İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:14 AM
    Allahın elçisi
    ƏMURUN HƏRƏKƏTİNİN SƏBƏBİ
    Bu suala iki cür cavab vermək olar. Birincisi budur ki, əmru hobel bütünün gözəlliyinə görə onu hicaza gətirdi və hobələ sitayiş etmək məqsədi yoxdu. Beləcə, nadanlıq üzündən bütpərəstliyə rəvac verdi. İkincisi isə budur ki, əmru bütpərəstlərə aldanıb, həqiqətən də hobəli sitayiş üçün gətirdi. Tarixi məlumatlara əsasən ikinci cavab həqiqətə daha yaxındır. Çünki əmru İbrahim dinini təhrif edən, dəyişən bir şəxs kimi tanınmışdı. O, digər bidətələr də yol vermiş və nifrət qazanmışdır. O, İbrahim dinini dəyişən ilkin şəxsdir. Onun bidətlərinə (dində zidd yeniliklərə) Qurani-kərimdə də işarə olunmuşdur. «Sübhan Allah dəvənin qulağını, nəzərə görə azad olmasını, qoyunun yeddinci balasının nəzr edilməsini, iki dəfə doğmuş dəvəyə minilməsini hökm etmişdir» («Maidə» 103). Tarixi mənbələrin yazdığına görə bu bütlər, yeniliklər əmruya aiddir. Məhz bu əməllərinə görə əmru lənətlənmiş, onun əzaba düçar olması xəbər verilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: «əmrunun bağırsaqlarını oda çəkildiyini gördüm».
    Hər halda əmrunun əməli bütpərəstliyə səbəb oldu – istər əvvəlki halda, istərsə də ikinci halda! Qüreyş əhalisi həzrət Peyğəmbərin (s) dövrünədək bütpərəstliyə uğradılar. Peyğəmbər (s) öz risalətini tohidlə başlayanda, bütpərəstliyə qarşı çıxanda onlar çox təəccübləndilər: «Təəccüblüdür, o tanrıların hamısını bir tanrı edir? Bu çox təəccüblü bir şeydir» («Sad» 5). Bu bidətlər Hicrinin səggizinci ili, Məkkəd tohid şüari ilə fəth olunub, bütlərdən təmizlənənədək davam etdi.
    MƏDƏNİYYƏT VƏ ƏRƏB
    İslamdan əvvəl ərəb mədəniyyətinin çətinliyi şirkə uğramaq idi. Çünki şirk bütün etiqadi, əxlaqi və ictimai çirkinliklərin mənbəsidir. Ona görə də şirk ən böyük günahıdır. Şirkli mədəniyyət müxtəlif fəsadlarla müşyət olunur. Şirk digər günahları törətdiyindən Allah tərəfindən bağışlanmır: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları bağışlamaz» («Nisa» 48). Ərəblər şirkə bulandıqlarından onların hökuməti zülm və sitəmə, qəbiləçiliyə, qətl və qarətə arxalanırdı. İctimai nöqteyi-nəzərdən müxtəlif ictimai pozuntular, əxlaqi çirkinliklər ayaq tutub yeriyirdi. Qadınların, yetimlərin, zəiflərin hüquqları tapdanırdı. İlahi və insani dəyərlərin əvəzində cahillik hökm sürürdü. Qurani-kərim Peyğəmbərin (s) zövcələrinə müraciətlə bu mədəniyyəti cəhalət adlandırır: «İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» ("Əhzab» 33). Ərəb mədəniyyətini daha yaxından tanımaq üçün yaxşı olar ki, imam əlinin (ə) «Nəhcül-bəlağəsinə» müraciət edək. İmam (ə) həmin dövrü belə xatırlayır: «Həzrət Peyğəmbər (s) seçilən zaman əvvəlki peyğəmbərlərdən bir müddət keçmişdi. Bu elə bir zamandı ki, ümmətlər yatmış, fitnələr cəmiyyəti alt-üst edirdi. Müharibələr şölələnirdi». Yenə buyurur: «Peyğəmbər (s) o zaman seçildi ki, siz ərəblər ən pis dindəydiniz və ən pis məmləkətdə yaşayırdınız. Dayanacağınız quru və yandırıcı daşlıqlar, yırtıcların, zəhərli və kor ilanların əhatəsində idi. İçdiyiniz bulaşıq sular, yediyiniz oduncaq idi. Yaxınların qanını tökməyə, onlardan uzaqlığa icazə verilmişdi. Bütpərəstlik şüarınız idi, daim günah içindəydiniz». Hər sürünəni, qarışqa, ilan, quş, gəmircini yeyir, hətta qəhətlik dövründə dəvə dərisini kənə və qana bulayıb qurudar, yemək hazırlayardınız.
    Deyilənlər müxtəlif dövrlərdə cahil ərəb adət-ənənələrindən nümunələr idi. Bu barədə tarixi mənbələrdən ətraflı öyrənmək olar.
    HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ
    İsmail Babildən ailəsi ilə Hicaza köçmüş mühacir olsa da, tarixi mənbələrə görə o ilahi təlimlə ərəbcə danışmış ilk şəxsdir və ərəb nəsli onunla bağlıdır. Həzrət Məhəmmədin (s) əsli İsmail vasitəsi ilə İbrahimə gedib çıxır. Peyğəmbərin əsli üç qismə ayrıla bilər: Adəmdən İbrahimədək, İbrahimdən ədnanadək (ərəbi), ədnandan Əbdüllahadək. Bəziləri onun əslini Adəmdən sadalasalar da, əvvəlki iki mərhələnin xırdalıqları o qədər də aydın deyil. Olsun ki, kimsə bu nəsilləri dəqiq sadalaya bilməsin və çoxlu ixtilaflar yaransın. Bəlkə də, elə bu səbəbdən də Mürsəl nəql edir ki, Peyğəmbər (s) «mənim əslimi sadalayıb ədanana çatanda daha irəli getməyi», deyə buyurub. («Bihar» 15-ci cild). Bu buyuruq təhqiq yolunun asan olmadığını nəzərə çatdılar. Bu, uyğun təhqiqatın haram olması demək deyil. Ədnana qədər həzrət Peyğəmbərin (s) nəslini belə sadalamaq olar. Məhəmməd ibni Əbdüllah ibni Əbdül Mütəllib ibni Haşim ibni əbd Mənaf ibni Qəsa (ərəbi) ibni Kəlab ibni Mərrə ibni Kəb ibni Lby ibni Ğalib ibni Fəhr ibni Malik ibni Nəzr ibni Kənanə ibni Xəzimə ibni Mədrəkə ibni Möd ibni ədnan. Ədnandan sonra bu təhqiq yolu çətinləşir və biz deyilənlərla kifayətlənirik.
    PEYĞƏMBƏR (S) NƏSLİNİN ETİQADI
    Peyğəmbər (s) nəslinin etiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bəzən isə qərəzli fikirlər söyləmişlər. Bəziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).
    Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, günahlardan uzaq, Allahçı ailələr olmuşdur. Küfrlü və şirkli bir nəsildən belə bir əzəmətli şəxs törəyə bilməzdi. Şiələrin digər inamları kimi bu inamının da əsası maarif kövsəri, hər cür nöqsandan uzaq Quran və əhli-beytdir.
    Səduq (r) buyurur: «Şiələrin etiqadına görə Adəmdən Əbdüllaha qədər Peyğəmbərin (s) babaları hamısı müsəlman olmuşlar».
    əminül-islam buyurur: «Peyğəmbər babalarının Adəmə qədər müvəhhid olmasını şiələr doğru bilir».
    Məclisi (r) buyurur: «Şiə bu inamla şərikdir ki, Peyğəmbərin (s) Adəmədək babaları müvəhhid olub»(«Bihar» 15-ci cild). Dini əsərlər və tarixi mənbələr bu baxışı təsdiq edir. Bu dəlildən sonra digər baxışların şərhinə ehtiyac qalmır. Bu dəlillərə bütün şübhələr və ittihamlar puç olur. İttihamların çoxu ədnandan sonraya aiddir. Ondan əvvəlki dövrdə İbrahim dindən sapmalar qeyd edilir. Çünki imam Sadiqdən (ə) etibarlı bir rəvayətdə nəql olunur ki, İsmail övladları ədnanın dövrünədək ilahi dində olmuşlar. Ədnanın dövründən sonra peyğəmbərlər arasındakı fasilə böyük olduğundan sapıntılar meydana çıxdı. Ədnana qədər Allah evinin müdiriyyəti İsmail övladlarına məxsus idi. Onlar həcc mərasimi keçirirdilər. («Bihar» 15-ci cild). Hər halda Peyğəmbərin (s) əcdadlarının müvəhhidliyinə (ədnandan Əbdüllaha qədər) dəlil göstərə bilsək, şiənin əsil etiqadı yaxşıca aydınlaşar. Buna Quran, rəvayət, tarixdən bir neçə sübut gətirmək olar:
    1-əvvəlcə bunu qeyd etmək olar ki, İbrahim-xəlil (ə) Kəbəni bərpa etdikdən sonra Allaha öz istəklərini bildirdi. İstədi ki, övladları büdpərəstlikdən uzaq olsun, ailəsindən namazı yaşadanlar olsun, onlardan xalqa rəhbərlər seçilsin. Allah-taala İbrahimin (ə) dualarını qəbul etdi. Onun nəslindən peyğəmbərlər, ilahi rəhbərlər, dünya risalətli elçi seçildi və digər duaları da qəbul oldu. Əgər bu dualar heç olmaya bəzi İbrahim övladları haqqında qəbul oldusa, bu şiə həzrət Məhəmmədin (s) babalarından daha ləyaqətli kim ola bilərdi?!
    Bu duaların qəbulu həzrət Peyğəmbərin (s) babalarını xatadan kənar olduğunu təkid etmirmi? Məkkə əhalisi üçün bütpərəstlik kənardan gətirilmiş bir məram idi və heç bir mötəbər sənəddə onun Peyğəmbər (s) əcdadına aidiyyatı sübut edilməyib. Məkkə əhalisinin təbii həyatı İbrahim dinində idi. Bu şəraitdə istənilən bir şəxsi bu dindən kənar etmək üçün dəlil lazımdır. Qeyd etdiyimiz kimi, büdpərəstlik rəsmi şəkildə Peyğəmbərin (s) ona altıncı babası İlyasın nəvəsi əmrunun zamanında qeyd edilir. İlyasın üç oğlu vardı: Mədrəkə, Tabixə, Qəmə. Əmru Qəmənin oğludur. Peyğəmbər (s) Mədrəkənin nəslindəndir. Bu nəsil adsız deyildir ki, onun dini kiminçünsə qeyri-mümkün olsun. Məhşur adamların bütün xüsusiyyətləri hamıya aşkar olur. Belə bir məhşur şəxs bütpərəst olsaydı, hökmən mötəbər tarixi sənədlərdə qeyd edilərdi. Hansı ki, yersiz ittihamlar vardır. Qeyd edilənlər «Şüara» surəsinin 2-ci ayəsinin məzmunu ilə uyğundur – Allahın Rəsulu (s) bir səcdə edənin sülbündən digər bir səcdə edənin sülbünə ötürüldü.
    2-Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir. (Rəvayətlər çox olduğundan onların mənbəsini araşdırmağa ehtiyac qalmır). Məaz ibni Cəbəl Peyğəmbərdən (s) nəql edir: «Sübhan Allah dünyanı yaratmadan yeddi min əvvəl məni, əlini, Fatiməni, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və küfr tozu dəyməmişdir». («Bihar» 15-ci cild).
    3-əbuzər Ğəffari Peyğəmbərdən (s) belə nəql edir: «İbrahim oda atılanda biz onun sülbündəydik və daim paklıq sülbü ilə ötürülüb Əbdül Mütəllibə yetişmişik. Sonra iki yerə ayrılıb, Əbdüllah və Əbu Talib sülbündə qərarlanmışıq». Qəti şəkildə müşrik sülbünü pak adlandırmaq olmaz.
    4-Digər bir rəvayət də həmin üçüncü rəvayətdir ki, «Adəm xəlq olanda Allah-taala bizi (Peyğəmbər (s)) onun sülbündə qərar verdi. Beləcə, pak bir sülbdən digərinə, pak bir bətndən o birinə ötürüldük və Əbdül Mütəllibə yetişdik».
    5-İmam Sadiqdən (ə) digər bir rəvayətə görə həzrət Peyğəmbər və əli (ə) Əbdül Mütəllibə yetişənədək daim pak sülblərdə olmuşdur.
    6-Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!
    7-Həmin məzmunda digər bir rəvayətə görə imam Sadiq (ə) nəql edir ki, Allah-taala Peyğəmbərə salam göndərdi və buyurdu: Sənin gəldiyin sülbə, səni doğan bətnə, səni tərbiyə edən qucağa atəşi haram etmişəm. Aydındır ki, müşrik, insana atəş haram deyil.
    8-Allah-taala həzrət Peyğəmbərə (s) bildirdi ki, sənin gəldiyin sülbə, səni doğan bətnə, səni doyuran sinəyə, səni tərbiyə edən ağuşa atəşi haram etmişəm.
    9-Bəzi rəvayətlər Allah Rəsulunun (s) bəzi acdadına şahidlik edir. Peyğəmbər (s) buyurmuşdur: «Rəbiə və Məzr haqqında pis söz deməyin, çünki onların hər ikisi müsəlman və İbrahim dinində idilər».
    10-İlyas barədə buyurulur: «İlyas mömin idi, onun haqqında pis söz deməyin». İlyas İbrahim dininə qarşı bidətlərə müxalifətçilik etmişdir. O Bəni-ismailin İbrahimə qarşı bidətlərinə etiraz edən ilk şəxsdir.
    ƏBDÜL MÜTƏLLİB
    11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bihar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.
    12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bihar» 15-ci cild).
    13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».
    14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.
    15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.
    ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ
    16-əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild).«Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan nə itirib!» (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».
    Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.
    əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.
    17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.
    Qiyamət günündə dinlər içindən
    Bir İbrahim dini keçər seçimdən.
    Məlum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.
    18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların etiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şənini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.
    Category: Allahın elçisi | Views: 877 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024