İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:12 AM
    Allahın elçisi
    RAHİB BÜHEYRA
    Qüreyş və Hicaz camaatı ticarət üçün Şama çox gedib-gələrdilər. Peyğəmbər (s) əbu Talibin himayəsində olanda Əbu Talib Şama getməli oldu. Əbu Talib Peyğəmbəri çox sevdiyi üçün onu da özü ilə apardı. Qüreyşin karvanı Bəsri adlanan məntəqədən keçirdi. Yaxınlıqda məsihi bir rahibin sovmiyəsi (koması) vardı. Həmişə ibadətə məşğul olub, yoldan keçənlərə diqqət etməyən rahib bu dəfə Qüreyşi süfrəyə dəvət edir. Onun bu hərəkəti təəccübə səbəb olsa da, təklif qəbul olunur və hamı süfrə kənarına əyləşir. Rahib soruşur ki, sizin adamların hamısı buradadır? Cavab verirlər ki, bir cavandan başqa hamı. Rahib o cavanın da gətirilməsini israr edir. Peyğəmbər (s) gələndə rahib gözünü ona dikib, diqqətlə baxır. Öz səmavi kitabı İncildə son peyğəmbər haqqında deyilən əlamətləri xatırlayır və bu cavanda görür. Onunla söhbətə girişib, həyatı və yuxuları barədə soruşur. Onu Qüreyş içində hörmətli bütlərə and verir ki, həqiqəti söyləsin. Həzrət (s) onun bu andından sıxılır. Büheyrə ona daha artıq diqqət yetirir və çiynində peyğəmbərlik əlamətini görür. Sonra əbu Talibə tapşırır ki, Peyğəmbəri yəhudilərdən qorusun!
    MƏZLUMLARIN MÜDAFİƏSİ
    Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər, fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox təsir edir. Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s) nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və buyurmuşdur: «İndi də məni belə bir müqaviləni imzalamağa çağırsalar qəbul edərəm». («Tarixe Yəqubi» 1-ci cild).
    QARA DAŞIN MƏNŞƏYİ
    Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kəbəni dağıtdı. Qüreyş Kəbəni bərpa etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kəbə ətrafında çoxlu peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır, növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt «Məhəmməd əmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını (arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.
    HARAM AYLARIN HÖRMƏTİ
    Ərəblər arasında İbrahim dininin qaydaları, o cümlədən müqəddəs haram ayların hörmətini saxlamaq vardı. Həyatı müharibələrdə ötüşən ərəblər döyüşün qadağan olduğu haram aylara yaxşı münasibətdə idilər. Bu dörd ayda döyüşlər dayandığından onlar rahat nəfəs alırdılar. Qurani-kərimin bu ilahi sünnəti – qaydanı təsbit etdi: «Allah yanında ayların sayı Allah yeri və göyü yaradan gündən başlayaraq on ikidir. Bu həqiqət Allah kitabında qeyd edilmişdir. Onların dördü haram aylardır». (Bu aylarda hücum etməklə müharibə haramdır). «Səndən haram aylarda müharibə haqqında soruşsalar, onlara de ki, bu aylarda müharibə böyük bir günahdır».(«Bəqərə» 217).
    Bu aylar ibarətdir: Zülqədə, Zül-hiccə, Məhərrəm və Rəcəb. Ərəblər bu ayları möhtərəm saysalar da dəfələrlə ehtiramı sındırmış, müxtəlif qəbilələr arasında döyüşlər olmuşdur. Bu döyüşlər haram ayların ehtiramını qırdığından günah və fəsad adlandırılmışdır. Belə döyüşləri dörd yerdə zikr etmişlər. Hətta dörd il çəkən bir döyüşdə Peyğəmbərin (s) iştirak etdiyini deyənlər var.
    Kəhanə qəbiləsindən Bərraz ibni Qeys Kənani Həvazin qəbiləsindən Urvə ibni Rəhhal ilə Neman ibni Munzirə yer icazəsi vermək üstündə dalaşmışdılar. Bərraz Urvəni qətlə yetirmişdi. Ölənin qohumları Kənanəyə qarşı birləşmişdilər. Kənanə Qüreyşə pənah gətirmişdi. Qüreyşdə onlara himayədarlıq etmiş və müharibə başlamışdı.
    Bəzilərinin yazdığına görə həzrət (s) on yeddi yaşında ikən bu döyüşə şahid olmuşdur. Bəziləri isə onun dili ilə nəql edir ki, «Mən əmilərimə atılan oxları dəf edirdim». Görən bu iki cümlədən belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) bu döyüşdə iştirak edib? Belə görünür ki, bu deyilişlərdən uyğun nəticəni əldə etmək olmaz. Hansı ki, bəziləri laqeyidlik göstərərək bu məsələn yan keçir və həzrətin (s) iştirakını təsdiqləyirlər. Amma əvvəlki cümlə həzrətin (s) yalnız şahid olduğunu qeyd edir. Əslində isə şahid olmaq hələ iştirak etmək deyil. İkinci cümlədə isə oxların dəf olunmasından danışılır. Heç bu da o demək deyil ki, Peyğəmbər (s) döyüşdə iştirak edib. Bir halda ki, haram aylara ehtiram qoyulması qəbul edilmiş bir qayda idi və bu hörməti sındırmaq günah hesab olunurdu, necə ola bilərdi ki, Peyğəmbər (s) belə aylarda mühribədə iştirak edəydi?! Həqiqətə yuğun gələn məlumat Yəqubinin əbu Talibin dilindən nəql etdiyidir: «O, nəinki müharibələrdə iştirak etmirdi, hətta Bəni-haşimə də müharibədə iştirakı qadağan edirdi. Hətta əbu Talibin mövqeyi başqalarını da bu işdən çəkindirmişdi. Bu döyüşdə Bəni-haşim iştirak etmədiyindən çoxları bu döyüşə qatılmırdı. «Əbu Talib Bəni-haşimi bu döyüşlərdən çəkindirdi və bildirdi ki, bu döyüş haram aylara hörmətsizlikdir». Əbdüllah ibni Üməyyə və Cədan və Hərb ibni Üməyyə də Bəni haşimə görə döyüşə getmədilər».
    Əlbəttə, bunun unutmaq olmaz ki, müdafiə bütün hallarda, bütün zamanda və məkanlarda, hətta haram aylarda da, hətta Kəbədə də qanuni və vacibdir. Düşmənin hücumundan müdafiə hər bir dində hər bir kəsin haqqıdır. Quran da bu barədə buyurur: «Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlərdə də qisas var. Sizə qarşı təcavüz edənlərdən müdafiə olunun». («Bəqərə» 194). Təcavüzkara cavab verin. Əgər həzrət həmin döyüşdə iştirak etmişsə, müdafiə olunan tərəfdən olmuşdur. «Mən növcavan olanda əmimlər Füccar döyüşünə şahid idim», cümləsi Həzrətin (s) müdafiədə iştirak etdiyini bildirir. Əks təqdirdə deməliyik ki, həzrət (s) belə qalmaqallardan tamam uzaq olmuşdur. İbrahim (ə) dininə etiqad edən kəs heç zaman öz dininin sünnətini görməzliyə vurmaz.
    XƏDİCƏNİN ELÇİLİYİ
    Növcavanlıq dövrü ötüşmüş, cvanlıq dövrü də aram-aram vidalaşmaqda idi. Həzrət Peyğəmbər (s) iyirmi beş yaşında idi. Mömin və varlı qadın Xədicə (ərəbi)-dan on beş il qabaq anadan olmuşdu və həmin vaxtadək iki dəfə – ətiq ibni Aiddə və əbu Halədə ərdə olmuşdu. Hazırda isə ərsiz bir qadın idi. O, Şam və başqa yerlərə ticarət üçün admlar göndərirdi. Bir dəfə də bu iş həzrət Məhəmmədə (s) tapşırılır. O, bu ticarət səfəindən böyük qazancla qayıdır. Elə əvvəllər də öz sədaqəti ilə tanınan Məhəmmədin (s) bu səfərdən sonra xüsusi ilə Xədicə üçün düzlüyü və ayıqlığı aşkar oldu. Ərəb böyükləri ilə izdivaca razılıq verməyən Xədicə özü evlənmək təklifi ilə Məhəmmədə (s) müraciət etdi. Peyğəmbərin (s) digər bir buyruğuna görə əmmar Yasərlə Səfa və Mərva arasından keçərkən Xədicə və bacısı Halə ilə rastlaşırlar. Halə əmmara yanaşıb, «Məhəmməd Xədicə ilə evlənmək istəmirmi» -deyə soruşur. Əmmar bu barədə Peyğəmbərdən (s) soruşanda o, buyurdu: «Bu sualın cavabı sabaha qalsın». Deyilən gün həzrət (s) öz əmisi Əbu Talib ilə Xədicəyə elçiliyə gedir. Bu mərasimdə Əbu Talib belə deyir: «Həmd olsun Allaha ki, bizi İbrahim nəslindən qərar verib və hərəmi bizim üçün əmn edib (tapşırıb) və bizi cəmiyyətə rəhbər təyin edib. Mənim qardaşım oğlu Məhəmmədin dünya malından sərvəti az olsa da, kamal və əxlaq baxımından kimsə onunla müqayisə edilə bilməz. O, Xədicə ilə evlənmək istəyir. Əlbəttə ki, Xədicənin də bu işə meyli olsa. Onun mehriyyəsinin bir qədərini öz malımdan verirəm». Elçilik və əqd mərasimi bu şəkildə keçdi.
    XƏDİCƏ
    Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bihar» 16-cı cild). (Amma Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur: «Allah dörd qadını seçmişdir: Məryəm, Asya, Xədicə və Fatimə» («Bihar» 15-ci cild). Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk şəxsdir. Əlidən (ə) belə nəql olunub: «İlk islam olmuş evdə cəmi üç nəfər vardı: Peyğəmbər (s), Xədicə, üçüncü isə mən». Həzrət Peyğəmbərdən (s) bu xanım haqqında belə nəql olunub:«Xədicə kimisi harada tapılar. O, mənim risalətimi elə bir vaxt təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik edirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə (s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər övladları bu böyük qadından olmuşdur. Xədicə besətin onuncu ili Məkkədə 65 yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-məlai» qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.
    Category: Allahın elçisi | Views: 860 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024