İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:14 AM
    Allahın elçisi
    BESƏTDƏN ƏVVƏL PEYĞƏMBƏRİN (S) DİNİ
    Besətdən əvvəl hicazda asimani bir dinin, halal-haramın olması barədə deyilənlər düzgün deyil. Çünki Quran, rəvaytə və tarix şahidlik edir ki, bütpərəstliklə, bəzilərinin məsihilik və yəhudiliyə etiqadı ilə yanaşı xüsusi ilə Məkkədə rəsmi din İbrahim (ə) dini idi. Quran islamı İbrahim dininin davamı bilir. «O sizi seçdi və dində sizin üçün çətinlik yeri qoymadı – Atanız İbrahim dini kimi» («Həcc» 78). Müxtəlif şəraitlərdə bu nöqtə qeyd edilir ki, islam Peyğəmbəri İbrahim dininin davamçısıdır: «Sonra sənə batildən haqqa tapınıb müşriklərdən olmayan İbrahimin dininə «tabe ol» - deyə vəhy etdik» («Nəhl» 123). Sonra buyurulur: «Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun, deyirlər. Onlara de ki, biz batildən haqqa tapınan, heç zaman müşrik olmamış İbrahim dinindəyik» («Bəqərə» 135).
    İslamda bir çox əmələ aid hökmlər, xüsusi ilə həcc əməlləri İbrahim dininə uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir. («Vəsail» 2-ci cild).
    Tairix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə yetirmiş, namaz qılmışlar. Yəqubi deyir: «Qüreyş, ədnanın bütün övladları İbrahim dininin bəzi əməllərini icra edirdilər, həcci yerinə yetirirdilər. Onlar qonağı tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir, günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdədə saxlayırdılar.
    Quran və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola bilər ki, Quran cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalara da əməl edilmişdir.
    Bunu da qeyd etməliyik ki, hicaz xalqı İbrahim dininə bağlı olmuş və məsihilik, yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrət Peyğəmbər (s) də öz əcdadı kimi səmavi İbrahim dininə etiqad etmişdir.
    Çünki Məkkədə nə məsihilik, nə də yəhudilik tanınmırdı və «həzrət öz dininə etiqad edirdi» deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz.
    ƏBDÜLLAH
    Əbdül Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzr etmişdi ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və Allah-taala ona onuncu oğulu əta etdi. Bu oğlanlar bunlardan ibarətdir: Haris – böyük oğul, Zübeyr, əbd Mənaf (əbu Talib), Həmzə – Seyyidüş-şühəda, Ğəydaq, Ziraf, Müqəvvəm, Əbdül-üzza (əbu Ləhəb), Əbbas. Peyğəmbərin (s) atası Əbdüllah Əbdül Mütəllibin sonuncu oğlu idi.
    Əbdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzərini yerinə yetirmək qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Əbdüllaha düşdü. Əbdüllahın əlindən tutub qurbangaha apardı. Qohum-əqraba yığışıb bu işə mane olmaq istədilər. Çünki bu iş sonrada adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə və Əbdüllah arasında püşk atılsın. Püşk yenə də Əbdüllaha düşdü. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Əbdüllahı əvəz etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başalyaraq insanın diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki, «mən iki qurbanın övladıyam». Burada İsmail və atası Əbdüllahı nəzərdə tutur.
    Əbdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti hamıdan çox cəlb edirdi. Əbdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat edib. Lakin Yəqubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Əbdüllah Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat edib. Bəli, Peyğəmbərin (s) digər acdadı kimi Əbdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün, kamil şəxsini yadigar qoyub getmişdir.
    AMƏNƏ
    Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir. «Allah səni nazil edən sülbə, səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib» hədisin sonu Amənəyə şamildir. («Bihar» 15-ci cild).
    Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu. Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi. Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və Məkkə yolnun kənarında əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s) məhşur vida həccində anaının qəbrini ziyarət edib, ağladı, başqalarını da ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydular.
    QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI
    Pak ata və pakizə bir anadan bütün insanlardan üstün bir insan doğulur. Bu insan cəmiyyəti çalxalayıb, onun etiqadına, ictimai-siyasi quruluşuna böyük təsir göstərir. Peyğəmbərin (s) anadan olması bəşər tarixində misli olmayan bir hadisədir. Onun doğulduğu il elə bir ixtilaf müşahidə edilmir. Onun doğum günü və ayı mübahisəlidir. Əsasən iki tarix göstərilir: Birincisi Rəbiül-əvvəlin on ikisidir. Bu tarixi əksər sünnə əhli və Kuleyni kimi bəzi şiə alimləri qəbul edir. İkincisi isə Rəbiül-əvvəlin on yeddisidir. Bu tarix əksər şiələrin qəbul etdiyi tarixdir. Amma həzrətin cümə günü doğulduğu tam aydındır. Onun doğum yeri Məkkədə (ərəbi) Mərvə və əbu-qubeys dağları arasında Məhəmməd ibni Yusifin evidir. Burada Harun ər-rəşidin anası Xizran məscid tikdirmişdir. Bu yer müsəlmanların və Məkkənin mühüm yerlərindəndir. Mənəviyyat ardınca gələnlər bu yeri ziyarət edirlər. Təəssüf ki, Ali Səud dövründə bu məscid də dağıdılmış yerində kitabxana adı ilə yeni bir bina tikilmişdir.
    DOĞUM HADİSƏLƏRİ
    Həzrət Peyğəmbərin (s) anadan olması bəşər tarixində böyük bir hadisədir. Belə hadisələr təbii yolla baş verməyib, əsrarəngiz olub və diqqətləri cəlb edir. Cəmiyyətin talehində təsirli olan şəxslərin doğumu insanlar üçün bərəkət hesab olunur. Peyğəmbərin (s) doğumu baş vermiş ən bərəkətli hadisədir. Bundan bərəkətli bir hadisəyə təsadüf etmək qeyri-mümkündür. Bu hadisələrin bəzilərini qeyd edirik.
    Səduq (r) nəql edir ki, Şeytan yeddi səmada gəzərdi. İsa (ə) doğulanda üç, həzrət Məhəmməd (s) doğulanda yeddi səmadan qovuldu və atəşə tutuldu.
    Yenə buyurur: Peyğəmbərin (s) doğulduğu gecə bütün bütlər yıxıldı, İranda Kəsra eyvanının lərzəyə gəlib, parçalandı, 14 sütunu sındı, Savə dəryaçası qurudu, Kufə və Şam arasındakı Səma və vadisini sel basdı. Min ildən sonra fars atəşgahı söndü.
    Dünya zərdüştlərinin abidləri yuxuda gördülər ki, iki hörgüclü dəvələr ərəb adlarını yedəyə çəkib, dəclədən keçir, əcəm torpağına daxil olurlar. Həmin gecədə hicaz səmasından bir nur yüksəlib, şərqi işıqlandırdı. Səltənətlər dağıldı, padşahlar lal oldu, kahinlik və sehr elmi dayandı. Qüreyş əzəmətlənib Aləllah adlandırıldı.
    Amənənin dilindən nəql olunur: Övladım doğulanda başını səmaya tərəf qaldırdı – məndən bir nur parladı ki, hər yer işıqlandı». İnsanların ağası, sevinci doğuldu onun adını Məhəmməd qoyun deyə nəva eşitdim. Şeytan qorxmuş halda ətrafındakıları çağırıb, nə olduğunu soruşdu. Onlar səmadan bir şey anlamayıb, Kəbə ətrafına gəldilər. Buranı mələklərə dolu gördülər. Onların yaxınlaşmağa qoymadılar. Onların «nə olub» sualına «Məhəmməd doğulub» dedilər.
    Yəqubi əlavə edir ki, Məhəmməd (s) doğulanda yəhudi, məsihi abidləri bir-birinə dəydi, göydə bu vaxtdan görünməmiş ulduzlar parladı.
    Amənənin dili ilə deyilir ki, məndən qalxan nurda Şam sarayını gördüm.
    HADİSƏLƏRİN SƏBƏBİ
    Bütün bu hadisələrin bir izahı budur ki, böyük bir hadisənin cərəyanına əksəriyyətin diqqəti cəlb edlsin. Amma dəryaçanın qurulması, vadini elə basması kimi hadisələrin hikməti bizə aydın olmaya da bilər. Amma bütlərin dağılması, bəzi məbədlərin xaraba qalması, imperator saraylarının süqutu, sehr və kahinliyin dayanması barədə demək olar ki, bütün bunların xəbərdarlığı vardır. Bu insan bütün şirk və bütpərəstlikləri hədəfə alacaq, digər dinləri rədd edəcəkdir. Zülmə əsaslanan ictimai quruluş, ilahi, insani quruluş yaradacaqdır. Bu şəxs kahinlik və sehr kimi batil, puç təzahürlər üçün ciddi bir təhlükədir. O, bəşər həyatının bütün yönümlərinə müdaxilə edəcək tövhid və ilahi etiqadın bayraqdarı, yeni bir quruluşun yaradıcısıdır. Onun təsiri zaman və məkanla məhdudlaşır və müxtəlif yönümlərdə risaləti öhdəsinə götürür. Bu ilahi dəyərlərin ümidi və insan kamalının çiçəklənməsidir.
    Həzrət Peyğəmbər (s) doğulanda Əbdül Mütəllibə xəbər verdilər ki, övladın olub. Əbdül Mütəllib onu ağuşuna alıb, şükr etdi və Kəbəyə apardı. Sonra onu anasına verib, dayə axtarmağa başladı.
    AD QOYMA
    «Onun adı göylərdə əhməd, yerdə Məhəmməddir» («Bihar» 15-ci cild). Allahın Rəsulu (s) doğulandan sonra Cəbrəil və Mikail (mələklər) insan surətində gəlib, onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb, təəccüblə baxırdı! Behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər. Sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər: «Salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey əhməd, salam olsun sənə, ey əhməd». Kuleyni nəql edir ki, Allahın Rəsulu doğulanda Hatifi (kimdir qeyd et?) nida etdi ki, onu Məhəmməd adlandırın. («Bihar» 15-ci cild).
    Aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. Onun yüksək məqamına görə adı da Allah-taala tərəfindən əvvəlcədən təyin edilir. Onun adı hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. Həzrət İsa (ə) əsrlərcə əvvəl onun adını müjdə vermişdir: «Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı əhməddir». Quran da onu həm əhməd, həm də Məhəmməd kimi yad edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir» ("Əhzab» 40).
    Category: Allahın elçisi | Views: 917 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024