İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » October » 4 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    7:58 AM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    ON BEŞİNCİ FƏSİL
    XƏSİSLİK
    1-Kömək və həmkarlıq.
    2-Xəsislik səmimiyyəti məhv edib aradan aparır.
    3-Din rəhbərlərinin buyruqlarına nəzər salaq.
    İnsan, təbii quruluş baxımından özünəməxsus istedada malik olan bir varlıqdır və o, öz istedad və bacarıqlarını daha da inkişaf etdirmək üçün başqalarının səmimi kömək və yardımına ehtiyac duyur. Bu amil daim onun inkişaf və tərəqqisinə müsbət təsir göstərərək aparıcı rollardan birini oynamışdır.
    Yaradılış aləmi ictimai həyat üçün yaradılmış və fitri olaraq başqalarının qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa can atır.
    Dünyada baş verən bütün hadisələr və nəfsani istəklər insan üçün bir çox çətinliklər meydana gətirir və hər an onu xoşagəlməz hadisələrlə qarşı-qarşıya qoyur. Bir sözlə yaşadığı bu enişli-yoxuşlu dünyada çətinliklərini aradan qaldırmaq üçün heç vaxt başqalarından ehtiyacsız olmur. Məhz bu dəyişilməz qanun əsasında çətinliklərin aradan qaldırılması fərdin ixtiyarından xaric olub cəmiyyət üzvləri arasında bölünmüşdür. Fərdin göstərdiyi kömək az olsa da cəmiyyətin tərəqqisinə və çatışmızlıqların - qismən də olsa - aradan qalxmasına səbəb olur.
    Cəmiyyətin keçirdiyi hissləri hər bir insan özündə keçirdiyi üçün biz onu insan bədəninə bənzədə bilərik. Hər bir bədən müxtəlif orqanizmlərdən təşkil edilmiş və onların arasında insanın həyatını təmin edən sıx əlaqələr bərqərar olunduğu kimi, cəmiyyət də müxtəlif üzvlərdən ibarət olur. Hər bir cəmiyyətin də davam gətirməsi cəmiyyət üzvlərinin üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğunu bilib layiqincə onların öhdəsindən gəlmələrindən asılıdır. O, ictimai münasibətlərdən bəhrələnərək öz məsuliyyət və səlahiyyəti çərçivəsində maddi və mənəvi bacarıqlarından istifadə edib, onları ictimaiyyətin islah olunmasına sərf edir.
    Çətinlikləri aradan qaldırıb rifah və asayişə yalnız o zaman nail olmaq olar ki, həmrə’ylik və həmkarlıq hissi camaatın üzərinə hakim olmuş olsun. Çünki həyat, məhz həmrə’ylik və həmkarlıq nəticəsində canlanıb tərəqqiyə doğru hərəkət etməyə başlayır.
    XƏSİSLİK SƏMİMİYYƏTİ MƏHV EDİB ARADAN APARIR
    İnsanın ruhunun dərinliklərindən son dərəcə gözəl hisslər baş qaldırır. Elə bir səmimi hisslər ki, daim yardım və qarşılıqlı həmkarlığa səbəb olur. Yardım və kömək surətində təcəlli edən gözəl hisslər insanın ruh və təbiətinin ucalığından xəbər verir. İnsanı müşahidə etdiyi bədbəxtçiliklərdən cana gətirən və fədakarlıq etmək üçün güzəştə getməyə hazır edən və beləliklə başqalarının çətinliklərini ardan qaldırmaq üçün özünün şəxsi mənafeyinə göz yummasına səbəb olan da məhz keçirdiyi hisslərdir.
    Doktor Karl deyir:
    "Güzəşt və fədakarlıq kimi heç bir şey tərəqqi və təkamülə, ruhun böyüklüyünə səbəb olmur. İnsansevərliyə, vətən sevgisinə və ya ideal hədəfə xatir həyat və şan-şöhrətə göz yummaq, könüllü olaraq qanlı-qadalı döyüş meydanına qədəm qoyan sıravi əsgərin fədakarlığına bənzəyir.
    Gözəllik və həqiqətdən agah olanlar bütün sə’yləri ilə Allaha doğru can atar və dünyada eşqin, ədalətin hakim olması üçün canlarından belə keçərlər. İnsanı ən yüksək zirvələrə çatdıran onun ağıl və şüuru deyil, keçirdiyi daxili hisslərdir.
    İnsanın psixologiyası çətinliklərlə mübarizə etməklə təkamülə doğru gedir və beləliklə, ağlın köməyi ilə onun özünü arxada qoyub yalnız eşqdən ibarət olur. Zülmət və qaranlıqı nuraniyyət ilə bitən bu yola isə hamı qədəm qoya bilər. "
    Bəzən insanın vücudunda mehr və məhəbbəti məhv edib aradan aparan və onun bütün gözəl xüsusiyyətdən məhrum olmasına səbəb olan mənfur xüsusiyyət yaranır. Bu xüsusiyyətlərdən biri də "xəsislikdir". İnsani dəyərlərlə tam ziddiyyətlik təşkil edən bu xoşagəlməz xüsusiyyət tərzi-təfəkkür dairəsini məhdudlaşdırmaqla yanaşı insanı təhqir və tənqid qarşısında qoyub ümumi kütlənin nifrətinə səbəb olur. Ruhlarının dərinliklərinədək nüfuz etmiş belə bir tərzi-təfəkkür daim maddiyyat çərçivəsində dövr edib sərvət və var-dövlət üzərində təmərküzləşir. Bunun üçün də azad fikir, əxlaqi-mənəvi dəyərlərdən və həqiqəti dərk etməkdən məhrum olurlar.
    Halbuki sərvət və var-dövlət yalnız maddi ehtiyacların aradan qaldırlmasına xidmət edir, sonra isə insanların rifah və asayişinə heç bir təsir göstərə bilməyib onların ağrı-acılarını aradan qaldırmağa əsla qadir deyildir.
    Yoxsulluq və ehtiyac qorxusu xəsis insanların vücudunu bürüdüyü üçün heç vaxt qəm-qüssədən yaxa qurtara bilməzlər. Bunun üçün də rahatlıq və asayişin nə olduğunu bilməz və ixtiyarlarında olan şeylərin nigarançılığını çəkərlər.
    İngilis alimi Aveyburi deyir:
    "Camaat sərvət arzulayır və ondan başqa heç bir şey istəmirlər. Sanki sərvət və var-dövlətdən başqa heç bir şey istənilməməlidir. Onlardan bir çoxu elm və agahlıqdan ləzzət aparmır və gecə-gündüz yəhudilər tək var-dövlət ardınca olub yuxu və rahatlığı özlərinə haram edərlər. Həyatı var-dövlət üçün istəyənlər həqiqətdən uzaq düşmüşlər və bunun üçün də bilməyirlər ki, var-dövlət ləzzətin özü deyil, ləzzət almaq üçün bir vasitədir. Var-dövlət bizi maddi fəlakətdən qurtaran bir vasitədir. Yazıqlar olsun o kəslərə ki, ömürlərini-günlərini pul və var-dövlət yığmağa sərf edirlər. Həyatımızı sərvət və var-dövlət yolunda tələf etməməliyik. Var-dövləti ehtiyaclarımızı aradan qaldırmaq üçün istəməli, lakin özümüzü onun əsiri edib daim ardınca düşməməliyik. Yazıqlar olsun o kəslərə ki, yığdıqları var-dövlətdən iztirab və nigarançılıqdan savayı başqa heç bir şey əldə etmirlər. Ömürlərini var-dövlət yığmağa sərf edir və bu yolda bir çox çətinliklərlə üzləşməli olurlar. Əldə etdikləri var-dövlətdən bəhrələnmək üçün gərək onlara başqa bir dünyada verilsin. Lakin əfsuslar olsun nə deyilən sözlər qayıdır, nə də ötüb keçən ömür!"
    Var-dövlətlə xəsislik arasında sanki bir növ bağlılıq və əlaqə vardır. Belə ki, ictimai məsələlərə bir qədər dəqiq nəzər yetirdikdə bizə belə məlum olur ki, yoxsul təbəqəyə maddi yardım adətən cəmiyyətin orta səviyyəli təbəqəsi tərəfindən olunur.
    İmkanlı xəsis şəxslər daim məhrum təbəqəyə qarşı qərəzli mövqe tutub onlara kin bəsləyərlər. Onların məhrum təbəqəyə belə bir mənfi münasibət bəsləməsi bir çox hallarda onların sıxıntı və narazılıqlarına səbəb olur. Bu isə inkar olunmaz bir həqiqətdir. Varlı təbəqənin var-dövlət əldə etmək üçün ifrata vararaq insani dəyərlərdən uzaq düşüb başqalarının hüquqlarını taptalamalarının çox şahidi olmuşuq. Onlar nə qədər çox var-dövlət əldə etmək istəmişlərsə, ədalətsizlik və haqsızlıqlara da bir o qədər çox yol vermişlər. Sanki insansevərlik və mehr-məhəbbət hissi onların vücudunda məhv olub aradan getmişdir!
    İnsanın mənəvi tərəqqi və təkamülünə səbəb olan "səxavət" hissi onun vücudununun dərinliklərindən coşan insansevərlik, səmimiyyət və mehr-məhəbbətdən xəbər verir.
    Yüksək əhval-ruhiyyə və sabit tərzi-təfəkkür həqiqi və azadlıqsevər insanın ən gözəl nişanələrindəndir. Bu xislət gözəl xüsusiyyətlər arasında özünəməxsus üstünlüyə malikdir. İllər, əsrlər ötüb keçməsinə baxmayaraq, tarixin zülmət səhifələrində Hatəm Tainin nurani siması hələ də işıq saçmaqdadır. Bəşəriyyət onun səxavətliyini daim xoş xatirələrlə xatırlayır və haqqında yalnız gözəl sözlər deyirlər.
    Səxavətlik və əliaçıqlıq yalnız o zaman öz həqiqi dəyərini tapır ki, insanın yeganə məqsədi Allaha yaxınlaşmaq olsun və başqalarının çətinliklərini Ona xatir aradan qaldırıb riyakarlıqdan uzaqlaşsın.
    DİN RƏHBƏRLƏRİNİN BUYRUQLARINA NƏZƏR SALAQ
    İctimai məsələlərə böyük diqqət yetirən müqəddəs İslam dini öz davamçılarına ictimai əlaqələri gücləndirməyi və təbəqələr arasında səmimiyyət və mehribançılığı daha da genişləndirməyi tövsiyə edir. Səxavətliyə sövq etməklə yanaşı xəsisliyi qətiyyətlə pisləyir və hər bir müsəlmana ondan uzaq olmağı əmr edir.
    İslam səmimiyyət və həmkarlıq ruhiyyəsini gücləndirməklə cəmiyyətin mehr-məhəbbət üzərində qurulmasına kömək edir. Heç bir imkanlı şəxsə ehtiyacı olan müsəlman bacı və qardaşlarına qarşı etinasız olmağa və bunun nəticəsində də onlarda xəsislik hissinin yaranmasına icazə vermir.
    Çünki xəsislik hissi bir çox hallarda (demək olar ki, hər zaman) imkanlı şəxslərin üzərlərinə düşən vəzifələrdən boyun qaçırmalarına səbəb olur.
    "Ali-İmran” surəsinin 180-cı ayəsində bu həqiqətə işarə olunaraq deyilir:
    "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli bilməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.”
    Müsəlmanlar harada olurlarsa-olsunlar, hər zaman bir-birlərinə mehr-məhəbbət göstərməli və həyatlarını qarşılıqlı yardım və həmkarlıq əsasında qurmalıdırlar. Qəlbləri səmimiyyət və insansevərlik hissi ilə dolu olmalı, aralarında dostluq və qardaşlıqdan savayı heç bir şey hökm sürməməlidir. Xəsislik səmimiyyəti aradan apardığı üçün İslamın pak və müqəddəs ruhiyyəsi ilə tam ziddiyyətlik təşkil edir.
    Peyğəmbər (s) buyurur:
    "Xəsislik kimi heç bir şey İslamı əzmir. "(Nəhcül fəsahə səh. 81. )
    Xəsislik elə bir mənfi xüsusiyyətdir ki, insanı asayiş və rahatlıqdan məhrum edir və onun ruhuna əzab və işkəncə verir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    "Xəsis insanlar hamıdan az rahatlıq və asayişdə olarlar. "(Nəhcül fəsahə səh. 81. )
    Psixoloqlardan biri deyir:
    "Başqalarından qayğı gözləyən şəxslər daim özlərini danlar və gördükləri işlərdən narazı olarlar. Bunun üçün də bizlərdən bir çoxu başqalarının həyatına həsrətlə baxır və bir-birlərinə qarşı xəsislik edirlər. Bunun isə tutulan mövqeiyyət və var-dövlətlə heç bir əlaqəsi yoxdur. Bu xüsusiyyətə malik olan hər bir şəxs hansı şəraitdə olursa-olsun, başqalarının həyat tərzini müşahidə etdikdə həsəd hissi vücudunda baş qaldırıb tüğyan etməyə başlayır. Məsələn, gözəl ev və ailəsi olan bir şəxs yenə də hətta bütün bunlara malik olmayan yoldaşına belə, həsəd etməyə başlayır və öz-özünə deyir:
    Nə üçün o məndən yaxşı geyinib-keçinməlidir? Ondan heç bir üstünlüyü olmadıqda isə deyir: Xoş halına ki, mənim tək çətinlik çəkmir, xoş halına ki, nə övladı var, nə var-dövləti, nə də vəzifəsi. Onlar daim özlərindən narazı olub həyatda uğur qazanmadıqlarından şikayətlənərlər həm özlərini danlayar, həm də başqalarına həsəd edərlər."
    Peyğəmbərin (s) buyruqlarından birində dünya malına bel bağlamayıb öz var-dövlətlərindən ehtiyacı olanlara ehsan edənləri alqışlayaraq buyurur:
    "Allahın mərəhməti şamil olsun o kəslərə ki, az danışar və var-dövlətlərinin bir qismini ehtiyacı olanlara ehsan edərlər. "(Həmən mənbə səh. 8. )
    Başqa bir hədisdə buyurur:
    "Xəsislikdən uzaq olun, çünki xəsislik sizdən əvvəlkiləri həlak etmiş və onları bir-birlərinin qanını töküb, haramı halal etməyə vadar etmişdir. "(Ğurərul-Hikəm, səh. 497.)
    Əli (ə) buyurur:
    "Daim yoxsulluqdan qaçan bədbəxt xəsislərin yoxsulluğa doğru üz tutduqlarına təəccüb edirəm. Onlar hər zaman aradıqları var-dövlətləri axırda əldən verərlər dünyada yoxsullar tək yaşayarlar və axirətdə isə varlılar tək sorğu-sual olunarlar. "(Ğurərul-Hikəm, səh. 368. )
    Aveyburi deyir:
    "İnsanlardan bəziləri zahirdə varlı, batində isə yoxsul olarlar. Onlar ixtiyarlarında olan var-dövlətin həqiqi sahibi olmayıb onu xərc etməyə qadir deyildirlər. Malları qızıl zəncir tək boyunlarına bağlanar və iztirabdan savayı heç bir şey əldə etməzlər. Belə olduqda da yığdıqları var-dövlət onların bədbəxtçiliyinə səbəb olar."
    Xəsislik elə bir ruhi xəstəlikdir ki, ona düçar olan şəxslər hətta öz övladlarını belə bir an rahat buraxmayıb onlara əzab-əziyyət verərlər. Əli (ə) buyurur:
    "Səxavətli insanı düşmənləri də sevər. Paxıl olduqda isə övladları da ona nifrət edər. "(Ğurərul-Hikəm, səh. 488. )
    Başqa bir hədisdə buyurur:
    "Paxıllıq və hərisliyin əsası şəkk və etimadsızlıq üzərində qoyulmuşdur. "(Füruği Kafi 4-ci hissə səh. 38. )
    Doktor Farmer deyir:
    "Səxavət və müstəqillik başqalarına və özümüzə olan inam və etimaddan irəli gəlir. Bu iki xüsusiyyətin birləşməsi ictimai əxlaqın təkmilləşməsinə və insanların yaşadıqları cəmiyyətdən ləzzət almalarına səbəb olur. Nə qədər ki, onlar bir-birləri ilə birləşməyiblər, ictimai əxlaq təkmilləşməyib və ondan istifadə etmək olmaz."
    İmam Musa Cəfər (ə) səxavətin dəyər və üstünlüyünü belə açıqlayır:
    "Gözəl əxlaqlı, səxavətli insanlar Allahın pənahında olub, axırda cənnətə daxil olarlar. İnsanları haqqa hidayət edən elə bir peyğəmbər və ya onların elə bir davamçısı olmamışdır ki, səxavətli olmamış olsun. Bu gözəl xüsusiyyətə malik olmadan heç kim əməlisaleh insanların cərgəsinə daxil olmaz.
    Atam öz sağlığında daim mənə səxavətli olmağımı tövsiyə edərdi. "(Üsuli Kafi. "Dünya sevgisi fəsli. )
    Döyüşlərdən birində müsəlmanlarla müşriklər qarşı-qarşıya durduqda Əli (ə), düşmən sərkərdələrindən biri ilə mübarizə apararkən həmin sərkərdə döyüş əsnasında ondan qılıncını ona bağışlamasını istəyir. Əli (ə) da onun bu xahişini yerinə yetirdikdə sərkərdə O həzrətin (ə) bu hərəkətindən heyrətə gəlib deyir: "Ey Əbu Talib oğlu! Belə təhlükəli vaxtda silahını düşmənə verib özünün silahsız qalmağına təccüb edirəm.”
    Əli (ə) cavabında buyurur:
    "Qılıncı, istəyini nəzərə alaraq sənə verdim, çünki hansı şəraitdə olursa-olsun kiminsə istəyinə rədd cavabı verməyi comərdlik və səxavətlikdən uzaq hesab edirəm. " Düşmən sərkərdəsi Əli (ə)-ın ruhunun əzəməti qarşısında qılıncını kənara qoyub diz çökür və elə oradaca şəhadət verib müsəlman olur.
    Xəsis insanlar hər şeydən əvvəl zehni rəhbərliyə ehtiyac duyurlar. Bundan məhrum olduqda isə ömrünün sonunadək maddiyyat və bədbəxtçilik girdabının əsirinə çevrilirlər.
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 889 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024