49-cu dərs: Səbr etmək Səbr bəla və müsibətlər zamanı iztirab çəkməməkdir. Bunun əksi qəmginlik və məyus olmaqdır. Bunlar bəla yetişdikdə ah demək, dərindən ağlamaq, paltarı yırtmaq, üzü cırmaqlamaq, saçları yolmaq, üz=gözü turşutmaq və bu kimi nəfsin zəifliyindən irəli gələn əməllərlə (insan öz-özünə) əziyyət verməkdir.
Səbr etməyin bir neçə növü vardır. (Nəsrəddin Tusi səbri üç qismə bölmüşdür: adi insanların səbri, zahid və abidlərin səbri və ariflərin səbri). Bunlar:
1 - Müharibədə və döyüşdə səbr etmək. Belə səbr şücaət adlandırılır.
2 - Qəzəblənən zaman səbr etmək. Belə səbr həlimlik adlandırılır.