İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:02 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Duanızda israr edin
    Nəfsi pak ruhanilərdən biri belə nəql edir: Təqribən 1986-87-ci illərdə işlərimdə bir problem yarandı. Behcətin hüzuruna getdim. Mən hələ bir söz deməmişdim ki, Ağa Behcət problemim haqda danışıb dedi: "Gəl, gəl. Bilirəm nə olub.” Sonra "Xəsaisül-Əimmə” kitabından xüsusi bir tapşırıq verib, buyurdu: "İnşallah problemin həll olar.”
    Bu işin üstündən 2-3 ay keçdi. Amma o iş düzəlmədi. Bir gün yuxuda Behcəti gördüm ki, deyir: "Yorulmayın. Mən onun yuxuda dediyi kimi edəndən sonra, işlərim qaydasına düşdü.(Ayətullah Behcətin şagirdlərindən biri ilə müsahibədən.)
    Yaradılışın sirri
    Qəlbdən gələn Allah kəlamı ildırıma bənzəyir. Bu ildırım insan varlığına od salaraq, paslanmış qəlbləri çirkinliklərdən təmizləyir. Böyük şəxsiyyətlərdən biri buyurmuşdur: Bir gün dostlarla birlikdə Həzrət Əlinin (ə) hərəmində idik. Yorğun olduğumuzdan bir tərəfdə oturub söhbət edirdik. Elə bu vaxt Ayətullah Behcət də hərəmə daxil oldu. Mənə nə isə demək istədiyini başa düşüb ona tərəf getdim. Behcət yaxınlaşıb yavaşca qulağıma pıçıldadı: "Biz boş yerə (oynamaq üçün) yaranmamışıq.”
    Onun bu kəlamı sanki bir od kimi ürəyimə sancıldı. Bu inqilabi kəlam məndə böyük bir dəyişikliyə və həqiqət dalınca getməyimə səbəb oldu. Bunun nəticəsində rəhmətlik Ağa Qazinin dərslərindən bəhrələnmək mənə nəsib oldu.(Ayətullah Behcətin bu cümləsi həzrət Yəhya peyğəmbərin kəlamıdır. "Biharül-ənvar”, Əllamə Məclisi”, 14-cü cild, səh. 185, 36-cı hədis.)
    Belə rəvayət olunur ki, həzrət Yəhya uşaq olduğu vaxt həmyaşıdları ona deyərdilər ki, gəl birlikdə oynayaq. Kiçik yaşlı Yəhya deyərmiş: "Heç vaxt. And olsun Allaha ki, biz oynamaq üçün xəlq olmamış, Allah tərəfindən tə`yin olunmuş böyük hədəf üçün yaranmışıq.” Amma Ayətullah Behcətin bu sözü dediyi şəxs həm ata, həm də ana tərəfdən iki böyük mərcəi-təqlidin nəslindən olan Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri idi. Ayətullah Kəşmiri "Ürvətul-vüsqa” kitabının müəllifi, Ayətullah-üzma Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin qızının nəvəsidir. O, uzun illər "Kufə” məscidində pişnəmaz olmuşdur və orada hamı onu "istixarəli Seyyid” kimi tanıyırdı. Bu ilahi arif haqqında belə bir əhvalat nəql olunur ki, bir gün şagirdlərindən biri ondan istixarə etməsini xahiş edərdi. Ayətullah Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdi (istixarəli Seyyid) təsbehlə istixarə edir. Şagirdi ondan Qur`anla istixarə etməsini xahiş edəndə, Seyyid deyir: "Təsbehlə də istixarə etsəm, ayəsi mənim üçün mücəssəm olur.”
    Bir gün Ayətullah Həsənzadə Amuli ustadlarından birinin qəbrini ziyarət etmək üçün onunla birlikdə qəbristanlığa getmişdi. Ayətullah Həsənzadə ustadının qəbrinin kənarında durduğu vaxt, onun harada və necə olduğunu görməyi arzulayır. Ayətullah Kəşmiri bunu eşidəndə bir işarə ilə deyir: "Gəl bax.” Elə bu vaxt Ayətullah Həsənzadə özünün başqa bir aləmdə olduğunu hiss edir. O aləmdə olduğu vaxt ustadını çox xoşhal və yüksək məqamda görür... Ayətullah Kəmşiri "bəsdir”–deyən kimi o, əvvəlki halına qayıdır.
    Hacı Şeyx Əhməd Sibəveyh deyirdi: "Ayətullah Seyyid Əbdülkərim Kəşmiri həmişə ağlar halda olardı. Mən rövzə oxuduğum vaxt adətən minbərin arxa tərəfində oturub Əli-beytə (ə) ağlayardı. İrana gəlməmişdən qabaq onun yanına gedib istixarə etdirdim. Ayətullah Kəşmiri dedi: "Gedin Tehrana, hər şey yaxşı olacaq.” Dedim ki, bəs ev işini neyləyim? Kəşmiri buyurdu: "Sən get Tehrana, ev işin də düzələcək.”
    Doğrudan da Ayətullah Kəşmiri deyən kimi oldu. Tehrana gələn kimi ev işim də düzəldi. Hal-hazırda da elə həmin evdə yaşayıram. Sonra Nəcəfdəki evimi satıb, buradakı evin pulunu ödədim.
    Şeyx Məhəmməd Təqi Ənsari Həmədani buyurmuşdur: İmam Xomeyni Nəcəf-Əşrəfdə olduğu vaxtlar, onun oğlu Mustafa Xomeyni Ayətullah Kəşmirinin xüsusi əxlaq dərslərinə gedərdi. O öz ustadından İmam Xomeyni üçün çox danışardı. İmam buyurur: "Dediklərin doğrudur, amma mən dəlil istəyirəm. Get, Ayətullah Kəşmiriyə de ki, mən filan tarixdə nə yuxu görmüşəm?” Mustafa bunları ustadına ərz edəndə Ayətullah Kəşmiri deyir: "Atana de ki, həmin vaxt yuxuda rəhmətə getdiyini görmüsən. Cəsədini qəbrə qoyanda başının altındakı bir daş sənə əziyyət edirdi. Həzrət Əli (ə) gəlib başının altındakı o daşı götürdü.” Mustafa ustadının dediklərini atasına danışır. İmam Xomeyni buyurur: "Tamamilə doğrudur. İndi isə get ondan yuxunun tə`birini də soruş.” Mustafa Xomeyni yenə də ustadının hüzuruna gəlib atasının sifarişini ona çatdırır. Ayətullah Kəşmiri belə deyir: "Atana deyərsən Nəcəf sizin üçün qəbir misalındadır. Həmin daş işlərinizdə yaranan maneələrdir ki, inşallah həzrət Əlinin (ə) yardımı ilə bu problemlər həll olacaq. İrana qayıdacaq və məqsədinizə çatacaqsınız. İranda da rəhmətə gedəcəksiniz.("Kəramate mə`nəvi”, Seyyid Abbas Musəvi Mutləq, səh. 55-57)
    Ayətullah Kəşmiri Behcətin sözündən sonra əvvəlcə Ayətullah Quçaninin yanına gedir. O, Ayətullah Quçaninin verdiyi xüsusi tapşırıqlara və "Vadiüs-səlam”da bə`zi ibadətlərə əməl edir. Ağa Qazinin ömrünün son dörd ilini həmişə yanında olar və onun mə`nəvi-əxlaqi elmindən bəhrələnməyə çalışardı. Əllamə Qazi rəhmətə gedəndən sonra çox vaxt onun məzarı üstə gedər və hətta bə`zi gecələr orada qalardı.
    Ondan "indiyə qədər İmam Zamanı görmüsünüz”–deyə soruşanda bir söz demədi. Sonra belə ərz etdi: "Bir dəfə Vadiüs-səlamda olanda üç nurani şəxs mənə yaxınlaşıb dedi: "Sizdən dua etmənizi xaşih edirik” və birdən qeyb oldular.
    Ayətullah Kəşmiri sükut ixtiyar etməkdə xariqüladə istedada malik idi. Öhdəsindəki vacibata əməl etməkdən başqa bir iş görməzdi.
    Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri 1999-cu ildə əbədi dünyaya qovuşaraq həqiqət sorağında olanların qəlblərini öz matəmilə yasa qərq etdi. O, həzrət Mə`sumənin (ə) hərəmindəki "Şəhid Mütəhhəri” məscidində Əllamə Təbatəbainin qəbrinin kənarında dəfn olunmuşdur.
    Hədis və rəvayətlərə diqqətin lüzumu
    Elmi hövzə ustadlarından biri Ayətullah Mö`mininin dilindən belə nəql edir:
    Təhsil aldığım illərdə həmişə tələbə yoldaşlarımdan biri ilə dərslərimi oxuyardım. Bir gün həmin tələbə yoldaşım dərs oxumaq üçün mənim otağıma gələndə dedi: Doğrusunu bilmək istəsən, daha hövzədə qalmaq istəmirəm. Artıq bu mühitdən bezmişəm. Gedib başqa bir işlə məşğul olmaq istəyirəm. Burada qalmağın insana heç bir faydası yoxdur. Mən ona dedim: Axı hara getmək istəyirsən və nə iş görəcəksən? Dedi: Müəllimlik və ya başqa bir işlə məşğul olaram. Bu söz bizim öz aramızda qaldı. Üstündən bir-neçə gün keçəndən sonra həmin tələbə yoldaşımla birlikdə Behcətin mənzilinə getdik. Əyləşən kimi Behcət buyurdu: "Ay bala bu "Qalə Sadiq” və "Qalə Baqir”ləri yüngül (əhəmiyyətsiz) saymayın. Elə fikirləşməyin ki, müəllim olmaqla nə isə əldə edəcəksiniz. Heç də bu cür deyil, hər nə varsa buradadır.”
    Behcətin bu sözləri mənim dostum üçün əməlli-başlı tənbeh oldu və səhvini başa düşüb öz yanlış fikirlərindən daşındı.
    Qeyb aləminin şühudu
    Böyük övliyalardan biri belə buyurur: Biz əvvəllər cümə günləri Ağa Behcətin mənzilinə gedərdik. Behcət həmişə bu cümləni təkrar edərdi: "Ey eyibləri örtən!” Onun təkrarladığı bu zikrin böyük mə`nası vardı. Yə`ni, Behcət başqalarının bə`zi əməllərini gördüyü və bildiyi üçün Allah-təaladan bu eyibləri bir sirr olaraq saxlamağa kömək istəyir. Ona görə də bu zikri çox təkrarlayardı.
    Bu barədə Misbah Yəzdi belə buyurur: "Mənim nəzərimcə Behcət irfan və mə`nəvi kamal məqamının elə yüksək bir həddinə çatmışdır ki, qeyb aləmindən bə`zi şeyləri müşahidə edirdi. O çox vaxt bə`zi şəxslərin batinini görür, amma bunları bilmək istəmədiyi üçün bu zikr onun dilinin əzbərinə çevrilmişdir.”("Dər məhzəre büzürqan”, Möhsün Qərəviyan, 2-ci cild, səh. 75)
    Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın "səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: "Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bə’zi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şə`ninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.
    Biz elə bir zikr bilirik ki...
    Bir dəfə ilahi şəxsiyyətlərdən biri "Müqəddəs ziyarətgahlar”ın ziyarətindən məhrum olduğumuz barədə söhbət edərək dedi: "Biz gör nə qədər məhrum olmuşuq ki, mə`sum imamları ziyarət etmək belə bizə nəsib olmur. Bütün bunlar bizim öz əməllərimizin nəticəsidir.”
    İran-İraq müharibəsi zamanı bir qrup alim Behcətin hüzuruna gedib dedilər: Ağa, siz Səddamın dövlətinin süqut etməsi üçün bir dua edin.” Behcət buyurdu: "Bizim elə zikr və virdlərimiz var ki, əgər onları oxusaq, Səddama möhlət belə verilmədən məhv olar. Amma İmam Zaman (ə) bunu hələ məsləhət bilmir və hələlik Allah onun məhv olmasını iradə etməyibdir.”
    İlahi töhfə
    Seyyid Hüseyn Təqəvi belə nəql edir: Fumən şəhərinə gedib bir gün orada qaldım. Quma qayıtmaq istərkən, Fumən alimlərindən olan Seyyid Əbülqasim Ərib Fuməninin hüzuruna getdim. Seyyid Ərib mənə bir-neçə sikkə verib dedi: "Bunlardan birini Behcətə verərsiniz.” Quma gələn kimi Ayətullah Behcətin yanına gedib sikkələri (pul) ona verdim. Yenə də Fumənə getmək istədiyimi bilən Ayətullah Behcət mənə min tümən verib buyurdu: Bu pulu bir nəfərin vasitəsilə Seyyid Əribə çatdır.” Mən pulu dükan sahiblərindən birinə verib dedim: Bu pulu Seyyid Əribə verin və kimin göndərdiyini ona deməyin. Həmin şəxsin dükanında oturub onun qayıtmasını gözlədim. Dükançının qayıdarkən çox təəccübləndiyini görəndə soruşdum: Nə olub. O dedi: Mən bu pulu ona verəndə buyurdu: "Evimin bir tərəfi uçulub tökülmüşdü. Usta evi yenidən tə`mir etmək üçün min tümən pul istədi. Amma mənim pulum olmadığına görə ustadan bir az gözləməsini xahiş etdim. İndi sənin gətirdiyin bu pul evimin tə`miri üçün ehtiyacım olan məbləğ qədərdir.("Bərgi əz dəftəre aftab”, Rza Baqirzadə, səh. 58-59, müxtəsər dəyişikliklə.)
    Bəli, bu cür hadisələr və ya əhvalatlar təsadüfi deyil. Allah övliyaları ilahi sirlərə agahdırlar. Onların həyat tərzi başdan-başa sirlərlə doludur.
    Hər sözə tez inanma
    Qumun əxlaq ustadlarından biri öz dərslərinin birində buyurdu: Bir gün bir-neçə nəfərlə xüsusi bir mövzu ətrafında söhbət edirdik. Söhbət əsnasında gətirdikləri dəlillərə görə demək olar ki, mən onların bu sözü ilə razılaşdım. Bu söhbətdən sonra yolda Behcətlə rastlaşdım. Məni görən kimi dedi: "Demək, indi də uşaqlar sənin üçün nüsxə yazırlar.” Mən Behcətin nə dediyini dərhal başa düşdüm. O, bu qısa sözü ilə çox şeyi mənə başa saldı. Behcət mənimlə dostlarım arasında olan söhbətdən agah olduğuna görə bizi, belə yersiz tə`sirlənməkdən xilas etdi.
    Yuxuda sənə demişəm
    Bir nəfər bə`zi etiqad məsələlərində şəkk-şübhəyə düşdüyünə görə çox əziyyət çəkir və suallarına doğru-düzgün cavab tapa bilmirdi. O, Qum şəhərinə gəlib orada sakin olur. Bir dəfə gecə Behcəti yuxuda görür. Yuxuda Behcət onun bütün şəkk-şübhələrinə tutarlı cavab verir. Həmin şəxs yuxudan ayılan zaman bu yuxunun sadiq olub-olmaması fikri onun qəlbində qəribə nigarançılıq yaradır. O, bu suallarana cavab almaq üçün cümə günü Behcətin hüzuruna gedir. Bu şəxs hələ bir söz deməmiş Behcət buyurur: "Suallarının cavabını sənə yuxuda demişdim, daha şəkk etmə.”("Besuye məhbub”, Seyyid Mehdi Sai, səh. 14)
    Dilə nəzarət üçün tapşırıq
    Behcətin dostlarından biri belə nəql edir: Bir dəfə dilimi qorumağı qəlbimdə niyyət etmişdim. Təsadüfən, həmin gün Behcətin hüzuruna getmişdim. O, mənə dedi: "İnsanın öz dilinə yiyə durması çox yaxşı bir işdir. Əgər məsləhət olsaydı və insan bacara bilsəydi, yalnız Qur`an ayələri ilə söhbət edərdi.”
    Övladlara bərabər sevgi
    Ayətullah Behcətin dərslərində iştirak edən ruhanilərdən biri belə deyir: Mənim iki qız övladım var idi. Bir dəfə axşam kiçik qızımı nəvaziş edib öpdüm və böyük qızımı, sanki unutdum. Bir anlıq ürəyimdə fikirləşdim ki, birdən böyük qız oyaq olar və onu nəvaziş etmədiyimə görə məndən inciyər. Buna baxmayaraq daha fikir vermədim. Səhər tezdən Behcətin hüzuruna getdim. Salam verəndən sonra dərhal mənə dedi: "İnşallah, övladlar arasındakı bərabərliyə riayət edirsiniz.”
    Allah övliyasının kəraməti
    Höccətül-islam Şüştəri buyurur ki, dostlarımdan biri mənim üçün belə nəql edirdi: Bir müddət olardı ki, gecə namazı qılmaq istəyirdim. Amma həmin vaxt yuxuya gedir və ayıla bilmirdim. Bir gün Ayətullah Behcətə dedim: Ağa, bir müddətdir ki, gecə namazı qılmaq istəyirəm. Amma həmin vaxt yuxudan dura bilmirəm. Behcət buyurdu: "Saat neçədə yuxudan durmaq istəyirsən?” Dedim: Gecə saat üçdə. Mənə dedi ki, get inşallah oyanarsan. Ayətullah Behcətin bu sözündən sonra hər axşam saat üçdə, hətta çox yorğun olsam belə yuxudan oyanıram.("Kəramate mə`nəvi”, Seyyid Abbas Musəvi)
    İnşallah, daha yanmaz
    Höccətül-islam Ağa Seyyid nəql edir: Bir gün cavan bir oğlan mənim qızıma elçiliyə gəlmişdi. Dini baxımdan nəzər və fikirlərimiz uyğun gəlmədiyinə görə bu cavana yox cavabı verdik. Bu sözdən sonra oğlan evi sehr və caduya əl atdılar. Elə bir vəziyyətə düşdük ki, hər dəfə evin bir küncündən alov qalxırdı. Artıq, nə edəcəyimizi bilmirdik. Ayətullah Behcətin hüzuruna gedib başımıza gələnləri ona danışdım. Ayətullah Behcət buyurdu: "İnşallah, daha evinizdə alov görməzsiniz.” Ayətullah Behcətin bu sözündən sonra həmin müsibətdən yaxa qurtardıq.
    Cənab, özünütərbiyə bu cür olmaz
    İsfahanlı tələbələrdən biri belə deyir: Mən nəfsimi islah etmək niyyətilə bir-neçə aylığa Məşhədə yollandım. Orada olarkən bir gün Ayətullah Behcətin hüzuruna getdim. O, məndən heç bir şey soruşmadan dedi: "Ay bala, nəfsi bu cür islah etməyin heç bir faydası yoxdur. Ananı razı salmaq üçün İsfahana getsən yaxşıdır.” Amma mən Behcətin bu sözü ilə razılaşmayıb, onunla mübahisə etməyə başladım. Behcətlə xudahafizləşib qayıdanda, birdən fikirləşdim ki, axı bu haqda qabaqcadan mən ona heç bir şey deməmişdim. Elə buna görə də geri qayıdıb Behcətdən üzr istədim.
    Qurtuluş düz danışmaqdadır
    Höccətül-islam Şabani belə nəql edir: Ruhani libası geymək iftixarına nail olduğum vaxt Ayətullah Behcətin hüzuruna getməyi qərara aldım. Həmin gün sübh namazından sonra əmmamənin Behcətin əliylə başıma qoyulması üçün onun namaz qıldığı məscidə getdim. Ayətullah Behcət əmmaməni başıma qoyandan sonra məndən soruşdu: "İndi hansı dərsi oxuyursunuz?” Həmin vaxtlar demək olar ki, "Lümə” kitabını qurtarmışdım. Amma fiqhə aid neçə şö`bə hələ qalmışdı. Behcət məndən bu haqda soruşanda həmin hissələri oxumadığım fikrimdə belə deyildi. Ona görə də dedim ki, "Lüməteyni” qurtarmışam. Bir anlıq Behcətin üzündəki qəzəbi hiss etdim. Mənə dedi: "İnsan ancaq doğru danışmaqla nicat tapar.” Ayətullah Behcət hamıya dua etdi və mənə isə bu sözü dedi. Bu barədə çox götür-qoy edəndən sonra yadıma düşdü ki, axı mən hələ bir neçə kitabı oxumadığım halda "Lüməteyni qurtarmışam” deməyim düzgün deyildi. Buna görə də Behcətin hüzuruna gedib ərz etdim: Mənim "Lüməteyni” qurtarmışam deməkdə məqsədim, ümumilikdə bitirdiyimi nəzərdə tutmuşdum. Amma bu bəhsə aid hələ bir neçə kiçik kitabları oxumadığım fikrimdən çıxmışdı.
    Bu sözləri eşidəndən sonra Behcətin üzündə razılıq hissi yarandı. O mənim üçün dua etdi. Bu əhvalatdan sonra Behcətin adamların batini sirlərindən xəbərdar olması mənə açıq-aşkar sübut oldu.
    Tez getməyiniz məsləhətdir
    Böyük şəxsiyyətlərdən biri deyir: Mən həmişə Ayətullah Behcətin camaat namazında iştirak etməyə çalışırdım. Həmin vaxtlar mənim evim Qumun Yəzdanşəhr deyilən məhəlləsində yerləşirdi. Bu məhəllə təzə salındığına görə burada çox az ev var idi.
    Mən gündüzlər dərsə gedər və axşam namazını Behcətlə qılandan sonra evə qayıdardım. Bir axşam yenə Şam namazını qılandan sonra məsciddən çıxanda mən də onun arxasınca getdim. Elə bu vaxt Behcət məndən soruşdu: "Sənin evin haradadır?” Dedim: Filan məhəllədə. O, bir az fikirləşəndən sonra dedi: "Siz tez evə gedin və axşamlar camaat namazı üçün məscidə gəlməyiniz də lazım deyil.”
    Onun heç vaxt yersiz söz demədiyini bildiyim üçün tez özümü evə çatdırdım. Evə gələndə həyat yoldaşımın uşağı qucaqlayıb evin dalanında oturduğunu gördüm. Niyə burada oturmasının səbəbini soruşanda, dedi: Evdə əqrəb var. Həmin gecədən sonra uzun müddət Behcətin camaat namazına getmədim və ailəmdən tez-tez xəbər tutmaq üçün öz məhəlləmizdəki məsciddə namaz qılardım.
    İstixarə
    Ayətullah Behcətin şagirdlərindən olan Ləngərud elmi hövzəsinin məs`ul işçisi Höccətül-islam Abbasi buyurur: Bir gün dostumla birgə məscidin yuxarı təbəqəsində oturmuşduq. Mən bir iş üçün istixarə etdirmək istəyirdim. Amma Behcətin yanına gedib bu sözü (istixarə etməyi) deməyə utanırdım. Dostumdan mənim üçün istixarə etməsini xahiş etdim. Behcət məsciddə divarın kənarında oturmuş və bir dəstə adam istixarə etmək üçün onun ətrafına toplaşmışdılar. Növbə mənim dostuma çatanda Behcət istixarə edəndən sonra işarə ilə nə isə dedi. Amma istixarənin ətraflı cavabını mənim özümə izah etdi.(Höccətülislam Kərəminijadla söhbətdən.)
    Fikri oxumaq
    Höccəti nəql edir ki, bir gün dostumla bərabər Ayətullah Behcətin "üsul” dərsində iştirak etdik. Behcət dərsdə "inşa” və "əxbar” haqqında söhbət edirdi. O zamanlar mən hələ evlənməmişdim. Birdən ağlıma belə bir fikir gəldi ki, namaz halında Allah-təaladan saleh həyat yoldaşı istəmək üçün dua etmək olarmı? Behcət elə həmin dəqiqə dedi: "Bəli insan namaz halında bu cür dua edə bilər.”
    Dərs bitdikdən sonra evli dostlarımdan biri mənə dedi: "Dərsdə söhbət "inşa” və "əxbar”dan gedəndə övladım olmasını arzuladığım üçün fikrimdə–namaz halında Allah-təaladan övlad payı istəmək olarmı?– sualı yarandı. Elə bu vaxt Behcət həmin mətləbə cavab verdi. Onun bizim hər ikimizin fikrindən xəbərdar olmasını başa düşdük.(Həmin mənbə.)
    Batindən xəbər
    Seyyid bir şəxs belə deyirdi: Bir gün həmişəki adətim üzrə yenə şam namazından sonra Behcətlə birlikdə onun mənzilinin qapısına qədər getdim. Yolda gedərkən birdən ağlıma gəldi ki, Behcətdən bizim şəcərənaməmizin düzgün olub-olmaması barədə soruşum. Öz-özümə fikirləşdim ki, görən o şəcərənamə haqqında nəsə bilirmi? Behcətin mənzilinin qapısına çatanda tələbələr bir-bir onun əlini öpüb getdilər. Növbə mənə çatanda, o heç bir şey soruşmadan dedi: "Əgər şəcərənamə haqqında bir şey bilmək istəyirsənsə, filankəsin yanına get.”
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 995 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024