İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    5:52 AM
    Allahın elçisi
    AZADLIQ VƏ QANUN
    İctimai azadlıq üçün iki şey daim təhlükəlidir: İstibdad və həcr-mərclik. Ona görə də azadlıq qanuni olmalıdır ki, təminatlı və davamlı olsun. Doğru fikir deyil ki, qanunçuluq azadlıqla ziddir və heç bir məhdudiyyət ola bilməz. Belə bir azadlıq hərc-mərclikdir. İstibdad azadlıq üçün təhlükəli olduğu kimi, özbaşnalıq da eyni dərəcədə təhlükəlidir. Özbaşnalığın ilki qurbanı elə azadlıqdır. Azadlıq bünövrəli olmalıdır. Ona görə də belə demək olmaz ki, istədiyini edən adama mane olmaq olmaz. Belə bir sual yarana bilər ki, azadlıq necə məhdudlaşa bilər? Cavab üçün doğru bir baxışı xatırlayırıq.
    Hər bir cəmiyyət müəyyən inamları əsas götürür. İctimai ənənələr bu əsaslara azad fəaliyyət göstərə bilər. Hər bir cəmiyyətdə azadlığı çərçivəyə salan ənənələr vardır. Tutaq ki, ictimai asayiş bir meyardır. Fərdlər və qrupların azadlığı bu meyar pozmalardır. Kimsə «mən azadam» deyə bu asayişi poza bilməz. İctimai əqidələrə görə bu azadlıq yox, azadlığın ziddidir. Çünki bu hərəkət başqalarının azadlığını pozur. Kimsə «mən azadam, başqalarının asayişini poza bilərəm», deyə bilməz. Bu azadlıqdan pis məqsədlə istifadə etməkdir.
    Dini bir cəmiyyətdə əsil hədəf ilahi və insani dəyərlərin gerçəkləşməsidir. İctimai azadlıq da bu ilahi dəyərlər çərçivəsindən çıxmamalıdır. Azadlığın hədləri bu dəyərlərin çərçivəsi ilə məhdudlaşır. Ona görə də bu dəyərlərə toxunan istər fərdi və ya ümumi bir fəaliyyət dini siyasi qurum tərəfindən qəbul olunası deyil. Çünki heç bir cəmiyyət yol verməz ki, azadlıq adı altında onu qayda-qanunları pozulsun.
    əgər dini bir cəmiyyətdə insan dəlil-sübuta baxmayaraq öz yanmış əqidəsində qalmışsa, ona istədiyi azadlıq verilə bilməz. Çünki həmin şəxs təbliğat yolu ilə başqalarını da yoldan çırara bilər.
    Dini cəmiyyətdə ilahi dəyərlərin ziddinə yönəlmiş və ona zərbə vuran istənilə bir fəaliyyət azad deyil. Din insanlar ictimai azadlıq verəndə günah və fitnə azadlığını nəzərdə tutulur. Əksinə, insani dəyərlər ziddinə olan bütün fəaliyyətlərin qarşısı alınır. Söhbət bu ilahi dəyərlərə etinasızlıq göstərənlərin doğru yola dəvətindən və ya məsuliyyətə cəlb olunub, tənbeh olunmasından gedir.
    Azadlığı hədiyyə gətirmiş Rəsulullah (s) onu dini dəyərlərlə əsaslandırmışdır. Yalnız bu halda insani dəyərlər qoruna bilər. Bu dəyərləri vurub keçən azadlıq bəladır və dini cəmiyyət onunla barışmazdır. Rəhmət peyğəmbəri olan həzrət (s) belə hallarda rəhm olunmamasına çağırır. İnsani dəyərləri tapdayan şəxs ciddi şəkildə tənbeh olunmalıdır. «Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun» («Nur» 2). Bu əmr azadlıq məhdudlaşmır. Sadəcə, azadlıq əsaslandırılır və qanuniləşdirilir.
    Rəsulullahın (s) ilahi siyasi cəmiyyətində xalq mədəni, ictimai-siyasi sahələrdə azad şəkildə iştirak edir. Dini cəmiyyət təqva və paklığa əsaslandığından azadlıq insani dəyərlərlə məhdudlaşır.
    RƏSULULLAH (S) VƏ AİLƏ
    Ailə cəmiyyətin əsasıdır. İctimai qurum ailə üzərində təşkil olur. Bu əsas nə qədər möhkəm olarsa, üzərindəki qurum da bir o qədər davamlı olar. Bünövrə zəif olduqda binanın qısa zamanda dağılması da labüd bir nəticədir. Cəmiyyətdə həyatın dirçəlməsində başlıca rol ailənin üzərinə düşür. Çünki ailə tərbiyə ocağıdır. Düzgün tərbiyə ilə cəmiyyəti diriltmək, ucaltmaq olar. Əgər ailə düzgün rol oynaya bilməsə, tənəzzül, sıxıntı, cəhalət və kasıblıq cəmiyyəti bürüyəcək.
    Cəmiyyət üçün həyat və ümid olan din təravətli və çalışqan bir cəmiyyət qurur. Bu cəmiyyətin əsası kimi ailə göstərilir. Din, xüsusilə də islam ailə ocağının təşkilini tövsiyə edir və tənhalıqdan çəkindirir. Ailə qurmaq sakitlik, paklıq kimi tanıtdırılır. Ailə qurmaqdan imtina insanın səadəti üçün təhlükəli sayılır. «Oda giriftar olanların çoxu subaylardır» («Vəsail» 14-ci cild). Dindən ən yaxşı bağlılıq evlənmə, ən pis ayrılıq boşanma hesab olunur. «Allah yanında evlənmədən əziz bir bağlılıq yoxdur» («Vəsail» 14-ci cild). «Ən mənfur ayrılıq ailə əsasının dağılmasıdır» («Vəsail» 15-ci cild). Din ailə bünövrəsinin möhkəmliyini düşünür və bu bünövrəni möhkəmləndirir ki, hadisələr selinə davam gətirsin.
    AİLƏ QURMAQDA MƏQSƏD
    Din ailə əsaslarını möhkəmləndirmək üçün iki mövzunu ilkin şərt bilir. Ailə qurmaqda nəslin davamı, ictimai tarazlıq, nəfs istəklərinin təminindən əlavə bir məqsəd ünsiyyət və ülfətdir. Belə ki, ilahi vəhy aynasında həyat yoldaşı bu məqsədə görə müqəddəs tanıtdırılır. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir» «Rum» 21). Əvəzolunmaz həyat yoldaşı ilə yaxınlıqdan yaranan sakitlik yorğunluğun, iztirabların aradan qalxmasına səbəb olur. Allah-taala öz zikrini və yuxunu sakitlik səbəbi bildiyi kimi ailə və həyat yoldaşını da sıxıntıların əlacı kimi təqdim edir. Ailə yaxınlığı bir çox iztirabların qarşısını alır.
    AİLƏ ƏSASLARI
    Ülfət, yaxınlıq ailənin əsasıdır. Bu əsası qüvvətləndirən hər bir amil din tərəfindən israr olunur. Daha çox iki amilə diqqət yetirilir və bu amillər ailənin əsası hesab olunur. Bunlardan biri məhəbbət, digəri isə güzəştə getməkdir. Hər iki amil ülfət və bağlılığın yaranmasında mühüm rola malikdir. İlikin rol iki həyat yoldaşının məhəbbətinə aiddir. İctimai həyat boyu büdrəmələr çox olduğundan güzəştə getmə də mühüm rola malikdir. Çünki hər büdrəmə, hər nöqsanın ardınca düşmək küdurətə səbəb olur. Amma hər kəs öz səhvinə görə utanıb, qarşı tərəfi bağışlasa və öz səhvini islah etsə, nəticədə pis olmaz. Hər ikisinin sonu ülfət və bağlılıqdır.
    Allah-taala bu səbəbdən də iki əsası – ər-arvad bağlılığının bünövrəsi kimi xatırlayır. Ər-arvad bir-birlərinə bağlı olmalı, bir-birinin nöqsanını bağışlamalıdırlar. «Sizin aranızda iki bağ qərar verilmişdir – biri məhəbbət, digəri isə güzəştə getmə».
    Həyatının bütün sahələri örnək olan Rəsulullah ailə qurumunda da hamı üçün nümunədir. O, ailədə daim ülfət və məhəbbətin varlığı üçün nöqsanları bağışlayır. Kimsə bu meyarlara həzrət qədər diqqət yetirməmişdir. Həzrət həyat yoldaşına məhəbbəti namaza məhəbbətdən ayırmır.
    «Sizin həyatınızda üç şey mənə sevimlidir: ətir, həyat yoldaşı. Amma sakitlik namazda gözümdür» bu məhəbbət haqqında ən gözəl söz həzrətindir: Kişinin qadın üçün ən gözəl, yaddan çıxmayan sözü «mən səni sevirəm» sözüdür. («Vəsail» 14-ci cild).
    Rəsulullah (s) cəmiyyətin ən sıxıntı çəkən fərdlərindən olan qadınlara mərhəmətli idi. Buyurur: «İki dəstəyə zülm etməkdən çəkinin: Yetimlərə və qadınlara». Həzrət həyat yoldaşına yaxşılığı fəzilətin üstün meyar bilirdi.«Sizin ən yaxşınız ailəsi üçün yaxşı olanınızdır və mən öz ailəm üçün ən yaxşısıyam». Həzrət öz ailəsi ilə xoş rəftar edər, zarafatlaşardı. Onların səhvini bağışlamaqla məhəbbəti artırardı.
    O, öz qadınlarını heç bir işə məcbur etməzdi. «Mən və fəzilətsevər ümmətimdən olanlar kimsəyə bir işi zorla icra etdirməkdən uzağıq». O, öz şəxsi işlərini özü görər və ev işlərində yoldaşlarına kömək edərdi. («Bihar» 16-cı cild).
    Həzrət soyuqluq yaradan bütün işlərdən çəkinərdi. Onun ailəsi məhəbbət dolu bir həyat yaşayar, dedi-qodudan uzaq olardı. Hansı ki, onun bir yox, bir neçə həyat yoldaşı vardı.
    RƏSULULLAH VƏ UŞAQLAR
    Bir fidana nəzər salarkən insanın xəyalında lətafət, zəriflik, təravət, sakitlik canlanır. Bu xüsusiyyətlərin hər biri fidanın vücudunun keyfiyyətlərindən danışır. Onun lətifliyi və zərifliyi mehr və səfanı yada salır. Onun təravəti həyat və ümid carçısıdır. Onun elastik gövdəsi tərbiyədən, tərbiyənin qəbulundan xəbər verir. Uşaq bir fidan kimi zərif, lətif, təravətli və şaddır. Uşaq öz insanlıq fitrətinə yaxın olduğu üçün (yaşı ötdükcə bu məsafə artır) paklıq, səmimiyyət, mehribançılığını saxlayır. Təravətli və şad olduğu üçün ümid və həyatı xatırladır. Hər yana əyilə bilmək baxımından tərbiyəni həyat boyu genişləndirir. Uşaq ilahi bir hədiyyə olaraq, sadə, zehn, fitrətlə yaranmışdır və bütün çirinliklərdən uzaqdır. Yalnız sonrakı xarici təsirlər onu ləkələyir. Həmin xüsusiyyətinə görə də bütün tərbiyələri qəbul etmək istedadı var. Müəllim cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.
    Buna görə də uşaq üçün tərbiyə proqramı hazırlananda onun fiziki və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın tutumunu, ruhiyyəsini bilmədən onu düzgün tərbiyə etmək mümkün deyil. Uşaqla ünsiyyətdən olarkən onun xarakteri araşdırılmalıdır. Bu araşdırmalardan belə nəticə çıxır ki, uşaqla mehriban, nəvazişlə rəftar etmək onun istedadını çiçəkləndirir. Əksinə, sərt rəftar bu istedadı puça çıxarır.
    Rəsulullah (s) vəhy göstərişi ilə uşaqların xüsusiyyətlərini nəzərə alaraq onlarla rəftar edir. O, uşaqların tutumuna uyğun şəkildə onlarla ünsiyyət saxlayırdı. Onların fitri istedadlarını nəzərə alar, onlar əziyyət çəkəndə narahat olardı. Həzrtə böyük səmimiyyətlə uşaqların şəxsiyyətinə hörmət qoyar, onlarnı insni fəzilətlərini çiçəkləndirərdi. Körpələrin hərəkətlə, ağlamaqla bildirdikləri istəklərə diqqət yetirərdi.
    UŞAQLARLA EYNİLİK
    Rəsulullah (s) malik olduğu şəxsiyyət və kəramətə baxmayaraq, uşaqlarla olanda özünü onlarla eyni tutardı. Onlarla oynayar, yaxınlıq edərdi. Tövsiyə edərdi ki, uşaqla bir yerdə olan şəxs özünü onunla eyni tutmalıdır.«Yanında uşaq olan adam onunla uşaq kimi davranmalıdır» («Vəsail» 5-ci cild). Həzrət (s) nəvələri Həsən və Hüseyni çiyninə mindirər, «nə yaxşı atınız var» deyərdi. («Bihar» 43-cü cild). Həzrət (s) adam içində də uşaqlarla yaşıd kimi rəftar edərdi. Əshaba buyurardı ki, uşaqlarla yaxın olun və onları qucağınıza götürün. Həzrətin (s) çiyninə mindirdiyi uşaqlar bu işlə fəxr edərdilər. Həzrət (s) Hüseyni küçədə uşaqlarla oynadığı zaman qucağına çağıranda Hüseyn zarafatla qaçar və həzrət (s) onu tutanadək təqib edərdi. Həzrət (s) təkid edərdi ki, tərbiyəçi özünü uşaqdan üstün tutmamalıdır. Uşaqla eyni uşaq kimi yaxınlıq edib, mehribanlıq göstərməlidir.
    UŞAQLARI SEVİNDİRMƏ
    Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları sevindirsin. Bu barədə belə göstəriş verir:«Öz qız övladını sevindirən adam İsmail övladlarından bir qul azad etmiş kimidir. Öz oğlan uşağını sevindirən adam Allah qorxusundan göz yaşı axıtmış kimidir» («Bihar» 101-ci cild). Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm rol oynayır.
    UŞAĞIN İSTƏKLƏRİ
    Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda buyurardı: «Uşağın fəryadını eşitmirsinizmi?!»(«Fürue-kafi» 6-cı cild).
    UŞAĞIN İCİDİLMƏSİNDƏN ÇƏKİNMƏSİ
    Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də, qarşısı alınmaz izlər buraxır. Təkid edərdi ki, uşaqlarla yaxın olun. Hətta qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı. Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini qurutmayınca ona mane olmayın» («Bihar» 16-cı cild). Uşağın incidilməməsi onun dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın istedadını söndürür.
    UŞAQ ŞƏXSİYYƏTİNİN TƏRBİYƏSİ
    Rəsulullah (s) uşağın inkişafı üçün ona şəxsiyyət kimi yanaşırdı. Həzrət belə buyurur ki, övladlarınıza hörmətlə yanaşın, onları təhqir etməyin. («Vəsail» 15-ci cild).
    Böyük şəxsiyyətə malik olan həzrət (s) küçədə və bazarda uşaqlara salam verər, onların şəxsiyyətini qaldırardı. («Vəsail» 3-ci cild). Uşağın şəxsiyyətinin uca tutulması tərbiyə üçün faydalıdır.əksinə, şəxsiyyətin təhqiri onu şəxsiyyətsizliyə aparır. Hansı ki, uşağın şəxsiyyətlərinin uca tutulması onun kəramətli və fərzanə bir insan kimi tərbiyələndirir.
    RƏSULULLAH (S) VƏ CAVANLAR
    Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar. Cəmiyyətin təlim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Quran və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rəyinə əsaslanan bəzilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.
    Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.
    Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.
    Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.
    Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar etiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, istedadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.
    CAVANLARA TƏLİM
    əgər din gənclərə bu qədər əhəmiyyət verərək, «azğınlar sizin gənclərinizi yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi təkcə etiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması təkid olunur. Həzrət (s) buyurur: «Övladlarınıza atıcılıq və üzgüçülük öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair sahələrin təşkilinə diqqət yetirilməlidir. İstedadların çiçəklənməsi üçün lazımı şərait yaradılmalıdır.
    Category: Allahın elçisi | Views: 858 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024