İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 4 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    8:14 AM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    İKİNCİ FƏSİL
    NİKBİNLİK
    1-Asayiş və arxayınçılıq;
    2-Nikbinliyin verdiyi nəticələr;
    3-İslam nikbinlik prinsipini genişləndirir.
    Bəşər, səs-küy və qalmaqal ilə dolu olan həyatda hər şeydən daha çox «asayiş və rahatlığa» ehtiyac duyur. Həyat adlı(Ya da: (həyatın)) mübarizə meydanında kim bu silaha yiyələnmədən döyüşə atılarsa tezliklə məğlubiyyətə uğrayar. Həyat yükü ağırlaşdıqca insanın asayiş və rahatlığa duyduğu ehtiyac daha da artar. Bəs həyəcan və iztirab əsarətindən yaxa qurtarıb, rahat bir həyata necə nail olmaq olar?
    Buna nail olmaq üçün insanın özünü oda-közə vuraraq var-dövlət, şan-şöhrət və qüdrət əldə etməsi olduqca əbəs bir işdir.
    İnsanın rahatlıq və asayişi üçün göstərdiyi bütün sə’ylər tez bir zamanda hədərə getmiş olur. Çünki, bədbəxtçiliklərin mənşəyi insanın batini dünyasında olduğu kimi, rahatlıq və asayişi də onun öz vücudundadır. Rahatlıq və asayiş üçün xərc olunan var-dövlət və istifadə olunan vasitələr ümumiyyətlə müvəqqəti və azömürlü olur. Onların vasitəsilə insanın asayişə nail olması qeyri-mümkündür. İnsanı qeyri-sabit şeylərdən ehtiyacsız edən və onu daim mənən ucaldan isə onun şüur və gözəl əxlaqıdır.
    Məşhur Yunan filosofu Epiktetus deyir: «Camaata başa salmaq lazımdır ki, onlar səadət və xoşbəxtliyi kor-koranə axtardıqları yerlərdə əldə edə bilməyəcəklər. Həqiqi səadət güc və qüdrətdə deyildir. Çünki «Merod» və «Aqliyus» böyük qüdrətə malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Səadət, var-dövlətdə də deyildir. Çünki, «Krosus» külli miqdarda var-dövlətə sahib olmasına baxmayaraq xoşbəxt deyildi. Səadət və xoşbəxtlik hakimiyyət və siyasi iqtidara malik olmaqda deyildir. Çünki «Rum konsulları» geniş iqtidara malik olmalarına baxmayaraq xoşbəxt deyildilər. Bütün bunlara sahib olmaq yenə də xoşbəxtlik demək deyildir. Çünki «Nero», «Sardenapal» və «Akamnen» həm qüdrət, həm var-dövlət, həm də iqtidara sahib olmalarına baxmayaraq heç də xoşbəxt olmamışlar və daim baş vermiş hadisələrin qarşısında aciz qalaraq ömürlərini iztirab və nigarançılıq içində başa vurmuşlar. Səadət, elə bir həqiqətdir ki, insan onu öz vücudunda axtarmalıdır.
    Təbiətin bir çox əsararəngiz sirlərinin açılması, məişət ləvazimatlarının daha da təkmilləşdirilməsi rahat həyat tərzi sürmək üçün heç də kifayət deyildir. Bu sahədə görülən sə’ylər nəinki çətinlikləri aradan qaldırmamış, bəlkə əksinə olaraq özü ilə yeni-yeni iztirab və nigarançılıqlar meydana gətirmişdir. Bunun üçün də həyatın daimi iztirab və nigarançılığından yaxa qurtarmaq və ruhumuzu özündə həbs edən qara buludları üzərimizdən qovmaq üçün açıq şüur və təfəkkürə yiyələnməliyik. Elə bir şüur və təfəkkür ki, vücudumuzda dünyanı hərəkətə gətirir. Necə ki, bəşəri maddi dünyaya hakim etmiş və həyatın bütün sahələrində heyrətamiz dəyişikliklər meydana gətirmişdir. Onun vasitəsilə insan asayişini də təmin etməyə nail olur. Beləliklə, şüur və təfəkkürün oynadığı rol və qoyduğu heyrətamiz izlər bəşəriyyətin həyatında özünü büruzə verir.
    Sağlam şüur və düşüncə insanı maddi ehtiyaclarından da yüksəklərə qaldırır və onu başqa bir dünya ilə tanış edir. Dərin düşüncəyə malik olan hər bir şəxs heç vaxt ruhi düşüncəyə və ümidsizliyə qapılmayır. Möhkəm iradəyə yiyələnən, şüur və tərzi-təfəkkür baxımından əsaslı dəlil və məntiq əsasında tərbiyə olunan bu şəxslər xoşagəlməz hadisələrlə qarşılaşdıqda möhkəm qaya tək hər bir çətinliklərə sinə gərib azacıq da olsun, süstlük və zəiflik göstərməyirlər.
    Həyəcan və iztirab əsarətindən yaxa qurtarmaq və həyat gəmimizi iftar və təfrit tufanlarından qorumaq üçün sağlam tərzi-təfəkkürə arxalanmalıyıq. Belə olduqda düzgün və əsaslı bir təfəkkür, rəhbərliyi öz üzərinə götürər və əldə etdiyimiz güclü ruhiyyə bütün ziyanverici amillərin qarşısında müqavimət göstərməyə tam surətdə hazır olar.
    Avropa alimlərindən biri deyir: «Bəlkə də əxlaq və digər xüsusiyyətləri ilə bizə oxşar olan şəxsləri özümüzə dost seçə bilməyək. Lakin şüur və təfəkkür baxımından biz tamamilə azadıq və müstəqilik. Çünki, şüur və təfəkkür dünyasında biz tam ixtiyar sahibiyik və orada xarici aləmdən olan şüur və təfəkkürümüzə hakim olacaq və ya istəmədiyimiz bir şeyi qəbul etməyə vadar edəcək hər hansı bir şey mövcud deyildir. Bunun üçün sağlam və məntiqi tərzi-təfəkkürə yiyələnməli və bütün ideoloji nöqsanlardan uzaq olmağa çalışmalıyıq. Biz insanlar daim şüurumuzun istiqamətləndirdiyi tərəfə üz tuturuq. Başqa sözlə desək, bizi öz istədiyi tərəfə yönəldən ağıl və şüurumuzdur. Bunun üçün də nifrət etdiyimiz şeylərə sövq etməməli və mənfi tərzi-təfəkkürlərdən uzaq olmağa çalışmalıyıq. Çünki, bizi özünə əsir edən də məhz bunlardır. Daim nöqsan və çatışmamazlıq yox, təkamül və irəliləyiş fikrində də olmalıyıq. Gərək qarşımıza ali məqsədlər qoyub ona nail olmağa çalışaq. Çünki, bütün uğur və müvəffəqiyyətlərin sirri yalnız sağlam düşüncədədir.
    NİKBİNLİYİN VERDİYİ NƏTİCƏLƏR
    Cismani asayiş müxtəlif xəstəliklərdən pozulduğu kimi, zehni asayiş də müxtəlif amil və xoşagəlməz vərdişlər nəticəsində ciddi çətinliklərlə üzləşir. Çünki, «şüur və təfəkkürümüz» belə bir böyük qüvvəyə malik olmasına baxmayaraq, özünün təkamül və inkişaf mərhələsində «əxlaqa» böyük ehtiyac duyur və insan xoşbəxtlik ləzzətini yalnız o zaman dada bilir ki, həm gözəl əxlaqi xüsusiyyətlərə yiyələnsin, həm də onun əxlaqi və zehni fəaliyyətləri arasında sıx bir əlaqə yaransın. Bunun üçün də güzəranımıza qara buludlar tək kölgə salan xoşagəlməz xüsusiyyətləri vücudumuzdan qoparıb çıxarmalı və onun yerinə dostluq və mehribançılıq toxumu səpməliyik.
    Zehni asayişə səbəb olan ən başlıca amillərdən biri də nikbinlik və başqalarına e’timad bəsləməkdir. Nikbinlik ictimai həyatın asayişini təmin edir. Zehni fəaliyyətin qarşısını alan bədbinliyin əksinə olaraq nikbinlik işıq tək daim zülmət qaranlıqda nur saçır. Onun sayəsində təfəkkür üfüqü genişlənir və insanın xeyirxahlığa olan meyli daha da artır və beləliklə onun dünyagörüşündə nəzərə çarpacaq irəliləyiş hiss olunur. Dünya, optimist insanların nəzərində könül oxşayan rəngə boyanmışdır. Onlar hər şeyə və hamıya eyni gözlə baxır, gələcəyə ümid bəsləyir, qəm-qüssəyə isə əsla məhəl qoymayırlar. Yaşadıqları cəmiyyətdə yiyələndikləri xüsusiyyətləri daim qoruyub saxlayar və cəmiyyət üzvləri ilə son dərəcə səmimiyyət və mehribanlıqla rəftar edirlər.
    Nikbinliktək həyatın ağrı-acılarını aradan qaldıran ikinci bir şey yoxdur. Belə bir gözəl əxlaqi xüsusiyyətə yiyələnən şəxslər çətinliklərlə qarşılaşdıqda da öz yüksək əhval ruhiyyələrini qoruyub saxlamağa qadir olurlar. Onlar heç vaxt ümidlərini üzməyir və çətinliklərini asanlıqla aradan qaldırırlar və bütün bunlarla yanaşı ruhiyyələrinə azacıq da olsun xələl varid olmur.
    Başqalarının etimadını qazanmaq yaşadığımız həyatda mühüm rol oynayır. Buna nail olmaq üçün üçün isə ünsiyyətdə olunan şəxslərə qarşı nikbin olmaq lazımdır və bunun fərd və cəmiyyətin xoşbəxtliyinə birbaşa təsir göstərməsi inkarolunmaz bir həqiqətdir. Etimad və etimadsızlıq cəmiyyətin irəliləyiş və geriliyinə səbəb olan ən başlıca amillərdən biridir. İctimai əlaqələr nə qədər genişlənərsə, cəmiyyət də bir o qədər çox inkişaf etmiş olar. Etimadın artması və camaat arasında səmimiyyət və həmkarlığın genişlənməsi nikbinliyin verdiyi ilk müsbət ictimai nəticələrdir. Yalnız o cəmiyyətdə asayiş bərqərar oluna bilər ki, cəmiyyət üzvləri arasında həqiqi səmimiyyət, həmrə’ylik, həmkarlıq bərpa olunmuş olsun. Heç bir həmkarlığa riayət olunmayan və cüzi məsələləlr üzündən şəkk və şübhəyə qapılaraq ixtilafa düçar olan cəmiyyətdə isə heç bir müsbət nəticə gözləmək olmaz. Alimlərdən biri deyir: «Nikbinlik, imanın zahiri surətidir, insanın vücudunda iman və ümid olmayınca heç nəyə nail olmaq olmaz!»
    Kim başqalarına qarşı nə qədər çox etimad bəsləyərsə, bir o qədər də onların etimadını qazanmış olar və bu, həyatda müşahidə olunan təbii bir əksül-əməldir. Lakin unutmamalıyıq ki, nikbinliklə sadəlövhlük arasında olduqca böyük bir fərq vardır. Nikbin, o kəslərə deyilir ki, heç bir araşdırma aparmadan başqalarının dediklərini müsbət qiymətləndirsin və hər hansı bir çatışmazlığı olan şəxslərin nöqsanına əhəmiyyət verməsin. Bir sözlə, bu bütün şərait və hallarda hamıya xas olan bir xüsusiyyət deyildir. Nikbin insan, hamıya qarşı hüsni-zənlə yaşamaqla birgə, onların gördüyü işləri də düzgün qiymətləndirir, öz tərzi-təfəkkürünü daim qoruyub saxlayır və bütün işlərini ehtiyat və diqqətlə görür.
    İSLAM NİKBİNLİK PRİNSİPİNİ GENİŞLƏNDİRİR
    İslam, qəlblərə iman toxumu səpməklə öz tərəfdarları arasında nikbinlik lik və qarşılıqlı etimadı gücləndirmiş və ictimaiyyəti asayiş, sülh və əmin-amanlıq əsasında meydana gəlmiş bir mühitə sövq etmişdir. Peyğəmbər (s) o qədər bu yüksək əxlaqi xüsusiyyətə malik idi ki, münafiqlər onu sadəlik və sadəlövhlükdə ittiham edərdilər və bu gözəl xüsusiyyəti mənfi və xoşagəlməz surətdə əks etdirmək istəyirdilər.
    Müsəlmanlar bir-birlərinə qarşı yaxşı fikirdə olmalı və bir-birlərinin gördükləri işləri müsbət qiymətləndirməyə çalışmalıdırlar. Əlində əsaslı dəlil olmadan kimsə digərini hər hansı bir işdə ittiham edib ona qarşı qərəzli bdir mövqe tutmamalıdır.
    Əli (ə) buyurur: «Mömin qardaşlarınızın gördükləri işləri ən gözəl bir tərzdə qiymətləndirməyə çalışın və əgər dedikləri sözlərdə azacıq da olsa həqiqət olarsa, onların barəsində pis fikrə düşməyin. »(Camius-səadat, 2-ci cild, səh-28. )
    Nikbinliyin verdiyi müsbət nəticələrdən biri də camaatın mehr-məhəbbətini qazanmaq və onlarla səmimi münasibətdə olmaqdır.
    Əli (ə) bu gözəl əxlaqi xüsusiyyətlərin verdiyi müsbət nəticələr barədə buyurur:
    «Kim camaat barəsində müsbət fikirdə olarsa, onların mehr-məhəbbətini qazanar. »(Qurərul-hikəm, səh-687. )
    Doktor Marden deyir: «Özünüzü məcbur edin ki, ünsiyyətdə olduğunuz şəxslərin yalnız yüksək əxlaqi xüsusiyyətlərini görəsiniz.
    Belə ki, onun müsbət xüsusiyyətlərini zehninizdə daha da böyüdün. Əgər gördüklərinizi zehninizdə yerləşdirə bilsəniz, həyatınız daha şirin və mənalı olar. Belə etsəniz hamı sizinlə dostluq əlaqələri yaratmaq istər "
    Etimad və nikbinlik hətta bədbin insanların tərzi-təfəkkürünə (yəni onların islah olunmasına) müsbət təsir göstərə bilər.
    Hədislərdən birində deyilir: "Etimad və başqaları barədə müsbət fikirdə olmaq insanın günahdan çəkinməsinə kömək edir. "(Ğurərul-Hikəm,, 378-ci səh. )
    Deyl Karnegi öz xatirələrində yazır: "Bu yaxınlarda "estoranlar birliyi”nin müdiri ilə görüşdüm. İyirmi altı restorandan ibarət olan bu birlik özünəməxsus tərzdə idarə olunur ki, "şərəflə idarə etmə üsulu" adı ilə şöhrət tapmışdır. Bu birliyə tabe olan restoranlarda heç vaxt müştərilərə yedikləri yeməyin nə qədər pul tutduğu deyilmir. Burada istənilən yeməklər sifariş olunur və müştərilərin özləri sifariş etdikləri yeməklərin pulunu hesablayır və gedərkən pulu kassaya verir. Kimsə nə yoxlanılır, nə hesabat verir, nə də kassadan qəbz verilir. Bütün bunları gördükdən sonra heyrətlənərək müdirə dedim: "Yəqin ki, gizlin nəzarətiniz vardır, çünki bütün müştərilərə arxayın olmaq olmaz". Müdir dedi: "Xeyr, kimsəyə nəzarət etmirik, bilirik ki, ümumilikdə gördüyümüz işlər öz qaydasındadır və tamamilə düzdür. Yoxsa yarım əsrdən çox bir müddət ərzində fəaliyyət göstərib əldə etdiyimiz inkişafa nail ola bilməzdik. Bu restoranlara gələn hər bir şəxs özünə qarşı ehtiram və etimad olunduğunu hiss edir. Bunun üçün də istər varlı olsun, istərsə də kasıb, istər oğru olsun, istərsə də dilənçi - ona olunan etimada layiq olduğunu sübuta yetirmək istəyir".
    Bu sahədə böyük təcrübəsi olan mütəxəssis mister Lavis deyərdi: "Hoqqabaz və fırıldaqçı bir şəxsi islah etmək istəsəniz onunla hörmətli şəxs kimi davranın və özünüzü elə göstərin ki, sanki ona etimad edirsiniz.
    Belə etdikdə onlar sizə valeh olub, həqiqətən etimadınızı qazanmağa çalışacaqlar. "
    Julbert Ruben isə deyir: "Uşaqlara etimad edin və onlarla elə rəftar edin ki, sanki, heç bir səhv iş görməmişlər. Bir sözlə səhvlərinə göz yumub yada salmayın. Nəzm-intizama riayət etməyən və ümumi asayişi pozan şəxsləri mühüm vəzifələrə təyin edin. Eyni zamanda hərəkətlərinin yaxşılaşmasına diqqət yetirin. Baxın görün tapşırılan işə layiq olmuşdur, ya yox. Etimad və xoş rəftarla bütün maneələri dəf etmək olar.
    Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bir çox xoşagəlməz işlər mənfi davranışların əksül-əməli olaraq meydana gəlmişdir. Ser Yerbert müxtəlif xüsusiyyətlərə malik olan şəxslərlə ünsiyyətdə olmaq üçün yollar təklif etmişdir. O, belə bir fikirdədir ki, oğurluq edən uşağa pul tapşırılmalı, bekar və tüfeyli həyat sürənləri isə fəaliyyətə sövq etmək üçün sevdikləri işə qoymaq lazımdır. "
    Peyğəmbərdən (s)dan nəql olmuş hədislərdə deyilir: "Başqaları barədə gözəl fikirdə olmaq qəlblərin rahatlığına və dinin qorunmasına səbəb olur". (Ğurərul-Hikəm, 376-cı səh. ) Bu gözəl xüsusiyyətə yiyələnmək insanın bir çox çətinliklərini də həll edir. "Başqaları barədə yaxşı fikirdə olmaq insanın ağır qəm-qüssə yükünü yüngülləşdirir".
    Həyatı nikbinliktək başqa heç bir şey gözəl etmir.
    O, bütün ağrı və acıları aradan götürüb uğur və müvəffəqiyyət qapılarını onun üzünə açır. Qorxulu xəstəliklərdən uzaq olduğunuz kimi qəm-qüssəyə səbəb olan fikirlərdən də uzaq olun və fikir qapılarını gözəlliklər üzərinə açıq qoyun. Əgər belə edərsinizsə, qara və zülmətli düşüncələrdən yaxa qurtara bildiyinizə özünüz də təəccüb edəcəksiniz".
    "Doktor Marden"
    Müsəlmanlar bir-birləri ilə elə rəftar etməlidirlər ki, bədbinliyə bir dəfəlik son qoyulmuş olsun. Elə buna görə də, əmirəlmö’minin Əli (ə) tövsiyə edir ki, başqalarının hüsn-zənləri əsasında rəftar edin və əgər digərlərinin sizə qarşı hüsn-zənləri vardırsa, öz rəftarınızla onların hüsn-zənlərini aradan aparmayın və bu hissi bədbinçiliyə çevirməyin. Həmçinin Əli (ə) şəxslərin xəyal və gümanların onların ağıllarının me’yarı olmasından xəbər verir: "İnsanın zənn və gümanı onun ağlını me’yarı, əməli isə onun əsl-nəcabətinin yaxşı və ya pis olmasına ən doğru şahiddir. ”
    Xəyallara qapılmamaq və zənn-güman ardınca getməmək insanın güclü ruhiyyə sahibi olmasından xəbər verir. Bu barədə Əli (ə) belə buyurur: "Başqaları barədə yiyələndiyi pis fikirlərə son qoyan şəxslər sağlam qəlb və zehnə malik olarlar. "
    "Sübuta yetirilmişdir ki, güclü ruhiyyə və iradəyə yiyələnən şəxslər daim şad və ümidvar olarlar. Onlar hər şeyə və hamıya etimad gözü ilə baxarlar. Şüurlu və dərrakəli şəxslər qara buludlar arxasında nurlu günəş, bütün çətinlik və bədbəxtçiliklərin arxasında isə səadət və xoşbəxt həyat görürlər. Bütün dərd və müsibətlərdən yeni qüvvə alır və qəm-qüssəyə sinə gələrək özlərində daha çox cəsarət hiss etməyə başlayırlar. Belə bir təbiətə malik olanlar həqiqətən də xoşbəxtdirlər. Onlara qibtə etmək lazımdır. Çünki, daim onların gözlərində sevinc və şadlıq, dodaqlarında isə təbəssüm əlamətləri görmək olar. Onların qəlbləri günəş tək nur saçar və nəzər saldıqları hər bir şeyi öz nuruna boyayarlar".
    "Samuel Smaylz"
    İmam Sadiq(ə), bu gözəl xüsusiyyətə yiyələnməyi müsəlmanların bir-birlərinin üzərində olan hüquqlarından hesab edərək buyurur: "Hər bir müsəlmanın, müsəlman qardaşının boynunda olan vəzifələrindən biri də budur ki, dediklərini təsdiq etsin və onu təkzib etməyə çalışmasın". (Üsuli-kafi, 394-cü səh.)
    Bu xüsusiyyətə yiyələnməyə səbəb olan ən başlıca amil insanda iman nurunun yaranmasıdır. Əgər camaatın imanı kamil olarsa, təbii ki, bir-birlərinə etimad edəcəklər. İnsanı bu gözəl əxlaqi xüsusiyyətdən məhrum edən şey onun imanının zəif və ya heç olmamasıdır. İmansızlıq, insanı bu gözəl xüsusiyyətdən məhrum edərək onu bədbinlik, bədgümanlıq kimi qeyri-insani xüsusiyyətlə əvəz edir. Həqiqi və nikbin müsəlmanın qəlbi daim iman və etimad hissi ilə dolu olar. O, özündə zəiflik hiss etdiyi zaman, özündən üstün və qüdrətli bir varlığa arxalanar. Qarşılaşdığı çətinliklərdə ən böyük qüdrət sahibi olan Allahdan kömək diləyər və bu da onun ruh və əxlaqının saflaşmasına səbəb olar.
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 1081 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024