İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    3:41 PM
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    ON YEDDİNCİ FƏSİL
    MÜCADİLƏ (DAVA-DALAŞ)
    1-İfrati özünüsevərlik.
    2-Mücadilədən nə kimi nəticələr əldə edirik?
    3-Din rəhbərlərinin buyruqlarına diqqət yetirməliyik.
    Özünüsevərlik insanı sə’y və fəaliyyətlərə vadar edən onun daxili xüsusiyyətlərindəndir. İnsan daim özünü qorumağa çalışır və bunun üçün də ona təhlükə yaradan bütün daxili və xarici amillərdən uzaq olmağa can atır. Onun təkamül və tərəqqisinin bir hissəsinə səbəb olan da məhz bu daxili hissdir. Lakin həqiqi xoşbəxtlik yalnız o zaman təmin olunur ki, insan istər maddi, istərsə də mənəvi məsələlərdə ifrata yol verməyib təbii xüsusiyyətlərinin qarşısında diz çökməmiş olsun. Bunun üçün də bu nəfsani istəyi təmin edib onun sayəsində əxlaqi dəyərləri inkişaf etdirmək üçün insan düşünüb-daşınmaqda ifrata varmamalı və orta yolu seçməlidir. Çünki, insanı düz yola istiqamətləndirən və onun tüğyanının qarşısını alan, təbii xislət və xüsusiyyətləri deyil, ağıl və şüurudur. Bizi həqiqətdən agah edən və həqiqəti dərk etmək üçün bizə bəsirət gözü verən də məhz odur.
    "Özünüsevərlik" hissi öz adi halından çıxıb ifrata üz tutduqda insanın şüuru ciddi təhlükə ilə üzləşir, belə ki, o inkişafdan geri qalmaqla yanaşı, həqiqəti dərk etməkdən də məhrum olar. Belə bir ruhi xəstəliyə düçar olan şəxslər son nəticədə böyük bədbəxtçiliklərlə üzləşirlər və bütün bunlara səbəb olan da onların həddi aşaraq ifrata varmalarıdır.
    Hər bir insanın mənəvi yüksəliş və ya tənəzzülü birbaşa onun əxlaq və ruhiyyəsi ilə əlaqədardır. Əxlaqi çatışmazlıqlar həyatın bütün mərhələlərində özünü büruzə verir və insanın bir çox çətinliklərlə qarşılaşdırır.
    İnsanın imkan və bacarıq dairəsi, habelə ağıl və şüurundan bəhrələnmək lazım olan zəminələr nə qədər geniş olsa da, özünü sevərlik hissinə nəzarət kimi başqa heç bir şey onun üçün əhəmiyyətli və eyni halda çətin deyildir.
    Bunun üçün də hər şeydən əvvəl bu məsələyə diqqət yetirilməli və ifrata yol verilməməlidir.
    Çünki, qürur və özünüsevərlik hissi həddini aşdıqda əxlaqi dəyərləri inkişaf etdirmək qeyri-mümkün olur və daxili nəzm olmadıqda da həyatda hər hansı bir müvəffəqiyyətə nail olmaq olduqca çətindir.
    MÜCADİLƏDƏN NƏ KİMİ NƏTİCƏLƏR ƏLDƏ EDİRİK?
    İctimai və əxlaqi müvəffəqiyyətləri tanımaq, rəftar və davranışlarımızı onun əsasında tənzim etmək bir sıra qanunlardan asılıdır. Hər bir insanın ictimai əlaqələrin bərqərar olunmasında ifa etdiyi rol və üzərinə düşən vəzifələri tanıması onun səadət və bədbəxtçiliyi ilə sıx əlaqəlidir.
    Hər bir insanın vücudunun dərinliklərində başqalarına qəlbi bağlılıq hissi vardır. Hamı düzlüyü sevir və təklikdən yaxa qurtarmağa can atır. Lakin nə qədər ki, insanlar ruhi saflıq və batini asayişə nail olmayıblar, nəinki başqaları ilə, hətta özləri ilə belə dil tapa bilməzlər. Sülh və həmkarlıq bütün fəaliyyətlərin əsasını təşkil edir. Başqalarının hüququna riayət səmimiyyət və ünsiyyətin bərqərar olunmasının ən başlıca şərtlərindən birini təşkil edir. İctimai əlaqələr də cəmiyyətdə yalnız belə bir şəraitdə uzun müddət davam gətirə bilər. Belə bir xüsusiyyətə malik olmayan şəxslər isə yaşadıqları cəmiyyətdə başqaları ilə səmimi dostluq münasibətləri bərqərar etməyə qadir olmazlar. Başqalarının narahatçılığına və münasibətlərin pozulmasına səbəb olan xüsusiyyətlərdən biri də "tərslik və inadkarlıqdır". Bu xüsusiyyətə malik olan şəxslər rəftar və davranışlarından agah olmaz və onlara böyük təsir göstərən amillərin nədən ibarət olduğunu bilməzlər. Lakin diqqət yetirmək lazımdır ki, ifratamiz "özünüsevərlik" hissi bu xüsusiyyətin meydana gəlməsinə səbəb olan ən başlıca amillərdən biridir.
    İnadkar şəxslər qürurlarını büruzə vermək üçün iştirak etdikləri məclislərdə yerli-yersiz nəzər verərək kiməsə kömək göstərmədən, heç bir əsası olmadan etirazlarını bildirər və məclis iştirakçılarının sözlərini kəsib onları yalançılıqda ittiham edərlər. Beləliklə onlar öz üstünlüklərini sübuta yetirməyə və bəzən də inadkarlıqlarını gizli saxlamağa çalışarlar.
    İnadkar şəxslər bu xüsusiyyətə malik olmaqla insafı əldən verər, başqalarının haqqını tapdamaqda və ədalətsizlikdə olduqca cəsur və qorxmaz olarlar. Əlbəttə belə bir əksül-əmələ göz yummaq olmaz. Çünki, şəxsiyyəti təhqir olunan şəxslər belə bir şəraitdə çarəsizlik üzündən əksül-əməl göstərməli olurlar və əldə etdikləri ilk fürsətdə onlardan intiqam almağa can atırlar. Belə bir xoşagəlməz xüsusiyyətin hər hansı bir millət arasında yayılması vahid tərzi-təfəkkürün aradan getməsinə, ardı-arası kəsilməyən keşməkeşlərə səbəb olur. Vurulan zərərləri isə artıq heç bir şey ilə aradan qaldırmaq mümkün olmaur.
    Alimlərdən biri deyir:
    "Ağıl, zülmətdə insanın qarşısına işıq saçan və ona yol göstərərək çətinliklərini aradan qaldıran hidayət çırağıdır. Ağıl və şüurumuzun vasitəsilə əşyaların səbəb və mənşəyini və onların arasında bərqərar olan əlaqələri dərk etdikcə fəxr edirik. Lakin vay o gündən ki, həqiqəti zor gücünə və ya mücadilə ilə aşkara çıxarmaq istəyək. Çünki, münaqişə yolu ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Yeganə müsbət cəhəti yalnız bundan ibarətdir ki, hər iki tərəfin buraxdığı səhvləri ortaya çıxarır. Lakin bununla biz başqalarının şüur və əqidəsini dəyişərək onları öz tərzi-təfəkkürümüzə tabe edə bilmirik."
    DİN RƏHBƏRLƏRİ BUYRUQLARINA DİQQƏT YETİRMƏLİYİK
    Həyatın bütün sahələrinə böyük diqqət yetirən İslam dini səadət, səmimiyyət və mehr-məhəbbətə səbəb olan bütün amilləri dəqiqliklə araşdırmış və heç nəyi nəzərdən qaçırmamışdır. İxtilaf və qarşıdurmalara, habelə dostluq və səmimiyyətin zəifləyib aradan getməsinə səbəb olan bütün amillər İslam dini tərəfindən qətiyyətlə pislənilmiş və din rəhbərləri öz davamçılarına mənəvi saflığa böyük diqqət yetirmələrini tövsiyə etmişlər.
    Peyğəmbər (s) buyurur: "Comərdliyin əlamətlərindən biri də budur ki, insan dostlarının etdikləri tövsiyələrə qulaq asıb onların dediklərinə əməl etsin. "
    İmam Baqir (ə) buyurur: "Şirindilliyi öyrədiyin kimi başqalarının dediklərinə qulaq asmağı da bacarın və heç vaxt onların sözlərini kəsməyin. "
    Peyğəmbər (s) və məsum imamlar öz davamçılarına mücadilə və münaqişələrdən uzaq olmağı, hətta həqiqəti dedikdə belə buna yol verməməyi tövsiyə etmişlər.
    İmam Sadiq (ə) buyurur:
    "İnsan haqlı olsa belə mücadilə və münaqişədən uzaq olmayınca təkamül mərhələsinə çatmaz. "(Üsuli kafi səh. 402. )
    Mücadilə və münaqişə meydanında heç kimi uğur qazanıb istəyinə nail ola bilməmişdir. İmam Hadi (ə) münaqişə yolu ilə başqalarına üstün olmağa can atan şəxslər barədə buyurur: "Mücadilə dostluq və səmimiyyəti məhv edib aradan aparır və qardaşlığa son qoyur. Aparılan mücadilə zahirdə müsabiqəyə bənzəyir və bu müsabiqələr bir çox hallarda əlaqələrin kəsilməsinə səbəb olur. "
    Deyl Karnegi deyir:
    "Hər iki tərəf özünü haqlı bildiyi bir halda, apardıqları on mübahisənin doqquzunda hər şeydən əl çəkib məclisi tərk edir. Belə bir mübarizə meydanında nə qalib var, nə də məğlub. Çünki, uduzanda uduzur, udanda necə? Çox sadə. Təsəvvür edin, son dərəcə əsəbi bir şəxsin qarşısında müqavimət göstərib onun haqsız olduğunu sübuta yetirirsiniz. Yaxşı sonra? Xoşhallıqla əllərinizi bir-birinə sürtür və bundan xüsusi zövq alırsınız. Amma bir anlığa fikirləşin ki, bu hərəkətinizlə onların şəxsiyyətinə ağır zərbə qəlblərinə də dağ vurmuş olursunuz. Mübahisə ilə kimisə qane etmək qeyri-mümkündür. Ümümiyyətlə, bu iki şey arasında böyük fərq vardır və bu yolla camaatın tərzi-təfəkkürünə nüfuz etmək qeyri-mümkündür.
    Meydana gələn anlaşılmazlıqlar mübahisə yolu ilə qaldırılmamalıdır. Bunun üçün düşünüb-daşınılmış tədbirlərə əl atılmalı və insan özünü qarşı tərəfin müqabilinin yerinə qoymağı bacarmalıdır. "
    Peyğəmbər (s) buyurur:
    "Mücadilədən uzaq olun, çox az hallarda bu yol ilə müsbət nəticə əldə etmək olur (çünki hər iki tərəf özünün haqlı olduğunu hesab edir) və bununla yanaşı kin və ədavət yaranır."
    Aveyburi deyir:
    "Adətən münaqişələr müsbət nəticə vermir. Belə ki, bir çox hallarda tərəflər həyəcana gəlir və öz fikirlərini tam əksinə çatdırırlar. Aparılan söhbətlər mübahisə xarakteri daşıyarsa hər iki tərəf bir-birləri ilə mülayim söhbət etsələr belə, yenə də heç bir müsbət nəticə əldə edə bilmirlər. Qarşı tərəfi nə qədər çox məğlub etməyə çalışarıqsa onlar da bizə qarşı bir o qədər kəskin mövqe tutarlar. Deyilən tünd sözlər həm dostluq əlaqələrinin pozulmasına, həm də başqalarını qane edə bilməməyimizə səbəb olur. "
    İnadkar şəxslər rahatlığının nə olduğunu bilməz və bu daxili hiss daim onlara əzab-əziyyət verər.
    İmam Sadiq (ə) buyurur:
    "Münaqişədən uzaq olmağa çalışın. Çünki, münaqişə insanın fikir və düşüncəsini pərişan edib düşmənçiliklərə səbəb olur. "
    Deməli İslamın təlim və göstərişlərini həyata keçirməklə səmimiyyət və yüksək insani dəyərlərə nail ola bilərik.
    Category: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması | Views: 915 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024