İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    5:43 AM
    Allahın elçisi
    ƏDƏBİN MƏNASI
    ədəb ağıl və şəriət nəzərincə əməl edilməsi gözəl rəftarlardan biridir. Ədəb üstünlükləri olan rəftarda gerçəkləşir. Məsələn, oturmağın müxtəlif formaları vardır. İnsan iki dizi üstə və ya ayaqlarını uzatmış halda otura bilər. Bəzi oturuşlar ədəbə uyğundursa, bir qism oturuşlar ədəbsizlikdir. Aydın olur ki, ədəbli rəftarın iki xüsusiyyəti vardır. Əvvəla, ədəb insan rəftarının sifətidir. İkincisi, ədəb saleh və mübah (icazə verilmiş) rəftarın sifətidir. Əvvəlki xüsusiyyətə görə ədəb əxlaqdan ayrılır. Çünki əxlaq ruhun sifətidir və insanın möhkəm ruhiyyəsi əxlaq adlanır. İkinci xüsusiyyətə görə ədəb caziz işlərə aiddir. Hara işi ədəblə yerinə yetirmək olmaz. Ədəb bəyənilmiş rəftara xasdır. Əgər rəftarın əsası bəyənilməzdirsə, o, ədəbli surət ola bilməz.
    Bundan əlavə, əgər əxlaq sabit iş olsaydı, bütün cəmiyyətlərdə onun ölçüsü eyni olmalı idi. Lakin ədəb ictimai işlərdə nisbi, mühitin ənənələrinə tabe ola bilər. Eyni bir rəftar sabit meyarlardan bəhrələnsə də bir mühitdə ədəbli, digərində ədəbsiz sayıla bilər. Bütün hallarda ədəbin əsası əqidə və insan əxlaqıdır. Bir cəmiyyətin adət ənənələri onun etiqadını əks etdirir. Ədəb və əxlaq arasında mövcud fərqləri nəzərə alaraq ədəbi ayrıca nəzərdə keçirməli olur.
    PEYĞƏMBƏRİN ƏDƏBİ
    Hər bir insanın ədəbi onun tərbiyəçisindən asılıdır. Hər bir şəxs öz ədəbini ictimai ünsiyyətlərdə göstərir. Tərbiyyəçi nə qədər üstün olarsa, başqalarına da yaxşı ədəb öyrədər.
    Peyğəmbərlərin (s) tərbiyəçisi Allah-taala olduğundan onların ədəbi ən üstün ədəbdir. «Allah-taala öz peyğəmbərini üstün ədəbli etmişdir» («Kafi» 3-ci cild). Allah öz peyğəmbərlərini, xüsusilə də Rəsulullahı (s) ən əqidəli, ən əxlaqlı, ən ədəbli qərar vermişdir. Həzrət bütün sahələrdə başqaları üçün nümunədir. Bu hissədə uyğun məsələyə toxunuruq.
    İCTİMAİ ƏLAQƏLƏR
    İlahi dinlər insanı ictimai rabitələrə rəğbətləndirir. Bu xüsusiyyət islamda daha qabarıq nəzərə gəlir. İslam insanlara tərkidünyalığı, cəmiyyətdən kənara çəkilməyi qadağan edir. Dini və qeyri-dini olmaqla cəmiyyt iki hissəyə ayrılır. Qeyri-dini mühitdə əlaqə, ünsiyyət yaradılması rədd olunub. İnsanı üsullar əsasında rabitə yaratmaq bəyənilir. Küfr, nifaq dəstəsi ilə rabitələr dini baxımdan rədd edilmişdir. Fitnəkarlarla ünsiyyət saxlamaq olmaz.
    Dində ünsiyyət, rabitə, səmimiyyət göstərişi verilir ki, dini cəmiyyət bir ailənin üzvləri kimi olsunlar. «Ey iman gətirənlər, səbr edin, dözün, hazır olun» («Ali-imran» 200). Din cəmiyyətə qardaşlıq göstərişi verir. İslam dini bir yığını bir-birinə bağlı ailə adlandırır. «Möminlər bir-birləri ilə qardaşdırlar» («Hücürat» 10).
    RABİTƏLƏR VƏ MEYARLAR
    Din ünsiyyətlərin yaranmasında öz tövsiyələrini verir. Qeyri-dini qurumda rabitələrin meyarı cəmiyyətdə möhtərəm sayılan insan hüquqlarıdır. Məsələn, müqavilələrə hörmət, əmanətçilik, doğru danışıq, eləcə də xəyanət və zülmdən çəkinmək. Din bu barədə buyurur: «Xalqla insani meyarlar əsasında rəftar et – istər müsəlman olsun, istərsə dinsiz!» «Bəqərə» surəsində buyurulur: «Xalqla yaxşı rəftar et». «Nəhcül-bəlağədən» oxuyuruq:«Xalqla mehribanlıqla dolu qəlblə rəftar et. Çünki xalq iki dəstədir – ya sənin din qardaşındır, ya da yaranış yoldaşın». Əgər din qardaşın olmasa da, sənin kimi bir insandır. Onların insani hüquqları möhtərmdir.
    Din bütün cəmiyyətlərdə hamıya aid olan möhkəm meyarlar müəyyən edir. Başqaları üçün pislik arzulama, özün üçün arzuladığını başqaları üçün də arzula! («Üsule-kafi» 2-ci cild).
    XOŞÜZLÜLÜK
    Bu meyarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O, ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bihar» 16-cı cild).
    O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz münasibətini bildirməkdir.
    EYNİ RƏFTAR
    O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq qoymazdı. («Bihar» 7-ci cild). «Hücürat» surəsində buyurulur: «Ey iman gətirənlər, sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız üçün sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox, hansı fəzilətə malik olmaqdır.
    KASIBLARLA BİR SÜFRƏDƏ
    Həzrət kasıblara hörmət qoyduğu üçün onların dəvətini qəbu edirdi. Əl görüşəndə görüşdüyü adam əlini çəkənədək gözlərdi. («Bihar» 7-ci cild). Kimsənin istəyini rədd etməzdi. Bütün bu rəftarlar həzrətin rəhbər olduğu, xalqla ünsiyyətdə olduğu vaxta təsadüf edir. Hansı ki, Rəsulullah (s) üçün vaxt olduqca qiymətli idi. Bəziləri bunu anlamadığından saatlarla həzrətin vaxtını alırdılar. Hətta onun evi iclarslar məkanına dönmüşdü. Həzrət öz həyasına görə bu adamlara bir söz demədiyindən Allah-taala bu mövzuda buyuruqlar göndərdi. Rəsulullah (s) bir şəxslə danışarkən üzünü yana tutmaz, tam üzbəüz danışardı.
    DANIŞIQDA ƏDƏB
    Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın ilk görüşündə bu böyük ilahi nemətdən istifadə etməklə məqsədlər aydınlaşır. Danışıtın iki gözəlliyi vardır: Biri söhbətin mənası, digəri zahiri gözəlliyidir. Bir insanın danışığı mənalıdırsa, bu gözəlliyin biridir. Məna ilə yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu olan Quran tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur:«Sübhan Allah ən gözəl sözləri nazil etdi. Quran bir kitabdır ki, onun ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Quran özü gözəl olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir. «Xalqla gözəl danışın» («Bəqərə» 83). «Mənim bəndələrimə de ki, daim ən gözəl söz danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun» («İsra» 53). Quran heç bir halda çirkin sözlərə icazə vermir. Hətta dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» ("Ənam» 108).
    Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin, mənalı, gözəl, biçimli, yerində və təsirli idi. onun danışığında artıq-əksik olmazdı. («Bihar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı tərəf söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı. Danışığı səlis və doğru idi.
    Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin, gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı. Çox aydın və cazibəli danışardı.
    Onun buyuruqlarından bəzilərinə diqqət edin:
    «Əl verən əl tutandan üstündür».
    «Başqalarına mehribanlıq göstərməyən kəs kimsədən mehribanlıq gözləməməlidir».
    «ən üstün mərifət Allahdan qorxudur».
    «Vacib əməlləri yerinə yetirən kəs ən abid insandır».
    «Xalqın xidmətçisi onun ağasıdır».
    «İnsanları yaxşı rəftara çağıran kəs özü yaxşı rəftar edən insan kimidir».
    «Xalqı eşitmək Allaha müxalif olmamaqdır».
    «Yaxında ehtiyaclı ola-ola (başqasına) sədəqə rəva deyil».
    OTURMAĞIN ƏDƏBİ
    Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur»(«Bihar» 76-cı cild).
    Həzrət adətən üzü qibləyə oturardı. («Bihar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bihar» 16-cı cild).
    YEMƏYİN BƏZİ QAYDALARI
    Ruhun qidalanması kimi cismin də qidalanması insan üçün bir vəzifədir. Cismin münasib qidalarla və vitaminlərlə təmini bədən enerjisini saxlamaqla yanaşı, onu xarici amillərin təsirinə qarşı müqavimətli edir. Sadə və vitaminli qidalar enerjini və sağlamlığın təmini üçün çox münasibdir. Qidaların azlığı, eləcə də həddindən artıq qidalanma orqanizmə dağıdıcı təsir göstərir. Bu məsələlərin araşdırılması mövzumuzdan kənardır. Sadəcə bunu bilmək lazımdır ki, insanın psixoloji durumu və qidalanma qaydalarına əməl olunması insanın sağlamlığında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə insana yol göstərən din bu sahədə də ona heyvandan fərqli ilahi ədəblər tövsiyə edir. Quran təam barəsində buyurur: «İnsan öz təamına nəzər salmalıdır» («Əbəs» 24). Ayə bu mənada ola bilər ki, insan yediyini halal və ya haram olmasına diqqət yetirməlidir. Bu insanın ruhi halı ilə bağlıdır ki, insan yediyinə baxmayanda dad bilmir.
    əhli-beyt və pak itrət bu ayənin təfsirində ruhun qidasını da əlavə edirlər. İmam Baqirdən (ə) nəql olunub ki, «elminizin mənbəsi barədə, onun harada qidalanması haqqında düşünün» («Təfsire Safi» 2-ci cild). Əslində bu ruhun qida ilə təmini üçün bir göstərişdir.
    Digər diqqət ediləsi məsələ təma yeyərkən bu nemətlərin sahibi olan Allah-taalanın yad edilməsidir. Allahın zikri ruhun ilahiliyi və sakitliyinə səbəb olur. Allahın zikri ilə yeyilən təam daha dadlı olub, bədənə daha yaxşı cəzb olunur və sağlamlığı təmin edir. Rəsulullah (s) yolu istəklərinin təminində insan kimi yaşamaq istəyənlərə göstərişdir. Deyilənlərdən əlavə yemək zamanı diqqət ediləsi bəzi nöqtələr vardır.
    Həzrət süfrə kənarında təvazökar bir bəndə kimi oturardı. Bədənin ağırlığını sol omba üstünə salardı. Yeyərkən təkyələnməzdi. («Mustədrak» 16-cı cild). «Allahın adı ilə başlar, iki loxma arasında Allahı zikr edərdi». Deyilənlər insanın diqqətini nemətlərin sahibinə yönəldir. O, heç vaxt çox yeməz, əlini bir təama uzadanda buyurardı: «Allahın adı ilə, Xudaya, bizim üçün mübarək buyur» («Bihar» 16-cı cild). Heç bir yeməyi pis saymazdı. Meyli olanda yeyər, olmayanda yeməzdi. Həzrət təklikdə yeməyi xoşlamazdı. «Onun üçün ən yaxşı təam cəm halda olan təam idi». Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini süfrədən çəkərdi. Məqsəd başqalarını tələsdirməmək idi. Süfrədə öz qarşısında olanlardan yeyərdi. Qaynar xörək yeməzdi. Yediyi arpa çörəyi tək sadə təamlar olardı. Heç vaxt buğda çörəyi yeməzdi. Xurma kimi qüvvəli şeylərlə meylli idi. («Bihar» 16-cı cild).
    İÇMƏYİN QAYDALARI
    Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsə içməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bihar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mənası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir.
    YATMAĞIN QAYDALARI
    Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild). Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.
    əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s) və digər din rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır. («Bihar» 73-cı cild). «Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir». Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı unutmamalıdır. Ona görə də çox təkid edilib ki, yuxu zamanı imkan daxilində bəzi zikrlər və Quran ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür», «Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.
    Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı: «Həmd olsun o Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini təmizlərdi). («Bihar» 73-cı cild).
    ÜZÜ QİBLƏYƏ YATMAQ
    Üzü qibləyə yatmağın necəliyində iki baxış vardır. Bəzilərinin fikrincə ayaqlar üzü qibləyə olmalıdır. Necə ki, insan canvermə halında üzü qibləyə uzadılır.
    İkinci baxışa əsasən qəbirdəki kimi qiblə istiqamətində sinə, qarın dayanmalıdır. Bir çox rəvayətlər ikinci baxışı təsdiqləyir. Rəvayətə görə hərzər yatanda sağ tərəfi üstə yatar və sağ əlini sağ üzünün altına qoyarmış. Bu digər bir rəvayətdə də nəql olunmuşdur. Bu təbir əlidən (ə) də eşidilmişdir. Çoxları birinci baxışı seçsələr də ikinci baxış daha real görünür. Əgər həzrət üzü qibləyə yatırmışsa, bu o zaman mümkün olur ki, o, sağ tərəfi üstə yatmış olsun.
    BƏZİ DİGƏR QAYDALAR
    Həzrətdən (s) nəql olunmuş qaydalar çoxdur. Həzrət minikdə olanda kimsənin onun yanınca piyada getməsinə icazə verməzdi. Necə olar ki, bir insan rahatca at belində getsin, o biri isə min bir əziyyətlə onun ardınca sürünsün?! Bu hal insanın özünü üstün tutmasından danışır. Həzrət yol gedərkən başıaşağı, vüqarlı, iti gedərdi. Özünü aciz, süst göstərməzdi. Oturanda ətrafdakılar dövrə vurub oturardılar. Ağ rəngli libaslar geyər və bunu başqalarına da tövsiyyə edərdi. Buyarardı ki, ölülərinizi də ağ parçaya bükün. Daim səliqəli və ətirlənmiş olardı. Ətir ehtiyatı yemək ehtiyatından çox olardı. Başqa bir hədisdə deyilir ki, mömini ətirləmək üçün su kifayətdir. Ətir almağa qadir olmayan adam bədənini, libasını yumaqla ətirlənə bilər. («Vəsail» 2-ci cild). Xüsusi ilə də yay fəslində insan bədəni tez iylənir. Əgər qaydasınca yuyunsa, ayaqlarını yuyub corabını dəyişsə, heç vaxt başqaları onun qoxusundan narahat olmaz. Daim dişini yuyar, misvak çəkərdi. Rəvayətə görə misvakla iki rəkət namaz yetmiş rəkət misvaksız namazda üstündür. Kimsədə eyb axtarmaz, kimsənin sirri ilə maraqlanmazdı. Sükutu dörd qism idi. Dözüm, huşyarlıq, hamıya eyni nəzər salma, təfəkkür. Bir şəxslə danışanda üzbəüz dayanardı. Kimsəni incitməz, üzürünü tez qəbul edərdi.
    Gülümsənərdi, amma qəhqəhə çəkməzdi. Zahirinə diqqətli idi. evdən çıxanda güzgüyə baxar, saçını darayıb, qaydaya salardı. Yalnız bu halda bir yerə gedər və bu qaydaları başqalarına da tövsiyyə edərdi. («Vəsail» 81-ci cild).
    Category: Allahın elçisi | Views: 833 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024