ZÖHD NƏDİR?
Zöhd o demək deyil ki, insan dünya nemətlərindən faydalanmasın. Çünki bu nemətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu nemətləri insan üçün yaratmışdır. Amma bu nemətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. Din dünyaya bağlılığı qorxulu sayır. Dünya malından bircə xalçası olan insan bu xalçaya bağlanmaqla dünyagir olar bilər. Amma başqa biri malik olduğu böyük var-dövlətə bağlanmadığı üçün zahid insan ola bilər. Quran zahid insanı belə tanıtdırır: Zahid o kəsdir ki, dünya malı əlindən çıxanda təəssüf etməsin və əlinə dünya malı gələndə fərəhlənməsin. («Hədid» 23).
Zahid insanı onun ruhiyyəsi və həyatından yaxşıca tanımaq olar. Elə bir şey yoxdur ki, onu gizlətməy olsun. dünyaya bağlanmadan Allahdan halal ruzi istəyib çalışan adam dünya malını əldə etmək üçün gecə və gündüz bilməyən insandan tamam fərqlənir. İnsan vücudunun yönümləri çox vaxt uyğun gəlmir. İbadət və zöhd yarananda insan siyasi və ictimai qalmaqallardan uzaq dayanır. Digər tərəfdən siyasət meydanı özü də təbii şəkildə təqvadan uzaqlaşır. Zöhd və siyasəti bir araya gətirmək hər insanın hünəri deyil. Həzrət Peyğəmbər (s) bunların arasında ülfət yaratdı. Belə ki, ibadət mehrabında da onun məqamına abidlər, döyüş və siyasət meydanında qəhrəmanlar heyran qaldılar. Çətinliklər zamanı onun möhkəmliyindən dözümlülük, qüdrətli vaxtı onun səxvətindən əfv və bağışlama xəcalət çəkir.
Həzrət Peyğəmbər (s) siyasət döyüş meydanında ən zahid insan idi. Sadə yaşar, təm-təraqdan uzaq olardı. Onun evi barəsində nəql olunub: «Peyğəmbər (s) elə bir anda dünyadan köçdü ki, həsiri-həsir üstündən salmışdı» («Bihar» 16-cı cild). Onun yeməyi barədə nəql olunub: «Buğda çörəyi yemədi, arpa çörəyindənsə doyunca meyl etmədi». «Dünyadan köçənə qədər süfrəsində arpa çörəyi oldu». («Bihar» 16-cı cild). Onun evinin döşənəcəyi haqqında nəql olunub: «Əba həzrətin xalçası idi!». Həzrət bütün vücudu ilə dünyadan üz döndərdiyini göstərdi. «Nəhcül-bəlağədə» yazılır: «Dünyanı kiçik və həsir sandı, bütün vücudu ilə ondan üz döndərdi. Dünyanın adını öz varlıq səhnəsindən sildi».
Zöhd və dünyaya etinasızlıq insani fəzilətlərin mənşəidir. Zahid insan zülm və təcavüzdən, Allah qarşısında üsyan etməkdən uzaqdır. Zöhd və dünyaya etinasızlıq insanı müxtəlif bəlalardan, təkəbbürdən, məqamətpərəstlikdən və digər pis sifətlərdən paklayır. Peyğəmbər müsəlmanların bütün işlərinə rəhbər olduğu zaman ən zahid bir insandır. Bütün şiələr onun əlindədir və istədiyi şəkildə istifadə edə bilər. Onun zöhdü hamı üçün, xüsusi ilə müsəlman rəhbərlər üçün bir örnəkdir. Peyğəmbərlərin zahidanə həyatı bəşəriyyət üçün nümunəvi ölçülərdir. Bu ölçü peyğəmbərdə elə bir şəraitdə zühur edir ki, bütün imkanlar onun ixtiyarındadır. Belə bir anda buyurur: «Mən öz risalətim müqavilində heç nə istəmirəm» («Şura» 23). Rəhbərlik şəraitində öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayır. Bu onun xalq arasında sevilməsinin rəmzidir. Bu xüsusiyyət müvəffəqiyyət rəmzi olub, başqalarına təsir edir. Peyğəmbərlərin bu sayaq həyatı xalqın dilində gəzir. Bu işdə xalq özü hakimdir. Çünki bu zahidliyə özləri şahiddirlər və peyğəmbərlərdən din, həyat dərsi alırlar.
RUHANİLƏR PEYĞƏMBƏR (S) VARİSİDİRLƏR
Yuxarıda deyilənlər peyğəmbərlər və onların varislərinə aiddir. Ruhanilər isə peyğəmbər və varislərin canişinidirlər. «Din alimləri peyğəmbər canişinidirlər». («Üsule-kafi» 1-ci cild). Ruhaniyyət daim ümumi imkanlara malik olmuşlar. Bütün dövrlərdən bu imkan olsa da ondan düzgün istifadə edilməmişdir. Ruhaniyyət özü də kiçik faydalarla kifayətlənmişdir. Amma onlar layiqli peyğəmbər varisləri kimi xalqı cəzb etmiş, xalq da onları sevmişdir. Xalq onların dindarlığından ilaham almış, onların düzlüyünə inanmış, onların sadə həyat tərzinə şahid olmuşlar. Lakin bir dəstə qərbpərəst bu zahidanə həyatı onlara çox görmüşlər və öz zəhərli dişlərini onların sadə süfrəsinə sancmışlar. Onların haqqında böhtanlar demiş, onları din, düzlük alverində təqsirləndirmişlər.
Bu sözlər təzə söz deyil. Keçmişlərdə nəfs və ya avamlıq üzündən ruhanilər qınanmışlar. Ziyalılıqdan danışmış, özlərini mədəniyyət və siyasət yaradıcısı bilmişlər. Hansı ki, bu insanlar öz gözəl və iti qələmləri ilə əslində ilahi nemətlərə naşükürlük edirdilər. Axı ruhanilər Allahın əmanətini qorumuşlar. Onların arasında nöqsanlar olsa da bu nöqsanları dostcasına tənqid edib aradan qaldırmaq lazımdır. Acı söz və dildən isə heç bir nəticə gözləmək olmaz.
İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların daxilində gizli şəkildə var.
Quran bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara aiddir. Onlar Allahı kamilliklərin mənşəsi bilmirlər. Danışarkən daim «mən» və «biz» deyirlər. Allahı bütün nemətlərin sahibi bilən insan başqalarının yanında özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini gözə çəkmir, özünü başqalarından üstün tutmur.
Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur. «Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O, özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da sadəliyi Allahın razılığı üçün idi. «Allahın razılığı üçün qullar kimi təmtəraqsız oturar və yemək yeyərdi». «Alçaqda əyləşər və oradada yatardı» («Bihar» 16-cı cild). «Onun üçün hazırlaşmış oturacaq və yatağa eyb tutmazdı. Nə döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi də torpaq üstünda yatardı» («Bihar» 16-cı cild). «Təkyələnmiş halda yemək yeməzdi». «Libasını və ayaqqabısını özü təmir edər, ev işlərinə köməklik göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə də adam mindirərdi» («Bihar» 16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi. «Quru yerdə qullarla yemək yemək, əli ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun qaydası idi». («Bihar» 16-cı cild).
Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif səviyyəli insanlarla sadədir. Zahirdən xoş təsir bağışlamayan bu ünsiyyətlər səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə olası səciyyələrdir və hamını da özünə cəlb edir.
RƏSULULLAH (S) VƏ XALQLA YAXINLIQ
Cəmiyyətin rəhbərləri, xüsusi ilə də siyasi rəhbərlər xalqdan uzaq gəzirlər. Bir növ özlərini xalqdan yuxarı bilirlər. Bu uzaqlığın iki nöqsanı vardır. Bir tərəfdən bu uzaqlıq tərbiyədə mühüm rol oynayan səmimiyyəti aradan qaldırır. Digər tərəfdən qalqın rəhbərlərə öz dərdini deməyə ehtiyacı var. Əgər səmimiyyət olmasa rəhbərlər xalqın dərdini necə bilə bilər? Bu halda böyük bir nöqsan ortaya çıxır.
Üçüncü tərəfdən rəhbərliklə xalqın arasındakı səmimiyyət xalqı onlara bağlayır. Bu bağlılıq olduqda rəhbərlər və xalq birləşir. Həm xalq öz çətinliklərini asanlıqla deyir, həm də müdiriyyət tam agahlıqla öz işini yerinə yetirir. Bu vaxt xalq hökuməti müdafiə edir və müvəffəqiyyət üçün yol açılır. Xalqla rəhbərlik arasında fasilə artıqdca nöqsanlar da çoxalır.
Böyük ilahi peyğəmbərlərin, xüsuilə də həzrətin böyük müvəffəqiyyətlərindən bir xalqa səmimi əlaqədir. Peyğəmbərlər öz sadəliklərinə görə xəmi rəhbər olmuşlar. Ona görə də öz risalətlərinin icrasında daha çox müvəffəqiyyət qazanmışlar. Heç bir rəhbər bu qədər müvəffəq olmamışdır. Allah bu müvəffəqiyyəti tərif edir:«Salam olsun peyğəmbərlərə» («Saffat» 181).
Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər. O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, möminlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini tərif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq etimad göstərməyin mühakiməsi yoxdur. «Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61). Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə heç bir ehtiyacı olmasa da onların rəyini qiymətləndirirlər, onlarla məşvərət aparardı. «Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.
Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu dəvəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bəziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey möminlər, Peyğəmbərin dəvəti və icazəsi olmadan onun otağına daxil olmayın, dəvət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət verir. O, isə üzə vurmağa utanır» ("Əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.