İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:02 AM
    Allahın elçisi
    RƏSULİLLAH (S) VƏ MƏSULİYYƏTLƏRİN QƏBULU
    Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məsuliyyəti qəbul etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məsuliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məsuliyyəti öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani dəyəri olan məsuliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə götürdüyü çox böyük məsuliyyətdir. Bu məsuliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, möminlərə rəuf və mehribandır» («Tövbə» 128). «İnadkar günahkarların hidayətinə nə qədər çalışsan və səy göstərsən də qəbul etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır. «Quranı sənə nazil etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).
    Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir dəvətdir. Özünü müsəlman adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar. Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə də cəmiyyətdə bu yolun çox böyük bir təsiri var.
    RƏSULULLAH (S) VƏ DÖZÜMLÜLÜK
    Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.
    Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar. Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə uğradılar.
    Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir. «Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə vədə verdi. Siz silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək və kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də sizi silahlı karvanla qarşılaşdırdı. Allah-taala möcüzə ilə də kafirləri məhv edə bilərdi. Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir. «Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr, kilsələr, məbədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı»(«Həcc» 2).
    Din müdafiə və cihadla möhkəmlənər. Quran düşmənlə qarşılaşmaq üçün möhkəm dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz. «Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Məmur olduğun kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).
    Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı. («Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə, vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Quranın göstəriş verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et» («Məaric» 5).
    RƏSULULLAH VƏ FƏDAKARLIQ (TƏHLÜKƏLƏRİN QƏBULU)
    Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və təhlükəli məsuliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük etiqadi və ictimai-siyasi dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər etiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət (s) bütün bunlardan qorxmadı.
    Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün başçılıq etdiyi bəzi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab, Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.
    Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi: «Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84). «Həzrət (s) özündən əvvəl və özündən sonra kimsənin məsul olmadığı bir vəzifəyə məsul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məsul olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O, döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.
    O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur: «Elə ki, düşmənlə üz-üzə gəldik və döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi əli (ə) etiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü təhlükəyə salsın.
    «Ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o, düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».
    Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar. Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe Yəqubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin fədakarlığı idi. Bu fədakarlıq o qədər təsirlidir ki, misli görünməmişdir. Bu həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi. Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı barışmazdır».
    əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin vücudu düşmənin süqutu və haqqın qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi. Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.
    RƏSULULLAH (S) SƏYLƏR VƏ QURUCULUQ
    Zöhd haqqında danışılanda aydın oldu ki, zöhd vəzifədən qaçıb bir guşədə süst dayanmaq deyil. Bir guşəyə çəkilib, quruca ibadətlə məşğul olana zahid deyilməz. Zöhd haqqında belə bir fikir yanlışdır. Zöhd dünya malına bağlı olmamaqdır. Ona görə də çalışqan, həm də zahid ola bilər. Bu ilahi bir göstərişdir. «O həmin Allahdır ki, torpağı sizin üçün ram etdi. Lakin halal ruzi qazanmaq üçün onun çiyinlərinə süvar olmalısınız» («Mulk» 15). Çalışın, səy göstərin, qurun, əkin-becərin, heyvandarlıq edin, mədən çıxarın və s.
    Peyğəmbər (s) həm ən zahid, həm də ən çalışqan insan idi. O, çalışaraq cəmiyyətin ictimai rəhbərliyinə yüksəlmişdi. Quran onun çalışqanlığını belə yad edir: «Gün uzunu çox get-gəlin var» («Muzzəmmil» 7). Gün uzunu çalışmaq onun rahatlığını əlindən almışdı. Hətta istirahət üçün macal da tapmırdı. («Bihar» 16). Dini göstərişdə deyilir ki, əgər qiyamət qopacaqsa, bacarırsınızsa sizlərdən birinizin əlində olan ağac nihalını əkməlisiniz və bilin ki, mükafatınız olacaq. Bu göstəriş quruculuq haqqındandır. İmamların bağçılıq və əkinçiliyi, əlinin (ə) Kufə kənarında quyular qazması dilbədil gəzir.
    Zöhd dəvət edən din deyir: «Hər kəs öz əl zəhməti ilə dolanışığını təmin etsə, Allah yolunda vuruşan adam kimidir» («Vəsail» 12). Həmin din deyir: «Hər kəsin torpağı və suyu ola-ola başqasına möhtac olsa, Allahın rəhmətindən uzaqdır» («Vəsail» 1-ci cild). Müsəlman öz zəhməti və birliyi ilə ruzi qazanmalı, başqalarına möhtac olmamalıdır. Bu quruculuq işlərinə göstərişdir. İslam ümməti hər cəhətdən özünü təmin etməyə sövq edilir. Bu yolda din rəhbərləri nümunə seçilməlidir.
    Rəsulullahın (s) həyatının müxtəlif məqamları araşdırılanda aydın olur ki, həzrət (s) ibadət və şəxsi işlərdən qalan vaxtını ya idarə işlərinə, ya cəbhəyə, ya hakimliyə, ya risalətin elanına sərf etmişdir. Onun bəhrəli həyatının bir anı da səmərəsiz keçməmişdir.
    Category: Allahın elçisi | Views: 742 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024