İlahi insanlar "seyri-süluk” məqamına çatmaq üçün həmişə dünyəvi və nəfsani ləzzətlərdən pəhriz edir və ancaq zəruri ehtiyaclarını tə`min etməklə kifayətlənirlər. Bu xüsusi pərhiz və ehtiyatlar nəticəsində adi insan Allah tərəfindən seçilmiş xass bəndəyə çevrilir. Bəli, bu sə`y və təlaş nəticəsində onların bəsirət (mələkut) gözləri açılır.
    Ayətullah Behcət heç vaxt yazdığı "Tozihul məsail”i çap etdirmək istəmirdi. Hər dəfə onunla bu haqda söhbət edəndə belə cavab verərdi: "Başqaları da bu işin öhdəsindən gələ bilərlər.” Böyük müctəhidlərin vəfatından sonra, ictimaiyyət və yaranan mə`nəvi ehtiyac və islam alimlərinin ardıcıl tə`kidlərinə əsasən, Behcət adının qeyd edilməməsi şərtilə "Tozihil-məsail” risaləsinin çap edilməsinə icazə verdi. Nəhayət, onun risaləsi çap olur, amma adsız və altıncı çapdan sonra kitabın üzərində "Əl-əbd Məhəmməd Təqi Behcət” yazılır. Bu ilahi nurun tərənnümüdür ki, Allah övliyalarının əhvalatlarında bu cür özünü göstərir.
    Onun (Behcət) tərəfindən təşkil olunan məclislərdə xətiblərə məclisdə hətta onun adını çəkməmələrini tapşırardı.("Cüzveyi nəzəri və qozəri bər zendeqaniye Ayətullah Behcət”)
    Əvvəllər Ayətullah Behcət istixarə etmək üçün məsciddə oturar və Qur`anla istixarə edərdi. İstixarənin cavabını isə işarə ilə deyərdi. Amma indi cismən gümrah olmadığına görə öz evində istixarə edir və onları məxsus dəftərdə qeydə alır. Bu dəftərin vərəqləri ən ucuz kağızdan hazırlanmışdır. Dəftər dolanda Behcət üçün ağ vərəqləri olan jurnal tipli dəftər alıb apardıq. O dəftərə baxıb nə isə fikirləşib dedi: "Bu dəftər mənim işim üçün münasib deyil. Gərək sarı, ucuz kağızdan olsun.”
    Biz bu dəftəri saxladıq ki, bir gün lazım olar. Bir gün onun öz dərslərini qeyd etdiyi dəftəri qurtardı. Həmin saxladığımız dəftəri ona verəndə yenə də qəbul etmədi. Çox israr və müxtəlif dəlillər gətirəndən sonra deyəndə ki, sizin yazılarınızı başqa dəftərlərdə oxumaq çox çətin olur və aradan gedir – o vaxt razılaşdı.
    Belə incəliklərə diqqət yetirmək bə`zən bizim üçün dərk edilməz olsa da, ilahi insanların kamala çatmasında mühüm rolu olmuşdur.
    Qadını da həyatdan məhrum etmək olarmı?
    Bir gün çox imanlı dostlardan biri belə nəql edirdi: "Bir dəfə Behcəti yuxuda gördüyüm zaman mənə tapşırdı ki, xanımına elm öyrət. Bir müddət keçəndən sonra gördüyüm yuxunu ona (Behcətə) danışanda, buyurdu: "Qadının elm öyrənməyinin qarşısını almağa bizim heç bir haqqımız yoxdur.”
    Əgər elmin tədrisi qadınlara məhrəm olan şəxslər vasitəsilə olsa, daha yaxşıdır. Əsas məsələ qadınların vacibata əməl etmələridir. Əlbəttə, kişilərin də qadınlar kimi vacibata riayət etmələri çox mühümdür. Sonra belə buyurdu: "Elm həyat deməkdir. Məgər qadını da həyatdan məhrum etmək olarmı?” Sözünü bə`zi alimlərin xanım və qızlarının çatdığı məqamlara işarə etməklə davam etdirdi. Axund Molla Əli Həmədanidən nəql edərək dedi: "O öz qızlarını Nəcəf-Əşrəfə aparmaq şərtilə ərə verirdi ki, orada təhsil ala bilsinlər.”
    Keçmiş günlərin həsrətində
    Behcət həmişə dünyasını dəyişmiş, əbədiyyətə qovuşan böyük alimləri və onların necə həyat sürmələrini çox həsrətlə yad edərdi. Bir gün yenə onlardan söz düşəndə, dedi: "Biz əvvəlki alimlərin getdiyi düz yolu getmirik.” Sonra dərindən ah çəkərək əlavə etdi: "Bilmirəm niyə belədir? Ayətullah Qazi öz ustadının dilindən belə nəql edir: "Bir vaxtlar Həzrət Əlinin (ə) hərəmində gecə namazlarının qunutunda "Əbu Həmzə Sumali” duasını oxuyan yetmiş nəfər böyük şəxsiyyət var idi. Qazi deyərdi: "Bizim dövrümüzdə bu cür adamlar üç-dörd nəfərdən çox deyil.” Amma biz öz zamanımızda hələ belə adamlardan birini də görməmişik. Hal-hazırda da vəziyyətin necə olduğunu görürsünüz.
    Hanı əməl edən?
    Bir dəfə tələbələrdən biri Behcətin yanına gedib deyir: Bizə əməl etmək üçün xüsusi dini tapşırıq verin. Behcət buyurur: "Tapşırıq? Tapşırığa əməl edən hanı?” Tələbə xahiş edir ki, heç olmasa bizə nəsihət və dua edin. O belə cavab verir: "Dua edirik. Dua ki, bir şey deyil.” Tələbə yenə deyir: İndi də bizə bir tapşırıq verin. Behcət buyurur: "Sizə deyəcəyim tək bir kəlamı eşidin və qulağınızdan sırğa edin: "Hara gedirsiniz gedin, amma günah etməyin.”
    Seyri-sülukda niyə şagird qəbul etmirsiniz?
    Höccətül-islam Ənsari Həmədani belə nəql edir: Nəcəf-Əşrəfdə olduğum vaxt bir gün Ayətullah Behcətdən soruşdum: "İrfan” və "Seyri-süluk” yolunda yetişdirmək üçün niyə şagird qəbul etmirsiniz? Dedi: "Çərşənbə axşamı Səhlə məscidinə get. Orada gördüklərinin hamısını mənə danışandan sonra sənin sualına cavab verəcəyəm.” Behcətin dediyi kimi həftənin çərşənbə axşamı Səhlə məscidinə getdim. Məsciddə adam çox idi. Qoca-cavan, hər kəs bir cür Allahla münacat etməyə məşğul idi. Gecə yarısına yaxın məscid yavaş-yavaş boşalmağa başladı. Barmaqla sayılası və uzun-uzadı gecə namazı qılan bir-neçə qocadan başqa məsciddə bir adam qalmadı. Behcətin yanına gedib məsciddə gördüklərimi ona danışdım. O cavabında belə dedi: "Şagird qəbul etməməyimin əsas səbəbi, ibadətdə möhkəm adam tapa bilməməyimdir.” (Adamların çoxu ağır ibadətə tab gətirə bilmirlər.)
    Ayətullah Behcətin gündəlik proqramı
    Onun gündəlik proqramı həmişə xüsusi nizam üzrədir. Mərcəi-təqlid olmazdan əvvəl və ya sonra onun bu proqramlarında heç bir dəyişiklik baş verməyib. Behcət vaxtını ibadət, zikr, təfəkkür, mütaliə, tədris etməklə və ya vacib məişət işlərini görməklə keçirər. Tarix boyu böyük dini şəxsiyyətlər ömürlərinin hər anından səmərəli istifadə etməyə çalışmışlar.
    Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edər. Namazını əvvəl vaxtında öz mənzilində qılar, bir az keçəndən sonra isə camaat namazı qılmaq üçün məscidə gedər. Camaat namazından sonra xüsusi təqibatı yerinə yetirib hərəmə yollanar, təqribən saat 930-da evə qayıdar. On-on beş dəqiqə oturub dincini alandan sonra tədris etmək üçün "Fatimiyyə” məscidinə gedər. Dərsdən sonra bir az mütaliə edib, camaat namazı qılmağa hazırlaşar, namazdan sonra müraciət edənləri qəbul edər, sonra isə nahar yeməyini yeyər. Günün qısa və uzun olmasını nəzərə alaraq bir-iki saat istirahət edəndən sonra yenə tədris etmək üçün məscidə yollanar və dərsdən sonra fasiləsiz şam namazına hazırlaşar. Evə qayıdan zaman qaranlıq bir otaqda namazdan sonrakı xüsusi ibadətləri yerinə yetirər, bir stəkan çay içib, mütaliə ilə məşğul olar və sonra isə şam yeməyini yeyib istirahət edər.(Ağa Behcətin ailə üzvlərindən biri ilə söhbətdən.)
    Yemək proqramı
    Ayətullah Behcət həftə ərzində bir-iki dəfədən artıq ət yeməyi yeməzmiş. Baxmayaraq ki, bə`zi yerlərdə kabab və başqa yeməklər yeməyə tövsiyə edilmişdir. Səhərlər pendir, çay, çörək və ya bir stəkan süd, axşamlar isə çay-çörək meyl edər. Əlbəttə, əvvəllər axşam ayran-çörək yeyərdi, amma ağır xəstələndikdən sonra həkim ayranı qadağan etmişdir. Bundan sonra o, gecələr limon şərbətilə çörək yeyər. Mədə ağrıları baş verəndən sonra bu yemək proqramını da dəyişib.(Qohumlarından biri ilə söhbətdən. Yeri gəlmişkən onu da qeyd edim ki, ibadət, yemək və istirahət proqramları onun (Behcət) özünə məxsusdur. Başqaları, o cümlədən də cavanlar ruhlarının şad olması üçün sağlam istirahətə möhtacdırlar. Həmçinin bu çətin yolu keçmək üçün sağlam və güclü bədənə malik olmalıdırlar. Bir neçə mərhələni keçdikdən sonra bu proqramları icra etmək qabiliyyəti əldə edirlər. Müvəffəq olmaq istəyən hər bir şəxs bu yolu keçmiş təcrübəli bir ustadın verdiyi xüsusi tapşırıqlara əməl etməsi gərəkdir. İnsan xilqətinin hədəfini və insanlıq dərdini dərk edən hər bir kəs, Allah, on dörd mə`sum və xüsusilə də İmam Hüseyndən (ə) haqq yoluna hidayət olmaq üçün münasib bir ustad istəsinlər. İnşəallah onların bu arzusu həyata keçər.)
    Sübh namazını gec qılmağın səbəbi
    Ayətullah Behcət həmişə sübh namazını əvvəl vaxtında öz mənzilində qılandan sonra, camaat namazı qılmaq üçün məscidə gedərdi. Behcətin camaat namazında iştirak edənlərdən bə`ziləri uzaq yerdən gəldikləri üçün ondan namazı bir az gec qılmasını xahiş etmişdilər. Onların xahişinə görə daha sübh namazını da bir az gec qılar. İran inqilabından sonra yaranan vəziyyətə görə İmam Xomeyni onun üçün cangüdən qoymaq istəyir. Amma Behcət cavabında "cangüdəni qoruyan Allah, bizi də hifz edər”– deyib, İmamın bu təklifini qəbul etmir. Tehrandan belə sifariş gəldi: "Çalışın qaranlıqda evdən çölə çıxmayın.” Behcət bu sifarişdən sonra həmişə məscidə də bir az gec gedər. Bu da onun sübh namazını gec qılmasının başqa bir səbəbi idi.
    Amma günorta namazının dəqiq vaxtını bilən kimi, namaza hazırlaşar. O öz həyətində üfüqi bir xətt düzəltmişdir. O bu üfüqi xətlə zöhr namazının şər`i vaxtını dəqiq tə`yin edir.(Yaxın qohumlarından biri ilə söhbətdən.)
    Məhbubla münacat
    Ayətullah Şeyx Cavad Kərbəlayi deyir: Ayətullah Behcət gecə namazına və gecə yarısı ibadətlərinə xüsusi əhəmiyyət verər. Xüsusilə də cümə axşamlarında münacat etməyi çox üstün tutar. Tanınmış alimlərdən biri mənə dedi: "Nəcəf-Əşrəfdə olduğum vaxtlar idi. Bir dəfə cümə axşamı gecə yarısı Seyyidin mədrəsəsində Behcətin səcdə halında həzin səslə ağlayaraq bu cümləni təkrar etdiyini gördüm: "İlahi, mənli ğəyruk, əs`əluhu kəşfə zurri vən-nəzərə fi əmri.”("Bərgi əz dəftəre aftab”, Rza Baqirzadə, səh. 50-51)
    Ayətəl kürsi və onun tə`sirləri
    Cənab Zahidi məktublarının birində belə nəql edirdi:
    "Kərəminijadın xahişinə əsasən, dostlardan birinin Behcət haqqında nəql etdiyi bir əhvalatı sizin üçün yazıram. Ümidvaram bu əhvalat mö`minlərin ürəyincə olsun, inşallah.
    "Qum elmi hövzəsinin fazil şəxslərindən Urumiyə şəhərindən olan Mirzə Yusif başına gələn qəribə bir əhvalatı mənim üçün danışaraq dedi: Bir-iki il olardı ki, təhsil almaq üçün Qum elmi hövzəsinə gəlmişdim. Çoxlu dərs və mütaliə nəticəsində gözlərim ağrımağa başladı. Artıq üzbəüzdəki şeyləri görə bilirdim. Yavaş-yavaş ağrılarım şiddətlənməyə başladı. Qum şəhərindəki göz həkimlərinin əlindən bir şey gəlmədiyinə görə məni Tehrana göndərdilər. Tehrandakı mütəxəssis həkim gözlərimi müayinə edəndən sonra bir iynə vurdu və gözlərim sağalmağa başladı. Bir-iki aydan sonra yenə həmin xəstəlik üzə çıxdı. Əvvəl yanına getdiyim həkimin yanına getdim və yenə bir iynə vurdu. Bu dəfə iki-üç həftədən sonr yenə həmin ağrılar başladıqda həkimə müraciə etdim. Həminki kimi iynə vurub ağrılarımı sakitləşdirdi. Artıq bu dəfə iki-üç gün keçməmiş gözüm əvvəlkindən qat-qat şiddətli ağrımağa başladı. Həkim artıq heç bir şey edə bilmədi. Dəfələrlə aparılan müayinələrdən sonra həkimlər mənim bu xəstəliyimin əlacsız olduğunu dedilər. Mən dedim: Əgər xarici ölkələrdə bu xəstəliyi müalicə edə bilərlərsə, mən getməyə hazıram. Amma həkimlər qəti olaraq dedilər: "Bu xəstəliyin müalicəsi yoxdur.” Naümid halda Quma qayıtdım. Məsciddə Ayətullah Behcət ilə namaz qılandan sonra onun ardınca getdim. Sualı olan hər kəs cavabını alıb gedəndən sonra mənim də sual edəcəyimi başa düşüb dedi: "Buyur, sözünü de.” Kədər məni boğa-boğa başıma gələnləri Behcətə danışdım. Gülümsünüb dedi: "Gündəlik vacibi namazlardan sonra əllərini gözlərinin üstünə qoy və bir Ayətəl kürsi oxu. Sonra bu cümləni de: "Allahum-məhfəz hədəqəti bihəqqi hədəqətəy Əli ibn Əbi Talib!”
    Mirzə Yusif deyir: Altı-yeddi gün mən Behcətin dediyi tapşırığa əməl etdim və gözlərim tamamilə sağaldı. Həmin hadisədən on iki-on üç il keçməsinə və gecə-gündüz mütaliə etməyimə baxmayaraq həmin xəstəlikdən əsər-əlamət də yoxdur.
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 1001 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024