İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 4 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    8:05 AM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    ON ÜÇÜNCÜ FƏSİL
    VƏFASIZLIQ
    1-İnsanın üzərinə düşən müxtəlif məsuliyyətlər.
    2-Əhdə vəfanın dəyər və üstünlükləri və vəfasızlıqdan doğan fəsadlar.
    3-İslam əhd-peymanın pozulmasını qadağan edir.
    Bəşər şüur və dərrakəsinin vasitəsilə bir çox həyati məsələləri dərk edib həqiqəti, məhək daşı olan ağıl və şüuru ilə müəyyən etdikdən sonra yaşadığı həyatda üzərinə düşən vəzifələri qəbul etməli olur.
    O, başa düşür ki, səadət və təkamülə çatmaq üçün asılı olduğu məsələlərə xüsusi diqqət yetirməli, rəftar və davranışlarını ehtiyacları ilə müvafiq və həmahəng etməlidir.
    İstər maddi olsun, istərsə də mənəvi, insan həyatın bütün sahələrində üzərinə düşən məsuliyyətləri qəbul etməlidir.
    Şüur və vicdan da ictimaiyyətin nəzm və intizamını təmin edən bu amilin qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Nəzm-intizamın pozulmasına ictimaiyyətin süquta uğramasına səbəb olan bütün amilləri isə qətiyyətlə pisləyir və onlara qarşı barışmaz mövqe tutur. Əxlaq və mənəvi dəyərlərin təkamülünə böyük təsir göstərən bu məsuliyyətlər insanı həqiqi azadlığa qovuşdurur və onun tutduğu yolu düzgün səmtə doğru istiqamətləndirir. Həyatın müxtəlif sahələrində insanın üzərinə düşən bu məsuliyyətlər ömrünün sonunadək onunla birgə olur. O yalnız o zaman sorğu-sual və danlaq atəşinə tutur ki, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə qadir olsun.
    İnsanın üzərinə düşən vəzifələrə məhəl qoymayıb onlara qarşı etinasızlıqla yanaşması onun həyat qanunlarından xəbərsiz olduğundan və gələcəkdə qarşılaşacağı bədbəxtçiliklərdən xəbər verir. Buraxdığımız ən böyük səhv də üzərimizə düşən vəzifələri unudub özümüzü tam sərbəst və azad hiss etməyimizdir. Məsuliyyətsizlik hissi cəmiyyətə nüfuz edib onu ciddi təhlükələrlə üzləşdirir. Bu hiss geniş yayıldıqda insanlar arasında qarşılıqlı ixtilaf və qarşıdurmalar meydana gəlir. Nəfsani istəklərinin əsirinə çevrilən şəxslər şəxsi mənafelərini üzərinə düşən vəzifələrdən üstün tutur və öz nəfsani istəklərinə daha çox əhəmiyyət verirlər. Onların süqut və tənəzzülü də məhz buradan başlayır. Bunun üçün də onlar heç vaxt kamil insan simasında ola bilmirlər.
    Doktor Karl deyir: "Məsuliyyətsiz insanlar mavi səmada qanad çalan qartala yox, daha çox evdən qaçmış və maşınlar arasında sərgərdan qalan itlərə bənzəyərlər. Onlar da bu itlər tək istədiyi yerə gedər və istədikləri işləri görərlər. Hara getməli olduqlarını və onları təqib edən çətinliklərdən necə qorunmalarını biləcəklərini bilmədikləri üçün onları azmış və sərgərdan hesab etmək olar.
    Biz təbiətin qanunları ilə tanışıq və bunun üçün də bilməliyik ki, insanın həyatı müəyyən qanun və qaydalardan asılıdır. Özümüzü təbiətdə tam azad və müstəqil hiss edir və onunla öz istədiyimiz kimi, rəftar edirik, lakin bunu başa düşmək istəmirik ki, avtomobillərin idarə olunmasında müəyyən qayda və qanunlara riayət olunduğu kimi insanın həyatı da onu idarə edəcək bəzi qanunlara ehtiyac duyur. Lakin bu günlər sanki insanın həyatının mə’nasını yalnız yeyib-içmək, var-dövlətə yiyələnmək, cinsi ehtiyacları ödəmək, əylənmək və kino və gəzintiyə getmək təşkil edir. O, həyatdan spirtli içkilərdən istifadə etmək və siqaret tüstüsündə qərq olmaqla istədiyi kimi bəhrələnmək istəyir. "
    Cəmiyyət üçün zəruri olan və hər şeydən daha çox əhəmiyyət kəsb edən şey isə nəzm-intizamdır.
    Həqiqətə ağıl və məntiq gözü ilə nəzər salan şəxslər üzərlərinə düşən müxtəlif vəzifələrin öhdəsindən asanlıqla gəlir və öz həyatlarını düzgünlük və sədaqət üzərində qururlar. Əgər bu yolda uğursuzluqla üzləşərlərsə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışdıqlarına görə, hətta fəxr də edərlər.
    Səadət və xoşbəxtliyi həqiqi sevinc və şadlıqda axtarmalı və ruhun asayişini təmin etmək lazımdır.
    Vicdanının fəryadına səs verən şəxslər qarşılaşdıqları çətinliklərdə özlərini ələ almağa qadir olarlar. İnsan üzərinə düşən vəzifələrin öhdəsindən gəldikdə daxilində yeni bir hissin yarandığını hiss edir. Daxili razılıq hissi bu şəxslərin ruhlarının dərinliklərindən mənşə’lənir.
    ƏHDƏ VƏFANIN DƏYƏR VƏ ÜSTÜNLÜKLƏRİ VƏ VƏFASIZLIQDAN DOĞAN FƏSADLAR
    İnsanın üzərinə düşən mühüm vəzifələrdən biri də bağladığı əhd-peymana əməl etməsi və ona vəfadar olmasıdır. Dinindən, məzhəbindən asılı olmayaraq hər bir insan ictimai həyatın bütün sahələrində əhdə vəfa etməyin üstünlüyünü, əhd-peymanı sındırmağın isə mənfi hal olduğunu bütün vücudu ilə hiss edir. Əhdə vəfa etməyin zəruriliyini insan fitri olaraq dərk edir. Belə ki, bu iş düzgün tərbiyə nəticəsində əməli olaraq həyata keçir və beləliklə də insanın səadət və xoşbəxtliyi təmin olur. Şübhəsiz ki, bu hiss insanın vücudunda hələ uşaq ikən yaranır və nə qədər güclü olarsa, bir o qədər də onun gələcəyinə müsbət təsir göstərmiş olur. Bunun üçün də əxlaqın əsasını təşkil edən təlim-tərbiyyəyə xüsusi diqqət yetirilir. Məhz onun verdiyi müsbət nəticələr sayəsində insan fitrət və mənəviyyatına xələl gətirən bütün işlərdən uzaq olmağa çalışır.
    Tərəflər arasında bağlanılan əhd-peymana rəsmi və qanuni olmasa da hörmət və ehtiramla yanaşılır. Onlara qarşı çıxmaq, sözün əsl mənasında şərəf, insaniyyət və comərdliyi ayaqlar altına atmaq deməkdir. Büzürgmehrin dediyi kimi: "Əhd-peymana qarşı çıxıb onu ayaqlar altına atmaq şərəf və comərdlikdən çox-çox uzaqlardadır! Haqq yoldan uzaq düşənlər bağladıqları əhd-peymanları asanlıqla pozarlar. Onlar öz ziyanverici rəftar və davranışları ilə başqalarının qəlbinə inadkarlıq və ədavət toxumu səpərlər. Bu xoşagəlməz xüsusiyyətə malik olan şəxslər daim xəcalət və rüsvayçılığa dözməyə məcbur olarlar. Bunun üçün də eyblərini ört-basdır etmək üçün bir çox hallarda bir-birinə zidd olan sözlər deyərlər. Lakin bütün bunlara baxmayaraq son nəticədə qərəz və düşmənçilikdən savayı bir şey əldə etmirlər.
    Əhd-peymanın pozulması hər şeydən əvvəl ictimaiyyəti ciddi təhlükə ilə üzləşdirir. Onun adi hal alıb geniş yayılması nəticəsində ictimaiyyət zəifləyir və tədriclə süquta doğru gedir.
    Belə bir şəraitdə cəmiyyət üzvləri arasında bərqərar olan əlaqələr getdikcə zəifləyir və cəmiyyət tənəzzülə doğru hərəkət etməyə başlayır. Son nəticədə isə ictimai əlaqələrə bir dəfəlik son qoyulmuş olur. Şübhəsiz ki, etimadsızlıq və hərc-mərcliyin hökm sürdüyü bir cəmiyyətdə həyat öz normal axarından çıxar və hətta yaxın dostlar arasında belə qarşılıqlı etimad görmək olmaz.
    Əxlaq və mənəvi dəyərlərin zəiflədiyi hal-hazırkı dövrdə yalan və əhdə vəfasızlıq geniş şəkildə yayılmış və riyakarlıq bir çoxlarının ruhiyyəsinə yol tapa bilmişdir.
    Cəmiyyətdə elələrini də görmək ki, olar nəinki verdikləri vədəyə əməl etmirlər, hətta hiylə və fırıldaqçılığını özü üçün bir növ zirəklik və irəliləyiş vasitəsi hesab edərək - heç nədən çəkinmədən - başqalarının qarşısında öyünür və bundan xüsusi zövq alırlar.
    Əhdə vəfa ictimai həyatda səadət və xoşbəxtliyə səbəb olan ən başlıca amillərdən biridir. Həyatın bütün sahələrinə öz təsirini göstərən bu amil inkişaf və tərəqqiyə səbəb olaraq hər zaman müsbət nəticələr verir.
    Həccac ibni Yusifin xilafət dövründə xəvaricdən*(Muminun surəsi ayə 8. ) olan bir dəstə şəxs onun hüzuruna gətirilir. Həccac onların hər biri barədə ayrıca hökm verir. Növbə axırıncı şəxsə çatdıqda azan səsi eşidilir. Həccac namaza gedir və həmin şəxsi öz adamlarından birinə tapşırıb deyir: "Bu gün onu öz yanında saxla və sabah cəzalandırmaq üçün yanıma gətir. "
    Onlar saraydan çıxırlar və müttəhim yolda özünün xəvaricdən olmadığını və bu töhmətdən pak olduğunu bildirir. Sonra deyir: "Mən Allahın lütf və mərhəmətinə böyük ümid bəsləyirəm, çünki bilirəm ki, heç bir təqsirim olmadan Həccacın toruna düşmüşəm. Səndən xahişim budur ki, vəsiyyət etmək üçün bu gecə mənə ailəmlə birlikdə olmağa icazə verəsən. Söz verirəm ki, səhər tezdən gəlib özümü təhvil verəcəyəm. " Mühafizəçi bir söz demir, nəhayət onun yalvarışlarının qarşısında təslim olur və icazə verir. Lakin həmin an bütün vücudunu iztirab və nigarançılıq hissi büryür. Peşman olub öz-özünə deyir: "Vay halıma, əsirin xahişini yerinə yetirməklə özümü Həccacın qəzəbi qarşısında üz-üzə qoydum. "
    Həmin gün bütün gecəni iztirab və nigarançılıq hissi ilə başa vurur. Lakin səhər tezdən əsiri qapı ağzında görüb heyrətə gəlir. O öz təccübünü gizlədə bilməyib ondan soruşur. "Nə üçün dediyin vaxt özünü təhvil verdin?" Əsir cavabında deyir: "Kim Allahı qüdrətli və əzəmətli bir varlıq olaraq tanıyarsa, Onu bağladığı əhd-peymana şahid tutar və bunun üçün də hər zaman əhdinə vəfa edər. "
    Mühafizəçi əsiri özü ilə birlikdə Həccacın yanına gətirib əhvalatı olduğu kimi ona danışı. Xəlifə daşürəkli və zülmkar şəxs olmasına baxmayaraq, əsirin iman və vəfadarlığının təsiri altına düşür və onu azad etmək qərarına gəlir. Üzünü mühafizəçiyə tutub soruşur: "İstəyirsən onu sənə bağışlayım?" Mühafizəçi deyir: "Əgər bu işi görmüş olsanız, mənə böyük minnət qoymuş olarsınız. " Beləliklə, Həccac əsiri mühafizəçiyə bağışlayır, o da onu saraydan çıxarıb azad edir.
    Əgər adi bir şirkət və ya müəssisə bağladığı saziş və ya müqaviləyə etinasız yanaşarsa, təbii ki, bu onun etibarını sual altına aparar və zərər ilə nəticələnər. Belə bir istiqamətdə hərəkət edən müəssisələr istər-istəməz özünü böyük uçurum qarşısında qoymuş olur.
    Bu bir həqiqətdir ki, qarşılıqlı etimaddan savayı, ikinci bir şey onun tam sabitlik və əmin-amanlığını təmin edə bilmir. İnsanlar hamılıqla bir-birlərinə inanıb etimad etdikdə, cəmiyyətdə səadət və xoşbəxtlik üçün qarşılıqlı etimad əhval-ruhiyyəsi yaranmağa başlayır. Hər kəs ki, dediyi sözə rəsmi yazılı sənəd qədər əhəmiyyət verib ömrünün sonunadək verdiyi hər bir sözün üzərində durarar və bunu üzərinə düşən vəzifə hesab edərsə, bir çox qalmaqal və narazılıqlara son qoyub həyatın dəyərini çox-çox ucalara qaldırmış olar.
    Bağlanılan əhd-peymanlar üçün lazımi olan ən başlıca şərtlərdən biri insanın öz bacarıq və imkanlarını nəzərə almasıdır. O, öz bacarığından xaric olan hər hansı bir saziş və ya əhd-peymandan mümkün qədər uzaq olmağa çalışmalıdır. Çünki, bacarıqsızlıq nəticəsində insan üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və bu da onların kəskin şəkildə tənqid olunmalarına gətirib çıxarır.
    İSLAM ƏHD-PEYMANIN POZULMASINI QADAĞAN EDİR
    İnsan yaşadığı mühitdə həqiqi insaniyyət simasını özündə əks etdirmək üçün məntiqi və əqli bir həyat tərzi sürməlidir. İnsanların müvəffəqiyyətinə səbəb olan ən başlıca amillərdən biri də onların birlik və həmrə’yliyə nail olmalarıdır. Bunun üçün də hər bir cəmiyyət üzvü rəftar və davranışlarını düzgünlük əsasında qurmalı və bir-birlərindən uzaq düşmələrinə yol verməməlidirlər. Bağlanılan əhd-peymanlar iman və əxlaqi dəyərlər üzərində olduqda, hər bir rəsmi sənəddən daha çox etibar kəsb etməyə başlayır.
    Əhd-peymanların pozulmasını məzəmmət dən müqəddəs İslam dini öz tərəfdarlarına icazə verməmişdir ki, hətta napak insanlarla bağlanılan əhd-peyman belə sındırılsın.
    İmam Sadiq (ə) bu haqda buyurur:
    "Allah-taala üç şeydən boyun qaçırmağı heç kimə icazə verməmişdir. Tapşırılan əmanəti öz sahibinə çatdırmağı əmanət sahibi istər xeyirxah insan olsun, istərsə də günahkar, əhdə vəfa etməyi qarşı tərəf istər saleh olsun, istərsə də yox, valideynlərə gülər üz göstərməyi istər yaxşı insanlar olsunlar istərsə də pis.
    Qurani-Kərim iman sahibləri haqda buyurur:
    "O möminlər ki, öz əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]”(İsra (İsrail oğulları) surəsi ayə 34.)
    Başqa bir ayədə isə buyurulur:
    "Əhdə vəfa edin. Çünki [insan] əhd barəsində qiyamət günü sual-cavab olunacaqdır.”(Biharul Ənvar 15-cild səh. 243. )
    Peyğəmbər (s), əhd-peymanın pozulmasının nifaq və qarşıdurmaya səbəb olduğunu bildirərək buyurur:
    "Dörd xüsusiyyətə yiyələnən şəxslər münafiq və ikiüzlü olarlar , onlardan biri də bağlanılan əhd-peymana qarşı çıxıb onu pozmaqdır. "(Ğurərul-Hikəm, səh. 228. )
    Əli (ə), Malik Əştərə etdiyi tövsiyələrdən birində buyurur: "Xeyirxah iş gördükdə heç vaxt camaata minnət qoyma və gördüyün işi böyük hesab etmə, verdiyin vədə qarşı da çıxma. Çünki, minnət xeyirxahlığı məhv edib aradan aparır, görülən işləri böyük hesab edib öyünmək həqiqət nurunu söndürür, əhd-peymana qarşı çıxmaq isə Allahın və camaatın qəzəbinə səbəb olur.
    Peyğəmbərdən (s) nəql olmuş başqa bir hədisdə deyilir:
    "Əhdə vəfa və düzlük bir-birləri ilə sıx əlaqəli və ayrılmazdırlar. Hələ bu vaxta qədər əhdə vəfadan möhkəm və etibarlı bir şey görmədim. "(Ğurərul-Hikəm, səh. 323. )
    Uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirən müqəddəs İslam dini valideynlərin öz övladlarının müqabilində üzərlərinə düşən əxlaqi vəzifələri çox gözəl tərzdə açıqlayır. Əxlaqi dəyərlərə yiyələnməyən və verdikləri sözün üzərində durmayan valideynlər öz övladlarını gözəl əxlaqi xüsusiyyətlərlə tərbiyə edə bilməzlər. Çünki görülən işlərin qoyduğu təsir adətən xəbərdarlıq və deyilən sözlərdən daha güclü olur. Peyğəmbər (s), uşaqlara vədə verib ona əməl etməyən valideynlərə ciddi xəbərdarlıq edərək buyurur:
    "İnsan verdiyi vədə əməl etməli və ondan boyun qaçırmamalıdır. "
    Doktor Alend deyir:
    "Günbəgün oğurluğa qurşanan on altı yaşlı oğlan uşağının müalicəsi mənə tapşırıldı. Məlum oldu ki, yeddi, ya səkkiz yaşı olduqda atası onu oyuncaqlarından birini dövlətli bir zadəganın qızına verməyə vadar edir. Həmin bu oyuncağı isə o bir neçə ay intizarında olduqdan sonra mükafat olaraq əldə edə bilmişdi. Atası onu oyuncağı başqasına verməyə vadar edərkən söz verir ki, əvəzində onun üçün başqa bir oyuncaq alsın. Lakin səhlənkarlıq üzündən oyuncaq almağı unudub verdiyi vədə əməl etmir.
    Uşaq ümidini itirib günlərin birində anasının çantasından bir konfet oğurlayır. Mənə təhvil verildiyi gün isə qapı-pəncərəni qırıb oğurluq etmişdi. Onu düz yola gətirmək bir o qədər də çətin deyildi və mən onu islah edib düz yola gətirməyə nail oldum. Onun oğurluğa qurşanmasına səbəb bir sıra psixoloji səhvlərə yol verən valideynləri olmuşdu. Əgər bu beləcə davam etsəydi, bəlkə də uşaq böyüdükdə böyük cinayətkara çevriləcəkdi.”
    Əli (ə), dost və yoldaşlarla necə davranmaq lazım olduğu haqda buyurur:
    "Dostluğa seçdiyiniz şəxslərə qarşı səmimi və vəfadar olun. "(Ğurərul-Hikəm, səh. 505.)
    O kəslər dostluğa layiqdirlər ki, gözəl əxlaqi xüsusiyyətlərə yiyələnmiş olsunlar və insan onlarla sevinc və kədərini bölüşdürə bilsin.
    Peyğəmbər (s) buyurur:
    "Ən xoşbəxt insan o kəsdir ki, yüksək ruhiyyə və mənəviyyata yiyələnən şəxslərlə ünsiyyətdə olsun. Ünsiyyətdə olduğu şəxslərə qarşı haqsızlıq etməyən kəslər yalan danışmaz və bağladıqları əhd-peymanlara qarşı çıxmazlar. Comərd və son dərəcə insaflı olan bu şəxslər heç vaxt haqq-ədalətdən uzaq düşməzlər. Yaxşı olar ki, insan bu kimi şəxslərlə ünsiyyətdə olsun. "
    Samuel Smaylz deyir:
    "Əgər yüksək əhval-ruhiyyəyə və gözəl əxlaqa malik olan şəxslərlə yaşayarsınızsa, vücudunuzda ruhunuzu və əxlaqınızı yüksəklərə ucaldan sirli bir qüvvə hiss edəcəksiniz. Sizdən daha təcrübəli, daha şüurlu və daha bacarıqlı şəxslərlə dostluq etməyiniz sizin üçün böyük bir tapıntıdır. Çünki, onlarla ünsiyyətdə olmaq insana yeni ruhiyyə bəxş edir. Həyat dərsi aldığımız bu şəxslər başqaları barədə yiyələndiyimiz yalnış fikirləri islah edərlər. Əgər əxlaq və mənəviyyat baxımından bizdən güclü olarlarsa, ünsiyyətdə olduqda onlardan mənəvi dayaq alıb öz ruhiyyəmizi də gücləndirmiş olarıq. Beləliklə, onlar hədəf və məqsədlərimizi ucaldıb bizə başqalarına da kömək etməyə yardım edirlər. Xeyirxah insanlarla ünsiyyətdə olmaq yaxşılıqlardan və xeyirxahlıqlardan meydana gəlir. Çünki, gözəl əxlaq daim nur tək ətrafındakılara işıq saçar. "
    Yuxarıda qeyd olunanları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, hər bir insan üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə gəlməli və bağladığları əhd-peymanlara sadiq qalmalıdır.
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 891 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024