İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:12 AM
    Allahın elçisi
    DİGƏR İZDİVACLAR
    Nə qədər ki, Xədicə sağ idi həzrət Peyğəmbər (s) başqa qadınla evlənməmişdi. Xədicənin vəfatından sonra Peyğəmbər (s) on dəfədən çox evlənmişdir. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət (s) on beş qadınla evlənmiş, onlardan ikisi ilə yaxınlığı olmamışdır. («Vəsail» 14-cü cild).
    1-Sudə Zəmə qızı Peyğəmbərin Xədicədən sonra evləndiyi ilk qadın idi. O, hicrətdən sonra Ömərin xilafətinin axırlarında və ya 54-cü ildə vəfat etmişdir.
    2-Əbu Bəkrin qızı Ayişə Sudədən sonra Məkkədə altı yaşında Peyğəmbərə (s) əqd olunmuşdur. Yalnız hicrətdən sonra Peyğəmbərin (s) evinə köçmüşdür. Peyğəmbərin evləndiyi qadınlar arasında yalnız Ayişə bakirə olmuşdur. O, Hicrətin 57-ci, ya da 58-ci ilində vəfat etmişdir.
    3-Həfsə Ömər qızı, əri Xüneys Ühüd döyüşündə yaralanıb öləndən sonra Hicrətin üçüncü ili Peyğəmbərə ərə gedir. Ya 28, ya 41, ya da 45-ci ildə vəfat etmişdir.
    4-«Ümmül-məsakin», Xəzimə ibni Haris qızı Zeynəb – Ühüd döyüşündə şəhid olmuş Əbdüllahın ibni Cəhşin arvadı. Peyğəmbər (s) Həfsədən sonra onunla evləndi. İki-üç ay sonra vəfat etdi.
    5-«Ümmü-həbibə» kimi tanınmış Rəmlə əbu Süfyan qızı. Həbəş səfərində əri məsihiliyi qəbul etdiyindən Nəccaşinin vasitəsi ilə Peyğəmbərə əqd olunub və Hicri 44-cü ildə vəfat edib.
    6-Əri Əbu Sələmə Ühüd döyüşündə yaralanıb şəhid olmuş «Ümmü-sələmə» əbu Üməyyə qızı. O, Peyğəmbərin bütün qadınlarından sonra 59-62-ci illər arasında vəfat edib.
    7- Peyğəmbərin (s) təklifi ilə Zeydə əqd olunmuş Cəhş qızı Zeynəb. Zeyd onu boşadıqdan sonra ilahi vəhyə görə Peyğəmbərə ərə getmişdir. O, Hicri 20-ci ildə vəfat etdi. O, daim digər qadınlar yanında öyünərək deyirdi ki, sizi atalarınız həzrətə ərə verib, mən isə ilahi vəhylə gəlmişəm.
    8-Cəvriyə Haris qızı, Hicri 5-ci ildə Bəni-müstələq döyüşündə əsir düşdü və əsgərlərdən birinə qənimət verildi. O, öz sahibi ilə isrət kəsdi ki, qiymətini ödəyəcəyi təqdirdə azad edilsin. Sonra Peyğəmbər (s) bu qiymətin ödənməsi üçün müraciət etdi. Həzrət (s) həmin məbləği ödəyib, onunla evləndi. Bu evlənmə çoxlu əsirlərin azad olunmasına səbəb olud.
    9-«Ümmü-şərik» kimi tanınmış Uzilə Cabir ibni Həkim qızı. O, özünü mehriyyəsiz olaraq Peyğəmbərə (s) bağışladı.
    10-Səfiyyə Həyy ibni Xəttab qızı, Harun peyğəmbərin (s) ????? nəvələrindən idi və Xeybər döyüşündə əsir düşmüşdü. Həzrət (s) azad etdikdən sonra onunla evləndi. O, Hicrətin 50-ci ilində vəfat etdi.
    11-Məymunə Haris ibni Həzn qızı yeddinci ildə Ümrətül-qəza səfərində Peyğəmbərlə (s) izdivac etdi və 51-ci (63-66) ildə vəfat etdi.
    12-Qibti padşahı Məqvəqis tərəfindən Peyğəmbərə (s) hədiyyə edilmiş Mariyə. Bəzi qadınlar yalnız həzrətə əqd olmuş və ya onun kənizi olmuşlar. Amma bu evlənmələr həyata keçmişdir və onların adı tarixdə qeyd edilib. Xədicədən başqa həzrətin əksər qadınları Mədinədə Bəqi qəbristanlığında dəfn edilmişlər. Onların qəbri hal-hazırda da tanınır və ziyarət edilir.
    ZƏHƏRLİ QƏLƏMLƏR
    Dörddən artıq qadınla daimi evlənmək yalnız peyğəmbərə xas olan ilahi hökmlərdəndir. Başqaları daimi nikahla eyni vaxtda dörddən artıq qadınla evlənə bilməzlər. Düzgün təhlillərlə bu sayaq məsələlərin izahı müəyyən şübhələrə cavab verə bilər. Peyğəmbərin (s) izdivaclarının səbəbləri haqqında düşmənin zəhərli qələmləri xeyli iş görür. İnsanlar çaşdırılır, həqətdən yayındırılır. Bəziləri həddi aşaraq Peyğəmbərin (s) izdivaclarını nəfsani istəklərlə əlaqələndirmişlər. Qəti şəkildə bunu inkar etmək olar. Öz cavanlıq dövrünü, ömrünün iyirmi beş ilini qırx yaşlı iki dəfə ərdə olmuş qadınla keçirən bir şəxs ömrünün son on üç ilində müxtəlif izdivaclar edirsə, bunu hansı əsasla nəfsani istəklərlə bağlamaq olar?! Beləcə, yalnız düşmən, alçaq, nadan qələmlər bu sayaq izahatlara cəhd edirlər. Bu nöqtəyə diqqət edərək digər səbəbləri araşdırmaq lazım gəlir.
    İZDİVACLARIN SƏBƏBİ
    Yazılarda Peyğəmbərin (s) izdivaclarının bəzi xüsusiyyətlərinə işarə edildi. Həzrət (s) normal bir insan kimi cinsi ehtiyacının ödənməsində izdivac yolundan istifadə etmişdir. Həm həzrət özü, həm də səhabələr, xüsusi ilə də cavanlar asanlıqla evlənərdilər. Hansı ki, bu gün evlənmək ən çətin ailə və cəmiyyət müşkillərindəndir. Keçmiş söhbətlərimizdən aydın olduğu kimi həzrətin izdivaclarının dini əhəmiyyəti də olmuşdur. Məsələn, qəlblərin alınmasında, ictimai mövqeyə malik ailələrlə, əbu Bəkrlə, Ömərlə, əbu Süfyanla qohumluğun ictimai əhəmiyyəti vardı.
    Bəzi izdivacların fiqhi əhəmiyyəti vardır. Məsələn, özünü mehriyyəsi olaraq həzrətə hədiyyə etmiş «Ümmü-şərik»lə izdivac. Quran da bunu peyğəmbər xüsusiyyəti kimi bilir: «Yalnız sənə məxsus olaraq, özünü peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik». ("Əhzab» 50).
    Zeyddən təlaq almış Cəhş qızı Zeynəblə izdivacın da fiqhi səbəbləri vardır. Xədicənin qardaşı oğlu Həkim ibni Hizam Şamdan gətirdiyi qullardan bir olan Zeydi Xədicəyə bağışladı. Sonra həzrətin istəyi ilə Xədicə onu həzrətə bağışladı. Peyğəmbər (s) hədiyyə olaraq aldığı Zeydi azad etdi. Sonralar Zeydi «peyğəmbər oğlu» deyə çağırardılar. Adamlar elə qəbul etmişdilər ki, oğul çağırılan da oğul kimidir və onun boşadığını almaq olmaz. Quran bu səhv fikri rədd edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur». ("Əhzab» 40). Zeydin boşadığı qadınla evlənmək barədə buyurulur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, möminlər oğulluqlarının («oğul» çağırdıqları) boşadığı qadınlarla evlənə bilsinlər» ("Əhzab» 37). Əgər bu hökm təkcə Quranda deyilsəydi, bəhanələrlə başqa cür yozula bilərdi. Lakin Peyğəmbər (s) özü bu hökmə əməl edəndən sonra bütün şübhələr alt-üst oldu.
    Digər Peyğəmbər zövcələri haqqında bunu demək olar ki, kimsəsiz, imkansız qadınlar idilər. Həzrət (s) onlarla evlənərək digər bir ictimai faydalı əməli qayda qoydu. Bir əsir qadınla Peyğəmbərin (s) evlənməsi bir çox digər əsirlərin azad olmasına gətirdi. Bəli, uyğun izdivaclar sadalanan şəraitlərdə həyata keçmişdir. Bu şərtlər içində yalnız nəfsani istəyə yer yoxdur!
    QURANDA PEYĞƏMBƏR ZÖVCƏLƏRİ
    Peyğəmbərin (s) zövcələri vəhy evinə bağlıdırlar. «Nur» surəsində buyurulur: «Həmin ev ki, Allahın izni ilə uca mərtəbəlidir və onda Allah adı zikr edilir». Elə buna görə də Peyğəmbər zövcələri yüksək mövqeyə malik olmuşlar. Eləcə də bu yüksək mövqe onların öhdəsinə xüsusi vəzifələr qoymuşdur.
    Quran peyğəmbər zövcələrini müsəlmanlara ana bilir: «Onun zövcələri sizin analarınızdır». Bu qadınlar fiqhi bir hökmdə anadırlar və onlarla evlənmək başqaları üçün daim haramdır. Başqa bir ayədə bu hökm bir daha təsdiqlənir: « Peyğəmbərdən sonra onun zövcələri ilə evlənmək heç zaman sizə halal deyil» ("Əhzab» 3).
    Quran peyğəmbər qadınlarının uca mövqeyinə görə onları bütün çirkinliklərdən paklayır. Bu qadınlar pak və təqvalı insanlar kimi tanıtdırılır. Hətta bu qadınlardan birinə böhtan atıldıqda Quran özü onların müdafiəsinə qalxır. Çünki bu böhtanlar bir şəxsə qarşı yox, bütün vəhy evinə qarşı yönəlmişdir. Ona görə də bu məsələ çox əhəmiyyətlidir. Vəhy evi və rəhbərlik hər zaman pak olmalıdır. Bu həqiqətlər xalqa da aydın olmalıdır. Xalq bilməlidir ki, xalqa rəhbərliyi öhdəsinə götürmüş Peyğəmbər ətrafı bütün nöqsanlardan pakdır. Xalq onlara inanmalı, onları özünə nümunə götürməlidir. Quranın bu müdafiəsi qadınlardan çox vəhy evinə aiddir.
    QURANDA PEYĞƏMBƏR (S) ZÖVCƏLƏRİNİN MÜDAFİƏSİ
    Peyğəmbər (s) səfərə çıxanda, hətta müharibəyə gedəndə bəzi zövcələrini özü ilə aparardı. Bəzən də kimin gedəcəyi püşklə təyin olunardı. Döyüşlərdən birində Ayişə Peyğəmbərin (s) yanında idi. Yolda dayanarkən Ayişə paklanmaq üçün karvandan arxada qalır. Kəcavə Ayişəsiz dəvəyə qaldırılır və karvan yola düşür. Ayişə qayıdarkən boyunbağısının qırılıb düşdüyünü görür. Boyunbağını axtarmaq üçün geri qayıdır. Yolda məlum olur ki, Ayişə kəcavədə yoxdur. Bir müddət sonra Səfvan ibni Mətəl oradan keçərkən Ayişəni görür və onunla kəlmə belə kəsmədən dəvəsini yatırdıb Ayişəni dəvəyə mindirir və karvana çatdırır. Ayişə və Səfvan haqqında böhtançıl adamlar söz-söhbətə başlayırlar. Xüsusi ilə Mədinədə şayələr yayılır. İttiham olunanlar, xüsusi ilə Ayişə möhkəm narahatçılıq keçirir. Peyğəmbərsə bu barədə susur və böhtanlar onu incidir. Ayiəşənin günü göz yaşları içində keçir, yuxusu ərşə çəkilir. O, tənhalığa çəkilib, Allahdan yardım diləyir. Sübhan Allah Ayişə haqqında deyilənlərin böhtan olduğunu belə təsdiqləyir: «Həqiqətən Ayişə haqqında yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümərdir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir». («Nur» 11). Quran bununla vəhy evinə bağlı olanların, rəhbərlərin əhəmiyyətini nəzərə çatdırır. Çox adamlara böhtan atılır, amma Quran müdaxilə etmir. Amma Peyğəmbər zövcələrinə böhtan deyiləndə Quran onları paklayır. Bu onların hüquqi şəxsiyyətlərinə verilən əhəmiyyətdir.
    HÜQUQİ ŞƏXSİYYƏT
    Allah-taala bu məsələyə əhəmiyyət verdiyi üçün Peyğəmbərin (s) qadınlarına yol göstərir və onların hüquqi şəxsiyyətini aşkar bəyan edir. Onlara xatırladır ki, siz başqaları kimi deyilsiniz. Siz rəhbərlik evinə bağlısınız. Xalq başqalarından gözləmədiyini sizdən gözləyir. Əlbəttə ki, bu göstərişlər təkcə Peyğəmbər qadınlarına aid deyildir. Quran ayələri müəyyən məkan və müəyyən şəxslər üçün məhdudlaşa bilməz. Quran bəşəri və əbədi bir hidayət kitabıdır. Bu göstərişlər rəhbərlik məqamına, islami nizama bağlı bütün şəxslərə aiddir. Bütün məsullar və onlara bağlı olanlar, dini addan faydalananlar hər zaman bu göstərişləri rəhbər tutmalıdırlar. Qısası, bu göstərişlər bütün hüquqi şəxslərə aiddir. Həqiqi şəxsiyyətdən əlavə hüquqi şəxsiyyətə malik olanlar öz rəftarlarına, evlərinə, miniklərinə, paltarlarına, süfrələrinə başqalarından daha çox fikir verməlidirlər. Çox vaxt onlar mübah şeylərdən də çəkinməlidirlər. «Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı ilər görsə, onun mükafatını ikiqat verərik». ("Əhzab» 31).
    «Ey Peyğəmbər zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz» («Əhzab» 32). «Siz ey peyğəmbər zövcələri, sizin hansı biriniz açıq-aşkar bir çirkin iş görsə onun əzabı ikiqat olacaq» ("Əhzab» 30). Bu «uyğun cəza olaraq» ayəsinə («Nəbə» 16) zidd deyil. İki cəza qazancı fərqli baxımlardandır.
    Quran rəhbərlik evinin şəninə, adına o qədər əhəmiyyət verir ki, belə müraciət edir: Ya şən və adı qorumaqla Peyğəmbərlə olun, ya da Peyğəmbərdən və rəhbərlikdən uzaqlaşın. Rifah istəyi ilə peyğəmbər ardıcıllığı yanaşı ola bilməz. Bu iki şey bir yerdə mümkün deyil. Diqqət edin: «Ya Peyğəmbər, zövcələrinə de ki, əgər dünya rifahı və bər-bəzək istəyirsinizsə, qoy Peyğəmbər sizin haqqınızı ödəyib boşasın». Rəhbərlik evində rifah mümkün deyil: Yox, axirət həyatını istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlaşmışdır» ("Əhzab» 29). Quranın müraciətləri diqqəti bu nöqtəyə yönəldir ki, siz Peyğəmbər zövcəsi olduğunuz üçün başqalarından daha diqqətli olmalı, cahil əməllərdən çəkinməli, xalq arasında cahil adətlərlə görünməməlisiniz: «Öz evlərinizdə olun, məclislərdə cahiliyyət dövrünün qadınları kimi görünməyin» ("Əhzab» 33).
    Peyğəmbərin (s) qadınları bu göstərişləri ürəkdən qəbul etdilər; öz əməl və rəftarlarına diqqətli oldular. Söz yox ki, Peyğəmbərin vəfatından sonra Ayişə bu göstərişlərindən çıxıb, müxalifət bayrağı qaldırdı. Cəməl döyüşü fitnəsində əlinin (ə) cavan hökumətinə qarşı çıxdı. Əlbəttə ki, yuxarıdakı ayədən belə nəticə çıxarmaq olmaz ki, qadın ictimai məsuliyyətlərdən kənarda olmalıdır. Bu məsələnin izahı «Fatimə həyat idealı» kitabında şərh edilib.
    Hər halda Quran yolu ilə düşünənlər, əməlini Qurana uyğunlaşdırmaq istəyənlər Peyğəmbəri (s) özlərinə nümunə götürürlər. Bu hüquqi şəxsiyyətə malik olanlara daha çox aiddir və onlra bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxslər deyilənlərə sübut istəsələr, həmin ayə şəri dəlil ola bilər.
    PEYĞƏMƏBRİN (S) ÖVLADLARI
    Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir), Əbdüllah (besətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir» ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub, Hicrətin onuncu ilində on yeddi aylığında vəfat edib, Bəqidə dəfn olunub. Tarixdə yazıldığına görə həzrət (s) onun ölümünə ağlayıb, «qəlbim yanır» deyib). İbrahimin məzarı ziyarətgahdır. Həzrətin Xədicədən olan övladlarını Qasim, Təyyib, Tahir kimi qeyd ediblər. Amma belə görünür ki, Təyyib və Tahir adları hər ikisi Əbdüllaha aiddir.
    Peyğəmbərin (s) qızları:
    -Zeynəb Peyğəmbərin böyük qızıdır. İzdivacdan beş il sonra doğulub. Öz xalası oğlu əbül-as ibni Rəbi ilə ailə qurub, Hicri səkkizinci ildə vəfat edib. Bəzi yazılara görə Fatimədən sonra əli (ə) ilə ailə qurub.
    -Rüqəyyə islamdan əvvəl doğulub. Əvvəlcə əbu Ləhəb oğlu Utbə ilə ailə qurub. «Təbbət» surəsi nazil olandan sonra əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılıb. Sonra Osman ibni əfan ilə izdivac edib. Hicri ikinci ilidə dünyasını dəyişib.
    -Ümmi Gülsüm də Məkkədə doğulub. Bacısı kimi əbu Ləhəbin digər oğlu ətibə ilə izdivac edib. «Təbbət» surəsindən sonra ayrılıb. Rüqəyyənin vəfatından sonra Osmana ərə gedib. Hicri üçüncü ildə vəfat edib.
    -Fatimeyi-Zəhra (s) besətdən beş il sonra doğulub. Hicrətdən iki ay sonra Mədinədə əli (ə) ilə ailə qurub. Həzrətdən (s) sonra onun yeganə yadigarıdır.
    ÖTƏNLƏRƏ BİR BAXIŞ
    Bura qədər islamdan əvvəlki ərəb mədəniyyət qaynaqları və Məkkə şəhərinin tarixinə əsasən Qüreyşin etiqadı və bütpərəstliyin Məkkəyə qayıdışı araşdırıldı. Eləcə də, peyğəmbər nəslinin etiqadına, onu ata və anasını həyatına, peyğəmbərlikdən əvvəlki həyat sətirlərinə nəzər salındı. Ötən bəhsdə də Peyğəmbərin (s) dinindən və həyatından danışılmışdı. Nəhayət, onun izdivaclarına, evlənmə səbəblərinə, övladlarının sayına işarə edildi. Əsas məqsədimiz isə qarşıdakı hissələrdə işıqlanacaq.
    Category: Allahın elçisi | Views: 887 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024